1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

 statistika-yeniPremyer Liqanın XI turu çərçivəsində noyabr ayının 2-də “Xəzər Lənkəran” doğma meydanda “Simurq”u qəbul edəcək.

Bu oyun cütlüyün tarixində 20-ci görüş olacaq.

Qələbə, heç-heçə və məğlubiyyət.

İndiyə qədər “Xəzər Lənkəran”  komandası “Simurq”la  yalnız ölkə çempionatının matçlarında üz-üzə gəlib və qarşılaşdığı 19-oyunun 3-də məğlub olub (Yunis Hüseynovun, Mustafa Dənizlinin və Oğuz Çetinin baş məşqçiliyində, hərəyə bir dəfə), 9-görüşdə komandamız qalib gəlib, 7-oyunda isə heç-heçə qeydə alınıb.

Top fərqi.

İndiyə qədər baş tutan 19-oyunda  Zaqatala təmsilçisinin qapısına 28-dəfə yol tapa bilən “Xəzər Lənkəran”   öz qapısından cəmi 21-top görüb.

Ən çox xal toplayan məşqçi.

“Xəzər Lənkəran” komandasında müxtəlif zamanlarda çalışmış baş məşqçilər arasında “Simurq” klubu ilə oyunlarda ən çox xal toplamağı Mirça Rednik bacarmışdır. Beləki, Rumın çalışdırcı Zaqatala klubu ilə keçirilən 4-oyuna 10-xal toplaya bilmişdi (üç qələbə və bir heç-heçə).

 “Simurq” klubunun tarixində “Xəzər Lənkəran”la bağlı maraqlı məqamlar:

09.06.2005 – tarixində təsis edilən  “Simurq” Peşəkar Futbol Klubu həmin ilin sentyabrın 21-də ölkə çempionatının birinci divizionunda ilk oyununu “Xəzər Lənkəran-2”–yə qarşı keçirməklə mübarizəyə başlayıb. Zaqatala təmsilçisi 3-gün sonra ölkə kubokunda da debut edib. “Simurq” 2006-cı ildə birinci divizionda 65-xal toplayıb 3-cü yerə çıxaraq premyer liqaya vəsiqə qazanıb. 28.05.2008 – tarixində, XVI çempionatın sonuncu turunda “Xəzər Lənkəran”la oyun (1:1) “Simurq”un tarixinə ölkə çempionatlarında keçirdiyi 50-ci oyun kimi düşüb. 29.11.2008-tarixində “Xəzər Lənkəran”la ev oyununda (2:2) 90-dəqiqə mübarizə aparan “Simurq”un o vaxtkı kapitanı Mixaylo Starostyak “Simurq”un heyətində premyer liqada 50-ci oyuna çıxan ilk futbolçu olub.

Səfərdən yalnız son görüşdə qolsuz qayıtmışıq:

“Xəzər Lənkəran” əvvəllər “Simurq”la səfər oyunlarında meydan sahiblərinin qapısından top keçirməmiş evə qayıtmırdı. Belə ki, səfərdə oynayan komandamız Zaqatala təmsilçilərinin qapısına ən azı bir dəfə yola tapa bilirdi. Beləcə “Ağ-yaşıl” komanda ümuilikdə indiyə qədər 8 səfər oyununda 14 dəfə fərqlənmişdir. Amma cari mövsümün (I dövrədə) III turunda, 24.08.2014 tarixində Zaqtalada baş tutan oyunda bu ənənə pozuldu və bu dəfə yerli komanda 2:0-lıq qələbəsini bayram etdi.

Aşağıda  “Xəzər Lənkəran” və “Simurq” qarşılaşmalarının ümumi statistikası təqdim olunur:

  2006/07 mövsümü

“Xəzər Lənkəran” – “Simurq”-1:1

“Simurq” – “Xəzər Lənkəran”-0:1

 

 2007/08 mövsümü

 “Xəzər Lənkəran” – “Simurq”-2:1

“Simurq” – “Xəzər Lənkəran”-1:1

 

  2008/09 mövsümü

“Xəzər Lənkəran” – “Simurq”-3:1

“Simurq” – “Xəzər Lənkəran”- 2:2

 

  2009/10 mövsümü

 “Xəzər Lənkəran” – “Simurq”- 3:0

“Simurq” – “Xəzər Lənkəran” – 1:2

 

 2010/11 mövsümü təsnifat mərhələsi.

“Simurq” – “Xəzər Lənkəran” – 0:2

“Xəzər Lənkəran” – “Simurq”- 1:0

 

 2011/12 mövsümü təsnifat mərhələsi.

 “Xəzər Lənkəran” – “Simurq”-1:0

“Simurq” – “Xəzər Lənkəran” – 2:2

 

2012/13 mövsümü təsnifat mərhələsi.

 “Xəzər Lənkəran –  “Simurq” – 0:2

“Simurq” – “Xəzər Lənkəran” – 2:2

 

 2013/14 mövsümü, I dövrə

“Xəzər Lənkəran” –  “Simurq” -0:0

 

2013/14 mövsümü, II dövrə

“Simurq” – “Xəzər Lənkəran” -1:2

 

2013/14 mövsümü, III dövrə

 “Xəzər Lənkəran” –  “Simurq”- 1:3

 

2013/14 mövsümü, IV dövrə

“Simurq” – “Xəzər Lənkəran” -2 : 2

 **********

2014/15 mövsümü, I dövrə

“Simurq” – “Xəzər Lənkəran” -2 : 0

 

2014/15 mövsümü, II dövrə

“Xəzər Lənkəran” –  “Simurq”- ? : ?

 

Səhifəni hazırladı: NƏBİOĞLU

Bir şərh

  1. men Rednikin qara gozune awiq olub onu sevmemiwdimki ay Cetin sende bucur davam senide sevib guveney birce evezetmelerin yersiz olur xususiylede Blajevskini onanamaqi mence bize menfi tesiri var her neise bu gediwle inaniramki yeniden topaz prmyerliqasinin baw belasi ola bileriy bu muqeddes ayda Xezerime uqurlar. apariciya gelince ise qoy butun oyunlarimizda goz yawlari esgiy olmasin.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


7 − bir =