11 ay əvvəl
Bu sondur yoxsa?
11 ay əvvəl
Heyf…
12 ay əvvəl
Qadağalar qaydası…
12 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

statistika-yeni Dövrələr arası qış fasiləsi bitincə Premyer Liqanın XIX turu çərçivəsində “Xəzər Lənkəran” səfər “Simurq”la üz-üzə gələcək.

Fevralın 1-də baş tutacaq oyun cütlüyün tarixində 21-ci görüş olacaq.

Qələbə, heç-heçə və məğlubiyyət.

İndiyə qədər “Xəzər Lənkəran”  komandası “Simurq”la  yalnız ölkə çempionatının matçlarında üz-üzə gəlib və qarşılaşdığı 20-oyunun 3-də məğlub olub (Yunis Hüseynovun, Mustafa Dənizlinin və Oğuz Çetinin baş məşqçiliyində, hərəyə bir dəfə), 10-görüşdə komandamız qalib gəlib, 7-oyunda isə heç-heçə qeydə alınıb.

Top fərqi.

İndiyə qədər baş tutan 20-oyunda  Zaqatala təmsilçisinin qapısına 30-dəfə yol tapa bilən “Xəzər Lənkəran”   öz qapısından cəmi 22-top görüb.

Ən çox xal toplayan məşqçi.

“Xəzər Lənkəran” komandasında müxtəlif zamanlarda çalışmış baş məşqçilər arasında “Simurq” klubu ilə oyunlarda ən çox xal toplamağı Mirça Rednik bacarmışdır. Beləki, Rumın çalışdırcı Zaqatala klubu ilə keçirilən 4-oyuna 10-xal toplaya bilmişdi (üç qələbə və bir heç-heçə).

 “Simurq” klubunun tarixində “Xəzər Lənkəran”la bağlı maraqlı məqamlar:

09.06.2005 – tarixində təsis edilən  “Simurq” Peşəkar Futbol Klubu həmin ilin sentyabrın 21-də ölkə çempionatının birinci divizionunda ilk oyununu “Xəzər Lənkəran-2”–yə qarşı keçirməklə mübarizəyə başlayıb. Zaqatala təmsilçisi 3-gün sonra ölkə kubokunda da debut edib. “Simurq” 2006-cı ildə birinci divizionda 65-xal toplayıb 3-cü yerə çıxaraq premyer liqaya vəsiqə qazanıb. 28.05.2008 – tarixində, XVI çempionatın sonuncu turunda “Xəzər Lənkəran”la oyun (1:1) “Simurq”un tarixinə ölkə çempionatlarında keçirdiyi 50-ci oyun kimi düşüb. 29.11.2008-tarixində “Xəzər Lənkəran”la ev oyununda (2:2) 90-dəqiqə mübarizə aparan “Simurq”un o vaxtkı kapitanı Mixaylo Starostyak “Simurq”un heyətində premyer liqada 50-ci oyuna çıxan ilk futbolçu olub.

Səfərdən yalnız son görüşdə qolsuz qayıtmışıq:

“Xəzər Lənkəran” əvvəllər “Simurq”la səfər oyunlarında meydan sahiblərinin qapısından top keçirməmiş evə qayıtmırdı. Belə ki, səfərdə oynayan komandamız Zaqatala təmsilçilərinin qapısına ən azı bir dəfə yola tapa bilirdi. Beləcə “Ağ-yaşıl” komanda ümuilikdə indiyə qədər 8 səfər oyununda 14 dəfə fərqlənmişdir. Amma cari mövsümün (I dövrədə) III turunda, 24.08.2014 tarixində Zaqtalada baş tutan oyunda bu ənənə pozuldu və bu dəfə yerli komanda 2:0-lıq qələbəsini bayram etdi.

Aşağıda  “Xəzər Lənkəran” və “Simurq” qarşılaşmalarının ümumi statistikası təqdim olunur:

  

2006/07 mövsümü

“Xəzər Lənkəran” – “Simurq”-1:1

“Simurq” – “Xəzər Lənkəran”-0:1

 

 2007/08 mövsümü

 “Xəzər Lənkəran” – “Simurq”-2:1

“Simurq” – “Xəzər Lənkəran”-1:1

 

  2008/09 mövsümü

“Xəzər Lənkəran” – “Simurq”-3:1

“Simurq” – “Xəzər Lənkəran”- 2:2

 

  2009/10 mövsümü

 “Xəzər Lənkəran” – “Simurq”- 3:0

“Simurq” – “Xəzər Lənkəran” – 1:2

 

 2010/11 mövsümü təsnifat mərhələsi.

“Simurq” – “Xəzər Lənkəran” – 0:2

“Xəzər Lənkəran” – “Simurq”- 1:0

 

 2011/12 mövsümü təsnifat mərhələsi.

 “Xəzər Lənkəran” – “Simurq”-1:0

“Simurq” – “Xəzər Lənkəran” – 2:2

 

2012/13 mövsümü təsnifat mərhələsi.

 “Xəzər Lənkəran –  “Simurq” – 0:2

“Simurq” – “Xəzər Lənkəran” – 2:2

 

 2013/14 mövsümü, I dövrə

“Xəzər Lənkəran” –  “Simurq” -0:0

 

2013/14 mövsümü, II dövrə

“Simurq” – “Xəzər Lənkəran” -1:2

 

2013/14 mövsümü, III dövrə

 “Xəzər Lənkəran” –  “Simurq”- 1:3

 

2013/14 mövsümü, IV dövrə

“Simurq” – “Xəzər Lənkəran” -2 : 2

 **********

2014/15 mövsümü, I dövrə

“Simurq” – “Xəzər Lənkəran” -2 : 0

 

2014/15 mövsümü, II dövrə

“Xəzər Lənkəran” –  “Simurq”- 2 : 1

 

2014/15 mövsümü, III dövrə

“Simurq” – “Xəzər Lənkəran” -? : ?

 

 Səhifəni hazırladı: NƏBİOĞLU

 

Bir şərh

  1. Simurqu hela bu heyyatla da udmaq olar.Mekteblilerden 2-sini salmaqla heyyat duzeltmek olar.Veziyat bela getirib ki,qol vora bilan olmadiqi ucun Skarlani qabaqa vermek lazimdir.O,esir-yusurdan iran mudafiyesi duzeltmek olar.Mene ela gelir simurqu odariq,onu udmasaq daha hansi komandani udmaq olar ki?

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


yeddi − 5 =