8 ay əvvəl
Bu sondur yoxsa?
9 ay əvvəl
Heyf…
9 ay əvvəl
Qadağalar qaydası…
9 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

anarin yazisi“Xəzər Lənkəran” çoxdan zəhərlənmişdi.

Zəhər qanına keçmiş və xeyli müddət də ölü kimi idi, deyərdim ki, ölümü təsdiq edən ekspert rəyinə belə ehtiyac yoxuydu. Bir klubun ki, cəmiyyətdən gizli sirri qalmaya – hər kəsə bəlli ola, bütün daxilindəki ayıblara və zəhərinə qədər çölə tökülə, belə hala deyərlər “göz önündədir”. Son ilyarım – iki il ərzində “Xəzər Lənkəran” da belə gün-ruzigarda olub.

Ümumi götürdükdə elə Azərbaycan futbolu da çoxdan, həm də özü özündən, içi içindən zəhərlənib. Qeyri dürüstlüyündən, əyri əyriliyindən, riyakarlığından diaqnozunu dəqiq müəyyənləşdirənlərə qulaq verilməyib, dinlənilməyib. Bu heç kəsə sərf də etməyib heç vaxt. Bizim ölkə futbolunda Raminlər, Xəqani kimilər lap elə Diniyevə bənzərlər də həmişə olub. Ardarda yetişib, iç içə doğulub, davamlı artıb, illərdən gəlib, özü də saysız hesabsız.

Zəhəri bol, zir-zibilli futbol çarxında güya iz qoymağa çalışan və yaşadığı 12-il ərzində rəhbərliyinin dikbaşlığı ilə başqasına deyil elə özü özünə dərd olan “Xəzər Lənkəran”ın öz dərdi elə özünə də bəs edərdi, hələ ətrafına da pay verməyə çatardı. Yıxılması üçün heç Bayıl havasına ehtiyac da yox idi. Azərbaycan futbolunun yuxarıda oturanları, onlara oturacaq daşıyanları, lap elə oralarda yeri olmayıb aşağıları bəyənməyənləri və hətta qapıda duranları, yaxud qapı əvəzi açılıb bağlananları bir yana qalsın, mediası da təhdid-sayt-reklam prinsipi ilə çalışdığından xirtdəyəcən “… püsür içində” gün günə yalanla calanır buralarda, futbolla bağlı hamının və hər kəsin. Belə şəraitdə uzun boğaz çəkmə ilə özünü qorumaq istəyən ancaq təkəbbürünün ucbatından dik dikinə qudurğanlıqla yeriyib ayağının altını görə bimədiyindən özünü təmiz saxlaya bilməyən “Xəzər Lənkəran” hətta dizə qədər olan çəkmənin pulunu ödəyə bilməyincə ehtiyac içində ehtiyacsız yıxıldı üzü aşağı.

Buna baxmayaraq and içərəm ki, cənub klubu bu zibilliklərdə, zəhər və zəhərlənimişlərdən, problemlərdən qurtula və uğurlu yola ayaq basa bilərdi. Məsələn: Tutaq ki, “sol-sağ çiyin irəli” demədən, özünü çaşdırmadan, sadəcə inamla irəli addım atsaydı. Düzgün idarəçilik, peşakarlıq və hər nədən böyük silahı olan möhtəşəm tərafdarına sığınmaqla. Yoxsa əllər üstə yeriyib baş ayaq qalmaqla dostlara tərsə baxıb dostlar içində düşmən axtarmaqla deyil.

Bütün cənublular “Xəzər Lənkəran”ı sevirdi, amma klub rəhbərliyi bu azarkeşin yanında ola bilmədi və ya olmaq istəmədi. İdarəçiliyində isə doğruları yalandan ayıra bilmədi, doğrularla yola çıxmadığına görə. Axı “Əyri qayçı düz kəsməz”. Niyyəti şəxsi marağına xidmət və ya sadəcə gün keçirməkdən ibarət olan əməli əyrilərlə də düz yolu yerimək alınmayacaqdı və alınmadı da.

 Hələ dörd il qabaq “Gəmi batır, ayılın…” adlı yazımda deyirdim: “Xəzər Lənkəran”ı silkələmək lazımdı, özü də elə silkələmək ki, qalaq–qalaq yığılmış toz-torpağı, hisi-pası tökülsün! Bəlkə ondan sonra “Fırtınalar meydanı“ nda fırtına qopdu, bəlkə onda “Xəzər Lənkəran” gəmisi çaya yox, okean sularına baş vurdu. Bəlkə ondan sonra “Xəzər Lənkəran” böyüdü…”  

Əslində tərafdarları üçün “Xəzər Lənkəran” böyümüşdü, idarəçilik isə bu böyüklüyü çiynində daşıyacaq qədər gücə və iradəyə malik deyildi. Bax o iradəsiz idarəçilər öz acizliklərini böyük-böyük danışmaqla gizlətməyə çox çalışdılar, amma sonda nə oldu? Artıq pafoslu çıxışlar da kömək etmədi. Zəhər qana tam hopdu, 12-ilin pulsuz son ¾ hissəsində “Xəzər Lənkəran”ın məhvi qaçılmaz oldu.

Anar Məmmədli

anar-memmedli1

2 Şərh

  1. Vaqif Rəşidov says:

    Nəysə yazmaq istədim,amma yazmadım…. İstəmədim yazam ki “cəmiyyətdən gizli sirri qalmaya – hər kəsə bəlli ola, bütün daxilindəki ayıblara və zəhərinə qədər çölə tökülə… “….Bilirsiz niyə?…O GÜNƏŞ yenə XƏZƏRdən doğacaq!

    • InşAllah Vaqif muəllim, inşAllah! Amma Anar muəllim demişkən əvvəlcə:“Xəzər Lənkəran”ı silkələmək lazımdı, özü də elə silkələmək ki, qalaq–qalaq yığılmış toz-torpağı, hisi-pası tökülsün! Bəlkə ondan sonra “Fırtınalar meydanı“ nda fırtına qopdu, bəlkə onda “Xəzər Lənkəran” gəmisi çaya yox, okean sularına baş vurdu. Bəlkə ondan sonra “Xəzər Lənkəran” böyüdü…”

Z.L üçün bir cavab yazın Cancel

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


9 + = ondörd