9 ay əvvəl
Bu sondur yoxsa?
9 ay əvvəl
Heyf…
10 ay əvvəl
Qadağalar qaydası…
10 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

top“Xəzər Lənkəran” Premyer Liqanın XVIII turu çərçivəsində dekabrın 20-də səfərdə “İnter”lə görüşdü.

“İnter Arena” stadionunda saat 16:30-da start götürən matçı aşağıdakı heyətdə hakimlər birqadası idarə edirdi:

İnqilab Məmmədov, Namiq Hüseynov, Vüsal Qənbərov və Coşqun Həsənov.

“Xəzər Lənkəran”ın start heyəti belə idi:

1. Orxan Sadıqlı
8. Elşən Rzazadə
11. Kazım Kazımlı
14. Rahid Əmirquliyev (k)
16. İbrahim Qədirzadə
32. Zaman Mirzəzadə
41. Hüseyn Xəlilzadə
42. Kamran Abdullazadə
44. Yusif Həsənov
97. Elnur Cəfərov
99. Mahsum Qənbərli

Ehtiyat oyunçular:

25. Tərlan Qasımzadə
5. Fərid Əsədov
77. Əli Əliyev
79. Namiq Qocayev


Baş məşqçi: Yunis Hüseynov

**********

Öncə qeyd edək ki, kapitan Rahid Əmirquliyev “Xəzər Lənkəran”ın  heyətində son oyununda meydana çıxmışdı. O da komandanın əsasını təşkil edən gənclər kimi sona qədər mübarizə apardı. Lakin qüvvələr bərabər deyildi. Paytaxt təmsilçisinin heyətində yer alan təcrübəli futbolçuların ustalıq səviyyəsi komadamıza şans vermirdi. Elə ilk dəqiqələrdən görünürdü ki, meydan sahiblərinin hücumları qarşısında dözmək çətin olacaq. Belə də oldu. “İnter” iki dəfə qapımıza yol tapa bildi. Beləliklə səfərdə keçirilən ilin son matçında 0:2 hesabı ilə məğlub olan “Xəzər Lənkəran” çempionatın ümumilikdə 18-matçına 12-xal toplayaraq “Rəvan” klubu ilə birgə turnir cədvəlinin sonuncu pillələrini bölüşərək 2015-ci ilə yekun vurdu.

8 Şərh

  1. Salam bu gunki oyunda bele getdi qinamiriq oyuncu qitliqi var qiwdan sonra ne olacaq onu bize deyin!

  2. Axşamınız xeyiir Yünis məĺlimin konfransda dediklərini oxudum çox gözəl qeyd edib 15oyunçu lazımdı bəlkədə çox çavanları ançaq pulu fikirləşir Lənkaranın xəzərini yox gedib çayxanalarda qəlyan çəkməyə yaxşıdılar

  3. Xəzərin yağı divizyona getməsi bunları narahat etməsin Görəsən narahat etmir?

  4. İndi Yunis Hüseynovun yazısını oxudum. Deyibki, rəhbərlik tədbir görməsə ola bilsin 1 divizyona yuvarlanaq. Görəsən rəhbərliyin bundan xəbəri var.

  5. Tural-RX says:

    cox cooox heyf…. bu komanda tarixe qovuşdu (((((
    Azerbaycan futbolu Lenkerana, Lenkeranlilara, Mübariz bəyə, Xezere gece gunduz dua etsin, çox saqol desin! çunki bizim sayemizde idmanin futbol növü Azerbaycanda maraga sebeb oldu, Lenkeran azerkeşlerinin de neye qadir oldugunu bu 10 ilde hami gördü… şexsen men Xezer Lenkeranli olduğuma göre fexr edirem!

  6. Rövşən says:

    Birinci liqada ən yaxşi komanda xezer dir ürəyi yumuşaq komandadir hec kimin ürəyini sindirmir hamiya xal vera vera gedir.

  7. Admin bəy.Artiq məğlubiyyətlərə azarkeşlərimizi də öyrəşdirirlər.Axi bu məğlubiyyətlərin əsas səbəkarlari öz kefində,biz isə maliyyə böhrani deyə-deyə qalmişiq.Gəlin bu camiyyəni məğlubiyyətlərə alişdirmayaq. Ya son deyək…ya da kişi kimi istefa verək!.Klubu da yad əllərə verməkdənsə ,elə fəaliyyətini dayandirsinlar ki ,daha artiq məğlubiyyətin şahidinə çevrilməyək.

  8. Salam,cox tesuf bu oyunuda uduzduq oyuna naxdim nol fitboldan eser elamat yox idi.yunusun sozune gore 15 fitbolcu alinmalidiki , birinci divizyona duwmuyek ,ona sualim budu,15fitbolcu alinmalidsa,niye bes oyunculari gonderirsiz,bu xezerin son nefesi idi geldi getdi.tesuflenirik

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


− iki = 5