10 ay əvvəl
Bu sondur yoxsa?
10 ay əvvəl
Heyf…
11 ay əvvəl
Qadağalar qaydası…
11 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

xezerTürkiyədə təlim-məşq toplantısında olan “Xəzər Lənkəran” son yoxlama oyununu keçirib.

Sınaq maçında komandamızın rəqibi Türkiyə III Liqa təmsilçisi “Derincespor” klubu oldu. Görüş Bakı vaxtı ilə saat 20.00-da komandamızın məskunlaşdığı otelin məşq meydançasında baş tutdu. Matç “Xəzər Lənkəran” Tv ilə canlı yayımlanırdı.

Komandanın start heyəti isə belə idi: Tərlan Qasımzadə, Rasim Ramaldanov, Adrian Skarlatake, Tural Cəlilov, Mahsun Qəmbərli, Dieqo Souza, Rahid Əmirquliyev, Rəşad Eyyubov, Elnur Cəfərov, Vüqar Nadirov, Limam S`Eydi.

Arxada qalan yoxlama oyunlarında görünürdü ki, komandamız getdikcə öz oyun üslubunu tapmağı bacarırdı. Hər halda bu istiqamətdə konkret iş gedirdi və baş məşqçi Yunis Hüseynovun çabaları göz önündə idi. Son sınaq matçında isə rəqibimizin Türkiyə III Liqa təmsilçisi olması da 90-dəqiqənin tamamında uğurlu nəticə qazanıb bir növ toplantıdan yaxşı notlarda ayrılmaq üçün gözəl şans idi.

İlk öncə qeyd edək ki, “Xəzər Lənkəran” qarşılaşmaya itkilərlə çıxmışdı. Belə ki, iki müdafiəçimiz; İlyas Səfərzadə və Ruslan Abışov zədə üzündən bu oyunu buraxırdılar.

Oyun sakit tərzdə başladı. Start fitindən etibarən davam edən qarşılıqlı hücumlar ilk 10-dəqiqə ərzində maraqlı heç nə ilə yadda qalmadı. Edilən bütün cəhdlər məntiqi sonluğa yetmədən sönürdü. Demək olmaz ki, oyun sönük keçirdi, lakin meydanda gözlənilən mübarizə yox idi. Belədə komandamız bu fürsətdən səmərəli şəkildə yararlanaraq və öz ustalıq səviyyəsini ortaya qoyaraq ərazi üstünlüyünə yiyələndi. Artıq 15-ci dəqiqənin tamamında “Derincespor”  tamamilə geri çəkilib hücumlarımızı dəf edir və ancaq əks hücumlara bel bağlayırdı. Rəqibin bunca erkən müdaiəyə çəkilməsi də əslində yaxşı heç nə vəd etmirdi.  “Xəzər Lənkəran” irəlidə yarımçıq qalan hücumlarına vaxt itirib arxanı boş buraxa bilərdi. Bu baş verməsin deyə Rahid Əmirquliyev və orta sahədə kapitanın ən yaxın köməkçisi Dieqo Souza məsuliyyəti öz üzərinə götürərək komandanın hücum və müdaiə xətləri arasında sıx əlaqə yarada bildilər. Məhz bundan sonra daha konkret şəkildə hücum quran komandamız hesabı açdı. Yeni transferimiz Limam S`Eydi baxımlı qola imza atdı 1:0. Ardıyca rəqib futbolçular aqressiv hücumlarla qapımıza doğru gəldilər və 3-dəfə yerinə yetirilən kornerlə qapımız qarşısında bir neçə təhlükəli vəziyyət də yarada bildilər. Qol isə gəlmədi. İstəklərinə çatmayan Türklər məcbur olub geriyə çəkildilər. Lakin bu geriləmə onlara ara-sıra əks hücum qurmağa mane olmurdu. Ümumilikdə isə qismən də olsa üstünlük əlbəttə yenə də “Xəzər Lənkəran” tərəfdə idi. Hətta bir iki əlverişli qol imkanından da həmin dəqiqələrdə istifadə edə bilmədik. Getdikcə rəqib oyunu bərabələşdirməyə çalışırdı. Amma bunun üçün meydanın özünə aid tərəfində topu özündə saxlamaqla kifayətlənirdi ki, bu da irəlidə olan futbolçularımıza pressinq imkanı yaradırdı. Amma irəlidə bunu edə biləcək cəld hücumçunun yeri görünürdü. Düzdür komandamız bir neçə dəfə məzmunlu hücum qura bilmişdi. Bütün istiqamətlərdən irəli gedən yarımmüdafiəçilərin sayəsində meydan boyu oynayan “Xəzər Lənkəran” təəssüf ki, hücumların sonunu eyni səliqə ilə gətirə bilmirdi. Hiss olunurdu ki, komandada daha bir səviyyəli hücumçu və effektli çıxış edə biləcək oyun qurucusuna (pleymeyker) ehtiyac duyulur. Epizodların birində rəqib qapıçının topsuz qalan hücumçumuza qarşı kobud oyununa görə rəqib qapısına penalti təyin edildi. Rəşad Eyyubov isə bu imkanı qola çevirə bilmədi, “Derincespor”un qapıçısı topu istiqamətini müəyyənləşdirərək və düzgün mövqe tutaraq zərbənin qarşısını aldı. Bundan sonra “Xəzər Lənkəran” daha bir neçə kəskin hücumla yadda qaldı. Birinci hissənin sonuna qədər edilən hücum cəhdləri qolu vurmağa yetmədi. Əvəzində adi bir top itkisi sonrası qapımıza tərəf sürətlə gələn “Derincespor” futbolçuları müdafiədə heç bir maneə ilə qarşılaşmadan komanda yoldaşlarından birini gənc qapıçımız Tərlan Qasımzadə ilə təkbətəkə çıxardılar. Nəticədə hesab bərabərləşdi 1:1. Az sonra komandalar fasiləyə yollandılar.
II HİSSƏ

Fasilədən sonra komandamızın daha maraqlı və gözəl oynayaraq üstünlüyünü hesabda da nümayiş etdirəcəyini gözləyirdik. Meydana yenicə daxil olan Vaqif Cavadov da deyəsən bu gözləntimizə anlayıb uzaq məsafədən qapıya zərbə vurmağa çalışdı. Ancaq o nəinki zərbə vura bilmədi, hətta ayaqları biri birinə dolaşdı və gülməli bir vəziyyətdə qaldı. Az sonra ondan nümunə götürən Elnur Cəfərov da əlverişli mövqedə olmasına baxmayaraq akrobatik tullanışla topu hara gəldi göndərib qol imkanını boşa verdi. Hücumların birində müdafiəçimiz Rasim Ramaldanov hava ötürməsindən gələn topu baş zərbəsi ilə  “Derincespor”un qapısına göndərmək istədi. Onun zərbəsi hədəfdən yan keçsə də yadda qalan oldu. Az sonra yenə də Limam S`Eydi fərqlənərək hesab arasındakı fərqi artırdı 2:1. Bu qoldan həvəslənən Vaqif Cavadov hesabı bir az da artırmağa yaxın oldu. Lakin  onun  güclü zərbəsini rəqib qapıçı dəf etdi. Artıq üstünlüyümüz aşkar idi. Az sonra isə rəqib komandanın qapıçısı onunla təkbətəkə qalan Rahid Əmirquliyevin zərbəsini kornerə çıxardı. Hakimin komandaları su içməyə göndərməsi olmasaydı bəlkə də ardıcıl hücumlar sonrası qol vura bilərdik, amma referi sanki aranı sakitləşdirərək “Derincespor” futbolçularına özünə gəlməyə imkan verdi. “Suvarma”dan qayıdandan sonra ilk hücumumuz “Derincespor”un cərimə meydançası qarşısında qayda pozuntusu ilə bitdi. Əlverişli mövqedən yerinə yetirilən cərimə zərbəsi Rahidin ifasında bərbad alındı. İkinci hissədə demək olar ki, meydanda “Derincespor” görünmürdü. Bu da başa düşülən idi. Axı rəqib Türkiyənin yalnız III liqasında çıxış edən klubu idi… Əvəzetmələr hər iki komandada olmuşdu. Sonradan meydana daxil olan Kazım Kazımlı da əlverişli vəziyyətlərdən birində nə yaxşı ötürmə verməyi nə də qol vurmağı bacarmadı. Bir neçə qol imkanının boşa verilməsi rəqibin özünə gələrək qapımıza doğru ardıcıl hücumlar qurmasına yol açırdı. Rəqib bir az güclü olsaydı bu vəziyyətdə tez bir zamanda hesabı da bərabərləşdirər və hətta irəli də çıxardı. Nə yaxşı ki, yuxarıda da qeyd edildiyi kimi “Derincespor” yalnız Türkiyə III liqası təmsilçisi idi. Beləcə oyunun final fitinə qədər hesab dəyişmədi və “Xəzər Lənkəran” Türkiyə toplantısı çərçivəsində keçirdiyi son yoxlama oyununda 2:1 hesabı ilə qalib gəldi.

OYUNUN VIDEOYAZISINI İZLƏ

 

8 Şərh

  1. Salam əzizlərim. Yünus bəy, axı siz Kaserisporla oynayanda əla start heyyətini qurmuşduz. Əlbətdə ki, Vaqif Cavadovu çıxmaq şərti ilə. Gündə bir start heyyəti olmur, qardaş. Start heyyət toxunulmaz olmalıdır. (Ya bir ya da ki, ikinci hissədə.) Oyunun mahiyyətindən asılı olmayaraq, rəqibin güclü və ya zəif olmasından asılı olmayaraq sart heyyət toxunulmaz qalmalıdır. Məşq zamanı da bu eyni ilə belə olmalıdır. Siz bundan sonra da eksprementlərə geniş yer versəniz vay bizim halımıza. Yünüs müəllim sizə bir ağsaqqal məsləhəti; Təyin elədiyiniz start heyyətini heç bir halda dəyişməyin! Rəqibdən asılı olaraq taktiki gedişlər dəyişilə bilər start heyyət yox. Mən sizi heç də Qurban Qurbanovdan zəif mütəxəssis saymıram. Bizim eksprement göstərməyə vaxtımız yoxdur. Mən sizə inanıram ki, siz azərkeşlərin yazdıqlarından düzgün nəticə çıxarıb lazımı anda düzgün qərar verməyi bacararsız. Bütün bu çatışmamazlıqlara baxmayaraq bir ağsaqqal azərkeş kimi sizi dəstəkləyirəm. Sizə yeni futbol mövsümündə yeni-yeni uğurlar arzulayıram.

  2. İnşaAllah səbir , səbir ,səbir. Komanda hələ təzə qurulub, Qurban Qurbanov neçə illərdiki qatabağı çalışdırır, qarabağ hələ 3 – 4 ildirki irəliləməyə başlayır. Komandada çoxlu transferlər var, zaman zaman komandanın oyunu düzələcək. Mən yenədə deyirəm, əgər hər il məşqçi dəyişikliyi olmasa, onda komanda irəli gedəcək, yox əgər hər il yeni baş məşqçi gələcəksə , onda bu komanda heç nəyə nail olmayacaq. Mirça Rednik bu vaxta qədər qalsaydı, komanda məlum məsələdirki necə oynayardı. Yunis müəllim təcrübəli mütəxəssisdir, sadəcə məşqçiyə zaman lazımdır. Allah köməyiniz olsun

  3. Salam, Zəfər bəy. Adi azarkeş komandada olan problemləri görürsə, demək hamı görür. O cümlədən rəhbərlik lap əla görür. Bu problemləri son üç- dörd ildə “12-ci Oyunçu” yorulmadan hər ötən gün gündəmdə saxlayır. Bu problemlərin həllinə kömək məqsədiylə sayı-hesabı bilinməyən məqalələr, təhlili yazılar yazılıb. Amma nə fayda, atalar demişkən “Dəyirman öz işində, çax-çuxu baş ağrıdır”. Hələ ki, yaxın zaman kəsiyində bu problemlərin kompleks həlli görünmür…

  4. QEBELEYE BAXIB UTANSINLAR. KOMANDAMIZ BERBAD VEZIYYETDEDIR. SAHIBININ UZUNU QARA EDEN, ADINI BATIRAN BIR KOMANDADIR. HAMINI YALANCI VEDLERLE ALDATDILAR KI,IDDIALI OLACAGIQ. BOX BOS VEDLERDIR. YUNIS BIZE MELHEM OLMAYACAQ, CUNKU BU TRANSFERLERLE BIZ HEC SUMQAYITLADA BACARMAYACAGIQ. GORUM INDA BU TEZYIQLERE NECE DOZECEKLER. SAVADSIZ IDARECILIK VE TUPOY TRANSFERLER BU KOMANDANI YENEDE ELBURUS MEMMEDOVA EHTIYACI OLACAQ, BAX ONDA BILINECEK KI,SAVADSIZLARA IDARECILIK TAPSIRMAQ NE DEMEKDIR.

  5. Kamanda da böyuk problemlər var.Bunu hami bilir amma səbr edir.Məndə səbr edirəm, axi əlimdən bundan artiq nə gəlir ki…

  6. Nə yaxşı ki, yuxarıda da qeyd edildiyi kimi “Derincespor” yalnız Türkiyə III liqası təmsilçisi idi.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


6 − altı =