9 ay əvvəl
Bu sondur yoxsa?
9 ay əvvəl
Heyf…
10 ay əvvəl
Qadağalar qaydası…
10 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

teselliGündəlik özünü təftiş, daimi özündən haqq-hesab tələb edən klubun məsəli bir qədər fərqli olmalıydı.

Amma necə olsa, bu klubun da həqiqi durumu yalnız o zaman bilinəcək ki, imtahan şəraitindən(transfer sanksiyaları,maddi çətinliklər, gənc oyunçu strategiyası, azarkeşlərin stadiondan uzaqlaşması və s) o, nə formada çıxacaqdır. Qızıl əridikdə ondan bütün qondarma şeylər ayrılıb, saf vəziyyətə gəldiyi kimi, klubda çətinliklərdən mərdanə çıxmalı, gündəlik vurnuxmalar müqabilində ona yapışan müxtəlif lazımsız “nəsnə”lər də ondan ayrılmalıdır. Əks təqdirdə dözülməz şəraitin davam etməsi labüd görünür.

Həqiqətən, vaxt gələcək və klubdakılar xəlbirdən nə vaxtsa keçiriləcək , aşağıda olan üzə çıxar və yuxarıda olan alta gedər, geridə qalanlar qabağa keçməklə öz töhfəsini verər və qabağa keçənlər isə bu rəzilliyi yaratdığına görə geridə qalacaqlar. Axi “Xəzər Lənkəran” klub olaraq istənilən bir sponsora və ya şəxsə məxsus ola bilər amma komanda olaraq böyük bir camiyyə aiddir. Ona görə də hər addımında klub rəsmiləri camiyyəyə arxalanmaliı və işlərini azarkeşlərin mənəvi maraqları əsasında qurmalıdırlar.

Hərdən düşünürsən, kasıb bir insan bütün gününü şükr-nemətlə keçirirsə, dilindən zikr düşmürsə və bir gün bu insan birdən -birə varlanarsa , milyonlarla sərvət ona qalarsa və s.-onda durumu necə dəyişər?

Yaxud, birisi imkanlı adamdır, xeyriyyəçiliklə məşğul olur. Bəs birdən müflis olanda özünü necə aparar? Panikaya düşüb, özünü itirəcəkmi, yoxsa mərdlik və dəyanətlə çətinlikləri qarşılayıb ondan çıxış yollarını axtaracaq?

Ya da ömrü boyu fəhlə işləyən adam, birdən şahlıq quşu onun başına qonandan sonra varlanarsa, bəs onda özünü necə aparacaq? «Zərurət bunu tələb edir!» deyərək, fəhlənin dərisini ikiqat soyacaq, yoxsa səbrlə hərəkət edib ədalət mücəssiməsi olacaqdır?

Bax, əsas mövzunun mahiyyəti bir az dolayi da olsa elə buradadır. Azərbaycan futbolunun simasi mahiyyətcə belə vəziyyətdə bütün müsbət-mənfilikləri ilə güzgüdə görünən təki üzə çıxır. Axı bütun problemlər üst qatda yaradılır və ətrafa sıçrayır.

Əziz oxucu!

İnkişaf o yerdə olur ki, klub problemdən qaçmır, problemin kökünü axtarmaqla inadla üstünə gedir, problemə qalib gəlir. Hər belə mübariz addımlar klubu mənəvi yüksəlişdə bir pillə də yuxarı aparır və dayanıqlı edir. Klub problemi müəyyən və qeyri-müəyyən səbəblərdən görməməzliyə vurursa, yavaş-yavaş cırlaşır, gözdən düşür, nüfüzünü itirərək tənəzzülə üz qoyur və nəticədə məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya qalir.

Günümüzdə də belə nümunələr yetərincədir. İllərdir ki , Qarabağ torpaqlari düşmən tapdaği altındadır. Müharibənin 90-ci illərində ölkəmiz çox zəif idi. Zəif dövlətlərdə də 10 il, 20 il sonra elə təlatümlər baş verə bilər ki, hamı təəccüb etməli olur. Çünki problemləri vaxtında həll etmək lazımdir. Necə ki, igid əsgərlərimiz bunu 4-5 gün ərzində ləyaqətlə bacardılar. (Allah bütün əsgərlərimizə dayaq və kömək olsun)

Ona görə də bizim üçün Öncə Vətən sonra isə “Xəzər Lənkəran”– başlayır…

Zəfər Lerikli

2 Şərh

  1. Cox gozal yazmisan.Halal olsun.

  2. TUYQUNUN GOZUNDEN IRAQ BIR YAZI

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


5 − = sıfır