8 ay əvvəl
Bu sondur yoxsa?
8 ay əvvəl
Heyf…
8 ay əvvəl
Qadağalar qaydası…
8 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

12cioyuncu.info_1Premyer Liqanın XXIV turu çərçivəsində fevral ayının 28-də “İnter” klubunu doğma meydanda qəbul edəcək “Xəzər Lənkəran” XXIII turdan sonra 30-xalla turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb. Belə bir göstərici ilə davam edib çempionatın sonunda qızıl medallara sahib çıxmaq mümkünsüz göründüyündən istər komanda üzvləri istərsə də azarkeşlərin əksəriyyəti əsas ümidləri kuboka yarışmasına bağlayıblar. Bununla belə “Xəzər Lənkəran”  çempionatda mübarizəni davam edir və ən azından turnir cədvəlində liderlər qrupuna düşmək üçün çalışır. Lakin bu heç də asan deyil. Hərçənd statistika proqnoz verməyi xoşlamır, amma hər halda statistik rəqəmlər mövsümün sonunda “Xəzər Lənkəran”ın ən yaxşı halda 4 və ya 5-ci yerə gedib çıxa biləcəyini təxmin edir. Bəs bu “təxmin” haradan yaranıb?

Əvvəlcə komandamızın top fərqinə diqqət yetirək. 23-oyuna qapısından 32-top buraxan komandamız rəqibləri cəmi 24-dəfə cəzalandıra bilib. Bu isə çox pis, özü də bizə yaraşmayan qədər lap pis nəticədir. Xatırladaq ki, 2004-cü ildən bəri ən zəif çıxışları 2005/06 və 2012/13 mövsümünə  təsadüf edən “Xəzər Lənkəran” həmin illərdə hətta bu cür zəif müdafiəyə malik deyildi. Belə ki, “Xəzər Lənkəran” 2005/06 mövsümünündə 26-oyunun 9-da qalib gəlmiş, eyni sayda matçı heç-heçə etmiş və 8 görüşdə məğlub olmuş, rəqib qapılarına 27-top göndərmiş öz qapısından isə 18 top buraxmışdı ki, nəticədə çempionatı 7-ci yerlə bitirmişdi. 23-cü turdan sonrakı vəziyyət belə olmuşdu: 23-oyun,7-qələbə, 6-heç-heçə,8-məğlubiyyət, rəqib qapılarına 23-vurulan toplar,16- buraxılan toplar.

Ötən, 2012/03-də bir az da aşağı düşərək 8-ci pillə ilə mövsümü başa vurmuş komandamız, 32-oyunda – 10-qələbəyə sevinmiş, eyni sayda rəqiblərlə xalları bölüşmüş, 12-qarşılaşmada məğlubiyyət acısı yaşamışdı. 32-oyunda öz qapısından 37-top buraxmış və 40-topla bunun əvəzini çıxmışdı. Həmin mövsümün 23-oyunundan sonra komandamızın göstəriciləri belə idi:  7-qələbə, 7-heç-heçə, 9-məğlubiyyət, 32-vurulan toplar, 28-buraxılan toplar. Bəs indi necədir? Buyurun bu da indiki: 23-oyundan sonra 7-qələbə,9-heç-heçə, 7-məğlubiyyət,  24-vurulan toplar,32-buraxılan toplar. Aşkar görünür ki, “Xəzər Lənkəran”ın hətta ən zəif vaxtlarında belə rəqib qapılarına vurulan topların sayı qapımıza vurulanlardan çox olub. İkincisi də 23-oyuna heç vaxt qapımıza bu qədər qol vurulmayıb.Təqdim olunan rəqəmlər sanki dil açıb deyirlər ki, “Xəzər Lənkəran”ın hazırki müdafiəsi klubun tarixinin ən pis və aciz müdafiəsidir.

Buyurun “Xəzər Lənkəran”ın son  oyunlardakı nəticələrə diqqət yetirin:

“Xəzər Lənkəran” – “Neftçi” 2:2

“Qəbələ” – “Xəzər Lənkəran” 2:3

“Xəzər Lənkəran” – “Bakı” 0:2

AZAL – “Xəzər Lənkəran” 2:2

Göründüyü kimi ardıcıl olaraq son 4-turun hər oyununda komandamız öz qapısından 2-top buraxıb. Qış fasiləsindən sonra daha yaxı çıxış etməli olan müdafiəmizin getdikcə zəifləməsi göz önündədir. Burada bir bəraət verici məqam ondan ibarətdir ki, “Xəzər Lənkəran” son dörd oyunun üçündə turnir cədvəlinin liderlərinə qarşı mübarizə aparıb. “Qəbələ” 2-ci, “Bakı” -3-cü və “Neftçi” 4-cü pillədə məskunlaşıbılar. Əslində isə bu bəraət deyil daha çox bəhanəyə yaxındır. Bəhanə isə heç də “Ağ-yaşıl” kluba yaraşmır. Ən azı ona görə ki, “Xəzər Lənkəran” yarandığı gündən iddiasını ortaya qoyub və hansısa ortabab Azərbaycan klubu olmayıb ki, bəhanələrlə plan doldursun.

Hazırladığımız statistik məlumatlar bununla bitmir. Məsələ ondadır ki, “Xəzər Lənkəran”ı qarşıda “İnter”lə ev oyunu gözləyir. Aşağıda “Xəzər Lənkəran”n hazırda Prmeyer Liqada mübarizə aparan bütün komandalarla arasındakı top fərqləri təqdim olunub:

“Xəzər Lənkəran” – “İnter” – 37:36.

Xəzər Lənkəran”  – AZAL 36:19

“Xəzər Lənkəran” – “Bakı” 35:36

 “Xəzər Lənkəran”  – “Qəbələ” 34:21 

“Xəzər Lənkəran” – “Neftçi” 30:35

“Xəzər Lənkəran” – “Sumqayıt” 49:13

“Xəzər Lənkəran” – “Rəvan” 16:9

“Xəzər Lənkəran” – “Qarabağ” 32:29

“Xəzər Lənkəran” – “Simurq” 25:14

Göründüyü kimi “Xəzər Lənkəran”ın qapısına “Neftçi” 35, “Bakı” və “İnter” klubları isə 36-dəfə yol tapa biliblər. “Neftçi” və “Bakı” hərəyə iki dəfə fərqləniblər,deməli fevralın 28-də keçiriləcək “İnter”lə oyunda da qapımıza ən azı 2-qol vurulması təhlükəsi gözlənilə bilər. Əlbəttə buna qədərki statistika belə deyir. Futbolçularımız isə öz oyunları ilə statistikanın dediyinin əksini sübut edə bilərlər. Biz də elə bunu istəyirik.

Komandamıza uğurlar arzulayırıq.

5 Şərh

  1. Men de raziyam komandamiz en yaxsi halda 4-5 ci yerleri tuta biler. Umid qallib kuboka.

  2. HAR ugurun va ugursuzlugun sonu olur. lap statistika alejhimiza olsada ugura inanmaq lazimdi. ALLAH hamimizin komaji olsun. oduki aziz azarkeslar galin novbati goruslarda komandamizin uguruna inanaq. ki Insallah novbati goruslarda Xazar ugurlarijnan bizi sevindirar. komandanin potensijali var. tabii sahvlarda jox dejil

  3. Admin bey sizi ve butun xezerseverleri salamlayiram,dogrudanda komandamiz cari movsumde hecde yaxwi tesir bagiwlamir elalxusus mudafie xetti,demek olar ki, mudafie yox yerindedir baxin qiw fasilesinden sonra kecirdiyi 5 oyuna 8 top vurubsa ele sekkizide buraxib ozude her oyuna 2 top tek qarabagla oyunda azaciq mudafiemiz sey gosterdi ve topda buraxmadi,elimizden ne gelir yene Allah komeyleri olsun gorek bundan sonrasi nece olur.

  4. Ferhad Nesirov says:

    “Xezer TV”-nin “Futbol saatinda” “Xezer Lenkeran”in qapisina teyin olunan ve “Qebele”nin qapisina teyin olunmayan penaltileri cezali Anar Salmanov ozunemexsus sherh etdi: Sen deme Slavik Alxasov Reshad Abdullayevi eli ile saxlayib yere chirpdi ve hakim tamamile haqli olub, ve hech-bir shubheye yer qalmayib, chunki o, (Anar) bizden ferqli olaraq hadiseni daha yaxshi gorub ve qiymetlendirib. Genc Ceyhun Rzayev ise daha maraqli versiya ireli surdu, yeni Reshad Abdullayev tecrubeli bir oyunchu kimi azaciq toxunulushdan meharetle ozunu yere chirpdi, hakim de haqli olaraq penalti teyin etdi. Mentiqi anladiniz da…, yeni Reshad Abdullayev oz huququndan istifade edib yere yixildi ve bu hech de simulyasiya deyil. Maraqlidir, studiyada Ceyhun Rzayevin yaninda oturan diger Ceyhun Sultanov raziliq elameti olaraq erkyana onun (Rzayevin) kureyine yungulce bir el gezdirseydi, yeqin ki, Ceyhun Rzayev de oz huququndan istifade edib masanin altina yixilardi ve sonra da polise shikayet ederdi…

    • Siz Allah Fərhad bəy nə qoyub ,nə axtarirsiniz..Hələ bundan sonra hələ şox belə hallar olacaq .Mustafa hoca Hazar Lənkarana qarşı hakim qərəzindən heç nə demək fikrində deyil .Çünki hakimlər həmişə düzdülər .
      Mustafa Hoca zəhmət çək yetirmələrin hər oyunda 7-8 top vurmağı öyrət ki onların 2-ni heç olmasa qeydə alsınlar..

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


4 − iki =