7 ay əvvəl
Bu sondur yoxsa?
7 ay əvvəl
Heyf…
8 ay əvvəl
Qadağalar qaydası…
8 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

futbolu olduren

Azarkeş saytımızda mütəmadi olaraq sayt istifadəçilərinin qələmə aldıqları yazılar dərc olunur.

Bu dəfə saytımızda “Tənqidçi” niki ilə şərh yazan istifadəçinin göndərdiyi  növbəti yazını təqdim edirik.

Buyurun izləyin:

Nəsihətlər, xalq məsələləri, atalar sözləri , aforizmlər bizim məmləkətdə özünü doğrultmur.

Belədə məcburən iki şey haqqında düşünməli olursan. Ya bu deyimlər yerində deyil, ya da biz bu məsələlərə düzgün riayət etməyi bacarmırıq. Misal üçün, hər “tənəzzülün bir tərəqqisi var”, “hər şərdə bir xeyir var”, “hər qaranlığın aydın sabahı var”, “səbr Allahdandır” kimi deyimlər bizdə hələ ki özünü doğrulda bilmirsə, nə vaxta kimi tənəzzüldən-tənəzzülə, şərdən-şərə, qaranlıqdan-qaranlığa səbr edərək yol tutub gedərik.

Tərrəqqi yolu, Haqq yolu , dəyərlərə dəyər verildiyi yol hardadırsa, bizim özümüz dəyərlərin aşılandığı yola tərəf getmək istəyirik. Lakin bizə maneə yaradilir ki, bu da başaduşuləndir. Şər içimizdə, öz aramızda və sıramızdadır. Biz ümidimizi yaşil geyinərək Kəbə evində simvollaşan şeytana daş atmağa bağladiğımız halda, düşdüyümüz bu qaranlıq labirint isə bizi fırladıb yenidən qaranlıqlara sürükləyərək zulmətə aparmaqdadır. Başağrisi vermək istəmirəm, elə futbolumuzda baş verən haqsızlıqları demək istəyirəm.

Bu haqsızlıqlar birdir, ikidir ki…Hər birisində də bir məna gizlənib.

Demək, böyük məna kəsb edən bu məsələlər özlüyündə insandan aydın və məqsədyönlü fəaliyyət tələb edir. Lakin bu fəaliyyət olmayınca haqsızlıq da ayaq açıb yeriyir. Aydın məqsəd üçün və məqsədə çatma yolunda ardıcıl mübarizə aparmırsansa, deməli, bu mubarizədə ortaya çıxan tərəqqidə də sənin payın yoxdur. Şərdən xeyirə gedən yol tanrı yoludur qoyulub və sən bu yolu getsən də, getməsən də hər şeyin yaradıcısı bu yolun sonu haqda qərarını əvvəldən vermişdir. Ona görədə “Səbr Allahdandır” kəlamınıəbəs yerə işlətməmişəm.

Açılan aydın sabahlar da bizə yaxşı nəsə vəd etmir. Niyə? Bizim yatıb duranda hazıra nazir olduğumuz sabahlar futbolumuzda yeni hoqqaların baş verməyindən xəbər verir. Lakin həyatda baş verən olaylara biganə qalmağımız da bizə nikbinlik bəxş edə bilməz. Bizim üçün tələb olunan bir iş var. Allahın insanlıq adına görəvləndirdiyi vəzifələri layiqincə və ləyaqətlə yerinə yetirmək.Lakin bu vəzifələri yerinə yetirə bilənlərimiz varmi? Yox! Deməli ilahi nəsibə sahib durmamağımızla kimlərinsə haqqını tapdalamış oluruq. Deyəcəklər ki, PFL , eləcə də AFFA bu haqları tanıyır. Daha deməzlər ki, kimi istəyir gətirir və kimi istəyir yola salir. Bu cür deyənlərə deyəcəyik ki, millətə seçim haqqını dövlətimiz verib və sadəcə olaraq bu haqqa sahib durmaq lazımdır.

Əgər bu gün sənə haqsızlıq olunursa , sən haqsızlıqdan qurtulmaq haqda düşünməlisən, haqqını yeyənlərdən haqqını tələb etməlisən, müqavimətsiz və itaətkar olmayacaqsan ki, səndən istifadə edə bilməsinlər. Necə ki, Premyer Liqada “Araz Naxçivan” bunu etdi və komandaların sayı doqquza duşdu. AFFA və PFL-ə dirəniş göstərməyin bariz nümunəsi AFFA və PFL-in nüfuzdan duşməsi ilə nəticələndi. Azarkeş ayağa qalxdı və bu qurumlara ciddi etiraz etməklə hakim qərəzçiliyini sübuta yetirdi.

Bəs bizim “Xəzər Lənkəran“ camiəsində vəziyyət necədir? Başda oturanlar futbolumuzun tərəqqisi yolunda addımlar atmaq istəyirlərmi? İstəməyənlərə qarşı hər hansı dirəniş varmı? Hələ kı, yoxdur. Gördüyümüzsə camiəmizin “hər qaranlığın aydın sabahı var” məsələsinə arxayın düşüb səhər gördu ki, hakimlər qərəzli qərarları ilə futbolumuzu yenidən qaranlıqlara düçar ediblər. Tərəqqidən ağız dolusu danışan PFL rəsmiləri yaranmış böhranın qarşısını almaqdan ötru əlacsız qalıblar. Qıpqırmızıca da dirəniş göstərirlər.

Fikrimizcə, yeganə düzgün yol bir araya gəlmək, futbolda yaşanan haqsızlığa son qoymaq və tənəzzüldən tərəqqiyə, şərdən xeyirə, qaranlıqlardan aydın sabahlara yol tutmaqdır.

Müəllif: Tənqidçi

9 Şərh

  1. TƏNQİDÇİ qardaşım, Salam! Linkini qeyd etdiyiniz Əlisahib bəy “Sportinfo.az” saytındakı yazısında hər şeyi tam çılpaqlığı ilə qeyd edib. Mənim fikrimcə indiki məqamda AFFA, PFL və Hakimlər Komitəsi kökündən yeniləşməyənə qədər “Xəzər Lənkəran” da “Araz”ın yolunu tutub çempionatdan imtina etsə yaxşıdır. Ta, ölkə futbol təsərrüfatı yüxarıdan düzələnə kimi. Onsuz da bu gedişatla gec tez bu baş verəcək. Çünki, bu qurumlar öz yarıtmaz işləriylə klublara sərmayə yatıran iş adamlarını artıq futboldan iyrəndirib. Komandamızın çempionatdan imtinası bəlkədə bu prosesin bir qədər də tezləşməsinə xidmət edər.

    • SALAM EGER XL ARAZ NAXCIVANA GOSULARAG CEMPIONATDAN IMTINA ETSE AFFA nin KURKUNE BIRE DUSER, ONDA MECBUR OLARAG BAKI CEMPIONATI KECIRDERLER.. CUN KI BIR IKI BOLGE KOMANDASI GALIB ONLARDA DEMEK OLAR KI BAKININDIR . BIR DE AXI BAKI PAYTAXTDIR BIZIM FUTBOLUMUZUN LOKOMATIVIDIR. BU LOKOMOTIVLER TEZ TEZ SIRADAN CIXDIGLARINA GORE SAYIN COXALDIRLAR KI BOLGE VAGONLARI LOKOMATIVSIZ GALMASIN. BAS PORAVOZCU DA ROVNEGDIR. SADECE NAXCIVANA DEMIR YOL OLMADIGINDAN ARAZ OZU IMTINA EDIB..DUZ DEMIREMSE ONDA SIZ DUZUNU DEYIN.

  2. Azərbaycanlı says:

    Futbol təsərrüfatımız bir orqanizm kimi başdan iylənmişdir. İylənmə elə bir həddə çatıbdır ki, bu başın bəzi başlarının son açıqlamalarından pis qoxuya özlərinin də dözümü qalmadığı aşkar görünür. Çünki uzun sürən sürünmədə elə sürünən kimi də qaldılar idman arenasında bu inkişafa yönəlmiş vəsaitləri sümürənlər. Yalanın yalanla üst basdır edilməsinin bütün “məntiqi” və qeyri-məntiqi sıralanması pozulub, arqumentlərin qurtardığı şəraitdə motivasiyaya ümidlər tükənib. Tənəzzülün pikinə Top.az lototronunun çarxında hərləyib-fırlayıb çıxartdılar bu təsərrüfatı başa bəla oyunbazlar. Bəli, yazıda göstərildiyi kimi bu futbolumuzda idarəetmənin böhranıdır. Yeni fərqli və cəsarətli formula seçilməlidir, bu formulanın mərkəzində Futbol Adamı və Maliyyə Mənbəyi parallel müstəvilərdə mükəmməl qarşılıqlıq şəraitində var olmalıdırlar.

  3. Tenqidci qardash bura Azerbaycandir bizda ner shey mumkundur.Demali bela cixir ki ,komandanin cempionluqa oynamasi sadece ozu bir oyundur.Onda qoy Okuz qalsin yerinda 5-6 yerlar bizi qane edir.

  4. SALAM TENGIDCI GARDAS YAZDIGLARINIZDA BOYUK BIR HEGIGET VAR.. AMMA HAGGI, EDALETI, DUZLUYU EGER O, MEMLEKETDE VARSA ONU TELEB ETMEK OLUR. BU GUN BIZIM AFFA AZERBAYCAN DILINDE LUGGETCE
    DUZ SOZUN OZUNU YAZILISDA EYRI YAZIRSA HANSI EDALETDEN, DUZLUKDEN DANISMAG OLAR HER ZULMET GARANLIGIN BIR NURLU SEHERI VAR. AMMA BIZIM FUTBOLUMUZDA HEC BIR NURLU SEHER OLMAYACAG. CUNKI GARA GUVVELER NE GEDER FUTBOLUN BASINDADILARSA NURLU SEHERI ACMAGA GOYMAZLAR. CUNKI NURLU SEHER ONLARIN IC UZUNU GOSTERER. BU GUN ROVNET AZERBAYCAN DILINDE DANISARKEN GARSI TEREF ONUN DEDIKLERINI BASA DUSMURSE HANSI INKISAFDAN DANISMAG OLAR.COX YAZMAG OLAR. NAXCIVANLILAR OZLERINDE GUC TAPIB HAGSILIGA MUNASIBETI BELE BILDIRDILER. AMMA BASGA KLUBLAR ONLARA DESTEK OLMADI. BU YOLU 3 , 4 KOMANDA DAVAM ETSEYDI GARA GUVVELER GOYUB GACAR

    AFFA da YIGISIB GARA GUVVELER
    HAKIMLER DE CALIR GARA ZURNANI
    TUTEK GUCUYLE GALDIRIB SERCENI
    SIKEST EDIB ENDIRILER DURNANI

  5. Tənqidçi says:

    Messi qardaş salam..Bəlkədə belə məsləhət olunub 2:2

  6. Tenqidci qardash fikirlarinda mentiq var ,bes niya hec demirsan ki,Xezer Lenkaran komandasi ,onun bash bilanlari oz sehflarindan ne vaxt neticha cixardacaq??? 3 xal ellerinda ola-ola necha onu neca verdilar??? Biz ozumuzda sehfimizi axtaraq.50 deqiqadan artiq Noyutcular meydanda azliqda oynadi niya istifade edib 3-4 top vura bilmirsan?? Demali komanda ozu gunahkardi.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


+ altı = 15