10 ay əvvəl
Bu sondur yoxsa?
11 ay əvvəl
Heyf…
11 ay əvvəl
Qadağalar qaydası…
11 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

xezerYay təlim- məşq toplanışı çərçivəsində 4-cü yoxlama oyununa çıxan “Xəzər Lənkəran”, Türkiyə Superliqasında çıxış edəcək “Kayserispor” klubu ilə bərabərə qalıb.

“Kayserispor” klubunun təlim-məşq bazasında keçirilən oyunda komandamız  19-cu dəqiqədə Vüqar Nadirovun vurduğu qolla fasiləyə minimal hesablı üstünlüklə yollanıb. Fasilədən sonra “sarı-qırmızı”lar hesabı bərabərləşdirə biliblər və 60-cı dəqiqədə Samed Ali Kayanın qapımızdan keçirdiyi topla matçın yekun nəticəsi bəlli olub-1-1.

 “Xəzər Lənkəran” toplanış müddətində sonuncu yoxlama oyununa iyul ayının 24-də çıxacaq və Türkiyə III Liqa təmsilçisi “Derincespor”la oyun Bakı vaxtı ilə saat 20.00-da komandamızın məskunlaşdığı otelin məşq meydançasında baş tutacaq. Matç “Xəzər Lənkəran” Tv ilə canlı yayımlanacaq.

MƏNBƏ: lankaranfc.com

2 Şərh

  1. Rovshan Asadov says:

    Salam aleykum. Muellim apasportda komandamizin bugunu haqda qeweng fotosessiya var, paylawsaz pis olmazdi
    ***
    Salam Rövşən bəy, oldu paylaşarıq.

  2. Salam hormetli admin qardaw…Mumkunse deyardiz transferlerden ne xeber yani yeni oyuncular olar ya yox???
    ***
    Salam. Gözlənilən transferlərin yalnız yarısı həyata keçirirlir, görünür maddi imkanlar buna imkan vermir. Bununla belə ola bilər ki, bir orta sahədə – playmeker mövqeyində çıxış edən bir futbolçu tarnsfer edilsin. Gözləyirik.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


iki + 6 =