11 ay əvvəl
Bu sondur yoxsa?
11 ay əvvəl
Heyf…
12 ay əvvəl
Qadağalar qaydası…
12 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

ETIBAR_CEBRAYIOGLUŞaxta Baba hədiyyə dolu torba ilə hazır vəziyyətdədi.

Fit çalınan kimi gəlib torbasının ağzını açacaq. Onun nə gətirəcəyini hələ yazmaq istəmirəm, sürprizin dadını qaçırmaq yaxşı iş deyil axı. Həm də burda bir incə nüans var. 9 komandalıq Premyer Liqamızın yaraşığı sayılan Lənkəran azarkeşlərində torba sözünə müəmmalı həssaslıq var.

Şaxta Babadan fərqli olaraq “Xəzər Lənkəran” klubunun rəhbərliyinin səbri çatmadı. Bəzi futbolçuların transfer vərəqələrini qoltuqlarına verib yola saldılar. Hələ üstəlik dedilər ki, sizdən xeyir görən, Allahdan bəla görər.

“Ağ-yaşıl” gəmini növbəti dəfə təmirə bağladılar. Klubun fanatları bu mövzulu xəbərlərə artıq çoxdan, lap çoxdan öyrəncəlidirlər, bu üzdən onları təəccübləndirmək olmur. Amma bu dəfə vəziyyət bir qədər fərqlidi, deyilənə görə, “Xəzər Lənkəran”ın təmirində yerli materiallardan istifadə olunacaq. Aradan çıxmayan, rəhbərlik tərəfindən qovulmayan və az maaşla oynamağa qane olan əcnəbiləri də bizimkilərin gözünə qatacaqlar.

“Xəzər Lənkəran”da başlanan islahata münasibət birmənalı deyil, lehinə olan və əleyhinə çıxanların öz səngəri var. Hər iki tərəf də özünü haqlı sayır ki, bu da məmləkətimizdə adi haldı, bu yerlərdə hamı haqlıdı.

İndiki vəziyyətdə bu mübahisəyə qoşulmaq, bir qədər də irəli gedib arbitr olmaq o qədər də asan məsələ deyil. Tam səmimi deyim ki, şəxsən mən bu çətin yükün altına çiyin verməyə tərəddüd edirəm. Amma bir vacib nüans da var axı, söhbət “Xəzər Lənkəran”ımızdan gedirsə, biganə qalmaq olmur.

Məlum olduğu kimi, klub rəhbərliyi “Xəzər Lənkəran”da gəncləşmə siyasətini yürüdəcəyini elan edib, açıq mətnlə də bəyan olunur ki, alt yapıdan yetişən futbolçulara daha çox güvəniləcək. İlk baxışdan klub yönəticilərinin bu addımını anlayışla qarşılamaq  olar. Vəziyyət başa düşüləndi. Rauf Əliyev, Əfran İsmayılov, Rəşad Sadiqov, Elnur Abdullayev, Rasim Ramaldanov kimi azərbaycanlı, Deyan Blajevski, Qabriel Fernando kimi əcnəbilərin bu gəmində yeyib-yatmasına və geninə-boluna şellənməsinə milyonlar xərclənirsə, lakin enində-sonunda “Xəzər Lənkəran” qarşıya qoyulan hədəfdən uzaqlaşırsa, deməli, belə bir adımın atılması qaçılmaz olur.

Lakin məni bir məsələ düşündürür, klub rəhbərliyinin bu qərarı əsəbdən doğan bir qərardı, yoxsa seçilən strategiyanı davamlı sürdürməyə resurslar var? Bir məsələyə diqqət yetirmək lazımdı, qış fasiləsindən sonra güvəniləcək əvəzedici heyətin futbolçuları yalnız birinci dövrəni lider kimi başa vurublar. Fevraldan “Xəzər Lənkəran” yetirmələrini çox ağır sınaq gözləyir, dostum Elbrus bəyin rəhbərlik etdiyi bu gənclər belə çətin mübarizəyə nə dərəcədə hazır ola biləcəklər?

Dəyərli azarkeşlərimizin, bu 10 ildə “Xəzər Lənkəran”ı həmişə dəstəkləyən, məmləkət futboluna bir çox məsələlərdə baş ucalığı gətirən fanatlarımızın arasında da fikir ayrılığı var. Bir qrup “Ağ-yaşıl”lardan daim super transfer gözləyir, bahalı əcnəbi və yerli futbolçuların heyətinə qatılmasını istəyir. Qış fasiləsindən sonra keçiriləcək oyunlarda onları tribunalarda görə biləcəyikmi? Dədələrimizdən qalma misal var – “şər deməsən, xeyir gəlməz”.  “Qarabağ”, “İnter”, əzəli rəqib “Neftçi” ilə qarşılaşmalarda mümkün məğlubiyyətlərdən, baş məşqçimizin “Səviyyə fərqi öz sözünü dedi, təcrübəmiz çatmadı, heyət kasaddı” açıqlamalarından sonra həmin azarkeş qardaşlarımız yenə “İstefa, İstefa!” şüarlarını işə salmayacaqlar ki?

Cəmi 9 komandalıq Premyer Liqamızda yaranan fasilədən istifadə edib bu məsələləri birgə müzakirə etmək düşünürəm işin xeyrinə ola bilər. Şaxta Babanı qarşılayıb yola salandan sonra qısa da olsa bunun üçün zamanımız var.

Şaxta Baba demişkən, özünə yalandan bığ-saqqal qoyan bu adamın torbasından birdən klubun İstanbuldakı baş ofisindən göndərilən yeni baş məşqçi çıxdı, ondan necə olsun…

 Etibar Cəbrayıloğlu

MƏNBƏ: “Het-trik news” qəzeti

19 Şərh

  1. Salam Admin bəy! İlk öncə Sizin və Sizin timsalınızda “12 ci Oyunçu”ların qarşıda gələn Yeni İlini təbrik edirəm. Ən böyük arzum budur ki, 2015-ci il Bizlər üçün, “Xəzər Lənkəran”ımız üçün uğurlu il kimi yaddaşlarda qalsın!
    YENİ İLİNİZ MÜBARƏK !
    ***
    Salam. Bu gözəl sözlərin, təbriklərin altında imzamı əlavə edirəm.

  2. RASIMRAMALDANOVDA QALDI XEZERI ISTEYENLER DEMEK BU 4 5 OYUNCU IMIW O EFRAN KIMILER LAZIM DEYIL BIZE

  3. rasimde xezerde qalir

  4. TURKUN SAXTA BABASI,
    GELMESIN TORBASIYLA.
    YOXSA MESGCI ADINI,
    GOYAR HERB ZORBASIYLA

    DENIZLI, OGUZ ADI
    HEMEN TORBADAN CIXDI.
    EMELLERIYLE ONLAR,
    KOMANDAMIZI YIXDI

    BIZE HEGIGI SAXTA BABA LAZIMDIR KI, BIZLERE SEVINC GETIRSIN. YOXSA TURKLERIN SAXTA BABASI KIMI TORBASI BOS OLMAGLA ANCAG GIZLI EMELIYYATLAR APARIR, SONRA DA TORBANI PULLARLA DOLDURULARAG GACIRLAR. BELELERINE RUSLARIN SAXTA BABASI DEYERDI POSOL VON OTSUDA KOZYOL.

  5. Azərbaycanlı says:

    Nə qədər bəsit görünsə də fikrim, yeni kəşfə iddia etmədən bildirim ki, istənilən sahədə görülməsi zəruri olan işi ilk növbədə başlamaq lazımdır. Başqa sözlə, ay qardaş, bu işi nə vaxtsa başlamalı idilər ya yox?! XL-də mövcud şəraitdə dəyişikliklərin başlanğıcı istər məqamına(iş başında olan heyətin yaradıcılığına yekun vurmağa bəs edən iki dövrənin başa çatması; təqvim ilinin sonu; qabaqda olan bir aylıq tətil; transfer pəncərəsinin gedənlərin və gətiriləcəkləri, belələri olarsa, üzünə aşılması), istər seçilmiş motivə (işləməyən dişləməz; nə tökərsən aşına, o çıxar qaşığına), istər sərfəlilik dərəcəsinə (ziyanın yarısından qayıtmaq da xeyirdir; №1 olan və XL Azarkeşini itirməkdənsə məqsədi bəlli olmayan №-siz komandanın qeyrətsiz hissəsi ilə üzülüşmək sağlam məntiqə cavab verən addımdır) görə düzgündür. İstənilən işin başlanğıcında duranlar kimi bu gün Elbrus Məmmədov və gənclrimiz Şans sahibidirlər. Onların hər biri cəsarətli olmalı və dərk etməlidirlər ki, Şansın özü karyera yolunda az deyil, azdan da azdır, amma bu elə bir azdır ki, bütün çoxlar onun üstündə toplanır. Bir sözlə döyüşkənlik uğurun rəhnidir, ancaq bu yolla heyət özünü Azarkeşimizə sevdirəcək və real dəstəyimizdən bərhələnəckdir. Yeni toplanılacaq heyətlə Azarkeşimiz arasında gözlənilən münasibətin də yeni olacağını gözləyirəm. Həmişə iddialı olan maksimumçu XL Azarkeşi komandanı bir növ yedəyə almalı və iddialarımıza doğru getməlidir.

  6. Heç də hamı reallığı qəbul etmək istəmir.Bu çox güman ki komandaya olan sevgidən istəkdən irəli gəlir.Nəinki cənubda heç məmləkətdə premyer liqada yüksək yerlər uğrunda mübarizə apara biləcək kifayət sayda yerli oyunçu yoxdur.Söhbət bacarıqlı oyunçudan gedir.Ona görə də müəyyən sayda keyfiyyətli legioner alınmasa mübarizə aparmaq çox çətin olacaq.Əgər belə olacaqsa o qənaətə gəlmək olar ki seçilmiş strategiya gələcəyə hesablanıb.Çox güman ki elədir.

  7. Etibar bəyin mülahizələri həqiqətə çox yaxındır. Lakin Hüseyn Cəbrayıloğlununnüsahibəsində O.Çətini göylərə qaldırmasını heç cür anlamaq mümkün deyil. Hüseynin dediklərindən belə çıxır ki, XL O.Çətinin dövründə böyük yüksəlişlərə qol qoyub. Az qalır adam bir kollektiv məktub quraşdırıb İstambula yollasın ki, ay Oğuz bəy, sən gəlməsən XL yox olub gedəcək. Amma onun dövründəki nəticələrə baxanda bunun heç də belə olmadığını görürsən. Və soruşmaq istəyirsən, bu Oğuz belə yaxşı məşqçi idisə, niyə komanda nəticə verə bilmədi və axırda baş götürüb gəldiyi yerə qayıtdı? Əgər həqiqətən rəhbərliyin “gəncləşdirmə” kimi bir fikri vardısa, niyə O.Çətin yerli gənclərdən heç olmasa 3-4-nü əsas heyətdə buraxmırdı? Onun ki, buna kifayət qədər zamanı vardı. Halbuku azarkeşlər bu barədə dəfələrlə, təkidlə ondan xahiş və tələb etmişdilər… Yalnız E.Cəfərov bu tələblərin qarşılığında 5-10 dəqiqə oynamaq imkanı qazanırdı…Bəlkə belə deyil?.. Nə isə XL müəmması davam edir. Qatı dumana bürünmüş XL tapmacasının cavabını sayın qardaşımız, XL-nın ən böyük fanatlarından biri Etibar bəy də, deyəsən, elə tapmacalarla tapmaqda israrlıdır…Keçmiş olsun, qardaşlar.

  8. Nureddin says:

    Eslinde veziyyet cox maraqlidi.Nece deyerler hem qelizdir,hem de vacib.Eger baba waxta yox saxta babadirsa onda hec torbasinin icini axtarmaga ehtiyac yoxdur.Hal-hazirki veziyyete esasen Elbrus muellim ucun ideal werait var.Sozun esl menasinda ideal.Hotelinden tutmuw menevi inama qeder.Eyni sozleri evezidicilerde oynayan genclerimiz ucun de demek olar.En esasi da meglub olacaqlari teqdirde o qeder de teyziqlerle uzlewmeyeceklerini menden de,senden de yaxwi bilirler.Ele ise daha ne lazimdir ki?!
    Gelin bir az kecmiwe nezer salaq.Zaman subut etdi ki,Lenkeran futboluna qazandirmaq ucun Lenkeran mentalitetine,Azerbaycan futboluna muvafiq mewqci ile iwlemek lazimdir.Ve en esasi ise odur ki,senin mewqci getirdiyin adam ilk novbede mesuliyyetini bawa duwmeli,netice vermelidir.Yeni bura iwlemek ucun gelmelidir.
    Bizim bir Towak adli waxta babamiz da var idi.Her oyun biabrciliqlara regmen adam hec yerinden terpenmirdi.Stadionda yadinizdadirsa infakt keciren bir dayi da olmuwdu Towak babanin vaxtinda.Amma “kiwinin” neyine lazim?!Adam pulunu qazanirdi da…
    Ola biler ki,cox uzatdim amma ezizlerim netice olmasi ucun haminin oxu eyni yere niwanlanmalidir.Teselli kimi olmasin amma bele bir deyim de var axi:”Ox ne qeder arxaya dartilsa bir o qeder qabaga sicrayar”
    Biz yeterince arxaya dartilmiwiq.Indi bizi ireliye dawiyan birine ehtiyacimiz var.Elbrus muellimin bunu bacarib-bacarmayacagini deye bilmerem,amma wexsen men buna inaniram

  9. Hec olmasa torbadan Agaselimi cixarsin shaxtababa.

  10. Rovshan Asadov says:

    Madam ki, Elbrus muellimle davam etmeye qerar verildi, bele de davam edek. 1 movsumu itirek, 2 movsumu itirek, amma 3-cu movsumde ugur ozluyunden gelecek. Esas olan bir-birini taniyan futbolculardan ibaret oturuwmuw heyet qurmaqdir. Duwunun ki genclerle davam etsek onlar 2-3 movsumden sonra tecrube qazandiqca Xezer Lenkeran nece mohtewem olacaq. Yeter ki, bu genclere ve mewqciye vaxt vere bilek (hem azarkew, hem de klub rehberliyi seviyyesinde). Komandada Xezer Lenkerani seven oyuncular olduqdan sonra kecilmez cetinlik qalmayacaq, esas olan da istek, irade, ve Xezer Lenkeran adina olan sevgidir. Bir az zaman, bir az da sebir. InwaAllah yeni mewqciyle uzun muddet davam ede bilerik, stabillik olsa ugur da olacaq inwAllah

    • O dediyin olsaydi sumqayitda olardida,ordakilar bizimkiler 5 qat daha yaxsi oyunculardi halbuki….

      • Rovshan Asadov says:

        Bizdekiler LENKERANLIlardir. Uwaqlar can qoyacaqlar meydanda. Ferq budur qaqawim

        • Can qoymagla futbol oynalildigin ilk defe sizden esidirem…..Daha qarabag klubu o qeder pul xercdiyib daha niye yaxsi transfer edirler ki, ele qarabaglilari yigardida onlar daha cox can qoyardi…..Bunlar hamisi bos seylerdi,Orxana 3 il sans verildi, ne qazandiq,hansi dogru durust qapiciya 3 il sans verilseydi, en azindan Orxandan 3 bas ustun olardi, qalan cavanlara yeterince sans verilib,Ele gorurek Elnur Ceferov iclerinde en yaxsisi di. Amma 3-4 defe onun oyununa baxmisam, ona bile 100 defe sans verilse bir Vobay ve ya Parks hec vaxt olmaz….

          • Rovshan Asadov says:

            Deyirem ki, bu plan geleceye hesablanib, menim kimi sene de sebir etmek duwer.

  11. Salam Etibar bey bu yazisiyla bir cox meselelere isare ederek, hetta saxta babanin torbasindan surpiriz olarag basga bir mesgcinin adinin cixmasini da gizletmir. Gardas harda torba varsa orda hokmen torba emeliyyata kecerek oz isini gormelidir. Ona gore saxta babani torbasiz bura devet etmeli ve saggalini da burda bir nece defe dartmagla saxta olub olmadigini yoxlmaliyig .Saxta olan saxta babalar bize lazim deyil. Galdi geminin temir ederken yerli matreiallardan istifade edilmesine dusunurem ki, Elnur Ceferov kimi ne geder demir agaclarimiz ehtiyyatda varsa hamisini gemiye serf etmek olar.

  12. Zəfər Lerikli says:

    Həqiqi Şaxta baba gəlsin!
    Özünə yalandan bığ-saqqal qoyan İstanbulun baş ofisindən Saxta baba istəmirik ki , torbasından yeni baş məşqçi çıxsin.Allah qorusun.Amin!.

  13. Axşamınız xeyir, Admin bəy, Salam Etibar müəllim! Qarşıda “Xəzər Lənkəran”ı hansı çətinliklər gözləyir və ya hansı çətinliklərlə üzləşəcək, bunu təxmin etmək indi doğurdan da çətindir. Çünki, klubdaxili proseslər bir-birini çox sürətlə əvəz edir. Bütün bunlara rəğmən əsas bir nüansı qeyd etmək istərdim. Əvəzedicilərdən əsas komandaya cəlb olunan gənc yerli futbolçularımız onlara verilən şansdan maksimum bəhrələnməlidir. İndiyə kimi onların əlinə belə münbit şərait və şans düşməmişdi. Biz həmişə komandamızda öz yetirmələrimizin oynamasını arzulamışıq. Buda məqam, fürsət. Bu fürsətdən yararlanıb üç-dörd yetirməmiz əsas heyyətdə yerlərini bərkitsə, məncə Lənkəran futbolu üçün əla göstərici olardı.
    ***
    Salam Qabil bəy. Tamamilə düz qeyd etmisiz ki, gənclər üçün bu şansdır və mütləq yararlanmalıdırlar.

  14. SALAM ADMIN BEY AXSAMINIZ XEYR

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


+ 1 = on