1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

top“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirovun jurnalistlərə açıqlamlamaları.

 

– “Xəzər Lənkəran”ın hədəfinin ölkə kubokunu qazanıb, Avropa Liqasına vəsiqə qazanmaqdı. Heyətin güclənməsi üçün rəhbərlik qış fasiləsində yeni transferlər üçün büdcə ayıracaqmı?

– Baş məşqçiyə rəhbərlik tərəfindən bütün şərait yaradılacaq. Məşqçi heyəti ona ayrılmış büdcəyə uyğun transferlər edib, üçüncü dövrəyə hazırlaşacaq. Hansı formatda fəaliyyət göstərəcəyimizi yanvarın ilk günlərindən biləcəksiniz. Klub prezidentinin də iştirakı ilə toplantımız olacaq və hər şeyə orda aydınlıq gələcək.

– Sözlərinizdən belə başa düşdük ki, komanda ikinci yarıda daha iddialı olacaq…

– “Xəzər Lənkəran” həmişə iddialıdı. İlk yarıda bildiyiniz kimi, transferlər də etdik. Milli komandanın oyunçuları cəlb olundu. Amma sonradan müəyyən problemlər ortaya çıxdı. Desəm ki, devalvasiyanın bizə təsiri olmayıb, yalan olar. Klubun işçilərinin hamısı manatla maaş alır. Bu, tək “Xəzər Lənkəran”ın problemi deyil. Məni vitse-prezident kimi bu dəqiqə yalnız klubun yaşaması maraqlandırır. Komandanın çempion olması, kuboku qazanması mənim üçün ikinci dərəcədədi. Biz “Xəzər Lənkəran”ın gələcəyini, uğurlu çıxışını təmin etməliyik.

– Sadio Tounkaranın FİFA-ya şikayət edəcəyi bildirilir. Komandaya yenidən sanksiya tətbiq edilməsindən narahat deyilsiniz?

– Tounkara niyə şikayət etməlidi? Onunla qarşılıqlı razılıqla müqaviləyə xitam verilib. Son dönəmdə ayrılan futbolçuların hamısı ilə müqavilə qarşılıqlı anlaşma ilə pozulub. Belə vəziyyətdə hansı şikayətdən söhbət gedə bilər? Hazırda 1-2 futbolçu ilə bağlı problemimiz var. Ümumiyyətlə, “Xəzər Lənkəran”ın fəaliyyət göstərdiyi 11 il ərzindəki ümumi borcu 800 min – 1 milyonu keçmir. Ancaq FİFA tərəfindən çıxarılan qərarlar əsasında ödənişlər var. Onlar vaxtlı-vaxtında ödənilməlidi. Bu, müzakirə mövzusu deyil. Biz çalışırıq “Xəzər Lənkəran”a qarşıda təhlükə olmasın.

– Eder Bonfim və Alfred Sankoya olan borclar bu ilin sonuna qədər ödənilməli idi…

– Biz bu futbolçularla müqaviləni qarşılıqlı razılıqla pozmadığımız üçün münasibətlərimizə FİFA-da aydınlıq gətirməyə başladıq. Təəssüf ki, işə baxan hakim FİFPRO-nun sədridi. O da futbolçuların tərəfini tutur. Biz də müvafiq orqanlara şikayət etdik ki, bu məsələlərə ədalətli baxılsın. Elə futbolçu var ki, 200 minlik iddia qaldırmışdı. Sanko ilə bağlı isə FİFA bizim xeyrimizə qərar çıxarmışdı. Biz onu uduzmadıq. Sanko 200 minlik iddia etmişdi, FİFA onu 19 minə saldı. Bizim verəcəyimiz də elə 19 min idi. Biz Renato Moreyra, Eder Bonfim və Qalin İvanova görə bizim məsuliyyətimiz var. Bu 3 futbolçuya görə müəyyən vaxt qoyulub, ödənişlər də, inşallah, olacaq. “Xəzər Lənkəran” yaranan gündən onun transfer işinə baş məşqçi və onun heyəti baxıb. Con Toşak və Mustafa Dənizlinin dönəmində xeyli sayda oyunçu gəlmişdi. Futbolçu ilə baş məşqçinin arasındakı məsələlərə rəhbərlik qarışmır. 30-a yaxın oyunçu ilə vidalaşmışıqsa və ondan 3-4-ü ilə aramızda mübahisə yaranıbsa, bu, normal haldı. Təbii ki, o legionerləri gətirməsəydik, heç bir mübahisə yaranmayacaqdı.

– Hazırkı futbolçulara borcunuz varmı?

– Hazırda komandada olan futbolçuların noyabr ayı üçün maaşları ödənilib. Yollarımızı ayırdığımız futbolçularla da qarşılıqlı şəkildə anlaşmışıq. Hazırda heç kimə borcumuz yoxdu, bununla bağlı qol çəkilmiş sənəd var. Maaşda 1-2 aya yaxın gecikmələr olur. Gecikmələr sentyabrdan sonra yaranmağa başlayıb. Əsas odu ki, maaşlar ödənilir.

– Rahid Əmirquliyev və digər oyunçular 9 aydı maaş almadıqlarını deyiblər. Bu nə dərəcədə doğrudu?

– Rahid heç vaxt belə deyə bilməz. Rahid ağıllı-başlı futbolçudu. Həm onunla, həm də digərləri ilə qarşılıqlı şəkildə müqaviləyə xitam verilib. Heç birinə borcumuz yoxdu. Bunu sübut etməyə də hazıram. Çağırın Rahidi mətbuat konfransına, o heç vaxt deməz ki, “Xəzər Lənkəran”ın ona borcu qalıb. Üstəlik, Əmirquliyev o kateqoriyada insan da deyil ki, yalandan nəsə desin. Onun 17 yaşında komandaya gəlişində birbaşa iştirak etmişəm. “Xəzər Lənkəran”ın uğurlarında onun çox böyük rolu olub. Gənc futbolçuların yetişməsinə töhfə verib. Bu komandanı yığmada yüksək səviyyədə təmsil edib, onunla qürur duymuşuq. Hətta klub prezidentinin tapşırığı ilə Rahidin nömrəsi əbədiləşdirilib. Bu da Azərbaycanda bir ilkdi, örnəkdi.

– Gələcək hədəflərlə bağlı ehtiyatlı danışdınız. Bunun səbəbi nədi?

– Bilirsiniz, bir neçə format var. Bu məsələdə seçimi baş məşqçi və prezident seçəcək. Klub 10 legionerlə oynayacaq, yoxsa yerlilərlə davam edəcək? Bunlara prezident və baş məşqçi qərar verəcək. Yanvarın ilk günlərində bunlara aydınlıq gələcək.

 MƏNBƏ: Apasport.az

14 Şərh

  1. Tuyğun Nadirovun bu müsahibəsini oxuyanda Baki klubunun Prezidenti Hafiz Məmmədovun Baki futbolçularına dediyi söz yadıma düşüdü. Hafiz Məmmədov Bakı klubunun oyunçuları ilə gorüşdü. Onalra vəziyyətin bundan sonar yaxşı olacaqını izah etdi. Sonda ise futbolçulara bir söz Verdi: Kuboku götürün hərənizə 1 Mersedes avtomobili hədiyyə edəcəm. Hafiz Məmmədov yaxşı bilirdi ki, o heyətlə kubok qazanmaq Neftçi komandasının Çempionlar Liqasının qalib olması şansı ilə eynidir. Yəni qeri mümkündür. T. Nadirov da indi bu heyətlə kubok qazanmaq arzusundan danışır. Yaxşı bir el məsəli var: avazın yaxşı gəlir oxuduğun Quran olsa. Hörmətli Tuyğun bəy, yaxşı olardı ki siz özünüz istefa edərdiniz. Bu günə qədər hər nə etdiniz “sağ olun” heç olmaya bundan sonra imkan verin biz Xəzərimizi istədiyimiz kimi görək. Bu gün bu komandaya Baş məşqiçi Mirça Rednik və Vitse Prezident isə Babək Quliyev gəlməlidir. Yunus Hüsynov və Tuyğun Nadirov təcili olaraq komandadan uzaqlaşdırılmalıdır.

  2. Axsaminiz xeyir Admin bey / necesiz? sehetiniz necedi? Admin bey sizin sozleriniz hemise duz cixir.Siz Alaah yene de kohne hamam kohne tas olmazki bu deyilenler?
    ***
    Salam. Demək hamam və tas məsələsində deyim ki, hamam köhnə qalacaq çünki təmirə və yenisinə pul yoxdu, qaldı tasa, məlum olub ki, tas da olmayacaq bu dəfə. Heç su da yoxdu hamamda. Hər halda Vəfa Qələmdar belə deyir.

  3. Mence prezidentle yox mubariz mensimovla iclas olsa daha yaxsi olardi.

  4. Adam nə qədər həyasız olar.Men bileni bu insan qatığın qara olmasını çox asanlıqla subut edə bilər.Əhsən.

  5. Tuygunun agzindan ewitmeye sevinduy ki, xezex dagilmiyacay. Amma tuygunun isdefasin da, oz agzindan isdeyfa vermeyin ewitsey onda lap cox sevineriy. Muellif.. ALIKSEY

  6. 23.12.2015 19:20 istanbul baki reysinden tuyqun nadirov mais mensimovla bir yerde geldiler..qara mersedese oturub getdiler..men ozum aeroportda islediyim ucun oz gozumun shahidiyem..amma nezerinize catdirim ki,mais fikirli olsa da,tuyqunun kefi saz idi

    • sebenin diymde men Mayise diyibler neyliyursen ele kulubu saxla pul zadda vermiriy oda fikurlewir pulsuz nece eliyer yene. Tuygununda kefi saz olub ki iwsiz qamazda yene iwliyer xezerde

  7. ÖZƏL! “Xəzər Lənkəran” dekabrın 31-dək FİFA-ya 600 min dollar ödəməsə, Premyer Liqadan uzaqlaşdırılacaq – ŞOK

    FİFA 1 ildi “Xəzər Lənkəran”a tətbiq etdiyi transfer yasağını yanvarda qaldırmalıdı. İki dəfə uzadılan qadağa dekabrın 31-də başa çatır. Sadəcə… Ali futbol qurumunun “ağ-yaşıllar”dan yaxasını qurtarması 600 min dolların başındadı.

    cənub təmsilçisinin indiyədək ondan FİFA-ya şikayətlənmiş legionerlərə ümumi borcu məhz bu qədər təşkil edir. Göstərilən məbləğin ödənilməsi üçün son müddət məhz ayın 31-di. Əgər XL bu 5-6 gün içərisində 600 min dollar tapıb verməsə, FİFA klubun xal ehtiyatını silməklə kifayətlənməyəcək, Premyer Liqadan I Diviziona salacaq.

  8. Tuygun Nadirov deyasan ….. olub.Komanda cempionatda 9- ju yerdadir indi.By hey’atla kuboku almaq mumkun deyil.

  9. Salam!.. axşamınız xeyir. Indicə Tuyqun Nadirovun müsahibəsini oxudum deyir komandasının 800-1milyon borcu var. .olmaz ki bütün borcları silib əməlli başlı düzgün bir komanda qursunlar? Eybi yox qoy 1-ci liqada oynasınlar …zato ürəyimiz rahatlaşar bezdim bu problemlərdən vallah özümün yaddan çıxıb artıq

  10. İndi bu deyqe ele derhal isden cixib seni qoyariq oz yerimize gorey nece isdiyisen

  11. Na qadar klubun başinda Tuyğunla Mais var klubunun hamişa problemi olar

  12. Salam eziz azerkesler. Allah sukur olsunki Xezer Lenkaran oynamaga davam edir,esasi oynasin.qaldiki geden oyunculara,onlara yaxsi yol. Eziz Xezer severler bunu unutmayinki Rahid ve Orxan futbolu Xezerde oyrenibler,onlara ugurlar

  13. KONKRET DANIŞMAQ LAZIMDIR . NALA MIXA VURMA !

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


səkkiz − = 3