11 ay əvvəl
Bu sondur yoxsa?
11 ay əvvəl
Heyf…
12 ay əvvəl
Qadağalar qaydası…
12 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

 mesqcilerSon “Böyük oyun”da paytaxt təmsilçisinin minimal hesablı qələbəsi “Xəzər Lənkəran”ın XXVIII turlar üzrə statistikasında xüsusi olaraq diqqət çəkir. Məsələ ondadır ki, bu oyun da daxil məhz XXVIII turlarda qeydə alınan nəticələrə görə komandanın məşqçilərinin “uğur” siyahısını tərtib etmək mümkün olur. Beləliklə “Xəzər Lənkəran” yarandığı gündən çempionatın 28-ci turlarında 6-dəfə meydana çıxıb:

 2004/05 mövsümündə komandalarının say çoxluğu hesabına çempionluq yarışması 34-tur davam edirdisə növbəti 4-mövsümdə komandaların sayı azaldıqca 26-cı turla çempionata yekun vurulurdu. Lakin 2009/10 mövsümündə tətbiq olunan dörddövrəli altılıq sistemi ilə,cari mövsümdən isə yalnız sadə dörddövrəli sistemi qalması sayəsində yenidən 28-turlarda komandaların görüşləri bərpa olundu.

28-ci turlar üzrə “Xəzər Lənkəran” məşqçilərinin uğur siyahısı:

2010/11 “Xəzər Lənkəran” – AZAL 3:0 (Mirça Rednik)

2009/10 “Qəbələ” – “Xəzər Lənkəran” 1:2 (Ağasəlim  Mircavadov)

2004/05 “Xəzər Lənkəran” – “İnter” 0:0 (Rasim Kara)

2013/14 “Neftçi” – “Xəzər Lənkəran” 1:0 (Mustafa Dənizli)

2012/13  AZAL – “Xəzər Lənkəran” 2:0 (Con Toşak)

2011/12 “Bakı” – “Xəzər Lənkəran” 4:1 (Yunis Hüseynov)

Göründüyü kimi liderlik mövqeyini Ağasəlim Mircavadovla Mirça Rednik bölüşdürür. Ölkənin ən titullu çalışdırıcısı səfərdə “Qəbələ” üzərində qələbə qazandığına görə ilk pilləyə layiqdirsə, Rumın mütəxəssis böyük hesablı qələbəyə görə lider olmağı haqq edir. Rasim Karanı qolsuz bərabərlik sayəsində “bitərəf” mövqedə qəbul etsək o zaman arzulolunmaz nəticələrdə Yunis Hüseynovun (1:4) zirzəmidə məskən saldığı uğursuz məşqçilər siyahısında hazırki baş məşqçimiz Avropada tanınmış Mustafa Dənizli (0:1) və dünya şöhrətli Con Toşak (0:2) yer almışlar. 

Səhifəni hazırladı: NƏBİOĞLU

3 Şərh

  1. Tasuf doguran maqam Xazar super kuboku sajmasaq Neftcini bu movsum uda bilmadi. ozuda 2 taninmis mutaxasisla

  2. gunlerdi bu ve diger sayitlarda xezer severlerimizin werhleri ve fikirlerini izliyib, ozumde hec cur bir deqiq qerar tapa bilmirem ki eslinde bu kamandamiz niye bu gundedi. neler baw verir goren bu sualima cavab veren tapilarmi? kimlerse diyir torbadi kimlerse diyir topaz alqi satqisidi qoy olsun axi nece bu daniwilmiw oyunlardi ki rehberliy milyonlarla pul xercdiyir tanimiw simalar getirir ondansa ele ucuz yerli mewqciler getirsinde eyer her wey daniwiqlar yoluyladisa birde ki axi biz dunya futbolundan biliriy ki daniwilmiw oyunlara gore kimliyinden asli olmayaraq insanlar mesuliyete celb olunur nujeli kimse bunu goze alib bu addimi atir. buna inanmaq olmur axi buna bir quw diyirler ki rehberliy mewqcilere torba tikir yaxwi birine tikdi o birine tikdi day ne oldi her gelene torba tikirlerse bulari deyiwmeyde meqsed nedi axi? mentiqsiz bir yanawma bunada bir quw her weye reqmen netice uzucu ve dozulmezdi neyise cox daniwdim ama cox sozude diye bilmedim artiq bawizi aqratmiyim deye bir sozle o mewdibad demiwken men tarixi nadir kitabin yzariyacan oxudum bu xezerin veziyetinden hecne baw acmadim goren varmi ele bi insan bilir ki eslinde nedi bu veziyet..;

  3. Salam Admin bəy! “Xəzər Lənkəran”ın gözəl oyunları, parlaq qələbələri, qazandığı uğurlar elə A.Mircavadov və M.Redniklə tarixə qovuşdu. İndi biz o tarixi günləri yada salmaqla bir növ təskinlik tapırıq…

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


1 + = beş