9 ay əvvəl
Bu sondur yoxsa?
9 ay əvvəl
Heyf…
10 ay əvvəl
Qadağalar qaydası…
10 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

Mircea Rednic“Xəzər Lənkəran”ın keçmiş baş məşqçisi Mirça Rednik öz ölkəsində məşqçilik karyerasını uğurla davam etdirir.

Onun rəhbərliyində Buxarest “Dinamo”su aprelin 20-də paytaxtın digər adlı sanlı təmsilçisi “Styaua”nı Rumıniya kubokundan kənarlaşdırıb. Turnirin yarımfinal mərhələsinin cavab görüşləri çərçivəsində Rednikin komandası “Styaua” ilə 2:2-lik heç-heçəyə qalıb. 

Mircea Rednic

İlk oyunu ev sahibi qismində 0:0-lıq qolsuz heç-heçə ilə başa vuran “Dinamo” səfərdə rəqib qapısına qol vura bilib ki, bununla da iki oyunun nəticəsinə görə finala adlayıb.

Qeyd edək ki, Rednikli “Dinamo”nun çempionatda da işləri pis deyil. Medallar uğrunda mübarizə aparan “Dinamo” turnir cədvəlinin ilk altılığında yer alan komandalar arasında ən az transfer xərcləri ilə seçilməyinə rəğmən mövsümü titulla bitirməyə çox yaxındır. 

turnir cedveli

Mirça Rednikin başçılığında “Qırmızılar” çempionatın Play Off mərhələsində mübarizə aparır və hazırda “Pandurii” ilə turnir cədvəlinin 3-cü 4-cü yerlərini bölüşür. 

Təqdim olunan cədvəldən göründüyü kimi Mirça Rednikin komandası 2015/16 mövsümünün hazırki statistikasında ikinci yerdə gedir. 

turnir (2)

Yeri gəlmişkən aprelin 24-də keçiriləcək növbəti turda “Dinamo” – “Pandurii” cütlüyü aralarındakı münasibtələrə tam aydınlıq gətirəcəklər. Belə ki, məhz həmin matçdan xal götürən kollektiv çempionatın lideri “Astra Giurgiu” klubuna yaxınlaşmaq şansını artıracaq. 

Mircea-1

MƏNBƏ: Prosport.ro   

                   Gsp.ro  

                  Digisport.ro

                  Fcdinamo.ro

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


1 + = on