10 ay əvvəl
Bu sondur yoxsa?
11 ay əvvəl
Heyf…
11 ay əvvəl
Qadağalar qaydası…
11 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

Fizulu memmedov-5Fizuli muəllim, “Xəzər Lənkəran” azarkeşlərinin əksərinin izlədiyi “12cioyuncu.info”azarkeş saytı barədə yəqin məlumatlısınız.

Yunis Huseynov hələ ilk dəfə məşqçi gələndə bu sayt vasitəsi ilə azarkeşləri düşündürən məsələlərlə tanış olur və hətta saytda azarkeşlərin suallarına da cavab verirdi. Ondan öncəki məşqçilərdən Mirça Rednik və son mövsümün tən yarısını əsas heyətdə gənclərlə birgə çalışan məşqçi Elbrus Məmmədov da həmçinin azarkeş saytına müsahibə verir, futbolsevərlərin müzakirələrini yaxından izləyirdilər. Klub rəhbərliyi fasiləsiz olaraq bu saytı diqqət mərkəzində saxlayır, ölkənin idman mediasının da necə deyərlər bir gözü buradadır. Deməyim odur ki, əgər etiraz etməsəniz sizdən musahibə götürüb saytımızda dərc etdirmək istəyirəm, axı azarkeşlərimizin qəlbində sizin xüsusi yeriniz var. Əlbəttə razılıq vermiş olsanız.

-Canla başla razıyam, bu mənim üçün də maraqlı olardı. “Xəzər Lənkəran” mənim üçün həmişə doğma olub.

-Çox gözəl. Eləysə Fizuli bəy, gəlin elə əvvəldən başlayaq, yəni “Ağ-yaşıl” kluba keçidiniz necə baş tutmuşdu, ümumiyyətlə o günləri necə xatırlayırsınız?

– “Xəzər Lənkəran”a məni Nazim Süleymanov dəvət eləmişdi. O zaman mən İranda oynayırdım. “Xəzər Lənkəran” yeni yaranmışdı, kənardakı bir çoxları üçün hələ  iddialı deyildi. Klubu hec elə də çox tanımırdılar. Amma biz dəvəti qəbul elədik və sevərək imza atdıq. Həmin günləri anbaan xatırlayıram…

Fizuli Memmedov-6

-Həmin ilk ildə komanda yenicə formalaşırdı. Bununla belə siz artıq azarkeşlərin sevimlisinə çevrilmişdiniz. Buna nail olmaq heç də asan iş deyildi, amma siz bacarmışdınız…

-Bəli duzdur. Bunun əsas səbəbi isə o idi ki, ilk gündən azarkeşlər komandaya bağlı idilər. Biz də qələbələri sıralayırdiq. Elə ilk ildəcə gızıl oyuna qaldıq. Çempion ola bilməsək də gümüş medalları gazandıq. Qızıl oyunda “Neftçi”yə məğlub olduq. Həmin oyunu xatırlayıram. “Neftçi”nin cox güclü heyəti var idi. Hesabda öndə olsaq da sonda məğlub olduq. Amma galib də gələ bilərdik.

Fizuli memmedov-3

-“Xəzər Lənkəran” klubu 2014-cü ilin dekabırınadək klubun formasını geymiş ən yaxşı oyunçuların siyahısını tərtib etdi. Siz 25 səslə sağ cinah mudafiəçisi kimi lider oldunuz. Bunu gözləyirdinizmi və ümumiyyətlə bu xəbər sizdə hansı hisslər yaratdı?

– Mən hər oyuna yenilməmək üçün və qələbə üçün çıxırdım, o vaxt hamımız belə idik. Heç nə qarşımı ala bilməzdi, heç kəs məni kecməməliydi. Elə düşünürdüm əgər məni keçərlərsə demək yenilə bilərik, ona görə keçilməz olmalıyam. Razı olardım mənə nəsə olsun, amma rəqib oyunçuya məğlub olmayım. Cənublu azarkeşlər də futbolu yaxşı anlayanlardır, bunu gorürdülər. Mənə meydanda çox dəstək olurdular və hər topa toxunuşumda məni alqışlayırdılar. Yadıma bir olay düşdü. Yadımdadır təzəcə  “Simurq” komandasına keçmişdim, 5 il yarımdan sonra yenidən Lənkərana gəlirdim-bu dəfə rəqib komandanın üzvü kim, beləliklə meydana ilk addım atdıqda 15-min azarkeş məni alqışladı və “Fizuli-Fizuli” deyə gışqırdılar. “Simurq”un o zamankı məşqçisi Pakora dedi ki, “sən lap “Xəzər”in əfsanəsisənmiş ki”, mən özüm də hələ bələ alqış görməmişdim. Hə qayıdım, sualınıza. Deməli dogrusu əvvəlcə ən yaxşı oyunçuların siyahısında seçilməyimə inanana bilmirdim. Çünki “Xəzər Lənkəran”da zaman-zaman  tanınmış oyunçular çıxış edib. Elə götürək, sağ cinahda oynayan tanınmış Turk futbolçunu, o həm də “Porto”da oynamışdı. Öz aramızdı belə səviyyəli futbolçuların arasından seçilməm məni çox qürurlandırdı.

-Və ardıyca da ikinci sual: Klubda əksər futbolçular sonradan pul davası edəndə siz muqaviləyə baxmadan imza atmışdınız. Bu hadisə necə baş vermişdi ?

-Pula qalsa, açığı “Xəzər Lənkəran”da oynayarkən pul barədə düşünməmişəm. Klub rəhbərliyi ilə çox gözəl münasibətim var, o vaxt da elə idi. Mais müəllim bir dəfə soruşmuşdu ki, sən müqaviləyə pulsuz imza atarsan? Cavab verib demişdim “əlbəttə, sizlərə görə pulsuz da oynayaram” və eləcə də atdım imzamı. Qeyd edim ki, mən dostluğu, sevgini giymətləndirən adamam, o azarkeşlərin sevgisi daha da qiymətlidir, puldan-paradan dəyərlidir mənim üçün.

Fizuli memmedov-5

-Azarkeş saytımızda həmişə Lənkəran futbolunun əfsanələri xatırlanır. Gələcəkdə bu siyahıda sizin yerinizin olacağı da şubhəsizdir. Sizin “Rəvan”-19-dakı fəaliyyətinizi də izləyirdik. Bir gün yenidən “Xəzər Lənkəran”a qayıtmaq istərdinizmi?

-İnşaAllah gələcəkdə niyə də olmasın. Ondan ötrü isə mən gərək daha çox məşqçi biliyimi təkmilləşdirəm. Çunki “Xəzər” iddiali klubdu, orada həmişə tanınmış, bacarıqlı məsqçilər calışıb.

-“Rəvan”ın 19  yaşlıları ilə yarışın çempionu oldunuz. Sonra “Zirə”19  komandasının baş məşqçisi seçildiniz.

-Bəli, hal-hazırda “Zirə”dəyəm. Və “Zirə”nin yuksəlməsi üçün əlimdən gələni etməyə çalışacağam.

fizuli memmedov-1

-Yeri gəlmişkən, son zamanlar “Xəzər Lənkəran” eniş dövrünü yaşayır. Bu vəziyyət sizi klubun keçmiş bir futbolçusu kimi narahat edirmi? “Xəzər Lənkəran” azarkeşlərinə bəlkə bir sözunuz var?-Axi sizin kimi əfsanələrə indi daha cox ehtiyacimiz var.

-“Xəzər Lənkəran”ın məğlubiyyətləri – enişi məni narahat etməyə bilməz. Çünki mənim doğma klubumdur. Nəzərə alsaq ki, bu klub həmisə iddiali olub, deməli indiki enişlər keçiləcək, uğursuzluqlar adlanacaq və “Xəzər Lənkəran” yenə də iddiali olduğunu ortaya qoyacaq. Azarkeşlərə nə sözüm ola bilər ki, onlar yalnız və yalnız sevgi və hörmətə, eləcə də sevimli komandalarının ardıcıl uğurlarına sevinməyə layiqdirlər.

Fizuli memmedov-8

-Sonda sizə təşəkkur edir və işlərinizdə uğurlar arzu edirik, çox sağ olun.

-Siz sağ olun, “Xəzər”lilərlə söhbət etmək həmişə xoşdur. Siz həmişə ürəkdəsiniz.

Söhbəti apardı: Zəfər Lerikli.

8 Şərh

  1. Mən vaxtlarini ayirib musahibəni oxuyub şərh yazan və yazmayan butun sayt istifadəçilərini salamlayir və onlara təşəkkur edirəm.
    Ya Seyid.Sizdən yuksək dəyər almaq qururvericidir.Sizin kimi insanlarin şərh yazmaği və fikir bildirməyi bizim başimizin ucaliğidir.Minnətdaram.
    Qabil bəy.Çalişaram ki ,bundan sonra da veteran futbolçularimizla əlaqə saxlayib və isti-isti musahibələrini vaxtaşiri saytimiza gətirə bilim.
    Saytda adini çəkmədiyim butun qardaşlara bir daha təşəkkur edirəm.

  2. Azərbaycanlı says:

    Füzuli XL formasını ləyaqətlə geyinən futbolçularımızdandır, onun oynadığı vaxtlarda yadımda daha çox qalan bu oyunçunun hətta skamyada oturduğu vəziyyətdə “passiv”də də bütün varlığı ilə oyunda olması idi. Müsahibələrindən görmüşük, o, XL-də kənarda da bir köynək bizə yaxın olduğunu bildirməyi üstün tutub.

  3. Admin bəy, mən də Aqil qardaşımızın təklifinə dəstək olaraq çox istərdim ki, Zəfər bəy “Unutmadıq” rubrikasını davam eləsin.
    ***
    Qabil bəy, çox gözəl ideyadır, görək Zəfər bəy buna nə deyəcək.

  4. SEYİD, elə ALLAH sizlərin də daim köməyi olsun, AMİN!

  5. bizim mehwur 6 nomremiz.nedense men onu qatuzoya cox oxwadirdim ele onun kimide aqressiv idi meydanda

  6. Axsamin xeyirli olsun eziz qardasim ve xezerli camiye. Qardas, izninle Zefer beye oz tesekkurumu bildirerdim. Men fexr edirem ki, Zefer Lerikli, Qabil bey kimi Xezeri seven qardaslarim var. Allah sizlere komek olsun. Sen de ozunu qoru eziz qardasim, sen hele bizlere lazimsan.

  7. Axşamınız xeyir, Admin bəy. İlk öncə bir futbolçu olaraq komandamızın sevimlisi olmuş, elə indi də yaddaşlarda sevimli olaraq qalan Fizuli müəllimə işlərində uğurlar arzulayıram. Şəxsən mənim üçün Fizulu Məmmədov müdafiədə keçilməz bir qala idi. İndinin özündə də komandamızın Fizuli Məmmədov səviyyəsində müdafiyəçiyə böyük ehtiyacı var.
    Xeyli müddətdən sonra saytımızda Fizuli müəllimlə bizləri yenidən görüşdürdüyünə görə ən aktiv azarkeşimiz Zəfər bəyə təşəkkür edirəm.

  8. SALAM eziz sayt istifadecileri ve XEZER severler ehsen size Zefer bey beli Fizuli kimi qelben XEZERE ve biz azerkeslere baqli olan XEZERIN uqurlarinda silinmez izler buraxan futbolculari esla unutmaq olmaz sizden ise bir xahisim var ki gelecekdede vaxtiniz olanda bu eneneni davam edesiniz ve hemde siz admin qardasin isini mueyyen qeder de olsa yungullesdirmis olarsiniz birdaha Zefer qardas cox saqolun ….

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


altı − 2 =