1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
2 il əvvəl
A B R A K A D A B R A

XL vsÇox qarışdırmaq istəmirəm, çünki qarışdırdıqca nəfəs almaq çətinləşir.

Azərbaycan futbolunu deyirəm eee, səhv başa düşməyin. Saymaqla bitmir, deməklə tükənmir. Qərara gəldim ki, yığım bir yerə, birdəfəlik yazım. Və beləliklə, yalnız Azərbaycan futbolunda…

Yalnız Azərbaycanda uğur qazanan məşqçiyə “torba” tikilir.

Yalnız Azərbaycanda papağını yerə çırpan məşqçiyə cəza verilir.

Yalnız Azərbaycanda əl topu deyil, top özü gedib gəzir, axtarır və əli tapır.

Yalnız Azərbaycanda rəqibinə şillə vuran futbolçuya vərəqə göstərilmir.

Yalnız Azərbaycanda hakim idarə etmir, idarə olunur.

Yalnız Azərbaycanda çempion yaşıl meydanda deyil, kabinetdə müəyyən olunur.

Yalnız Azərbaycanda baş hakim penalti qərarı verdikdən sonra qərarını dəyişir.

Yalnız Azərbaycanda yan xətt hakimi bayraq qaldırdıqdan sonra onu hansı tərəfə istiqamətləndirəcəyini bilmir.

Yalnız Azərbaycanda hakim futbolçuları söyə bilir.

Yalnız Azərbaycanda komandalarını dəstəkləyən azarkeşlər həbs edilir.

Yalnız Azərbaycanda stadionda polis öz komandasını şüarlarla dəstəkləyən azarkeşə yaxınlaşıb “sakit, qışqırma” deyir.

Yalnız Azərbaycanda yarışın reqlamenti hər il dəyişdirilir.

Yalnız Azərbaycanda 10 komandayla başlayan çempionat 9 komandayla davam edir.

Yalnız Azərbaycanda yuxarı liqada sonuncu yeri tutan komanda aşağı liqaya düşmür.

Yalnız Azərbaycanda aşağı liqada birinci yeri tutan komanda yuxarı liqaya yüksəlmir.

Yalnız Azərbaycanda ali futbol qurumu ilə bir klubun sponsoru eynidir.

Yalnız Azərbaycanda məşqçi öz futbolçularına “məğlub olun” tapşırığı verir.

Yalnız Azərbaycanda “Əli”nin adıyla “Vəli” meydana çıxa bilir.

Yalnız Azərbaycanda qatil futbolçu milli komandada oynaya bilir.

Yalnız Azərbaycanda Azərbaycanı ilk dəfə görən futbolçular milli üzvü ola bilir.

Yalnız Azərbaycanda milli komandanın tərcüməçisi eyni zamanda “menecer” ola bilir.

Yalnız Azərbaycanda qadın futbolunda “lez……….” peyda olur.

Yalnız Azərbaycanda komandalara futbolçular sifarişlə götürülür.

Yalnız Azərbaycanda “fair play” qaydalarına tüpürülərək qol vurulur.

Yalnız Azərbaycanda milli məşqçisini bəyənməyənlər səsvermə zamanı ona “hə!” deyir.

Yalnız Azərbaycanda milli komandada 6 ildə heç bir uğur qazanmayan məşqçiyə yenidən etibar olunur.

Yalnız Azərbaycanda futbolçu öz komandasının oyununa “variant verir” və üstəlik “məğlubiyyət atır”.

Yalnız Azərbaycanda azarkeş stadiona “top”a deyil, “paz”a baxmağa gəlir.

Yalnız Azərbaycanda “oğruyla” doğru eyni cəzanı alır.

Yalnız Azərbaycanda komandanın mühafizəçisi rəqib komandanın futbolçusunu döyə bilir.

Yalnız Azərbaycanda matəm günü stadionda bayram kimi qeyd edilir.

Yalnız Azərbaycanda daxili çempionat oyunu şərh olunarkən şərhçi komandalardan birini düşmən kimi təqdim edir.

Yalnız Azərbaycanda cəmi bir komandanın oyununa bilet satılır.

Yalnız Azərbaycanda klublar yayım hüququna görə televiziyadan pul almır.

Yalnız Azərbaycanda stadion tikilərkən süni ot örtüyünə üstünlük verilir.

Yalnız Azərbaycanda futbolun inkişafı üçün dövlət səviyyəsində ayrılan sərmayələr şəxslər tərəfindən talanır.

Və nəhayət, bütün bunların səbəbi olaraq, yalnız Azərbaycanda futbolla əlaqəsi olmayan şəxslər futbola rəhbərlik edir. Vəssalam!

Rövşən Əsədov

vs XL

27 Şərh

  1. Kecmiw azarkew says:

    Yalniz bizde azarkewlerin stadiona gelmeyini istemirler

  2. Илгар says:

    Əhsən Rövşən halaldir,düz sözə zaval yoxdur…Bizdə hər şey BARDAQDİR,,,belədə qalagaq.

  3. Tam şərikəm.

  4. Tural-RX says:

    yazi yuksek seviyyede hazirlanib, HALAL OLSUN!!!

  5. birinde men diyim yalniz Azerbaycanda reqib kamandanin sayca azliqda qaldiqini gorub oz isteyiyle qirmizi vereqe alib oyunu sessizcesine terk edirler

  6. Axsaminiz xeyr qardaslar Messi qardas sebr elemeyib neyniye bilerik sebirden basqa elimizden ne gelir lenete gelmisler dinsiz imansiz yezidler sumurler meqam gozleyirki bizi zindanlara atsinlar onlardan ne serefsizlik desen gozlemek olar ona gorede qardas basiva donum ancaq disimizi-disimize sixib sebr elemeliyik haqq naziler amma uzulmez ALLAH hamimiza can saqliqi temkinli sebirli olmaqi nesib etsin amin…

  7. Azərbaycanlı says:

    Vaayy…nənən ölsün, Azərbaycan futbolu…səni nə günə qoyublar(((

  8. Salam qardaslar Rovsen qardas zerin qedrini zerger biler butun bu yazdiqlariniz efsusler olsunki basi belali odlar yurdu olub tarixboyu oz odu ozunu yandiran Azerbaycan futbolunun realliqini yox varliqini eks etdirir sayitimizi izliyen basqa klublarin fanatlari menden incimesin butun bu yazdiqlarinizin eksine geden ve daim haqq sesini ucaldan ezilen tehqir olan gunahsiz zindanlarda yatan meydanda tek qalan XezerLenkeran terefdari olub bilirsizki bizim cenub bolgesi hemde muselmanciliqiynan secilib ve ekseriyyetimizde birinci imamimiz HEZRETI” ELININ ” davamcilariyiq ISLAM tarixinde o HEZRETIN haqqi qeder hec kimin haqqi yeyilmiyib amma gorun nece esr kecib ”ELININ” mehebbeti daim qelbimizin en uca zirvesindedir belkede movzudan kenara cixdim amma butun bu sadaladiqlarim sebebsiz deyil bu gun yegane tesellim butun camiemize qarsi olan bu haqsizliqlara reqmen o HEZRETI xatirlayib ozume urek direk verirem teskinlik tapiram onsuzda biz haqli ola-ola sonda meydanda tenha qaliriq bu futbol ictimayyeti KUFE ehli kimi bizim sesimize ses vermir ALLAH haminin canini saq elesin amma bize qalan biz olariq gelin bir birimizin qedrini bilek ALLAH bize rehm elesin ve sebr versin amin saqolun ALLAH amaninda…

    • Agil qardash ne gozal Hz Eliden behs elamisan ,meni kovraltdin ureyina sagliq.Bilinir ki teqvali insansan.Neyniyak sebr elamak dushur biza,amma sebr elamak bezen cox sheylari bisemer edir.

  9. Salam. Bir- ikisini de men deyim. Yalniz Azerbaycanda futbol bos tribunalar onunde oynanilir. Yalniz Azerbaycanda 20-30 nefer azyasli mektebliye 2-3 manat vererek komandalarina destek vermeye getirilir. Yalniz Azerbaycanda komandanin mensub olduqu firmanin iscileri final oyunlari zamani mecburi stadiona getirilir. Yalniz Azerbaycanda milli komandanin oyunculari beynelxalq oyunlarda oz milli himnini aqizlarini yalandan terpetmekle imitasiya edir. Yalniz Azerbaycanda kulli miqdarda pul xerclenmeyine baxmayaraq meydancanin ot ortuyunu lazimi sekilde saxlamaq olmur. Yalniz Azerbaycanda genc oyuncular limit xatirine cox gec yasa dolur. Eeeh coxdure – cox, lap cox.

  10. Tənqidçi says:

    Salam Qabil bəy. Sizin fikirlərinizi oxudum.”Xəzər Lənkəran”-nin premyer liqadan imtina etməsi bu qurumlarin əl-qolunu daha çox açacaq.”Araz Naxçivan” məsələsi tamamilə başqa məsələdir ki , bunuda siz yaxşi bilirsiniz.Amma XL….

  11. SAG OL ROVSEN HAMISINI SADALADIN, SAYDIN . BUTUN BUNLAR FUTBOLDA OLAN CATISMAMAZLIGLARDIR. ELE BILIRSEN KI, GUYA BASGA SAHELERDE ISLER YAG KIMIDIR? BUTUN YAZDIGLARIVA MENDE ELAVE ONU EDERDIM KI, YALINIZ AZERBAYCANDA GANUNLARI YAZANLAR ELE ONU POZUR. YALNIZ AZERBAYCANDA GANUN SAH YOX, SAH GANUN SAYILIR. ONA GOREDE FUTBOLUMUZ BAX BU GUNDEDIR.

    GANUN ALIDIRSE HEMEN OLKEDE
    MEMLEKET SAHI DA BAS EYIR ONA
    YOX FERGI SAH OLSUN YADAKI NOKER
    OMRUNU GANUNLA CUN VURUR SONA.

    EGER OLUMUMUZ DE GANUNLADIRSA BU BEDBEXTLER OZ YAZDIGI GANUNLARI POZA BILSELERDE REBBIN GANUNLARINI POZA BILMEZLER SIVIL DOVLETLERDE GANUNLAR SAHDIR VE FUTBOLLARINI DA GORURUK NECE PARLAGDIR.

  12. Tənqidçi says:

    Rövşən qardaşimiz hamsini deyib.Məndə fikrimi şərh edim ;

    Yalniz Azərbaycanda PFİ-in prezidenti Ramin Musayev klub prezidenti S.Sadiqovla duşmən olmaq səviyyəsindən narahat ola bilər.
    Yalniz Azərbaycanda borudan maliyyələşən kamandalar Premyer Liqanın 4-5, I Divizionun 10 iştirakçısı SOCAR-ın borusuna sarıla qala bilər. Krant açılır, gün sürürlər, krant bağlanır, aylarla sürünürlər.

    Yalniz Azərbaycanda Xaqani Məmmədov pambıqla baş kəsə bilir. Min hoqqadan çıxır, min klub prezidenti dəyişir, min cib görür. Rüşvət mexanizminin üzünə və astarına bələd bir hakimlik həyatı yaşayır.
    Yalniz Xəqani Məmmədovun “Yetişdirmişəm” deyə, göstərdiyi hakimlər pambıqla baş kəsmir, buna həvəsləri də yoxdu. Küt bıçağı götürüblər əllərinə, kimi gəldi, necə gəldi, harda gəldi kəsirlər.

  13. SAlam Rovsan necesiniz.Sizinle Bakida mesqde tanis olanda ele bildim ki,siz cox sebirli insansiniz.Ancaq ele deyilmis.Bu yazida sizin boyuk insan olduqunuz gorunur.Xahis edirem Lenkerana gelende xeber ele goruserik.

  14. Əlavə
    1. Yalnız Azərbaycanda klub prezidenti öz komandasının stadionunu eşşək fermasına çevirəcəyini deyir.
    2. Yalnız Azərbaycanda klubun emblemindəki il ilə klubun yaranma tarixi üst-üstə düşmür.
    3. Yalnız Azərbaycanda 3 nəfər azlıqda qalan kluba qol vura bilməyən komandanın azarkeşləri günahı oyunun baş hakimində və rəqib komandada görür.
    4. Yalnız Azərbaycanda bir komanda mövsüm ərzində 3 məşqçi dəyişdirir.
    5. Yalnız Azərbaycanda 12000 nəfərə azarkeş öz milliyyətinə mənsub olan 5-10 rəqib azarkeşi daş qalaq edir.
    ***
    Bu çox qəliz söhbət oldu.

    • Tənqidçi says:

      Yalniz Azərbaycanda Respublika gunundə stadionda qan axitmaq olur.

    • Yalnız Azərbaycanda soğan yeməyəndə iç göynəyir
      ***
      Bu isə sadə cavabdır.

      • Ay sağ ol, yazdığım şərhə verilən cavablardan göründü kimlerin içi göynədisə ))))))
        ***
        İç göynəməklə işim yox, mənə maraqlıdır ki, görəsən siz yazı ilə razılaşmadığınız üçün həmin fikirləri yazmıınız, yoxsa yazıyla razılaşaraq əlavələr etmisiniz?

        • Yazılanların bir qismi ilə razıyam, bir qismi ilə isə razı deyiləm. O üzdən də mənim yazdığım şərhi əlavə kimi də qəbul edə bilərsiniz.

  15. Sağ ol Rövşən Əsədov.MAŞALLAH OLSUN.
    38..Və yalnız AZƏRBAYCANIN BELƏ BİR AZRKEŞİ ORDUSU VAR!
    39..Və yalnız AZƏRBAYCANIN BELƏ ÜRƏKAĞRİDICI, HƏQİQƏTİ YAZAN BİLƏN AZAKEŞI VAR!
    40..Və yalnız AZƏRBAYCANIN SAĞLAMLIĞINI KOMANDASININ YOLUNDA QOYAN, RƏHBƏRİ OLAN BELƏ BİR AXƏRKEŞ SAYTI VAR!!!

  16. Deyiram Rovshan qardash urek gor ne boyda bir alemdir ki,butun bunlari gora -gora insan ureyi tab getirir.Allah hamimiza sebrrrrrrr versin.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


2 + beş =