1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

cavadovÖlkəmizi UEFA Avropa Liqasının qrup mərhələsində təmsil edəcək “Qəbələ” heyətinə daha bir futbolçu cəlb edib.

Məlumata görə, “qırmızı-qaralar” millimizin hücumçusu Vaqif Cavadovla anlaşıblar. Ötən mövsümü Türkiyə klubu “Boluspor”da keçirən və yay fasiləsində “Xəzər Lənkəran”a keçən Cavadov orda rəsmi debüt etmədən “Qəbələ”yə keçib. Klublar arasında razılığa görə, 26 yaşlı oyunçu ilin sonuna qədər icarə əsasında “Qəbələ”nin formasını geyinəcək.

Məlumatı açıqlamasında “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov da təsdiqləyib.

Qeyd edək ki, Cavadov “Qəbələ”nin yay transfer dövründə heyətinə qatdığı 14-cü futbolçu olub. Ona qədər Andrey Popoviç, Samir Zərgərov, Vadim Abdullayev, Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov, Asif Məmmədov, Vitali Vernidub, Sergey Zenyov, Aleksey Antonov, Vojislav Stankoviç, George Floresku, Ermin Zets və David Pietrzkeviç şimal klubuna transfer olunub.

MƏNBƏ: Apasport.az

20 Şərh

  1. inanın onun getmeyi super oldu vallah men öz eyri ayaqlarımla cavadovdan yaxşı oynayıram ,onun danışmaqına baxanda hele o kişi olmaqa çox qalıb ,mamaşa dedi filan kulubda oyna ,papaşa deyir filan kulubda oyna

  2. Əleykum Salam Zəfər bəy. Bir azarkeş olaraq mən də bezdim bu söz-söhbətlərdən. “Dəyirman öz işində, çax-çuxu baş ağrıdır.” Rəhmətlik Sabir də “Pisi pis, əyrini əyri, düzü həmvar “yazmaqla bəlkə də ömrünü on il qısaltdı. İndi mən öz fb profilimdə dostlarımla tarixi materiallar paylaşıb maraqlı polemikalar aparıram. “Xəzər Lənkəran”ın oyunlarına mütləq baxıram və vaxtım olanda məşqlərini də izləyirəm…

  3. Zefer bey bilmirsiniz ki, bizde Kufelilere oxsarliq var….

  4. Azərbaycanlı says:

    “Qəbələ”də oynayıb hazır olandan sonra bizə uyğun gəlib gəlməməsinə baxarıq-bəlkə bu fikirdədir Yunis Hüseynov. Hər halda bizə qarşı oynamamalıdır 4 aylıq müqavilə müddədində.

  5. Onun getmeyi yaxsi oldu,

  6. bu xezeri azerbaycan cempionatinan atmaq lazimdi bayira,bu komanda lenkeran adina bir lekedi.xezer oz inkisafinin qeydine qalmir,guya qebelenin qeydine galir,halbuki komanda qebeleye gedende gebele ona mesq etmeye stadion vermirdi.vallah men bu xezerden lap utaniram.

  7. Salam əziz camiə!.Əleykum salam deyən dilləriniz var olsun.Əsas o deyil ki, salamima cavab almirsiniz.Əsas odur ki . Allahin salamini mən verirəm və deməli savabda salam verənə çatir.
    Bəli, deməyə söz çox amma hər sözu də demək də qəbahət olub artiq mənə.Belə getsə lap hörmətdən duşurəm asta-asta.Ətrafimda mənim fikirlərimlə yox,,umumi abu-hava ilə nəfəs alan sayt istifadəçiləri də artiq şərh yazmaqdan xeyli uzaqlaşiblar.Axi nədir problem?.

    -Dost siyahimda olan dostlarimin bəziləri yazdiğim “Arzuları gerçəkləşdirən Rednik” yazisini ilk saatlarda paylaşirlar və az muddət keçəndən sonra o lingi silirlər.Axi niyə?.
    Mənali fikirlərə laqeyd qalan azarkeşlərimiz isə bəzən mənasiz fikirlər söyləyəndə əksər azarkeşlərimiz tez o fikirlərə reaksiya verməklə duzu-duz, əyrini-əyri deməklərini tələb edirlər.Təəssuf ki onlarin saylari azdir.Acinacaqlisi ondadir ki əsas məqamlarda isə onlar çox vaxt susurlar və gözləmə mövqeyində dururlar.Baxin…budur bəla.

    Haqq söz tarix boyu aci olub.Onu az insanlar qəbul ediblər.Axi niyə?

    Vaqif Cavadov bu gunə kimi pislənilirdi.”Qəbələ”yə keçidi alinan da niyə şəkərə döndu?.Biz deyildikmi məgər deyən —:Vaqifin ayaqlari bir-birinə dolaşir, o transfer calaqdir və sair.. Axi indi nə oldu ki dönduk 180 dərəcə?

    Arzuları gerçəkləşdirən Rednik

    Biz nə istədiyimizi bəzən heç özumuzdə bilmirik.Biz artiq parça-parça olunmuşlardaniq.Özumuzu doğrayan baltanin sapi özumuzdəndir.Gəlin heç kimi qinamayaq.Qinanilasi bir adam varsa o da mənəm.Ona görə ki ,sizin kimi sadə azarkeş olduğum halda tarixin dərslərini varaq-varaq açmağa çalişdiğimda yanimda əvvəlki izdihamli azarkeşlərin pərakəndəliyini görurəm.Necə ki, tora duşən yuzlərlə quşun(təmsildən) havaya qalxandan sonra dəstələrə bölunub muxtəlif tərəflərə uçmağa cəhd etdiyi kimi.Və nəhayət hamsinin ovçuya qismət olmasi kimi ….
    Sabah “XL” klub kimi dağilsa onda gunah yenə bizim kimi azarkeşlərdə olar.Çunki biz bu klubu profesional edə bilmiriksə…onda biz bu kluba layiq deyilik.Ya da bu klub bizi eşitmirsə onda bu klub bizlərdən deyil.Gəlin bir yerdə qərara gələk…sabah Seydi , Rəşad Eyyubov da gedir.İnanmirsiniz!?.

    Onda heç inanmayin….

  8. Ay müştəri, gəl bəri :) Yaxşı mudafiəçilərimiz var, yaxşı hücumcularımız var….mərkəz müdafiədə də pis oyunçular yoxdur … az qalıb…….
    Xəzər Lənkəran klubu artıq özünün “PFC” titulundan əl çəksə, daha düzgün olar ….bu son şərhim idi….özümə söz vermişdim ki, susum….. amma dözə bilmədim….

  9. Qardaşlar mən deyəndə mənim sözümüqəribciliyə salursuz m.n dedim axi yaxin illərdə Avropani fikirləşməyün dəqiq söhbəttdi.Qişda yenə dəişəcəylər sastavi.Mübariz pul vermir deyib buqədər yemisüz indi özüz saxlayun.Məni hecnə yandirmir Hüseyn bəy yaman dəyişilib.Mətbuat katibi kecəndə elə sevindim ki dedim hər şey şəffaf olacay düzgün məlumat alacuy mən onun yerində olsam cixardim ordan belərəhbərliylə işləyib adin batirmasin. Qalan oyuncularda qişda məhkəməyə verəcəylər komandani maaşa görə beləliklə yenədə transfer qadagasi ya xaldan silinəcək ya da 2ci divizyona gedəcəy sora deyəcəylər ki neyniyək cəzaluyuy.Boyunlarinada almirlar ki pulyoxdu zapadlodu.

    • Anar, Hüseyn “Xəzər Lənkəran” klubunun mətbuat katibidir, “12-ci oyunçu”nun yox. Onun vəzifəsi rəhbərliyin düşündüklərini və həyata keçirmək istədiklərini imkanları daxilində ictimayətə çatdırmaqdır, onun statusu ilə şəffaflıq eyni zamanda mövcud ola bilməz. Necə deyərlər, gəmiyə minib gəmiçi ilə dava eləmək bilirsiz necə adlanır. Sizsə istəyirsiz ki, Hüseyn öz düşündüylərini bizə açıqlasın. Bunu Hüseyn, yalnız azad agent statusuna malik olduğu halda edə bilər. Qaldı ki, sizin almaq istədiyiniz məlumata, buna heç lüzum da yoxdur, özünüz yazırsınız ki, Mübariz bəy pul vermir, düz də eləyir. Nə üçün o, halallıqla qazandığı pulları sərişdəsiz, qeyri-peşəkar, əliəyri klub rəhbərlərinə verməlidir, vaxtında verilən pullarla çempion da olmaq olardı, Avropada da şücaət göstərmək olardı. Beləliklə, bir vaxtlar komandamız parladı, kimlərinsə bu sevincə şahid olmasında bəxti gətirdi, indiki nəsil isə ortabab bir komandaya azarkeşlik etməyə məhkumdur.

  10. Salamlar.Hec narahat olmayin Serb ve Xarvat qayidir

  11. Агали says:

    Bu lap biaburciliq oldu hec vaxt bele wey xezerden gozlemezdim….Vaqifi almaq bir sehviydi onu onatmadan satmaq vapwe hec deyilesi deyil gorun klubu idare eliyenler ne gundediler eledikleri hereketleri hec ozleride bilmirler neyliyirler

  12. Yunis hucumçu axdarir Tuyğun hucumçu satir bu ne cur bexdbexd ölkediye biz yawiyiriw göz gore göre kim hardan geldi basir atir aldadadir onsuzda bu ölkede bu yaziq camaatin gunu qaradida bir sira insanin ureyi bu klubla doyunur bunada el atib burnumuzdan getirirler haram olsun Allah belasin versin bu cur insanlarin hislleriyle oynuyan her bir kesin

  13. axşamınız xeyir.Heç inanmağım gəlmir ki, Vaqif Qəbələdə oynasın,sadəcə ehtiyat skamyası boş qalmasın deyə o komandaya cəlb edilib,nə isə……yenə köhnə hamam,köhnə tas….yenə əsəblərimiz tarıma çəkiləcək,sürprizlərin yəqin ardı var….

  14. Bu klubun ne etmek istediyin hec bawa duwmek olmur belede iw olar elave iki futbolchu almag evezine 3-4 futbolchu almiwdi onunda biri getdi.Diesen bu ilde eseblerimiz taram cekilecek indiden her oyun uchun bir qutu valerian alim.

  15. Bu Xəzər Lənkəran rəhbərliyi daha bilmir nə etsin. Oyunçu transfer edir və oynatmadan satır. Buna artıq konkret olaraq oyunçu alverindən başqa bir ad vermək mümkün deyil. Belə getsə bu ildə Xəzər Lənkərandan bir yaxşı nəticə görə bilməyəcəyik. Çünki rəhbərlik klub daxilində düzgün siyasət aparmır!!!

  16. Salam qardaslar bu vaqifin meselesi bir biedeb //////////////////////////
    /////////////////////////////////////////////////////////////////////////
    /////////////////////////////////////////////////////////////////////////
    /////////////////////////////////////////////////////////////////////////

  17. Niye geldi niye getdiiiii?????Senini 5 min manitin ceheeennnem,ay dedem gurban ay nenem gurbaaannn bes Yunis Huseynovun zehmetiii hara geeeeetdiiii….Vallah Admin gardas o Vagifin gedmesine hecde tesuflenmeye deymez….O futbolcunu Mingecevirden sondurmusduler….Hec acigi Ruslanla Vugarinda Lenkeranda galmagina inanmiram……Bir soz idi dedimdeeee….Bunlar indide Avropada Garabag reklamina baslayiblar….cempionati hokmen Garabag aparmalidir ki Avropada oynasin….Kul bele cempionatin basina…

  18. Daha biri cixib deyendeki biz pesakariq,bizde pul sixintisi yoxdu adamin basina ele bil qaynar su tokurler…mene ele gelirki indiki klub azerkes,fanshop, palsud,yayin ve nar dan gelen gelirle ayaqda durub…faktiki olaraq turkiyeden (yeni Mubarizden) qepik bele komek gelmir….vaxt var idiki deyirdi xezer xalq kamandasidi, yox ele yox bele….amma kasimpasaya,besiktasa gelende torbani istediyi qeder acir…)))

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


8 − üç =