1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
2 il əvvəl
A B R A K A D A B R A

1363332518_xezer_loqo_447468543Yay fasiləsində növbəti mövsüm üçün hazırlıqlarını davam etdirən “Xəzər Lənkəran” daha üç futbolçunu heyətinə qatıb.

Azarkeş saytına klubdan ötürülən məlumata görə Vaqif Cavadov, Rəşad Əyyubov və Vüqar Nadirovla artıq razılığa gəlinib və daxili mqavilə də imzalanıb. Bununla belə “Ağ-yaşıl”ların rəsmi internet səhifəsi bu transferlərlə bağlı heç bir rəsmi açıqlama yaya bilmir. Buna da səbəb FİFA-nın “Xəzər Lənkəran”a qarşı tətbiq etdiyi transfer qadağası qərarıdır. Xatırladaq ki, dünyanın ali futbol qurumu komandamızın ardıcıl iki dəfə – ötən mövsümün dövrələrarası qış fasiləsində və hazırkı mövsümlər arası yay fasiləsində transfer etmək hüququnu əlindən alıb. Belədə “Xəzər Lənkəran” alternativ yollardan istiafdə edərək vəziyyətdən çıxmağa cəhd edir ki, Vaqif Cavadov, Rəşad Əyyubov və Vüqar Nadirovla əldə olunan razılıq bə imzalanan müqavilə də bu qəbildəndir.

18 Şərh

  1. Salam eziz qardasim ve xezerseverler. Eziz qardasim, bu muqeddes gunlerde butun dualarimiz senin ve sizincundu. Allah sene komek olsun. Hormetle-Talisinski.
    ***
    Salam olsun ya Seyid. Diqqət və qayğınıza görə minnətdaram.

  2. Admin bəy, əgər yanılmıramsa şerin müəllifi Tərlan bəy bu şeri sırf Sizə itaaf edib. Şerin qayəsi, mənası, məzmunu həyatda keçdiyiniz yolun tiniylə, dalanıyla, döngəsiylə tam uyğunluq təşkil edir. Beş il əvvəl Tərlan bəyin dahiyanə işlətdiyi “Yüz yol vardır həqiqətdən qaçmağa, Həqiqətə gedən yolsa birdi, bir” deyiminin mənası elə bilirəm ki, heç vaxt dəyərini itirən deyil.
    ***
    Qabil bəy, tamamilə düzgün qeyd etmişsiniz.

  3. 12cioyuncu.info says:

    Kapitana məktublar silsiləsindən. IX məktub, İslam Cabbarlıya.
    Həqiqətə gedən yol. Müəllif: Tərlan Əbilov (5.10.2010)

    A durmadan həqiqəti axtaran,
    Haqq dediyin açılmayan sirrdi, sirr…
    Yüz yol vardır həqiqətdən qaçmağa,
    Həqiqətə gedən yolsa birdi, bir.

    Qoy başına həqiqəti tac, dincəl,
    Ürəyinin son düyməsin aç, dincəl.
    Qaç toxluqdan, günlərlə qal ac, dincəl,
    Deməsinlər, “çırp üstünü kirdi, kir.”

    Tutma, tutma bu dünyanın damarın,
    Qismətində yoxsa yolun hamarı.
    Bu aclıqda ürəyini ye barı,
    Görən desin, “vallah kişi şirdi, şir.”

    Gəzmə günəş bu yagışda, bu qarda,
    Dön özünə, can çürütme yollarda.
    Ürəyini öz-özünə aç, orda
    Həqiqəti görsən ora pirdi, pir.

    Yüz yol vardır həqiqətdən qaçmağa,
    Həqiqətə gedən yolsa birdi, bir.

  4. Azərbaycanlı says:

    Daxili bazarda mümkün variantlardan bu günümüzə uyğun seçim kimi qiymətləndirilə bilər. Yunis müəllim yığacağı komandanın psixoloji tərtibatı üzərində ardıcıl və yorulmadan, kökə və kötək kombinasiyasına müraciət etməkdən çəkinmədən, klub mövqeyinin müdafiəsində tərəddüdə yol verənlərdən kompromissiz imtina etməklə işləməlidir. Təsəvvürümcə klub rəhbərliyinin dəstəyi ilə məşqçimizin uzun müddətə hesablanmış mərhələli iş planı olmalıdır. Belə planın detallarının afişaya çıxarılması isə heç də mütləq deyil, amma dövri hədəflər qabaqcadan təxmin edilməli və dövri hesabatlar dinlənməlidir. Bir XLsevər azarkeş kimi hesab edirım ki, arxada xeyli uğurlar və uğursuzluğa gətirmiş səhvlərdən toplanmış təcrübə baqajına malik olan idarəçilər komandasının üzvlərindən tutarlı addımların atılmasını gözləməyin zamanıdır.

  5. Vagif, Vugar, Resad Oguz Cetinin Rauf , Efranindan qat-qat yaxsi olcag, bu 3 oyuncu hele sonmuse oxsamirlar ve Xezare hokmen xeyirlari deyecek InsaAllah. Yunusda biraz imkan vermek lazimdi, Qurbanov 5 ile Qarabag yaratdi, biz istiyirki gelen mesqci hemen ilde cempion olsun.

  6. Allah qoysa xeyirli olar. InsaAllah

  7. SALAM VAQIF VƏ EYYUBU YAXŞI HESAB ETMƏK OLAR MENCE VUQAR NADIROV GUCLU FUTBOLCU DEYIL VUQARIN TRANSFERI SƏF ADDIMDIR YADA SALAQ KI O XEZERDE CIXIŞ EDIB YENƏ XEYIRLI OLSUN.

  8. İrandan qayıdandan sonra yol yorğunluğu məni əldən salmışdı. Gün ərzində oynaq təzyiq və ürək krizisinin ardınca qızdırma da məni yormuşdu. O qədər halsız idim ki, heç ayaq üstə belə dayana blmirdim. Telefonu götürüb təcili yardıma zəng etdim.
    Mən: -Sizi …. yerdən narahat edirəm. Adım və Soyadım, yaşım və yaşadığım ünvanım belədir…
    Sonra səhhətimdəki problemi əməlli başlı danışdım. Növbətçi qeydlərini tamamlamamış növbətçi otağında olan təcili yardım briqadasının həkimi telefonu götürdü özünü təqdim edərək:
    -Hə, nə var?
    -Mən varam, amma gəlib yardım etmək əvəzinə bir az da söhbətə tutsanız mən bu dünyada olmaya da bilərəm.
    – Dərdinizi bildik, dərmanı da deyək…
    -Elə şifahi, xanım, e, doktor, axı …
    -Əşşi mən ora niyə gəlməliyəm?
    -Ay başına dönüm, xəstəyəm də necə yəni niyə…
    -Mənim orada nə işim var, siz çoxlu maye qəbul edin, mürəbbəli çay için, filan filan dərmanları alın və ….
    -Ay doktor, gecənin bu vaxtı mən haradan bu dərmanları tapa bilərəm? Bəlkə …
    Cavabında telefondan düd, düd, düd səsləri eşidildi.
    Mən heç nə anlamadım. Bu qərib danışığın qızdırma ilə əlaqəndirməmək üçün bir iki qohuma zəng etdim və danışdım, sonra evdə hamıyla söhbət edib, qızdırma səbəbindən qarabasmaya məruz qala biləcəyimin şəkkindən çıxdım.

    • Vaqif Rəşidov says:

      )))….İslam bəy,yaxşı qurtarmısınız,əgər onlar gəlsəydi bilmək olmazdı ki başınıza nə oyun açardılar…ona görədə şükür edin.

    • Salam Alleykum!
      Telefonla diaqnoz qoyub teyinat vermek yalniz Azerbaycan hekimlerine xasdir.
      ***
      Salam, təəssüf ki, belədi.

  9. hec biri ferli basdi oyuncu deyil hec biri birdene draqan ceran yaxsi idi o da getdi…..xezerde futbolcu taniyan adam yoxdu mencecerdi deyirler nedeyirler alin birdene de ..Yunis muellime hormetim var ama o futbolcu see bilmir…Ruslan abisovda bekarda gedin alinda …Ruslan da futbolcu olsa derdyaridi

  10. Gozluyun ruslan absovda gelir

  11. Admin,afrikali uclukle bagli melumatin varsa onu da paylaw zehmet olmasa
    ***
    Salam. Belə xəbərlər bekarşılıqdan yaranır.

  12. Vüqara, Rəşada və Vaqifə “Xəzər Lənkəran”da yeni-yeni uğurlar arzulayıram!

  13. Salam, Zəfər bəy. Əgər iyunun 28-də klub məhkəməni uduzsa onda yeni alınmış futbolçular avqustun 31-dən sonra komandaya qoşulacaq. Avqustun 31-də transfer pəncərəsi bağlanandan sonra azad transfer statuslu istənilən futbolçular komandanın tərkibinə daxil ola bilər. Yəni, ində daxili müqavilə imzalayıb avqustun 31-dən sonra AFFA-nın qeydiyyatından keçirtmək olar. Beləliklə FİFA apelyasiya məhkəməsi komandamızın əleyhinə qərar vermiş olarsa, yeni alınmış futbolçular təqvimdə avqust ayındakı 3-4 çempionat oyununu buraxmalı olacaq.

  14. Əgər sabah klub məhkəmədə uduzsa -onda adi çəkilən bu oyunçular payizda kamandaya qoşula bilərlər.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


+ bir = 9