9 ay əvvəl
Bu sondur yoxsa?
9 ay əvvəl
Heyf…
10 ay əvvəl
Qadağalar qaydası…
10 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

statistika113Premyer Liqanın XV turu çərçivəsində noyabrın 30-da “Xəzər Lənkəran” öz meydanında paytaxtın AZAL klubunun qonaq edəcək. Bununla da təmsilçisimiz “Təyyarəçilər”lə 26-cı dəfə üz-üzə gəlmiş olacaq.  “Xəzər Lənkəran”ın  AZAL-la oyunlarının statistikasına nəzər saldıqda komandamızın aşkar üstünlüyü görünür. Beləki, indiyə qədər keçirilən 25-oyunda komandamız paytaxt təmsilçisinə 15- dəfə qalib gəlib və yalnız  5-oyunda məğlub olub. Qalan 5-oyunda isə qalib müəyyənləşməyib.

Cütlüyün qarşıdurmalarında ümumi top fərqinə görə də “Ağ-yaşıl”ların ikiqat üstünlüyü var. “Xəzər Lənkəran”  33 : 16  AZAL .

Kubok oyunları.

Komandamız paytaxt təmsilçisi ilə  4-kubok oyununda qarşılaşıb. 2007/08 mövsümündə kubokun  ¼ final mərhələsində “Xəzər Lənkəran” səfərdə 0:1 hesabı ilə məğlub olsa da “Fırtınalar meydanı”nda bunun əvəzini iki topla çıxaraq yarımfinala adlaya bilib. Növbəti dəfə komandalar  kubok yarışmasının 2009/10 mövsümündə  finala vəsiqə qazanmaq üçün yarım final mərhələsində üz-üzə gəliblər. Paytaxtda baş tutan oyunda qeydə alınan 1:1-lik heç-heçədən sonra Lənkərandakı matçda “Ağ-yaşıl”lar 2:1-hesabı ilə qalib gələrək fianal gedən yolda sonuncu səddi aşa biliblər. Kubok oyunlarında cütlüyün top fərqi belədir: “Xəzər Lənkəran” 5:3 AZAL.

“15-minlik stadion, 14999+SƏN”

Qeyd edək ki, “Fırtınalar meydanı”nın tribunalarına 15.000-azarkeşin toplanması ilk dəfə AFFA-nın rəsmi protokoluna (o vaxtlar hələ PFL yox idi)  2007/08 mövsümündə ölkə kubokunun ¼ final mərhələsi çərçivəsində martın 20-də keçirilən məhz “Xəzər Lənkəran” – AZAL (o vaxtlar “Olimpik”adlanırdı) oyununda qeyd olunmuşdu. Onu da əlavə edək ki, həmin qarşılaşmanın afişalarını “12-ci oyunçu” öz hesabına hazırlamış, bütün Lənkərana yayaraq stadionun tribunalarını tam doldura bilmişdi. “12-ci oyunçu” MFK özünə məxsus olan  “15-minlik stadion, 14999+SƏN” layihəsini də ilk dəfə elə  həmin oyunda uğurla həyata keçirə bilmişdi. Beləliklə, cütlüyün statistikasına bunu da əlavə etmək olar ki, tribunalarda 15.000-azarkeşin toplanması ilk dəfə məhz bu komandaların 20.03.2008 tarixində baş tutan oyununda rəsmi protokolda qeyd olunmuşdur.

Çempionat oyunları.

Noyabrın 30-da “Fırtınalar meydanı”nda AZAL-la keçiriləcək oyun “Xəzər Lənkəran”ın paytaxt klubu ilə qarşılaşacağı 21-ci çempionat matçı olacaq. İndiyə qədər baş tutan 20- çempionat oyununda komandamızın 13-qələbəsi vardır. Qalan 7-oyunun 4-də paytaxt klubu 3-xala sahib çıxıbsa daha 3- qarşılaşmada komandalar sülhlə ayrılıblar. “Xəzər Lənkəran” çempionat qarşılaşmalarında AZAL-ın qapısına 28-dəfə yol tapıbsa, öz qapısında cəmi 13-top görüb.

Böyük hesablar.

Yarandığı gündən bəri “Xəzər Lənkəran” komandası paytaxt klubunu 2-dəfə 3:0-lıq böyük hesabla məğlub edib. Hər iki darmadağın Mirça Rednikin baş məşqçiliyində qeydə alınıb.

 “Adı adlara qalıb”…

Onu da əlavə edək ki, bir neçə dəfə adını dəyişən AZAL, indiyə qədər “Olimpik” həmçinin “Olimpik Şüvəlan” adları ilə də çıxış edib.

 *****************

Aşağıda “Xəzər Lənkəran”ın AZAL klubu ilə keçirdiyi bütün oyunların statistikası təqdim olunur:

 

 2005/06 mövsümü

  “Olimpik” – “Xəzər Lənkəran”   0:2

 “Xəzər Lənkəran” – “Olimpik”   1:0

 

 2006/07 mövsümü

 “Olimpik” – “Xəzər Lənkəran”   1:2

  “Xəzər Lənkəran” – “Olimpik”   3:2

 

 2007/08 mövsümü

 “Olimpik” – “Xəzər Lənkəran”   0:0

  “Xəzər Lənkəran” – “Olimpik”   0:0

 

 Azərbaycan kuboku, ¼ final mərhələsi

  “Olimpik” – “Xəzər Lənkəran”   1:0

  “Xəzər Lənkəran” – “Olimpik”   2:0

 

 2008/09 mövsümü

 “Olimpik” – “Xəzər Lənkəran”   0:1

 “Xəzər Lənkəran” – “Olimpik”   0:0

 

 2009/10 mövsümü

  “Olimpik-Şüvəlan” – “Xəzər Lənkəran”   1:0

  “Xəzər Lənkəran” – “Olimpik-Şüvəlan”   2:1

 

 Azərbaycan kuboku, yarımfinal

 “Olimpik-Şüvəlan” – “Xəzər Lənkəran”   1:1

 “Xəzər Lənkəran” – “Olimpik-Şüvəlan”   2:1

 

 2010/11 mövsümü təsnifat mərhələsi

 AZAL – “Xəzər Lənkəran”  0:1

 “Xəzər Lənkəran” –AZAL  2 : 1

 

 2010/11 mövsümü final mərhələsi

AZAL – “Xəzər Lənkəran”  1 : 0

 “Xəzər Lənkəran” –AZAL  3 : 0

 

 2011/12 mövsümü təsnifat mərhələsi

AZAL – “Xəzər Lənkəran”  0 : 3

 “Xəzər Lənkəran” –AZAL  1 : 0

 

2012/13 mövsümü təsnifat mərhələsi

AZAL – “Xəzər Lənkəran” 0 : 2

 “Xəzər Lənkəran” – AZAL 1 : 2

 

2012/13 mövsümü final mərhələsi

“Xəzər Lənkəran” – AZAL 1 : 1

AZAL – “Xəzər Lənkəran” 2 : 0

 

2013/14 mövsümü I dövrə

AZAL – “Xəzər Lənkəran” 1 : 3

“Xəzər Lənkəran” – AZAL ? : ?

 

Səhifəni hazırladı: NƏBİOĞLU.

Statistik məlumatlardan istifadə edildikdə 12cioyuncu.info saytına istinad zəruridir.

 

11 Şərh

  1. Vaqif bəy, onu deyim ki, İslam müəllimin plandan kənar saytı müvəqqətı tərk etməsi ilk vaxtlar bizim hamımızı çaş-baş qoymuşdu və sizin müvəqqəti olaraq sayta başçılıq etməyiniz çox uğurlu oldu və bizi sevindirdi. Onu deyim ki, siz bu işin öhdəsindən layiqincə gəldiniz və güman edirəm ki, İslam müəllim də bundan razı qaldı, indi sayt rəhbəri lazım olan vaxt qısa müddətli istirahət edə bilər və əminliklə saytı sizə tapşıra bilər. Təki can sağlığı olsun. Sizə isə gələcək işlərinizdə və şəxsi həyatınızda uğurlar diləyirəm. ALLAH amanında!

  2. VAQİF müəllim! Əvvəla həmişə şadxəbər olasınız. Şükür ki, İslam bəy özünü yaxşı hiss edir və azarkeş qrupunun rəhbərliyinə qayıdır. Bu xəbərə çox sevindim. İkincisi isə İslam bəyin məlum səbəbdən olmadığı vaxtlarda təvazökarlıqdan uzaq olsa da deyəcəyəm, Siz çoxlarına nümunə ola biləcək əsl dost və qardaş kimi hərəkət edib İslam bəyin yerini doldurdunuz. Sayt istifadəçiləriylə tez bir vaxtda dil tapa bildiniz. Vaqif bəy,saytı işlək vəziyyətdə saxlamağın çətinliyindən az-çox məlumatlıyam. Çətin bir yükün öhdəsindən layiqincə gəldiniz. Sizə komandamızın və azarkeşlərimizin çox çətin günündə bizə həyan olduğunuz üçün, öz adımdan səmimi minnətdarlığımı bildirirəm. Allah köməyiniz olsun!

  3. Fikrimce cetin olmayacaq,cun ki oyuncular rahat oynaya bileller

  4. Men duşunurem ki “Azal” var=gucu ile oynayib qelebe qazanmaq isteyecek.Bu oyunda Denizli oyuncularda secim edecek.

  5. Axşamınız xeyir, Vaqif müəllim! Məncə “Xəzər Lənkəran” Covanni Melkiorre, Emin Quliyev və Hafiz Əliyevin birgə zəhməti sayəsində bütün hayıfını “Azal”dan alacaq.

    ******************************************************************
    Bütün 12cioyuncu sevənlərə və saytizləyicilərinə MÜJDƏ!!!
    Sabahdan sayt öz gercək ritminə qayıdıb öz rəngin alacaq.
    İslam bəy sabahdan öz yerin tutub sizlərlə birlikdə İNŞALLAH həmişəki kimi olacaq.
    Burda öz missiyamı bitirirəm.Hər kim məndən inciyibsə ondan üzr istəyirəm və bu qısa müddətdə olan nöqsanlarımı sizlərdən məni baışlamaqı xaiş edirəm.Hamınıza hər bir işdə uğurlar arzu edirəm!
    VAQİF RƏŞİDOV

    • Vaqif bey!.Bu kecen vaxt erzinde zehmetimizi cekdiniz ve bize dayaq olub, sayti işlek veziyyetde saxladiniz.Aciqi, hacan sayta şerh gönderdimse hec yayimlamaqi yubanmadi.İslam beyin xestelenmesi sizin eseb sistemine guclu tesir etmişdi.Bezen aqresiv mövqe tutsanizda, bu başaduşulen idi.Qisasi, sizin kimi bir insanla unsiyyetde olmaq cox xoş idi ve inaniram ki, hemişe yanimizda İslam beyle qoşa olacaqsiniz.Sizin bizim ustumuzde haqqiniz var.Zehmetinizi halal edin ve siz bizi bağişlayin.Hörmetle,

    • Salam Alleykum!
      Vaqif deyesen mujde size dushur axi. Canin “bizden” qurtardi! :)
      Islam Cabbarlinin sehheti imkan verecek yeniden bu sayti ishletsin?
      ***
      Səhhəti hələ tam yaxşı deyil. Yəqin bacardığını edər.

  6. xezer azal oyununu xezerin resmi sayti vrcekmi?\
    ***
    Bu gözlənilir.

  7. admin komandamizi azalla oyuna hansi mewqci cixarir bir zehmet yazayduzda
    ***
    Hələ məlum deyil.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


üç − = 2