8 ay əvvəl
Bu sondur yoxsa?
8 ay əvvəl
Heyf…
8 ay əvvəl
Qadağalar qaydası…
8 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A


xezer-12
Premyer Liqanın XXXII turunda AZAL-ın qonağı olacaq “Xəzər Lənkəran” matçın hazırlığına aprelin 26-da start verəcək. 

 Komanda hazırlığın ilk günündə 1 məşqlə kifayətlənəcək. Sonrakı gündən etibarən isə Elbrus Məmmədovun yetirmələri gündə 2 dəfə bir araya gələcəklər. Komandada zədəli və cəzalı futbolçunun olmaması məşqçilər korpusunu sevindirən məqamlardandı. Yeganə problem İbrahim Qədirzadə və Yusif Həsənovun düşərgədə olmaması ilə bağlıdı. Hər iki oyunçu 17 yaşadək futbolçulardan ibarət yığmamızın heyətində olduğundan, “Xəzər Lənkəran”ın hazırlığında iştirak edə bilmir. Lənkərandakı son məşqinə cümə günü çıxacaq “Xəzər Lənkəran” Bakıya matçın baş tutacağı gün, səhər saatlarında gələcək. 

 Qeyd edək ki, AZAL – “Xəzər Lənkəran” görüşü aprelin 30-da keçiriləcək. 

MƏNBƏ: Apasport.az

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


7 + altı =