8 ay əvvəl
Bu sondur yoxsa?
8 ay əvvəl
Heyf…
9 ay əvvəl
Qadağalar qaydası…
9 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

xl“Xəzər Lənkəran” daha bir futbolçu ilə güclənib.

Məlumata görə, bir neçə gün öncə komandanın düşərgəsinə qoşulmuş Asif Mirili baş məşqçi Elbrus Məmmədovun inamını qazana bilib. 

Asif Mirilidən öncə Tural Cəlilov, Nodar Məmmədov, Ruslan Cəfərov, Orxan Səfiyaroğlu və Vaquf Güləliyevlə güclənən “Xəzər Lənkəran” bununla kifayətlənmək fikrində deyil. Cənub təmsilçisi “transfer pəncərəsi” bağlanana qədər heyətinə daha bir neçə oyunçu qatmaq niyyətindədi.

Komandanın baş məşqçisi Elbrus Məmmədov indiki məqamda komandanın daha çox iki mövqeyində problem olduğunu deyib: “Futbolçu axtarışındayıq. Xüsusilə 2 mövqeyə yeni oyunçu lazımdı. Hücumçu və dayaq yarımmüdafiəçisi tapmalıyıq. Dayaq yarımmüdafiəsinə təcrübəli futbolçu istəyirəm. Amma başa düşürəm ki, indiki məqamda bunu reallaşdırmaq şansımız 5 faizdi”.

—————————-

MƏNBƏ: Apasport.az

 

8 Şərh

  1. SALAM MÜƏLLİM, QAYIDIŞINIZ DAHA MÖHTƏŞƏM OLSUN,AYAĞINIZ BİZƏ DƏ DÜŞƏRLİ OLSUN ! ………………..
    ***
    Şərhinizin sonundakını silməli oldum, əlbəttə ki, anlayışla qarşılayacağınız ümidi ilə. Deməli bu məsələ whatsapp-da 0556194463 nömrəsi ilə mesajlaşaraq müzakirə etmək olar.

  2. admin cox sevindim saytin yeniden fealietinin davam etdirmesine Xezer Lenkaranin bele sefaf metbuata ehtiyaci var cox sukur
    ***
    Həmişə sevinəsiz.

  3. Salam müəllim,Allaha şükürlər olsun ki,sayt yenidən fəaliyyətə başladı,Allah sizi var eyləsin!

  4. 12cioyuncu .info says:

    Nə qəhrəmanlıq aktı qeydə alınmadı nə də qeyri adi möcüzə baş vermədi. Sadəcə adi bir anlaşılmazlıq oldu. Yəni başqa saytın 15-dollarlıq “Domen” pulu səhvən bizim saytın hesabına köçürüldü. Buna görə də saytımız yenidən fəaliyyətə başladı. Yeri gəlmişkən qarşıda “Xostinq” ödənişinin zamanı gəlir. “3000 kvot”luq illik “Xostinq” ödənişi 120-AZN təşkil edir. Bəri başdan xahiş edirik, heç kəs səhv eləməsin. Həmçinin də xəbərdarlıq edirik, bizə heç kəsin pulu-zadı lazım deyil!
    (yəni ŞOT bizlikdi)
    “12-ci oyunçu”

  5. Salam. admin Orxan Sadıqlı XL’ya qayıtdı. və “Rəvan”dan ayrılan Vüqar Bəybalayev yaxın günlərdə komandanın düşərgəsinə qoşulacaq.
    ***
    Salam. Təki belə olsun.

  6. Salam. Saytımizı yenidən bizim istifadəmizə verdiyinizə görə minnətdaram. Elə bu səhər Feysbuk saytından məlumat aldım. ALLAH qüvvət versin.
    ***
    Salam. Həmişə sevinəsiz.

  7. Salam Alleykum!
    Sevindim. Hamiya kicik tebrik dushur.
    Hormetli inzibatci, hemishe “shot”-u siz verirsiz, bir defede biz oxucular verekde.
    ***
    Salam. Yaxın gələcəkdə bu barədə də düşünmək olar.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


+ 6 = on