8 ay əvvəl
Bu sondur yoxsa?
9 ay əvvəl
Heyf…
9 ay əvvəl
Qadağalar qaydası…
9 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

1363332518_xezer_loqo_447468543“Yaxşı futbolçu axtarmaq məqsədilə gələn ay səfərə çıxacağıq. İlk gedəcəyimiz ölkə Mali olacaq”.

Bu sözləri açıqlamasında “Xəzər Lənkəran”ın idman direktoru Yunis Hüseynov deyib.

 Növbəti mövsümdən yenidən iddialı olmağı hədəfləyən “Xəzər Lənkəran” futbolçu axtarışına çıxır. Bu məqsədlə klubun idman direktoru Yunis Hüseynov və tərçüməçi Elvar Quliyev mayın 1-5-i aralığında Afrikaya yollanacaq.

 Səfərdə məqsəd konkret hansısa futbolçuların oyununu izləmək deyil. Hüseynovun sözlərinə görə, özünü yaxşı tərəfdən göstərən oyunçuların adları transfer siyahısına daxil ediləcək: “Konkret futbolçu yoxdu ki, gedək onu izləməyə. Biz orda olduğumuz müddətdə bütün oyunlara baxacağıq. Neçə gün qalacağımız bilinmir. Bizə tapşırılmayıb ki, konkret filan mövqeyə oyunçu tapın. Yaxşı futbolçular olsa, bütün mövqelərə axtaracağıq. Təki istədiyimiz səviyyədə oyunçu tapaq. Qarşımızda sayla bağlı limit də qoyulmayıb. Bəyəndiyimiz hər bir futbolçunu transfer etməyə çalışacağıq”.

 Hüseynov bildirib ki, səfər zamanı “Xəzər Lənkəran”ın malili futbolçusu Sadio Tounkaranın da köməyindən yararlanacaqlar: “Tounkara futbolçu tapmaqda bizə yardımçı olmayacaq. O, heç bir oyunçunu məsləhət görməyib. Amma bəzi məsələlərdə köməyi dəyəcək. Mən istəyirəm ki, futbolçulara gedib, özüm baxam. Mali və Qana ilə yanaşı, planımızda var ki, Portuqaliyaya da gedək. Daha bir neçə ölkəyə yollana bilərik”.

 Təcrübəli mütəxəssis “Afrikada geniş yayılan Ebola virusuna qarşı peyvənd olunmusuzmu” sualına belə cavab verib: “Birincisi, Mali və Qanada Ebola virusu yoxdu. İkincisi də, onun dərmanı heç tapılmayıb axı (gülür). Biz elə ölkələrə getmirik ki, orda Ebola virusu yayılsın. Yəni, heç bir təhlükə yoxdu”.  

MƏNBƏ: Apasport.az

 

9 Şərh

  1. Əvvəlcə hər kəsi salamlayıram. Xəzərin uğur qazmağına inanmıram

  2. Emil 917 says:

    evvela hamiya salam! coxdandi hecne yazmirdim cunki sakitce melumatlari oxuyub fikirlewirdim ki hec olmasa bu il birinci liqaya duwmeyek. deyesen bu ilde burda qalasi olduq. Bu transfer sohbetine gelende en azindan 6 movsum olarki super transferler baresinde daniwilir kimlerin adi hallanir getirilenleri o qeder terifliyirler ki adam tezlikle movsumun bawlanmagini isteyir. Mence bu movsumde geride qalan muvsumler kimi bir wey olacaq. bizim elimizden gozlemekden bawqa hecne gelmir.Allah bize sebir versin!!!!!!!!

  3. Coxdandi serh yazmirdim,gozduyurdum bu islerin sonu nece olacaq, gorunen odur ki, bizlerin dusunduyunden de veziyyet cox acinacaqlidi,goresen bizden basqa bu qeder seristesiz yoneticileri olan 2 -ci klub var dunyada…? Demeli bu boyda hengame genclesdirme pulun azligindan da deyil bu seristesiz idarecilik yuzunden olub, valla Mubariz boyuk sebre malik adamdi, bu qeder seyden sonra bunlara yenede sans verir.O dovurde transsfer qadagasini deseydiler, goresen ansi tezyiqle uzeserdiler….3 oyuncuda fifaya sikayet edib gorunen odur ki, en azi onlardan biri haqlidi…ve bu da yaxin gelecekde basimizda catdiyacaq….
    ***
    Salam. Gəncləşdirmə siyasəti hara, transfer qadağası hara. Baxın saytımızda çoxdan şərh yazmamaqla yaxşı heç nəyə nail olmaq mümkün niyə? Ona görə ki, çoxdan şərh yazmamaqla siz yanlış məlumatlarla təmin olunaraq bəzi məsələləri qarışdırırsınız. Xahiş edirəm əvvəlki aktivliyinizə qayıdın, tez-tez müzakirələrdə iştirak edin, bu sizdə çox gözəl alınırdı. Yoxsa baxın, görün indi nələr yazırsız. Heç olmasa yazdığınız şərhi göndərməzdən əvvəlcə oxumusunuz? Oxumağınıza inanmıram. Axı mən sizin şərhlərinizdə daim məntiq görmüşəm, siz həmişə yerli yerində fikir bildirmisiniz. Amma bu dəfə qarışdırmısız aləmi. Adi arifmaetikadır: Klub rəhbərliyi transfer qadağası məktubunu keçən ilin oktyabrında alandan sonra məntiqlə təcrübəli futbolçuları qovmalı deyildi, əksinə saxlamalı idi ki, transfer qadağasına görə indiki vəziyyətə düşməsin. Amma bunu etmədi və təcrübəliləri uzaqlaşdırdı. Ona görə uzaqlaşdırdı ki, “Palmali” tərəfindən ayrılan maliyyə KVOTA-sı dolmaq üzrə idi və baş sponsor olan “Palmali” təkidlə yaxın müddət ərzində kluba əlavə pul verməyəcəyini bildirmişdi. Səriştəsizlik hansısa bir səviyyədə ola bilməz, o bütövlükdə olur. Başqa sözlə gəncləşdirmə siyasətinin yeganə səbəbi klubdakı maliyyə krizisi idi. İndi o krizis baş sponsor tərəfindən bilərəkdən yaradılıb məsələn: klub rəhbərliyini cəzalandırmaq məqsədi ilədir, yaxud elə “Palmali”nin də vəziyyəti yaxşı deyil, mənim bununla işim yoxdur. Mən konkret olaraq klubdakı maddi çətinliklərin olmasını deyirəm. Yeri gəlmişkən həmin o krizis elə indi də davam edir. Birdən kimlərsə mənim yazdırlarımın əksini isbatlamağa çalışsalar bilin ki, onlar yalançının böyüdürlər. Əgər həmin o iddiaçıların yalançı olduğunu sübut etmək lazım olsa saytımızla əlaqə saxlayın, mən onlara bir bir sübut edərəm. Mənimlə əlaqə saxlamağın ən yaxşı yolu elə burada şərh yazmaqdır. Buyurun, mən gözləyirəm.

    • Cox sagolun etrafli melumatiniza gore….InsaAllah tez-tez xeberlere fikrimi ve gorusumu bildirecem….Teki gelen il ucun guclu bir heyyet yigilsin, teki cempiyon olsunlar, teki Avro grupda oynuyub, guclu kamandalari Azerbaycanin en gozel gusesi olan Lenkerana getirsinler, istiyirler lap 10 illik transfer cezasi kessisler, Lenkerandan hec kim onlari qinamaz, ugursuzluq olan yerde olmayan seyler de adamin gozune heqiqet kimi gorunur….
      ***
      Bu oldu başqa məsələ, çox optimist fikirlərdir. Şərhinizin sonunda tamamilə düzgün vurğuladınız, bəli uğursuzluq olan yerdə olmayan şeylər də adamın gözünə həqiqət kimi görünür. Bu reallıqdır və ümid etmək istəyirəm ki, klub rəhbərliyi və baş sponsor da elə edərlər ki,bundan sonra uğursuzluqlar “ağ-yaşıl” rənglərdən uzaq keçsin. Hər halda ümid etmək olar. Qaldı şəxsən sizə, qeyd edim ki, şərh yazmaq və müzakirələrdə fəal iştirakınızı yüksək dəyərləndirirəm və bu geri dönüşünüzə yalnız şad oluram.

  4. Yenə səriştəsiz transfer siyasəti, yenə kor-koranə legioner axtartışı, yenə strategiyasız üslub, peşəkar klub transfer fəaliyyətini dəqiqləşdirmiş konkret legionerləri cəlb etmək üçün skautlar vasitəsilə həyata keçirirlər, necə ki bunu Qarabağ klubunun timsalında görmək olur. Böyük camiəyə sahib Xəzər Lənkəran klubu peşəkarlıq yolunda ciddi addımlar atmasa yenə də uğursuzluqlara məruz qalacaq.

  5. Hamınızı salamlayıram. Hazırda komandamız Bosniya və Hersoqovinalı Muharemoviçə görə “transfer qadağası”na məruz qalıb. Halbuki, bu futbolçu “Xəzər Lənkəran”ın heyətində bir gün də olsun meydana çıxmayıb.
    İndi isə qaçıb aradan çıxmış keçmış “Xəzər Lənkəran”lılar Dejan Blajevskiylə Qalin İvanovun komandamıza qarşı qaldırdığı şikayət FİFA-da müzakirə edilir. Üstəlik, keçmiş menecerimiz Mario Souzanin dediyinə görə keçmiş braziliyalı futbolçumuz Elias Ribeyro da komandamızdan FİFA-ya şikayət edib. Görəsən bu işlərin axırı bəs necə olacaq? Belə çıxır ki, yarıtmaz işlərinə görə azarkeşlər tərəfindən daim haqlı tənqidə məruz qalan rəhbərlik, nəticə çıxarmaq əvəzinə yeni-yeni problemlər yaradıb. Və bir daha sübüt oldu ki, rəhbərliyi yarıtmaz idarəçiliyinə görə tənqidə məruz qoyan azarkeş həmişə haqlıdır.

  6. Men hemiwa demiwam,(elbetta xeyallarimizin mewkcisi Rednikdir) yerli mewkcilardan en guclusu Yunus Huseynovdur,onun ezunu testiq elemek ucun en real wans Xezer Lenkarandir. Ancaq mewkci kimi,idman direktoru kimi yox,bona onun yawi da savadi da imkan verir.Haydi ireli Yunusun Xezeri!!!!!!!!!!

    • Zəfər Lerikli says:

      Salam. Y.Huseynov öz imicinə görə gəncləşdirilmiş bir heyətin məşqçisi olmadi. Elbrus Məmmədovun yerində hal-hazirda Yunis muəllim olsaydi əgər…… Bir təsəvvur edək….
      Ona görə də E.Məmmədovu qinayiriq da….əslində ona təşəkkur etmək lazim idi. Bir halda ki, hazir məşqçi Y.Huseynov ?
      Y.Huseynov öz kamandasini özu yiğir. Bir şərtlə ki, transfer qadağasi ləğv oluna.
      Yoxsa gələn il bundan çətin vəziyyətə duşərik.
      Təki qadağa ləğv olunsun.Ondan sonra işləməyə nə var ki…Uğurlar!
      ——Arifə bir işarə!——

  7. isiniz uqurlu olsun

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


dörd + 4 =