1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

120Deyirlər ki, “Xəzər Lənkəran”ın dağılması cənublu azarkeşlərə çəkilən böyük dərddi.

Qəti qorxusu yoxdu bu dərdin. Bu dərd bir müddətdən sonra qaysaq bağlayacaq. Cənublu fanatlar “Xəzər Lənkəran” olmayan dönəmdəki həyat şəraitinə adaptasiya olacaqlar.

Əslində, “Xəzər Lənkəran”ın yaranması cənublu azarkeşlərin sakit həyatını pozmuşdu. Yaşam problemlərinin üzərinə “Xəzər Lənkəran” dərdi də əlavə olunmuşdu. “Xəzər Lənkəran” cənublu azarkeşlərə nə vaxt dərd vermədi ki? Varlığı da dərd idi bu komandanın. Mais Mənsimov dərdi. Tuyqun Nadirov dərdi. Bu gün cücərən, sabah yanan qazon dərdi. Lənkərana gələn legionerlərin 6 aydan sonra “Xəzər Lənkəran”dan qaçmaq istəyi. Dərd bir idimi, iki idimi? “Xəzər Lənkəran”ın dağılması dərd olsa da, bütün dərdlərin bitməsidi həm də. Daha Mais Mənsimov dərdi olmayacaq. Daha Tuyqun Nadirov dərdi olmayacaq cənublu azarkeşlər üçün. Daha “fırtınalar meydanı”nda qazon dərdi də olmayacaq. Bundan sonra orda qoyun da, eşşək də otarmaq, çilingağac da oynamaq olar. 

“Xəzər Lənkəran” dağılsa, onların işi nə olacaq? Dəli bir maraq çulğalayıb axı məni. Bu marağa görə “Xəzər Lənkəran”ın dağılmasını elə istəyirəm… İstəyirəm görəm ki, “Xəzər Lənkəran” olmasa Mais Mənsimov nə işlə məşğul olacaq. İstəyirəm görəm ki, Tuyqun Nadirov hansı işin qulpundan yapışacaq…

Lap deyək ki, Mais Mənsimova qardaşı Türkiyədən cibxərcliyi göndərəcək. Amma bu adam daha prezident olmayacaq axı. Öyrəşib ey ona “prezident” deyə müraciət etsinlər. Tuyqun Nadirov vitse-prezident statusundan kəlləmayallaq gələcək. Ona cibxərcliyi göndərəcək qardaşı da yoxdu axı. Dərd budu ey. Siz də başlamısız ki, “Xəzər Lənkəran”ın dağılması böyük dərddi. Sizin dərdiniz onların dərdinin yanında nədi ki… Uzaqbaşı növbəti mövsümün startına qədər sizin dərdiniz qaysaq bağlayacaq. Dərdlərdən qurtulacaqsız. Bəs onlar neynəsinlər? Dəli bir maraq çulğalayıb məni. “Xəzər Lənkəran” dağılsa, onlar hansı işin qulpundan yapışacaqlar? Daha onlara “prezident”, “vitse-prezident” deyə müraciət etməyəcəklər. Dərdin böyüklüyünə bax ey, Allah. Bu dərd qaysaq bağlamaz.  

Natiq Muxtarlı

MƏNBƏ: Rekord.az

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


yeddi − = 1