9 ay əvvəl
Bu sondur yoxsa?
9 ay əvvəl
Heyf…
10 ay əvvəl
Qadağalar qaydası…
10 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

xezerSon zamanlar maddi sıxıntılardan əziyyət çəkən “Xəzər Lənkəran”ın gələcək taleyinə aydınlıq gəlməkdədir.

Son məlumatlara görə İstanbulda “Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimovla görüşərək bir çox məsələlərə aydınlıq gətirən klub rəhbərliyi vətənə qayıtdıqdan sonra iddialı açıqlamalar verməyə başlayıb. Əvvəlcə “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov qayıdışında ilk olaraq “Klublar Komitəsi”nin rəhbərliyindən istefa verib (belə görünür ki, bundan sonra bütün diqqətini kluba yönəltməli olacaq). Ardıyca Apasport.az saytına açıqlama verən Nadirov maraqlı fikirləri ilə də yadda qalıb:

“Müxtəlif fikirlər, cürbəcür iddialar səslənir. Klubun taleyini hərə bir cür yazmaq istəyir. “Xəzər Lənkəran”ı yaradan, sərmayə buraxan şəxs Mübariz Mənsimovdu. “Xəzər Lənkəran”ın fəaliyyətini dayandırmaq ehtimalı yoxdu. Çünki bu komandanın borcu yoxdu, infrastrukturu var. Stadionun borcu yoxdu. Belə bir komanda niyə davam etməsin ki?”. “Xəzər Lənkəran” bəlkə də, Azərbaycanda yeganə komandadı ki, öz futbolçusunu yetişdirib, əsas heyətə cəlb edir, Premyer Liqada oynadır. İndi elə yığma komanda yoxdu ki, orda “Xəzər Lənkəran”ın oyunçusu yoxdu. Bu gün 5 əcnəbi gəlib oynayıb, gedəcək. Onun nə xeyri olur? Komandanın bu il məqsədi ölkə kubokunu qazanıb, Avropa Liqasına vəsiqə qazanmaqdı. Aşağı yaş qrupu komandalarımız öz yaşıdları arasında iddialıdılar. Kluba heç bir məhdudiyyət qoyulmayıb. Baş məşqçi, onun köməkçilər öz yerlərindədi. Yanvar ayından sanksiya aradan götürüləcək. Məşqçi heyəti də rahat transferlər edib, üçüncü dövrəyə başlayacaq. Təlim-məşq toplantımız baş məşqçinin istədiyi yerdə keçiriləcək. Rəhbərlik ona tam dəstək verəcək. Yaxın günlərdə geniş toplantımız olacaq. Komandanın hansı formatda fəaliyyətini davam etdirəcəyinə orda qərar veriləcək. Məni komandanın uğurlu və ya uğursuz çıxışı yox, yaşaması maraqlandırır”

5 Şərh

  1. Tuyqud Mubariz mensimovla göruwub göresen saitde bele oxuduq turkiyeden gelen kimi komite s istifa verib eger bilginiz varsa bize melumat verersiz
    ***
    Biz də o biri azarkeşlər kimi xəbərləri mətbuatda əldə edirik. Jurnalistlərdən fərqli olaraq bizim klub rəhbərliyi ilə əlaqəmiz yoxdur.

  2. Bunun danisigindan hec ne basa dusmedim, bu gedisle ikinci ligaya gedirsiz, ora dusmek hacandan yasamaq oldu ki. deyir ecnevinin ne xeyri onlarin sahesinde 3 kubok 1 cempiyonlug ve basqa ugurlar qazanmisan, sizin yetirdiyiniz kamranim kazimi, orxani goruruk onlardan sonra gelenlerde uzagi ondan biraz yaxsi olacaq, indi o yasilain aqbaginda ozleri kimi zeyifler var deye hec olmasa ilk uclukdediler, sabah ise ecnebi olanda qapiya vurdugu top autdan cixacaq….onlarlami kubok goturmek istiyirsen ay “bedbext”. Hec olmasa kisi kimi danissinlarda bele danismagla ne demek istiyirler valla basa dusmedim…..bele klub saxlamaga nenemde saxiyar pulsuz oynat ve sonra deki klub um var )))))

  3. Onsuzda mənim nikbin biri olmağim kimlərdəsə sadəlöhv kimi təəssurat oyadir…Lakin klubda və kamanda da ciddi islahatlarin aparilmasina inamim əsla tukənməyib.Admin bəy!-Qabil muəllim daha şərh yazmir.Ondan bir xəbəriniz varmi?.Yeri görünür.
    ***
    Salam. Açığı mənim üçün də maraqlıdı görəsən Qabil bəy niyə susur.

  4. Neftci Esker Abdullayevle yollarini ayirmaaq isteyir, Agaselim Mircavadovdan sonra Azerbaycanli kimi ikinci guclu mesqcidir, Sans varsa XL-a gelse getirseler yaxsi olar. Distiplin telebkar mesqcidir..

  5. Elbette seni komandanin uguru dusundurmur Sene Lazimdirki oz KRESLONU ikielli tutub oturasan. Sen Lenkeranli deyilsenaxi bu kulubun taleyi ugurlari seni maraglandirsin…

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


+ doqquz = 10