11 ay əvvəl
Bu sondur yoxsa?
11 ay əvvəl
Heyf…
12 ay əvvəl
Qadağalar qaydası…
12 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

nida“Xəzər Lənkəran” futbol klubu fırıldaqçılıqda ittiham olunur.

İspaniyalı futbol meneceri Toni Kruea bir müddət əvvəl Türkiyənin “Radyospor” idman radiosuna açıqlamasında “Xəzər Lənkəran” klubunun rəhbərliyi barədə ağır ittihamlar səsləndirib.

“Onların hamısı fırıldaqçı və yalançıdır. Bütün İspaniya və Avropa “Xəzər Lənkəran”ın fırıldaqçılar yuvası olduğunu bilir. Bu klub barədə FİFA-ya şikayət etmişik” – deyə T.Kruea bildirib.

Belə məlum olur ki, ispan meneceri qəzəbləndirən səbəb “Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirovun onu dəfələrlə aldatmasıdır. 

“Mən “Xəzər Lənkəran” komandasına bir neçə ispaniyalı futbolçu apardım. Lakin bu klubun rəhbərləri doğrudan da çox məharətli fırıldaqçılardır. Bütün oyunçularla bağlı problem yaratdılar. Heç bir anlaşmaya əməl etmədilər. Bizi aldatdılar. İki il yarım əvvəl “Barselona”da yetişən Mario Rosası ora apardım. Puyol, Valdes, Xabinin ilk dönəmlərində “Barselona”da idi. Daniel Martin ayrı oyunçu idi. “Real Betis”in forveti idi. Biz verdiyimiz sözlərə əməl etsək də Tuyqun Nadirov heç bir sözünü yerinə yetirmədi. Oyunçuların və mənim pullarımı ödəmədilər. Bizi aldatdılar. Mənsimov hörmətli adamdır, bunu bilirəm. Ancaq bu fırıldaqçılara necə icazə verir, anlamıram” – deyə ispaniyalı menecer bildirib.

FİFA meneceri olan T.Kruea deyib ki, T.Nadirov ona Marionu da alacaqlarını deyib. Lakin menecer futbolçunu Lənkərana aparsa da Nadirov onu almaqdan imtina edib.

“Mario tibbi müayinədən keçsə də “yox, sağlam deyil, problemi var” dedi. Nadirovla həm Mario, həm də Martinlə bağlı anlaşmışdıq. Hər iki oyunçunu Bakıya apardım. 5 gün sonra Martin İspaniyaya dönməyə məcbur oldu. Çünki Nadirov danışdığımız pulun ancaq yarısını verə biləcəyini dedi. Söhbət Çempionlar Liqasında oynamış oyunçulardan gedir. Mario ilə mən 30 gün Bakıda qalmalı olduq. Tuyqun Nadirov saxtakarın biridir. Üzümüzə bir şey deyir, ancaq əldə edilən anlaşmanı dəyişdirməyə çalışır. Nə qədər pul xərcləsək də xərclərimizin heç birini ödəmədi, bizi aldatdı” – deyə T.Kruea bildirib.

T.Kruea deyib ki, artıq həm İspaniyada, həm də Avropada “Xəzər Lənkəran” klubunun çox pis şöhrəti var. Onun sözlərinə görə, “Xəzər Lənkəran” guya məşhur komanda olmağa çalışır, ancaq onlara heç kim etibar etmir.

“Bu pis imicləri üzündən artıq keyfiyyətli oyunçu ala bilməzlər. Onlardan FİFA-ya şikayət etdik. Bütün İspaniya bu klubun tam bir yalan maşını olduğunu düşünür. Fırıldaqçı və saxtakar klubdur. Mən 3 min kilometr məsafədən onlara oyunçu apardım, amma nə xərclərimizi, nə də yol pulumuzu vermədilər. Oyunçuların başlarına oyun açdılar” – deyə menecer bildirib. 

MƏNBƏ: Virtualaz.org

4 Şərh

  1. Firildaq işləri ilə Avropaya səs salan XL rəhbərliyinə eşq olsun!

  2. Azərbaycanlı says:

    normalda heç bir təsiri olmayan mikroblar müqavimətdən düşmüş orqanizmə əjdaha kimi hücum edirlər…qocalmış şirdən şirə çəkmək üçün qonan kəpənək yada düşdü.

    • Fərhad says:

      Nə oldu, nə tez qocaldı bu şir, yəqin əldədüzəltmə şirdir ki, belə tezliklə qocaldı

  3. T.N.belə saxtakar olduğun mətbuat yazırdı.deyirdim bəlkə kimsə şər atır.bu yaxınlarda keçmiş bir Xəzər Lənkəranlı Xəzərin Əfsanəvi oyunçuların dan biri söhbətdə bunun 100 firildaqçı olduğun bildim. deyir onu qovmaq ordan çətin. Öz xoşuylada gedənə oxşamır.

Fərhad üçün bir cavab yazın Cancel

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


− 1 = üç