1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
2 il əvvəl
A B R A K A D A B R A

doman“Xəzər Lənkəran”ın sabiq futbolçusu Katalin Domanın  müsahibəsi

– Necəsiz?

– Yaxşıyam. Təşəkkür edirəm.

– Nə işlə məşğulsuz?

– Klubumla təlim-məşq toplanışındayam.

– Azərbaycanı unutmamısız?

– Yox. Heç unudaram?

– Ümumiyyətlə, ölkəmizlə bağlı nə xatirələriniz qalıb?

– Çox xatirələrim var. Ən əsası mən Bakını çox yaxşı xatırlayıram. Gözəl şəhər idi. Orada çox gözəl günlərim keçib. Lənkəran isə mənim üçün hələ də doğmadı. Oranın insanlarını unutmaq çətindi. Bizə qarşı çox gözəl və isti münasibət bəsləyirdilər. Həmçinin futbol aşiqi idilər. Onları unutmaq çox çətindi.

– “Rapid”də işləriniz necə gedir?

– Mənim üçün burada hər şey yaxşıdı. İndi hazırlıq keçirik. Çox gərgin məşqlər gedir. “Rapid”in heyətində demək olar ki, bütün oyunlarda oynayıram.

– “Xəzər Lənkəran” üçün darıxmırsız?

– Əlbəttə, darıxıram. Mənim o klubda 2 gözəl ilim keçib.

– Bəs nə üçün komandanı tərk etdiniz?

– “Xəzər Lənkəran”la müqaviləmin müddəti başa çatdı. Səməd Mustafayevə zəng etdim, dedim ki, mən daha 50 min avroya oynaya bilmərəm. Yüz min avro istədiyimi bildirdim. O pulu mənə versəydilər, klubda qalmağa razı olardım.

– Bəs o, sizə nə dedi?

– Yaxşı xatırlamıram… Yadıma düşdü. O dedi ki, klub prezdentinə deyim, sonra sənə cavab verərik. Üstündən bir-iki gün keçdikdən sonra mənə bildirdi ki, klub prezidenti o pulu sənə verməyəcək. Azad agentsən, gedə bilərsən.

– Bəs Yunis Hüseynov sizinlə söhbət etmədi? Qalmağınızı istəmədi?

– Mən heç Yunis Hüseynovla söhbət etmədim.

– Bəlkə o da sizin komandada qalmağınızı istəmirdi?

– İnanmıram. Məncə, Yunis Hüseynov mənim qalmağımı istəyirdi. Amma rəhbərlik o pulu mənə vermək istəmədi.

– Mais Məsnimovla özünüz niyə görüşmədiz?

– Əgər nəsə olsaydı, özü məni görüşə çağırardı. Mən fasilə yarandıqdan sonra ancaq Səməd Mustafayevlə söhbət etdim.

– “Xəzər Lənkəran”ın oyunlarını izləyirsiz?

– Yox. Amma onlar haqqında xəbərlər eşidirəm.

– Mirça Rednik “Xəzər Lənkəran”ı tərk edəndən sonra bu komanda özünə gələ bilmir…

– “Xəzər Lənkəran” heç vaxt Rednikin dövründəki kimi güclü olmayacaq.

– Sizcə, Rednikə qarşı haqsızlıq edilmədi ki?

– Onlar peşəkar ola bilərlər. Amma mən Lənkərandan narazı ayrıldım. Bəzi futbolçular var idi ki, heç orada qalmağı haqq etmirdilər. Amma onlar gizli işlər görüb komandada qaldılar. Mən isə ayrıldım. Əgər biz orda qalsaydıq, komanda yenə yaxşı oyun göstərərdi.

– “Xəzər Lənkəran”da əlaqələrinizi hələ də saxladığınız, danışdığınız futbolçu var?

– Arada Adrian Skarlatake ilə söhbət edirik.

– Nə haqqında söhbət edirsiz?

– Məsələn, ötən mövsüm ilk “altılığ”a düşə bilməməkləri, kubokun finalnda uduzmaqları haqqında danışıb.

– “Xəzər Lənkəran”dan gedəndən sonra xəbərlər yazılırdı ki, Doman içki düşkünü olub…

– Bunlar yalandı. Mən gənc futbolçuyam. Hələ 25 yaşım var. Karyeram qarşıdadı.

– Redniklə əlaqəniz var?

– Danışırıq. O, məni “Petrolul”da görmək istəyirdi. Amma ora getmək istəmədim. Bu komandada oynamaq mənim üçün problem olardı. Mənim üçün “Rapid” daha yaxşı variant idi.

– Bəzi futbolçular komandadan gedərkən onun əleyhinə danışmışdılar…

– Mən Rednik haqqında bir şey düşünürəm: o, əla məşqçi idi. Onun gedişindən sonra “Xəzər Lənkəran”ın nə vəziyyətə düşdüyü göz qabağındadı.

– “Xəzər Lənkəran”dan ayrılarkən Azərbaycanda başqa klublardan təklif aldınız?

– Aldım. AZAL rəhbərliyi bu komandada oynamağımı istəyirdi. Amma maliyyə məsələsində razılığa gələ bilmədik. Onlar çox az pul verirdilər.

– “Xəzər Lənkəran” azarkeşlərinə sözünüz var?

– Onları unutmamışam. Bu  klubun azarkeşləri Azərbaycanda bir nömrədilər. Onlar daim ürəyimdədilər.

 MƏNBƏ: Futbolinfo.az

16 Şərh

  1. mustafa rednikden gucludur

  2. Rednik o qederde guclu mesqci deyil men sexsen Mustafa hocani ondan qat qat guclu sayiram insallah hami sahid olar

    • Natiq meger biz indiya qeder bir defe olsun bela yazmisiq ki,Mustafa Hoca zeifdir? Qardas bu rehberlik 1 aydir Xezer mesq edir,heleda ona normal bir hucumcu vermayib. 2 gundan sonra Xezer Qarabaqnan oynayir,yaziq Mustafa ozu cixib oynayar?? Gerek normal futbolcu verasan,normal neticada mesqcidan teleb edasan. Ne vaxt hucumcu geler? Ne vaxt o komandaya uyqunlasar?? Essayim elma,yonca bitinca.Bilirsan her sey sistemli sekilda olmalidir.Cunki futbol ela bir idman nevudur ki,her sey zencirvari bir-birina baqlidir.Budur bizim catismayan cehetlarimiz.

  3. 50 min avro ayda, yoxsa ildə?
    ***
    Yəqin illik olar.

  4. Xezerin en gozel caqlari REDNiKNEN getdi…..

  5. Messi bey-birincisi yaxsi mesqci gunde bir komanda deyismez.rednik hec vaxt yaxsi mesqci olmayib olada bilmez,men bir seyi basa dusmirem meger rednik xezeri cempion edib?Qaldi domana o,qiz kimidir.Messi bey xahis edirem komanda rehberliyi haqqinda mentiqsiz sozler yazmayasiniz.An esasi komandani desteklemek lazimdir.Eger siz xezerlisizse menim buna subhemvar,xezerin xeyrine serh yazin.

    • Bəhram qardaş salam!-Yazdiğiniz şərhlərdən məlum olub ki,siz seyid nəslindənsiniz.Sizdən təvəqqe edirəm ki,qarğiş etmiyəsiniz.

      bahram
      28.01.2014 в 19:56
      pit haqqinda danismaqa deymez,pit yene qudurub,hec mesq de elemeyib.yene naz edir.mustafa hoca ondan cox narazidir.usaq kimi ozunu aparir.Hormetli admin demek olar ki,her gun Turkiye ile elaqem olub,ya Huseynle,yada Eminle elaqam olub.Son melumat bir seviyyeli transfer olacaq-30 yanvarda birbasa Bakiya gelegek,meneceri ile.Admin sizden bir xahis edirem,komanda haqqinda pis,bedbin,fikirler yazan serhleri vermiyin,ona gore ki,o,yazanlar bizi,yeni talislari istemiyenlerdi-yeni neftci terefdarlaridir.onlara ar olsun.umimiyetle xezeri istemiyenlere qargis edirem.

      İnanin ki,bizdə kamandamizi sevirik amma realda cox haqsizliqlar olub və haqsizliq edənlərdən biridə xoşunuza gəlməyən elə Adrian Pits olub.Zamani catandan sonra Messi qardaşin haqli olduğunu inşallah sizdə deyərsiniz.Rednik həqiqətən dahi məşqcidir və elə məşqci bir daha Lənkəranda olacaqmi,bunuda zaman görsədər.Hörmətlə,

    • Bahram seristasi olan rehberlik Ahmed Dursunu,Parksi,Vobayi,Kalinkovu,Stankonu,Muresani ve uraklari feth edan Rednik kimi mesqcini eldan buraxar? Madem istiyirsan men heqiqi Xezerli olum bundan sonra yazaram rehbarlik eladir,Benahu,Nildo,Qliqorov,Rasim Ramaldanov,Sumqayitin esas heyatina dusa bilmiyan Slavik Alxasov,Orxan hamisi superdir.Bu seni qane edir?????????????????

  6. bilmirem yalandi ya dogrudu hec olmasa bu hec olmasa ewwek towakin getrdiyi c…. Doblasin vrdiyi musahibeden 1000 defe yaxwidi. Ay Doblas sen zibiulsen ki Ustunde gezdiyin coreyini yediyin taliw torpaqlarini cehennem adlandirirsan? Sen hacan oynaya bildin ki seni bizde seni sevmedik? Inanin Bu Nildo yada Benuahi burdan gedende bele musahibeler cox olacaq! Gelin indiden bunlara cehennemin nece oldugunu gosterek! Haram olsun sene ay Doblas burda yediyin corek qazandigin pullar inwallah burnnundan gelecek! Towakin getirdiyi qoyunlar bele olacaqda……

  7. BIRDE hecbir futbolcu kecmiw kamandalari haqqinda bele mentiqsiz sozler daniwmir

  8. Admin BEY bele yalan musahibeleri burda yazmayin kim harda ne neyzir yazsin bunlarin fikri REDNIKI azerkewlerin yadina salib indiki durumda olan XEZERE inami azaltmaq azerkewlerin STADIONA getmemesini saxlamaq.Cunki XEZER coxlu azerkew qabaqinda COX guclu oynayir onsuzda herkes yalan olduqunu bilir onsuzda yalan yazmaqdan onlarin uzleri patow – boyunlari yoxunlawib
    ***
    Açığı mən bu müsahibənin yalandan qurulduğunu bilmirdim. Siz bunu dəqiq bilirsiniz ki, yalandan qurulub? Mümkünsə mənə ətraflı yazın zəhmət olmasa. Əgər əlinizdə sübut varsa mənə göndərin mən də həmin saytla bir skandal yaradım ki, bütün ölkədə biabır edim, bir də əllərinə qələm almasınlar, danışmağa belə yerləri olmasın. Bir daha qeyd edim bütün bunları o vaxt edə bilərəm ki, sizin əlinizdə hansısa sübutlar olsun və siz də mənə göndərəsiniz. Cavab gözləyirəm.
    ***
    Mən sizdən cavab gözləyirəm. Mümkünsə.

  9. Budur Xezer rehberliyinin ic uzu,gorursuzda Xezeri belaca ne guna qoydular? 50 min nedir,100 min da Doman kimi futbolcu ucun az idi.Gorursuzda butun bu futbolculari Rednik Xezere su qiymatina getirmisdi. Indi Xezer rehberliyinin duxu catmir ki,Doman,Parks,Vobay,Pit,Muresan,Skarlatake kimi oyuncu getirsin.Getirada bilmaz,cunki bunun ucun mesqcinin gerek blati olsun.Indi biz Redniki itirmisik,bilin menim azerkes qardaslarim,gorun kimin qedrini bilmamisik.Men hemisa deyirdim Rednik evezolnmazdir,ve belada olacaq,cunki Rednik butun vicudu ila Xezeren baqli idi.Rednik cox yaxsi bilirdi ki,Xezerin azerkeslari onu urakdan sevirlar.Xezerin azerkeslari hec vaxt Redniki istefaya seslamadilar,Neftciya 5-0 uduzanda bela.Cunki biz bilirdik ki bizim seristasiz rehberlik Rednik ucun torba tikir.Amma Rednik o haqsizliqa layiq deyildi.Doman duz deyir bizim azerkeslar nomra birdir,istiyiram butun saaytlarda bilsin,12-oyuncu sayti Azerbaycanda nomra birdir.

  10. Axşamınız xeyir ADMİN! M.Rednikin çalışdırdığı dövrdə “Xəzər Lənkəran”ın heyətindəki legioner futbolçuların ən təcrübəsizi bəlkə də Katalin Doman idi. Yaşının az olmasına baxmayaraq sürətli keçidlərə malik olduğundan bilinirdi ki, təcrübəsini artırıb heyətdə yerini möhkəmləndirəcək. Budur indi həmin K.Domanın 25 yaşı var və “Rapid”in əsas heyət üzvüdir. İki gün əvvəl saytlarin birində Rumıniyanın mini-futbol komandasıyla birlikdə K.Domanın şəkli yerləşdirilmişdi. Şəkil bu il çəkilsə də K.Doman “Xəzər Lənkəran”ın futbolçu geyimindəydi. Bu da Doman tərəfdən komandamıza sevgidən irəli gələn amildir.

    • SALAM axsaminiz xeyr admin men nece yardim ede bilerem fevralin 6-sindan sonra evde olacam men indi denizde isdeyem mumkunse basa salarsiz unvan ve ya telefon nomresi qoyardiz saq olun.
      ***
      Facebookda geniş məlumat verilib, həmin məlumatı təqdim edirəm:
      ____Əziz qardaşlar və bacılar , 6 yaşlı Serraf Memmedzade hələ həyatın bir o qədər də ağrı-acısını dadmamış duçar olduğu olduğu “Anemiya Fankoni “ xəstəliyi səbəbindən əziyət çəkir İndi onun hər birimizin köməyinə ehtiyacı var. Valideyinləri uzun illər böyük xərc hesabına bu günədək yaşatdıqları tək oğulları üçün əllərindən gələni etsələr də əməliyyat olunmasına imkanları çatmır. Xəstəliyin əsas yaratdığı problemlər kəskin qan azlığı, inkişafdan qalma, halsızlıq , imun sistemin zəifləməsi və. s-dır. Uşaqın həyatda qalması və tam sağalması üçün qonşu Türkiyədə əməliyyata ehtiyacı var. Sümük iliyi köçürülməsi ilə baş tutacaq əməliyata tam 160 000 min dollar lazımdır. Getdikcə vəziyyəti ağırlaşan balaca Sərrafı xilas etmək mümkündür. .Onu təcili Türkiyəyə əmaliyata aparmaq lazımdır. Bu əmaliyat üçün isə ailəsi lazım olan vəsaiti düzəldə bilmir. İnsan həyatını qurtarmaq üçün dünyada Allahı sevən insanlar hələ də vardır. Azərbaycanın da xeyriyəçi oğulları və qızları çoxdur. İnanıram ki, uşaqa kömək olub anasının və atasının gözünü yaşlı qoymayacaqlar.
      Aşaqda göstərilənlər Sərrafa Türkiyədə qoyulan diaqnozlar və analiz kağızlarıdır. Uşaqın öz şəkilin də burada yerləşdirmik. Uşaqa yardım etmək istəyənlər Bank hesab nömrəsinə və eləqa telefonlarına müraciyət edə bilərlər. Allah köməyiniz olsun !

      Ailəsininin elaqe telefonları :
      Mobil : (+994) 70 330 98 98 , 50 330 98 98 ,—-

      DAHA ƏTRAFLI: https://www.facebook.com/pages/Serraf-Memmedzade/585712868178411

    • Allah köməyi olsun!.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


− 1 = səkkiz