1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

xl tv“Xəzər Lənkəran” – “İnter” 1:0 (Matçın icmalı)

Azərbaycan Premyer Liqası, 2014/15 mövsümü, IV tur.

Oyundan yaddaqalan məqamlar “Xəzər Lənkəran TV” vasitəsi ilə təqdim olunur.

 

7 Şərh

  1. Azərbaycanlı says:

    Aşkar qərəzli görünən qərarlar verilən vəziyyətlərin video görüntüləri azarkeş təşəbbüsü ilə internetin informasiya kanalları vasitəsilə UEFA və FİFA-nın diqqətinə çatdırılmalı, qərarı verənlər barədə məlumatlar göstərilməlidir.

    • Salam ay emimoqlu Qabil. Araz Naxcivan komandasinin etiraz etdiyi videoicmala baxdim. Deyim ki, bu hakim sehvleri Xezer Lenkaranin basina illerle getirilenlerin yaninda toya getmelidir. Ancaq XL hec vaxt AFFA ni cempionatdan cixmalari ile “шантаж” elemeyib. Saytlarin yazdiqina gore oz meydanlarinda reqibleri mecburen uduzdururlar. Indi bu “хох” gelmeyden sonra hakimlerin aqzi nedir Araza komek etmesinler…

  2. “Araz-Naxçıvan” klubunun iki oyununu idarə edən baş hakimlər Rəhim Həsənov və Ömər Paşayevin qərəzli idarəçiliyi sayəsində “Araz-Naxçıvan” klubu çempionatda oynamaqdan imtina edir. Məncə bu klub tərəfindən atılmış doğru addımdır. Çünki, ölkə futbol təsərrüfatını idarə edənlərə başda cür təsir göstərmək mümkün deyil. Haqsızlığa elə bucür də cavab vermək lazımdır. Əgər “Araz-Naxçıvan” sona qədər öz halal haqqını müdafiə edə bilsə elə bilirəm ki, PFL və Hakimlər Komitəsinin başında duranlar ciddi cəzalanacaq. Yox əgər yenə cəzasızlıq hökm sürərsə, onda çempionatdan imtina edən yeni komandanı da görəcəyik…

  3. Salam Fərhad bəy və Azərbaycanlı qardaş! Hakim idarəçiliyiylə bağlı toxunduğunuz nüanslarla tam razıyam. Qeyd etmək istəyirəmn ki, Əlyar Ağayevin komandamıza qarşı biabırçı idarəçiliyi ilk dəfə deyil. Artıq neçənci dəfədir ki, Əlyar komandamıza qarşı müəmmalı qərarlar qəbul edir. Təklif edirəm ki, “Xəzər Lənkəran” klubuna qarşı qərəzli mövqe tutan fitçalanları daim gündəmdə saxlayaq və lazım gələrsə ictimailəşdirək. Bəlkə onda PFL-də və Hakimlər Komitəsində bir tərpəniş oldu.

  4. Bu nadürüst Əliyar Ağayev nəinki, heç vaxt “XL”-a olan sevgisiylə fərqlənməyib, əksinə, bütün imkanlarından istifadə edərək həmişə ona qarşı biabırçı qərarlar qəbul edir. “İnter”lə sonuncu oyun da bu sırada istisna deyil, imkanı olsaydı, məmuniyyətlə komandamızı məğlub vəziyyətə salardı. Onun komandamıza qarşı etdiyi ədalətsizlikləri burada sadalamağa məncə ehtiyc yoxdur. Ancaq belə münasibətin nə ilə əlaqədar olmasının əsas səbəbini bilməsəm də, digər səbəblərdən biri, onun, hakimlər komitəsinin ərköyün oğlu olmasıdır. Xaqani Məmmədovun, onu gənc, perspektivli bir hakim kimi daim təqdim etməsi, faktiki olaraq, nəinki onu tənqid etmək, hətta onun haqqında, ümumiyyətlə fikir bildirməyə qadağa qoyulub. İnşallah sabahkı (bazar ertəsi) 3 televiziya kanalında baş tutacaq son tur araşdırmalarında 5 jurnalistdən təxminən 4-ü, onun bu epizoddakı qərarını dəstəklyəcək. Əgər, təsadüfən, əstafürullah, Xaqani Məmmədov da bu verilişlərdə iştirak etsə, onda Qalinin, ümumiyyətlə qırmızı vərəqə ilə “mükafatlandırılmasını” iddia edəcək. Təəcüblənməyin, bura Azərbaycandır…

  5. Azərbaycanlı says:

    Üstündə FİFA adı olan bu referinin fitverənliyinə bax Q.İvanova qarşı, a kişi, belə də iş, belə də fitverənlik olar?!? Təbiətin heç bir qanununa görə Qalin o vəziyyətdə arxadan onu “tarana” gedən rəqibin müvazinətini itirib üstünə yıxılması ilə nəticələnən “simulyasiya” edə bilməzdi. Qələbəmizlə başa çatmış oyundan sonra bu kal fitverənin bir o qədər XL-ə qarşı xüsusi münasibətindən deyil, belə fitverənliklə o boyda Blatterli FİFAnı “blat”dan salmasından narahatam. Kimsə deyə bilər ki, onlar da aydan arı sudan duru deyillər, bununla belə razılaşa bilmirəm mən, razəlaşmaram da, niyə axı, nəyə görə bu cür fitverənliklər bizimkilərdən bizə qarçı olmalıdır.
    ***
    Epizoda baxanda hakimin səfeh qərarına təəccüblənməmək mümkün deyil.

  6. Zəfər Lerikli says:

    Kifayət qədər kamandamizin “inter”lə oynu azarkeşlərimiz tərəfindən analiz olundu.Kamandamizin son oyundaki qələbəsinə hər bir azarkeş öz təfəkkuru ilə qiymət verməyə çalişdi.
    Məsələ burasindadir ki, kamandamizda həmişə səviyyəli oyunçular forma geyiniblər.Lakin zaman-zaman bəzi neqativ hallardan qaynaqlanan proseslər onlarin oyun uslubuna təsir edib.Klub rəhbərlərin hərəkətə gəlməsi və klubdaxili proseslərin “xaotik”də olsa baş verməsi ,futbolçularin da azda olsa işinə məsuliyyəti nəticəsində kamanda çətinliklədə olsa qələbə qazandi.

    Yəni istək var idi.Əzmkarliq hiss olunurdu.Bu istək və əzmkarliq hələ tam qaydasinda deyil.Bir anliq təsəvvur edək ki, hesab son dəqiqələrdə 1:1-ə yaxin idi.Rəqib 3 metrədən topu qapiya sala bilmədi.
    Hesab əgər bərabərliklə başa çatsaydi ,söz yox ki, az azarkeş bu oyunda oyunçularin əzmkarliğini qeyd edərdi.Bu qələbənin baş verməsində 12cioyunçunun və fəal azarkeşlərin əməyi böyukdur.Azarkeşin haqli məqamlari görub və saytda ictimailəşdirilməsidə klub rəhbərlərinin fəaliyyətinə təsirsis ötuşmədi.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


səkkiz + = 14