1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
2 il əvvəl
A B R A K A D A B R A

New ImagePremyer Liqanın XXXIV turunda “Xəzər Lənkəran” səfərdə “İnter”lə qarşılaşıb.

“İnter Arena” stadionunda may ayının 11-də keçirilən və saat 17:00-da start götürəcək görüşü aşağıdakı heyətdə hakimlər briqadası idarə edib: Ömər Paşayev, Yaşar Abbasov, Vüqar Bayramov və Ziya Nəsirov. Oyun “İnter” klubunun internet kanalı ilə canlı yayımlanırdı.
“Xəzər Lənkəran”ın start heyəti idi:
1. Orxan Sadıqlı
4. Ruslan Cəfərov
6. Asif Mirili
7. Orxan Səfiyaroğlu
8. Vüqar Bəybalayev
9. Bayram Budaqov
15. Nodar Məmmədov
17. Vaquf Güləliyev
18. Tural Cəlilov (k)
32. Zaman Mirzəzadə
35. Elfad Baləhmədov

Ehtiyat oyunçular:
25. Tərlan Qasımzadə
41. Hüseyn Xəlilzadə
45. Heydər Babayev
99. Mahsun Qəmbərli
86. Xaqani Sadıqov
Baş məşqçi: Ağadadaş Həmidov
Ötən tur ev matçında “Kəpəz”ə 0:3 hesablı məğlubiyyətdən sonra Elbrus Məmmədov baş məşqçi postundan istefa vermiş onun yerinə isə əvəzedicini çalışdıran Ağadadaş Həmidov gətirilmişdi. Mövsümün sonuna 3-oyun qalmış baş vermiş məşqçi dəyişikliyi qeyri adi heç nə vəd etmirdi.
“İnter”lə oyuna gəldikdə isə qeyd edilməlidir ki, “İnter Arena”dakı qarşılaşmanın ilk hissəsində “Xəzər Lənkəran” daha böyük hesabla geri düşə bilərdi, ancaq qapıçı Orxan Sadıqlının qurtarışları sayəsində komandamız fasiləyə cəmi 0:2 hesabı ilə yollandı. Yeri gəlmişkən ilk 45-dəqiqədə ələ düşən penalti imkanını da futbolçularımız boşa vermişdilər. İkinci hissənin əvvəlində isə gözlənilmədən “Xəzər Lənkəran” hesab arasında fərqi azalda bildi. Bundan sonra ardıcıl və intensiv hücumlarla komandamız meydan sahibinin qapısı ağzında gərginlik yaradırdı. Amma bu da çoc çəkmədi, rəqib özünə gələr gəlməz təşəbbüsü ələ alıb oyunu bərabərləşdirdi. Getdikcə isə “İnter” geri çəkilib meydanın mərkəzini “Xəzər Lənkəran”a verdi. Hücumları meydanın özüə aid hissəsindən və müdafiənin dərinindən qurmağa başlayan paytaxt təmsilçisi bununla da komandamıza mərkəzdə və cərimə meydançası həndavərində oynamaq üçün şərait yaradırdı. Futbolçularımız bundan o yana getməyə çətinlik çəkir və rəqib qapısına uzaqdan zərbə də endirə bilmirdilər. Hesabı qorumaq üçün həyata keçirilən bu taktiki dəyiiklik özünü doğrultdu, “İnter” istədiyi qələbəni qazandı. “Xəzər Lənkəran” isə növbəti məğlubiyyətini aldı.

“İnter” “Xəzər Lənkəran” 2:1

2 Şərh

  1. RÖVSƏN says:

    HACANSA YAZİLAC XƏZƏR LƏNKƏRAN UDU

  2. Azərbaycanlı says:

    Deyirəm ki, maraqlı azardır bu azarkeş azarı…gözüm burada qulağım Sumqayıtda qalmışdı…Dadaşı gördüm-deyən olub görəsən mətbuat otağında oyundan sonra?

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


9 + beş =