11 ay əvvəl
Bu sondur yoxsa?
11 ay əvvəl
Heyf…
12 ay əvvəl
Qadağalar qaydası…
12 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

oyun “Xəzər Lənkəran” Premyer Liqanın XXXI turunda “Qəbələ”ni qəbul etdi.

 Fırtınalar meydanında saat 17:00-da start götürən oyunu Rəhim Həsənovun başçılığında hakimlər briqadası idarə edirdi. Onun yardımçıları: Rahil Ramazanov, Nahid Əliyev, Munis Abdullayev.

“Xəzər Lənkəran”ın start heyəti belə idi:

  1. Tərlan Qasımzadə
  2. Rasim Ramaldanov
  3. Sadio Tounkara
  4. Ağabala Ramazanov
  5. İlyas Səfərzadə
  6. Kazım Kazımlı
  7. Tural Cəlilov
  8. Adrian Skarlatake
  9. Kamran Abdullazadə
  10. Elvin Mirzəyev
  11. Elnur Cəfərov

Ehtiyat futbolçular:

      1.Orxan Sadıqlı

  1. Ruslan Cəfərov
  2. İbrahim Qədirzadə
  3. Cavid Bağırzadə
  4. Zaman Mirzəzadə
  5. Elnur İsmailov
  6. Mahsun Qəmbərli

 

Gözlənildiyi kimi “Xəzər Lənkəran” heyətində daha çox gənclərə müraciət etmişdi. Belə ki, komandanın iki və təcrübəli aparıcı yarımmüdafiəçi meydana çıxa bilmirdilər – kapitan Rahid Əmirquliyev və Alfred Sankou. Üstəlik eyni mövqenin arxa zolağında çıxış edən Elşən Rzazadənin də adları çəkilən təcrübəlilər kimi cəzalı durumla bağlı “Qəbələ” ilə oyunda olmaması və nəhayət dirsəyindəki zədə səbəbindən hələ də müalicə alan təcrübəli qapıçı Vyakeslav Tomiçin adının 18-liyə belə salınmaması vəziyyətin çətin olacağını deyirdi. Zədədən çoxdan qayıdan Orxan Sadıqlı isə tam olaraq formaya düşmədiyindən qapımızı digər gənc əlcək sahibi Tərlan Qasımzadə qoruyurdu.

  Görüşün start fiti səslənən kimi “Qəbələ” ardıcıl çox təhlükəli hücumlar təşkil etdi. Düzdür az sonra futbolçularımız cavab verməyə çalışdılar, lakin bu çox çəkmədi və qonaqlar ümumi vəziyyətə nəzarəti əldə saxlamağa nail oldular. Kifayət qədər usta və təcrübəlilərlə zəngin rəqib komanda xüsusilə də standart vəziyyətlərdə daha təhlükəli gəlirdi. Kornerlərdən ötürülən asmalar zamanı isə “Qəbələ”nin cüssəli hücumçuları gənc qapıçımızı sıxışdırırdılar ki, belə epziodlarda tez-tez qaydaları da pozurdular. Tərlan isə qapını qorumaqla yerində möhkəm dayanırdı.

Topu özündə saxlayan “Qəbələ” ardıcıl ötürmələrlə gah qapımıza yaxınlaşır gah da asta-asta uzaqlaşırdı. Hər iki halda qonaqlar hücum qurmağa çalışırdılar. İlk hissənin sonuna yaxın az qala hesab açılacaqdı, lakin Tərlan Qasımzadə ard-arda iki dəfə kritik qurtarışlarla yadda qaldı. Ondan əvvəl də sonra da Rəhim Həsənov futbolçularımıza sarı vərəqələri paylayırdı. Baş hakim o qədər “ürəkaçıq”lığı nümayiş etdirdi ki, nəhayət birinci hissənin son saniyyələrində mərkəz müdafiəçimizə ikinci sarı və qırmızı vərəqə göstərək meydandan qovdu. Bu gənc futbolçu Elvin Mirzəyev idi.

II HİSSƏ

Onsuz da heyəti itkilərlə zəifləmiş “Xəzər Lənkəran” fasiləyə az qalmış mərkəz müdafiəçisini də itirdiyindən daha çətin vəziyyətə düşdü. Belədə Skarlatake məcbiyyətdən geri çəkilərək özünün köhnə mövqeyinə, Ramaldanova köməyə qayıtdı. Baş məşqçi Elbrus Məmmədov isə hücumçu Elnur Cəfərovu meydandan çıxarıb, onun yerinə yarımmüdafiəçi Ruslan Cəfərovu döyüşə atdı. Qeyd edək ki, hələ Antalya toplantısında zədələnən və o vaxtdan bu yana yaşıl meydanlardan kənarda qalan Ruslanın oyun praktikası yox idi. Amma bu belə olmasa da artıq bir nəfər azlıqda qalan və əsasən gənclərdən ibarət komandamızın müqaviməti zəifləmişdi. İkinci hissə başlayar başlamaz “Qəbələ” hesabı açdı 0:1. Hər şey əleyhimizə işləyirdi artıq. Vəziyyət getdikcə daha da kritikləşirdi, təxminən hər iki dəqiqə sonrası qonaqlar qapımıza tərəf gəlib zərbə vururdular. Qonaqların sıraladığı hücumlarla qapımıza qolların vurulmamasında bəzən bəxtimiz gətirirdi, bəzən isə Tərlan Qasımzadə öz qurtarışlarını komandadan əsirgəmirdi. Hərdən Sadio Tounkaranın etdiyi irəli getmək cəhdləri isə hələlik effekt vermirdi. Belədə oyuna müdaxilə etmək məcburiyyətində qalan Elbrus Məmmədov əvvəlcə Tural Cəlilovu növbəti gənc futbolçu olan Elnur İsmailovla əvəzlədi. Ardıyca isə zədələnərək meydanda axsayan İlyas Səfərzadənin yerinə Mahsun Qəmbərlini meydana buraxdı. Bundan sonra oyun qızışdı və hər iki komanda biri birini sıralayan hücumlarla oyuna maraq qatdı. Hərçənd “Xəzər Lənkəran”ın həmlələri bir o qədər də təhlükəli olmasa da “Qəbələ”nin az qala hər hücumu qolla nəticələnə bilərdi, lakin müdafiəçilərlə qapıçı Tərlanın zəhməti sayəsində qapımıza qol vurulmurdu. Beləcə final fitinə qədər hesab dəyişmədi və “Xəzər Lənkəran” doğma meydanda “Qəbələ”yə minimal hesabla məğlub oldu.

İnsafən qeyd etmək lazımdır ki, əsasən gənc futbolçulardan ibarət olan və ikinci hissəni bir nəfər azlıqda qalan komandamız, daha təcrübəli və usta futbolçuların toplandığı “Qəbələ” ilə sona qədər döyüşdü. Ən azı buna görə də onlara təşəkkür düşür.

Oyundan kənar: 

 Bu yaxınlarda həbsdən azad olunan iki azarkeşimizlə  klub prezidenti oyundan öncə görüşüb. Ardıyca isə hər iki azarkeş matçı VİP lojadan izləyib. 

7 Şərh

  1. halaldi TERLAN sizce Admin bey Terlan nece qaldi???
    ***
    Məncə Tərlan da eyni ilə öncəki oyunlarda Tomiç kimi komandanı bir neçə dəfə real qoldan xilas etdi.

  2. Salam Admin))) duzu menim ucun qeribe olmadi .heyyete baxanda 7 oyuncu genc yawlari 20 i kecmir.ele ehtiyatda olanlarda/ qebelede ise en guclu yerli oyuncuar hemde guclu leginorler
    ***
    Salam. Belə elədir.

  3. XEZERIN OYNADIQI FUTBOLDAN ADAM UTANIRDI.QEBELE MEZELENIRDI DENEK OLAR.HER 2-3 DEQIQEDEN BIR BOL VEZIYETI YARADIRDI.NIYE VURMURDU BILMIREM AMMA BIZE REHM ELEDILER.BU NE FUTBOL BUNE OYUN TERZI.2 DENE DUZ EMMELI PAS YOX.KIM ISTEYIR OZU UCUN OYNAYIR.BEZMISIK ARTIQ BELE FUTBOLDAN.DUZ EMMELI BAS MESQCI GETIRIN 4-5 TRASVER GETIRIN .BELE FUTBOLDANSA OYNAMASAZ YAXSIDI.OZUNUZU CEHENNEM AZERKESLERI BIYABIR ETMEYIN.ELBURUSDU NEDI ODA BEHANELER DANISMAQDAN YORULMADI.SEN 13 NEFERLEDE OYNASAN BU FUTBOLLA UDA BILMESSEN AY MARINIYO

  4. Salam müəllim ! Elə *Qəbələ* də əməlli oynamadı ,səkkiz oyun dalbadal udan komanda lap Xl-ə oxşayırdı,sözün düzü bizimkilər nə oynadı nə də ki onlara imkan verdi ,Ağabala əsəblərimizi lap korlayıb onu göndərin *cırtdanlar ölkəsinə* bəlkə orada ofsaydsız futbol var ,qoy doyunca oynasın ,bu ki meydanı görmür….

  5. Elburus Xezer lenkeran adina rekordlar vurmaqdadavam edir.saq olsun qebeleye ki 5-6 qol vurmadilar.vallah ayibdi.ya kiwi kimi komanda saxlayin yada komandani daqidin bu azerkewlerin cani qurtarsin bu esebden.

  6. Allah hebsde qalan azarkeshimiza komek olsun.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


altı − = 4