11 ay əvvəl
Bu sondur yoxsa?
11 ay əvvəl
Heyf…
12 ay əvvəl
Qadağalar qaydası…
12 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

 xezerPremyer Liqanın sonuncu, XXXVI turu çərçivəsində may ayının 28-də “Simurq” klubunu qəbul etdi.

“Fırtınalar meydanı”nda saat 21:00-da start fiti səslənən qarşılaşma “Xəzər Lənkəran” TV-ilə canlı yayımlanırdı. Oyunu aşağıdakı heyətdə hakimlər briqadası idarə edirdi: Ömər Paşayev, Vaqif Musayev, Cavanşir Yusifov, Mahir Məmmədov.

 “Xəzər Lənkəran”ın start heyəti belə idi:

25.Tərlan Qasımzadə

3.Rasim Ramaldanov

4.Ruslan Cəfərov

8.Elşən Rzazadə

12.İlyas Səfərzadə

14.Rahid Əmirquliyev

17.Kazım Kazımlı

18.Tural Cəlilov

42.Kamran Abdullazadə

72.Elvin Mirzəyev

97.Elnur Cəfərov.

 

Ehtiyat futbolçular:

1.Orxan Sadıqlı

16.İbrahim Qədirzadə

23.Cavid Bağırov

32.Zaman Mirzəzadə

34.Elnur İsmayılov

77.Əli Əliyev

99.Mahsun Qəmbərli

I HİSSƏ

Məlum olduğu kimi “Simurq” komandası kəskin maliyyə problemləri yaşayır. Məhz bu səbəbdən də Zaqatala təmsilçisi demək olar ki, əvəzedici heyətlə, üstəlik oyunun başlamasına bir neçə saat qalmış Lənkərana gəlmişdi. Belədə “Xəzər Lənkəran”ın qalib gələcəyinə şübhə yox idi, amma…

 Elə ilk dəqiqədəcə komandamız ardıcıl iki dəfə qol vurmaq üçün imkan qazandı lakin bunlardan səmərəli istifadə edə bilmədi. İlk 10-dəqiqə ərzində futbolçularımız qonaqlara irəli çıxmağa, meydanın mərkəzini keçməyə imkan vermirdilər. Oyunun 13-cü dəqiqəsində “Simurq”un hücumu sonrası qapımıza doğru ilk zərbə vuruldu, lakin Tərlan Qasımzadə yerində idi. Az sonra Elnur Cəfərov qonaqların qapısını yoxlamaq istədi, amma onun zərbəsi çox yuxarıdan getdi. İlk 20-dəqiqənin tamamına yaxın Zaqatalıların fərqlənməyə şansı oldu. Cərimə meydançası daxilindən qapımıza doğru göndərilən aşırma zərbənin qarşısını gənc qapıçımız ala bildi. Yarımsaatın bitimində cərimə zərbəsindən kapitan Rahid Əmirquliyev qapının yaxın küncünü nişan alsa da zərbəsi güclü olmadığından rəqib qapıçı üçün topu tutmaq çətin olmadı. Sonrakı dəqiqələrdə də “Xəzər Lənkəran” topu demək olar ki, daim özündə saxlayır və tez-tez hücumlar qururdu. Əslində “Simurq”un yalnız yerli gənclərdən ibarət zəif heyətinə qarşı “Xəzər Lənkəran”ınn aşkar üstünlüyü anlaşılan idi, ancaq həmin üstünlükdən futbolçularımızın istifadə edə bilməməsini başa düşmək olmurdu. İlk hissənin sonuna düz 5-dəqiqə qalmış Elnur Cəfərov qapıçı ilə təkbətək çıxsa da zərbəsindən sonra top yenə də havalandı. Son dəqiqələrdə oyun tamamilə maraqsız tərzdə davam edirdi. Fasiləyə qədər belə də davam etdi.

II HİSSƏ

İlk dəqiqədən hiss olunurdu ki, fasilədən sonra hər iki komanda daha fəal olmağa çalışır. Xüsussən də “Simurq”un aktivlik nişanələri sezilirdi ki, bir neçə dəfə qapımıza doğru təhlükəli gəlmələrini misal çəkmək olar. Hər halda onlar daha istəkli görünürdülər. Hətta imkan tapıb 56-cı dəqiqədə qapımıza kifayət qədər təhlükəli zərbə də vura bildilər. “Xəzər Lənkəran” isə onlardan fərqli olaraq aldadıcı təkəbbür dolu özünəinam hissinin əsiri olaraq rəqibdən güclü olduğunu mənasız ötürmələrlə qurulan və sonucsuz qalan hücumlar vasitəsi ilə nümayiş etdirməklə yerində sayırdı. Bəzən belə təəssürat yaranırdı ki, sanki bu futbolçular son bir ay ərzində eyni komanda da çıxış etməyiblər və bu oyun öncəsi ilk dəfə rastlaşıblar. Ötürmələr zamanı bu qədər anlaşılmazlıqlara yəqin ki, başqa ad da vermək çətin olardı. Vəziyyət ürəksıxıcı olsa da 65-ci dəqiqədən başlayaraq komandamızın oyununda fəallıq hiss olunmağa başladı. Əvvəlcə Rahidin ideal ötürməsini Elnur Cəfərov qola çevirə bilmədi, sonra Kamran Abdullazadə yaxın məsafədən qapını nişan ala bilmədi və özü də zədələndi (onun yerinə meydana Mahsun Qəmbərli daxil oldu). Ardıyca Kazım Kazımlı çox gözəl zərbə ilə hesabı aça bilərdi, lakin qonaqların qapıçısı yaxşı oynadı. Bir neçə dəqiqə sonra isə “Simurq”un bəxti gətirdi.  Ardıcıl yerinə yeitirlən künc zərbələrindən bir nəticə hasil olmayınca Rahid Əmirquliyevin növbəti dəfə uzaq məsafədən vurduğu zərbə yadda qalan oldu, amma hesabın açılmasına bu da yetmədi. Sona yaxınlaşdıqca komandamız daha çox hücum edirdi. Təxminən iki dəqiqə sonra yenə də kapitanın zərbəsi çox təhlükəli oldu. Zaqatalıların cavabı da özünü çox gözlətmədi. Uzaq məsafədən gələn zərbəni Tərlan Qasımzadə çətinliklə özü də iki cəhddə tuta bildi. Az sonra komandamızın daha bir hücumu qapının üstündən keçən zərbə ilə bitdi. Və son dəqiqələrdə bu tip zərbələr çoxaldı, lakin bu xeyirsiz idi. Son saniyədə isə çox maraqlı bir hadisə yaşandı. Belə ki, “Simurq”un cərimə meydançasına gələn növbəti asmaya tullanan iki futbolçumuz İlyas Səfərzadə və Elnur Cəfərov biri-birilərinə mane oldular, halbuki bu nöqtədən qol vurmaq çox asan idi. Bunun üçünsə qarşılıqlı anlaşmaya ehtiyac vardı. Əlqərəz, epizodu boşa verən gənclərimiz az qala bir-birilərini günahlandırıb söz savaşına çıxacaqdılar ki, nə yaxşı baş hakim oyunu bitirdi və bizim də canımızı bu bezdirici qarşılaşmanı izləməklə lokal əsəbləşmədən qurtardı. Beləliklə “Xəzər Lənkəran” Premyer Liqanın son matçında, yarı ac yarı tox vəziyyətdə olan, aylarla maaş almayan, Zaqataladan Lənkərana gəlməyə avtobus pulu tapa bilməyən nəhayət oyunun başlamasına iki saat qalmış az qala “ayaqla gələn”  “Simurq”la 0:0-lıq heç-heçə edib 32-oyuna, 32-xal toplayaraq mövsümü 7-ci pillədə yekunlaşdırdı.

5 Şərh

  1. Xezerin turnir veziyyetindeki yerini goren, seviyyesini gozleyen hech bir futbolchu bu komandada chixish etmeye raziliq vermez. En optimal variant o olardiki Rednik kimi birisi oz tanidiqlari futbolchulari inandirib bu komandaya getire, oynada. Ramazanovun muhasibesini oxudum, basha dushmedim niye Xezerde oynayan futbolchular sonradan nashukur chixirlar, yoxsa rehberlik bu qeder cibgirdirlerki, geden oyunchulari incik salirlar?

  2. Yunus Huseynov bir neche turdur yoxdur komandanin yaninda, Simurqun evezedicileri ile dogma meydanda bacarmayan Elbrus mellimin eyiblerini bele basha dushdum ki, ele Yunus m. ort-basdir edirmish, yeni Elbrus tek ne Sumqayitla ne de Simurqun evezedicileri ile bacara bilmez. Men duzu istefa medeniyyetini gozleyirdim ondan

  3. Salam,əzizlərim.Komanda oynaya bilmir.Bunun da yeganə səbəbi Baş məşqçinin naşılığıdır.Elburus müəllimə bizim böyük hörmətimiz var.Onun əvəzedici komandada çəkdiyi zəhməti yüksək dəyərləndiririk.Əgər elburus müəllim doğurdan da XL-ı sevirsə o,gərək estafeti özündən təcrübəli məşqçiyə ötürsün.Əgər doğurdan da xl gələn mövsüm iddialı olarsa,onda komandaya təcrübəli mütəxəssis və səviyəli ligionerlər lazımdır.Qaldı bizim akademiyanın yetirmələrinə,onlar etimadı doğrultmadılar.Onların hamısı öz imkanlarından aşağı səviyədə çıxış etdilər.Komandada nizam-intizam çox aşağı səviyədədir.Qısası XL preymer liqanın ən zəif komandalarından biridir.Komandanın turnir cədvəlində tutduğu yer onun səviyəsinə uyğundur.

  4. Azerkew says:

    Rehman qardaw duz qeyd edib eger rahid.tonkara.sanko.ramaldanov.celilov ve bawda tomic olmasaydi xezer lenkeran rusvay olacaqdi.onlarin sahyesinde 12 xal yiqildi.bunami uqur deyirsen?seni azerbaycanda mewqci kimi taniyan var idimi?xezerin hesabina adin mewqcide oldu.fikrin yar gelen sezonda xezerde qalmaq bunu rehberlik istese bele biz oyunlarda buna imkan vermerik. Ya guclu komanda baw mewqci ile yada bele futbol bawinda elburus bize lazim deyil gedib bawqa rayonda bawqa adla oynasinlar.xezer lenkeran bu il onsuzda rusvay oldu bundan artiqina icaze vermerik

  5. RƏHMAN says:

    Salam. XL “gəncləşmə” siyasəti başlanandan sonra oynadığı 16 oyunda 12 xal qazandı. 25%-lik nəticə. Yerli məşqçi və əsasən də XL yetirmələri olan gənclərin bundan artığina gücü çatmadı. Əyər leqionerlər, Skarlatake, Tounkara, Sanko, Tomiç, yerli təcrübəli oyunçular Rahid, Ramaldanov, Tural Cəlilov olmasaydı nəticə daha acınacaqlı olardı. Bu mövsüm əyani şəkildə hamıya aydın oldu ki, böyük futbolda komandada yerli və yaxud leqionerlərin oynamasının fərqi yoxdur. Komandanın çempionatda göstərdiyi yaxşı nəticə təmsil olunduğu bölgənin və yaxud şəhərin adını ucaldır.Bölgəmizin adını ucaltmaq üçün komandamıza səviyyəli xarici məşqçi və güclü leqionerlər gətirilməlidir.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


doqquz − 5 =