1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
2 il əvvəl
A B R A K A D A B R A

XL_10 il esas - 2Artıq 5 futbolçunun transferini rəsmiləşdirən “Xəzər Lənkəran” mövsümün ikinci yarısı ərəfəsində daha bir oyunçu ilə güclənə bilər. Məlumata görə, сənub təmsilçisi Türkiyənin Antalya şəhərində baş tutan təlim-məşq toplanışına dəvət etdikləri, amma düşərgəyə gəlməyən braziliyalı Elias Ribeyro de Oliveyranı heyətinə qatmaqda israrlıdır.

Müqavilə ilə Braziliyanın “Atletiko Paranaense” klubuna məxsus olan 31 yaşlı hücumameylli yarımmüdafiəçi böyük ehtimalla, cənub təmsilçisinə Bakıda qoşulacaq.

Belə ki, “Xəzər Lənkəran” rəhbərliyi danışıqlar apardığı braziliyalıdan vaz keçmək fikrindən uzaqdır. Ön xətdəki problemlərin aradan qaldırılması üçün ümidlər bəslənən Eliasın artıq yaxın günlərdə ölkəmizə gəlməsi gözlənilir.

Qeyd edək ki, “Xəzər Lənkəran” Vyekoslav Tomiç, Slavik Alxasov, Orxan Əliyev, Tyeqo və Deyan Blajevskini transfer edib.

MƏNBƏ: Apasport.az

25 Şərh

  1. ZƏFƏR qardaşımı Salamlayıram! Son iki ildə onsuz da hamımızın əsəbləri korlanıb. İndi elə bir dövrdür ki, gərək ilk növbədə əsəb cictemini qoruyasan. Bir fikirləş gör bu on ildə hansı baş məşqçinin dövründə əsəbləşməmişik. Odur ki, bundan sonra bir az soyuqqanlı olmağı da öyrənməliyik.

  2. admin salam,bilmirsiz komanda gelib ya yox.
    ***
    Düzü maraqlanmamışam. Yəqin bir azdan ölkəmizə gəlib çatarlar.

  3. Bu Eliias qoy hamini gözlətdirsin,eybi yox.Gələndən sonra oynaya bilməsə bu gunləri onun burnundan gətirmək mənə borc olsun.!

  4. VALLAH bizde avara qalmiwiq!!!!!gah deyirler Elias gelmir,gah deyirler gelir……….Lap kinoda ki,kimi oldu…Aqabala VALLAH soz veribler gelirler….

  5. Axşamınız xeyirli olsun, ADMİN! Azarkeş qardaşlar, gəlin bir nüansa diqqət yetirək. Bugün “Qarabağ” turnir cədvəlində ilk pillədə qərar tutub. Bunun əsas səbəblərindən ən önəmlisi odur ki,”Qarabağ” fərdi oyuna yox, komanda şəklində oynayir. Bizim köhnə-yeni legionerlərimiz (bir neçəsini çıxmaq şərtiylə) heç də Reynaldodan, Almeydoda, Cunbinyodan zəif deyil. Bəzi göstəricilərə görə hətta üstündürlər. Sadəcə əvvəlki kollektiv oyunu göstərə bilmirlər. M.Dənizli bu amili görməmiş deyil. Əgər Mustafa bəy “Xəzər Lənkəran”ın əvvəlki komanda oyununu bərpa edə bilsə, onda qələbələrimiz ard-arda gələcək.

  6. Ay menim Lerikli qardasim sen kimin qalmaqini isteyirsen?todorovon? men seni bele bilmezdim.

    • Bəhram qardaş!-Todorov Aqasəlim muəllimin saq əli idi ki …Vaxt vardi o kecilməz idi.Deyə bilərsinizmi niyə son zamanlar belə zəif görsənirdi.?-Nildokimilərin top itkiləri mudafiəni caş-baş salmamişdi məyər!?.Ona görə dunyanin ən yaxşi mudafiəcisi olsaydi yenə o səhflər olmaliydi.Elə Edu Oriolda mudafiədə kobud səhflər edirdi.Bu səhflərin köku hardan qaynaqlandiğini bilmək istəsəniz Zoahirin top itkilərinə baxmaq kifayət edər.Təşəkkur edirəm!

  7. Salam Admin bey necesiz siz yegane insansiz ki bu camiyede bizi aldatmirsiz. buna gore cox sag olun .sizce bu akecid alinasidi?yeni sizde deqiq melumat var?
    ***
    Salam, hazırda dəqiq heç bir məlumat yoxdur. Amma yaxın bir iki günə yəqin ki, olar.

  8. Men Eliasin video goruntusuna baxmisam,qeyri-adi bir futbolcu deyil.Avropada Elias kimilar doludur,amma heqiqati demak lazimdir.Hamimiz gozal bilirik ki,Azerbaycan futbol olkasi deyil,amma Elias bizim elka ucun ses-kuylu trasfer ola bilar.Eslinda Xezer Lenkaran eger ilk ucluya dusmak istiyirsa,gerek 1 ay bundan qabaq Elias kimilari transfer edaydi.Menda saytlardan oxudum ki,Elias meselesi hell olmaq uzradir.Bu futbolcunun biza cox xeyri deye bilar,ne deyirik kor ne istar iki gez,biri eyri biri duz.Yasiyariq gorarik.

  9. cox agilli transfer siyaseti oldu,butun movgeylere transferler oldu,her kes elisdan,blajevskiden danisir,amma mence tiyeqonu unutmayaq,mene ele gelir ki onun gelisi ile mudafie xettimiz cox guclenecek.

    • Qardaş!-mudafiə xətti onda guclu olardi ki,Edu Oriol və Todorov göndərilməyəydi.Əvəzində Qliqorov getməliydi ki,mudafiədə rəqabət olaydi.Hucumda Nildo,yarimmudafiədə Zohair ucmaliydi.Onsuzda yayda onlar qovulacaq və sezon boyu meydana həsrət gedərlər.Təki qirmizi vərəqələr olmasin.

  10. gah deyirler alinmadi gh deyirler gelir sora deyecekler alinmadi

  11. Xəbər verdiyimiz kimi “Xəzər Lənkəran” klubu braziliyalı futbolçu Eliasın keçidini razılaşdırıb.

    İdmanxeber.com-un əldə etdiyi məlumata görə, təcrübəli pleymeyker yanvarın 31-də Bakıda olacaq və bundan sonra rəsmi müqaviləyə qol çəkəcək.

  12. sebirsizlikle gozluyuruk oylunu

  13. balajevskinin gelisi ela oldu eliasda gelse xezeri hucumu yaxsi olacag.blajevski,elias,tounkara,mbilla 4 oyuncu mence super oynayacaglar

  14. Məmmədov Q says:

    İnanırıq.

  15. Azərbaycanlı says:

    Ilyas möhkəmləndirilməsi zəruri olan mövqeyə lazım oyunçudur.

  16. Bu transferlə klub nisbətən azarkeşlərin konlunu ala bilər.Mustafa Dənizlidə özunə hörmət edən məşqcidir.İddiasi olmayan bir klubda pul xətrinə işləməz.Butun bunlara görə guclu transfer ediləcək.Cox guman ki ,Elias alinacaq.Əgər alinmasa, o səviyyədə digər hucumcu mutləq alinmalidir.Klub rəhbərləri azarkeş təpkilərindən başqa cur canlarini qurtara bilməyəcəklərini yaxşi bilirlər.Ona görədə azarkeşlərimizdən hucumcu alinmasi barədə fikir və şərhlərinin artirilmasini xahiş edirdim.TRT-Avaz kanalida azarkeşlərimizin iradlarindan xəbərdar olaraq M.Dənizlinin kamandasini diqqətdə saxlayib.Artiq kamandamiz Turkiyə mətbuatindada izlənilir.Bu o deməkdir ki ,kamandamiz əməli işə kecməlidir.”XL”-elə bu il avropada sözunu deməlidir.Əsas odur ki,avropaya cixa bilək.Hələdə gözləyək,görək nə olur.

  17. men baxici zad deyilem ama yuz faizli bir praqnoz verim xezerimiz qarabaqa uduzmayacaq buna emin ola bilersiz biz bakidan eveb en azi bir xalnan doneceyik

  18. Talish Balasi says:

    Salam Alekum…inwallah Eliasdaa gelsin yaxwi olar

  19. salam admin xezer L azerbaycana GELIB?
    ***
    Təxminən 2-saat əvvəl İstanbul aeroportunda olublar. Belə çıxır ki, yaxın saatlarda Bakıda olacaqlar.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


8 + üç =