11 ay əvvəl
Bu sondur yoxsa?
11 ay əvvəl
Heyf…
12 ay əvvəl
Qadağalar qaydası…
12 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

qapici“Xəzər Lənkəran” növbəti transferini reallaşdırır. Məlumata görə, neçə vaxtdır qapıçı axtarışında olan cənub təmsilçisi rumıniyalı Kristian Belqradyenlə anlaşmağa yaxındı.

Belə ki, “Xəzər Lənkəran” artıq Kristian Belqradyenlə bütün məsələlərdə anlaşıb. “Dinamo” ilə yollarını ayırıb, azad agent statusu alan qolkiperin yaxın iki gün ərzində Bakıya gəlib, rəsmi müqaviləyə imza atacağı gözlənilir. Onu da bildirək ki, Kristian 3 ildir “Xəzər Lənkəran”da oynayan həmyerlisi Adrian Skarlatake ilə yaxın dostdu. Qapıçının “ağ-yaşıl” komandaya transferində də əsas rolu məhz rumın müdafiəçi oynayıb. Onun israrından sonra Belqradyen Azərbaycana gəlməyə razılıq verib. Rumıniyanın əsas yığmasında 1 oyun keçirən futbolçu “Dinamo” ilə yanaşı, “Minerul”, “Braşov”, “Liberti” və “Arad”da çıxış edib. Buxarest təmsilçisinə keçdikdən sonra – 2010-cu ildə “Unirea”ya icarəyə verilib.
Qeyd edək ki, “Xəzər Lənkəran” bunadək Rəşad Sadiqov, Aleksandr Şemonayev, Fernando Qabriel, Qalin İvanov, Alfred Sanko, Rauf Əliyev və Əfran İsmayılovu transfer edib.

MƏNBƏ: Apasport.az

14 Şərh

  1. hormetli messi mumkunse oz leqebinizi deyishin,o alchaq israil ordusuna yardim etmekle felestinde gunahsizlarin qaninin tokulmesine yardimci oldu indi hami ondan danishir,mende onun azarkeshi idim indi ona nifret edirem.

    • Natiq senin fikrinla sherikam ,amma deyiram bu da bir qondarma olmasin. Dunya o ,qeder tezadla dolub kishini -arvaddan secmek olmur. Bu Israil ovladlarin elindan ne desan geler ,bizim Xezere benzeyirlar. Xezer rehberliyi deyir Parks,Vobay,Svetkov burda oynamaq istamirlar,daha demilar ki biz onlarin mevacibini kesrik.Yaxshi oyuncular ona gora burdan qacirlar.

      • dediklerinizle tamamile raziyam,ancaq messinin yehudi sinaqoqasinda ravvinlerle shekli derc olunmushdu,ozu de deyilene gore DC-a qazancindan 1 milyon avro israil ordusuna yardim etdi meqsedi nedir????O ki qaldi XL rehberliyine bu barede danishmaq bele istemirem her shey goz qabagindadir

  2. 20:00 Futbol. premyer liqa. “AZAL” – “Xəzər Lənkəran” (canlı).idman tv canli verecek oyunu

  3. İylun 31-dən avqustun 1-ə keçən gecə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərimizə yaxınlaşması qabaqcadan aşkar edilərək təxribatın qarşısı alınıb. Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib.Təəssüflər olsun ki, Silahlı Qüvvələrimizin bölmələri də itki verib.
    Şəhid olan əsgərlərimiz:
    1992-ci il təvəllüdlü, Ağdam rayonundan hərbi xidmətə çağırılmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Əhmədov Qaryağdı Eldar oğlu.
    Oğuz rayonundan hərbi xidmətə çağırılan Vüqar Poladov.
    1996-cı il təvəllüdlü Xaçmaz rayonu Yeni Həyat kənd sakini Coşqunov Mustafa Əhmədcan oğlu. Şəhid Mustafa Coşqunov bu il yanvar ayında hərbi xidmətə yollanıb.
    Quba rayonunun Vladimirovka kəndində 1995-ci ildə doğulan İbrahimov Elnur Mühəddin oğlu. Şəhid Elnur İbrahimov bu ilin yanvar ayında həqiqi hərbi xidmətə yollanıb.
    Salyan rayon Seyidsadıqlı kənd sakini Məmmədov Səftər Əlihüseyn oğlu.
    1977-ci il təvəllüdlü, Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir Almazov İsə Ziyad oğlu.
    Sumqayıtdan hərbi xidmətə çağırılmış Abdinov Hüseyn Etibar oğlu.
    (Hələki, adları dəqiqləşən şəhidlər)
    ALLAH RƏHMƏT ETSİN!
    VƏTƏN SAĞ OLSUN!
    Islam Mellim Sizden Xais Edirem Sizde Bunla Bagli Sayda Baw Sagligi Veresiz Evelceden Tesekur.

  4. Hele bilmak olmaz Skarla onu beyenib ya yox?? Xezerda olan butun proseslara shubhe ila yanasiram.Mence burda azerkeshlarin gunahi yoxdur.Bu rehberlik bu veziyyati bela yaradib. Eger sen Parksi ,Vobayi Svetkovu ,Kalinkovu ,Rendalin Deleloglunun gedrini bilmirsansa bu rehberlikdan neca xosh soz deyasan???? Hele Rednik kimi sexsiyyatin adini cekmadim.Allah sizi islah elasin ,bizim daha siz rehberlika gucumuz catmir.

  5. Əvəzedici komandadan daha bir qələbə

    Elbrus Məmmədovun yetirmələri Gürcüstan toplanışı çərçivəsində Gürcüstanın U-21 milli komandasını məğlub edib. Oyun 3:2 hesabı ilə başa çatıb.

    Qolları vuran futbolçular: Zaman Mirzəyev, Maqsum Qəmbərli və Elsevər Bəkirzadə.
    menbe; lankaranfc.com

  6. Fegan242 says:

    Amma zamende oturmamalidir. Birde bu Efran ne oldu?

  7. buda tomic kimi zamende oturacaxsa heder yere almasinnar ele qapici lazimdiki esas 11iyde cixsin ozun gostersin yox eger oturmaqa alirsa bunu hele orxan varda hardan vursan girir top qapiya))))))

  8. Yay fasiləsində “Xəzər Lənkəran”da istirahətə yollanan futbolçulardan yalnız Sadio Tounkara geri dönmədi. Düzdür, Etame Mbilla gec də olsa qayıtdı. Lakin malili yarımmüdafiəçi cənub klubuna dönmədi. Bununla bağlı “Xəzər Lənkəran” rəhbərliyi həm FİFA-ya şikayətini edib, həm də Mali Futbol Federasiyasına məktub yazıb. Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu Forvard.az-a açıqlamasında geri dönəcəyi təqdirdə Tounkaranı qəbul edəcəklərini deyib: “Tounkara bizim müqaviləli futbolçumuzdur. Gəlsə, klubun qapıları onun üzünə açıqdır. Təbii ki, gecikməyə görə cərimələnəcək. Lakin qayıdarsa, məşqçilər korpusu onun xidmətində maraqlıdır”.

  9. yaxsi qapci gelsin sehic kimi

  10. “Xəzər Lənkəran”lıları Salamlayıram! Yeni qapıçının alınması lap əla oldu. Qapıçı probleminin həlli elə bilirəm azarkeşlərimizin əksəriyyətinin arzusu idi. İnanıram ki, rumıniyalı qapıçı ümidlərimizi doğruldar. Zənnimcə Skarlatakenin bəyəndiyi və təkidlə “Xəzər Lənkəran”a gətirmək istədiyi qapıçı qənaətbəxş olmalıdır.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


səkkiz + = 15