9 ay əvvəl
Bu sondur yoxsa?
9 ay əvvəl
Heyf…
10 ay əvvəl
Qadağalar qaydası…
10 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

XLPremyer Liqanın VII turu çərçivsəində “Qəbələ” klubu ilə səfərdə qarşılaşacaq “Xəzər Lənkəran” istirahətə çəkilib.

12cioyuncu.info saytının əldə etdiyi məlumata görə komandamız sentyabrın 26-da məşq etməyib. Son günlərin ağır məşqləri fonunda futbolçuların həm fiziki cəhətdən kifayət qədər çox yüklənməsi, həm də komanda üzvləri arasında zədələrə yola açan ümumi yorğunluq, məşqçilər korpusunu istirahətə çəkilmək barədə qərar verməyə məcbur edib. Üstəlik sabah Bakıdan Qəbələyə qədər yol qət edilməsi və oyuöncəsi son məşqin keçirilməsi də həmin qərarın verilməsində önəmli rol oynayıb.
Beləliklə, “Xəzər Lənkəran” bu gün istirahət edərək sabah səhər saatlarında Qəbələyə yola düşəcək. Şimal şəhərinə çatdıqdan sonra “Qafqaz Resort” otelində məskunlaşacaq komandamız saat 19:00-da Qəbələ şəhər stadionunda matçöncəsi son hazırlığına çıxacaq.

Məlumatdan istifadə edildikdə 12cioyuncu.info saytına istinad zəruridir.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


− dörd = 0