7 ay əvvəl
Bu sondur yoxsa?
7 ay əvvəl
Heyf…
8 ay əvvəl
Qadağalar qaydası…
8 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

xezer “Xəzər Lənkəran” Premyer Liqanın XXVI turu çərçivəsində martın 18-də AZAL klubunun qonağı olub.

“AZAL Arena” stadionunda saat 16:00-da start götürən görüşü Elvin Əsgərovun başçılığında hakimlər briqadası idarə edib. Baş hakimə laysmanlar Nahid Əliyev və Elşən Acalov, eləcə də dördüncü hakim İsgəndər Əliyev kömək ediblər. Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Etibar Həsənov.

Heç bir televiziya və internet kanalı ilə yayımlanmayan matçda meydana “Xəzər Lənkəran” aşağıdakı start heyətində çıxmışdı:

  1. Vyekoslav Tomiç
  2. İlqar Ələkbərov
  3. Sadio Tounkara
  4. Elşən Rzazadə
  5. Nurxan Mənsimzadə
  6. İlyas Səfərzadə
  7. Rahid Əmirquliyev (k)
  8. Tural Cəlilov
  9. Adrian Skarlatake
  10. Alfred Sankoh
  11. Elnur Cəfərov

 

Ehtiyat futbolçular:

  1. Tərlan Qasımzadə
  2. Rasim Ramaldanov
  3. Kazım Kazımlı
  4. Kamran Abdullazadə
  5. Elvin Mirzəyev
  6. Anar Babazadə
  7. Mahsun Qəmbərli

 Oyunun ilk hissəsində hesabı açan komandamız daha sonra fasiləyə qədər qapısından iki top buraxıb. İkinci hissədə də daha bir dəfə fərqlənən meydan sahibləri final fitinə qədər hesabı qoruya biliblər. Futbolçularımızın hesabı dəyişmək üçün sona qədər etdikləri bütün cəhdlər də boşa çıxıb. Beləliklə “Xəzər Lənkəran” paytaxt səfərindən 1:3 hesablı məğlubiyyətlə dönür.

13 Şərh

  1. Butun azerkewlardan xahiw ediram,bir-birimiza qiciqlandirici sezlar atmayaq.Bu bayram erefesi bir az temkinli olaq.XL-in iwi pul ila duzala bilecek bir iwdir,en qiymetli bizlerin saqlamliqidir gelin onu qoruyaq,gelin uzdan bir-birimizi tanimasaq da,kiminsa bu saitda bizlarin werhini oxuya-oxuya tek-tekina urayina salib saqlamliqini qorban veran o,kiwinin qedrini bilek.Xelil Rza demiwkan,vaxtinda qiymet verek insanlara,sonra heykel da qoysaq menasi olmaz.Men da werhimla kimlarin isa urayina deymiwamsa meni baqiwlasin!!!!

  2. Vallah ayıbdı bəs bizim talış rəhbərimiz hara baxır niyə bir tədbir görmür.Nə vaxta kimi bizi sındırarlar.

  3. Admin bəy, özünüzü heç də əsəbiləşdirməyin. Deyəsən bu Azarkeş bəy mənim yazdıqlarımı düzgün anlamayıb və ya Siz deyən kimi bilərəkdən əsəbiləşdirmək məqsədi daşıyır.

  4. azerkeş says:

    men yazmiwdim ola biler size catmayib.qaldiki bilerekden bele edirsiz demeyinize bu tamamile sehvdi.ne ise Allah weytana nehlet elesin.
    ***
    Bu başqa məsələ. Ola bilər şərhiniz saytımıza çatmayıb. Yoxsa gələn bütün şərhlər qaydalara zidd olmadıqda yayımlanır.

  5. Salam Zəfər bəy. Biz çox gözəl bilirik ki, bu il bu komandanın heç bir iddiası yoxdur və real vəziyyəti nəzərə alan azarkeş də komandanın qarşısına titul qazanmaq tələbini qoymur. İndiki reallıqda kuboku qazanmaq turnir cədvəlində 5-6 cı yerləri tutmaqdan da əlçatılmaz idi. Bütün bunlara rəğmən qarşısında heç bir məqsədi olmayan komanda heç olmasa rahat, sərbəst, baxımlı oyunu ilə azarkeşini sevindirsin. Düzü mən onlardan qələbə gözləmirəm və istəmirəm də, heç olmazsa onlara bəslənilən ümidləri indidən öldürməsinlər. Nə tez “master klass” oldular? Oyundan-oyuna artırmaq əvəzinə elə bil ki, könülsüz, həvəssiz, məcburi halda futbol oynayırlar. Axı biz ümidli idik. Deyəsən bu ümidlər yavaş-yavaş puç olmaqdadır…

  6. Belə, Qabil müəllim bunlar düzələn zad deyil,özlərini toxunulmaz müqəddəs hesab edənlər yanılır,elə bilirlər ki,son yeddi oyunun hamısını udublar,necə deyərlər *burda mənəm Bağdadda kor xəlifə* deyən yerli məhsullarımızın xəbərləri varmı ki, yanırlar,Biləcəridən o yana QIRMIZI İŞIQ yanır .İndi də desinlər yerli uşaqlarımız oynasın…Biz beləyik: Yox vaxtı çaşan,var vaxtı coşan….

  7. Bu gedişlə hara gedirik? Niyə bərkiməmiş gəncləri sındırırlar? bu kimə lazımdır? bu klubda futboldan, sadəcə idman deyilən nəsnədən başı çıxan biri varmı? 555 FORD-un dedikləri ilə razılaşmamaq olmur. .. Maaşlar “Qarabağ”da da, İnter”də də, digər komandalarda da azaldılıb. Amma ağılla. Bu “gəncləşdirmə” deyil, tam fiaskodur. “AZAL” ən ucuz oyunçulardan qurulan komandadır. Amma oynayır. Hər il komandanın yarısından çoxu dəyişir. Amma AZAL bütün klublar üçün başağrısı olaraq qalır. Demək burada düzgün idarəçilik var. Bəs XL-də?

  8. RƏHMAN says:

    Salam. Xəzər Lənkəranın potensialı bu qədərdir. Bundan artığına gücü çatmır. Ola bilər ki, qalan oyunlarda 1-2 heç-heçə və yaxud qələbə qazansın. Bu da ki, inanılmazdır. Bəlkə də azarkeşlərin arzusu gələn mövsümdə həyata keçdi… XL da– Lənkəranlılar oynasın– arzusunu deyirəm. Ona görə də məğlubiyyətlərə görə əsəbləşməyə dəyməz. Qalan 9 oyunu da birtəhər yola verib gələn mövsümü gözləyək.

  9. azerkeş says:

    Yaxwidida kim baw mewqcini terifleyir (qabil kimiler)onlari wehr verilir.kim haqqi yazir onlar verilmir.qabil bizim genc futbolculari pisleyir elburusu terifleyir.amma bilmirki elburus lenkeranli futbolculari bedbaxt edib.soyuw yazmiriq tehqir yazmiriq niye vermirsiz wehrlerimizi.bizde yalandan durub terifleyek elburs cox guclu mewqcidi?korda gorurki xezerin indiki heyeti hecde pis deyil.yeni azaldanda zeyifdiki 3 dene top buraxir?bu mewqcnin taktika addi weyden bawi cixmir.biraz haqi tapdalamayin.
    ***
    Bu əziz günlərdə, bayram öncəsi əhvalımızı niyə korlayırsız axı? Bu nə ittihamdır? Siz nə vaxt şərh yazdınız ki, biz yayımlamadıq? Xahiş edirəm diqqətli olasınız və yersiz ittihamlarınızı da yığışdırasız. Keçən dəfə də xeyli əsəbləşdirmişdiniz məni. Bir neçə gün əlavə dərmanlar qəbul etməli oldum. Əgər siz bilərəkdən belə edirsinizsə, onda xahiş edirəm belə əməllərdən əl çəkəsiniz.

  10. Axşamınız xeyirli olsun. “Azal”li oyundan sonra mətbuat üçün açıqlama vrrən hörmətli Elbrus Məmmədovun yetirmələri haqda dediyi bur fikri nəzər diqqətinizə çatdırmaq istəyirəm. Elbrus bəyin dediyi “Bəzi gənc oyunçular elə hesab edirlər ki, əsas heyət üzvləridir”. Elbrus bəyin fikrindən belə anlama gəlmək olar ki, əsas heyyətdə 4-5 oyun oynayan bəzi gənclər artıq ulduzdurlar və özlərini peşəkar hesab edirlər. Əslində gənglərin asudə vaxtlarında Lənkəran çayxanalarında özlərini yuxarıdan aparıb ətrafdakıların nəzər diqqətini özlərinə cəlb etməkləri bunu deməyə əsas verir ki, Elbrus bəy fikirlərində haqlıdır. Belə olan halda bizim ümid bəslədiyimiz gənclər bu gedişlə yalnız özlərinə pislik etmiş olacaq. Komandada onların yerini kimlərsə tutacaq. Hamımız deyirik ki, gənclərimiz üçün bu bir şansdır və bu şanzdan maksimum yararlanmaq gərəkdir. Amma deyəsən dediklərimizin faydası yox kimidir.

    • Zəfər Lerikli says:

      Qabil bəy salam.Təəssuf ki, bu həqiqətən belədir.Gənclər oyunlarin ağirliğina daha dözumluluk göstərə bilmirlər.

  11. 555 FORD says:

    BU MƏGLUBİYYƏT BAŞ MƏŞQÇİNİN YOXLUGUNU SUBUT ETDİ .ELŞƏN VƏ NURXANIN HƏDDƏN ARTIQ ZƏİF OYUNU ,DÜZGÜN EDİLMƏYƏN ƏVƏZETMƏLƏR , KAMRANIN OYNAMASI VƏ SAİRƏ , XƏZƏR LƏNKƏRAN ƏN ZƏİF OYUNUNU OYNADI DESƏK DAHA DÜZGÜN OLAR .İLK 10 DƏQİQƏDƏ NURXANIN 2 DƏFƏ TƏK BƏ TƏKDƏN YARARLANA BİLMƏMƏSİ LAP BİABIRÇILIQ İDİ . ELBURUS MÜƏLLİMƏ BÖYÜK HÖRMƏTİM OLSADA ƏSAS KOMANDANI BU GÜNƏ SALMAQ NƏYƏ LAZIMDIR . BACARMIRSAN HEÇ OLMASA ÖZÜNÜ BİABIR ETMƏ . BU GƏNCLƏRİMİZİN İÇƏRİSİNDƏ OLAN İSTEDADLİLARA HƏQİQİ MƏNADA YAXŞI BAŞ MƏŞQÇİ LAZIMDIR .
    ONLARI YAXŞI TAKTİKA İLƏ OYNADA BİLƏCƏK MƏŞQÇİ .

  12. en gulmelisi oduki xezeri udan putun komandalarin mesqcileri elburusun gozel komanda yaradib deyirler, goresen olar neyi nezerde tutub bele danisirlar ya bizi ele salirlar. duzdu usaqglar ellerinen geleni eliyirler, amma bu afrikadan getirilmis kelellere qarsi bir netice vermir. Allah sebir versin.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


9 − beş =