1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

  admin-ajaxPremyer Liqanın VII turu çərçivəsində sentyabrın 28-də “Xəzər Lənkəran” səfərdə “Qəbələ” klubu ilə görüşdü.

Saat 19:00-da start götürən və “İdman Azərbaycan” kanalı ilə canlı yayımlanan qarşılşamanı aşağıdakı hakimlər briqadası idarə edirdi. Ömər Paşayev,Mehman Mahmudov, Elşən Acalov, Ramil Əhmədov.

Komandamız meydana bu start heyətdə çıxmışdı:

12. Cahangir Həsənzadə
3. Vanderson Skarduelli
5. Tyeqo de Xesus
6. Rəşad Sadiqov
7. Sadio Tounkara
8. Qalin İvanov
11. Rauf Əliyev  
14. Rahid Əmirquliyev (k)
27. Adrian Skarlatake
33. Rasim Ramaldanov
55. Ağabala Ramazanov

Heyətdəki zədəlilərin sayı artdıqca “Qəbələ” ilə oyun zamanı ehtiyat skamyada bu oyunçular yer almışdı:

25. Tərlan Qasımzadə

10. Elnur Abdullayev
13. Aleksandr Şemonayev
18. Tural Cəlilov
28. Fernando Qabriel 
97. Elnur Cəfərov
99. Deyan Blajevski 

I HİSSƏ

Adətən oyuna bir neçə gün qalmış Qəbələyə gedib orada hazırlaşan “Xəzər Lənkəran” artıq ənənəni dəyişməli olub. Buna səbəb “Qəbələ” klubunun “Ağ-yaşıl”lara məşq etmək üçün meydança verməməsidir. Belədə isə komandamız Bakıda hazırlaşmalı oldu. Düzdür bu hazırlıq əslində Lənkəranda da ola bilərdi, lakin qəribə də olsa bir çox futbolçular məşqlərin bəyəmədikləri “Cənub Mirvari”sində keçirilməsini istəmirlər deyə “Qəbələ” ilə matça hazırlıq paytaxtda keçdi.

Beləliklə, oyun bir az gözlənilməz başladı. Belə ki, elə ilk dəqiqədəcə irəli atılan “Xəzər Lənkəran” hesabı açmaq üçün çox yaxşı imkan əldə etmişdi. Lakin Rauf Əliyevin baş zərbəsi qapıdan azca aralı keçdi. Elə bundan sonra da top futbolçularımızda qalırdı. Meydan sahibləri isə bunun qarşısında geri çəkilməyə məcbur olmuşdular. Qara qırmızı geyimli komanda həmin dəqiqələrdə hətta meydançanın mərkəzini belə keçə bilmirdi. Oyunun 8-ci dəqiqəsinə qədər davam edən bu vəziyyət “Qəbələ”nin ani hücumu ilə bitdi. Epizodda müdafiəçimiz Rasim Ramaldanov kobud səhvlə yadda qalmışdısa onunla eyni mövqedə çıxış edən Rumın futbolçu Adrian Skarlatake onun səhvini sığortalaya bildi. Getdikcə matçda temp aşağı düşürdü. Bir gün əvvəl doğum gününü qeyd etmiş Vanderson Skarduellinin uzaqdan vurduğu və qapıdan azca aralı keçən zərbə istisna olmaqla. Şimal təmsilçisi də yavaş-yavaş özünə gəlməyə başlayırdı.

Kobudluqlarla zəngin olan həmin dəqiqələrdə hücumuna keçib arıdıcıl iki dəfə künc zərbəsindən topu oyuna daxil edən komandamız yenə də qol imkanlarını qaçırdı. Az sonra isə Rasim Ramaldanov sarı vərəqə aldı.

Komanda irəli gedib növbəti hücumunu qurmaq istəyirdi. Təsadüfdən yoxsa zəif hazırlığın nəticəsi olaraq sağ cinahdan qurulan hücumlar zamanı, xüsusən də rəqibin cərimə meydançasına girərkən Sadio Tounkara ilə Rauf Əliyev biri-birilərini heç cürə başa düşə bilmirdilər. Belədə Malili futbolçu oyunu üzərinə götürmək istəyir və digər cinahlardan da cəhdlər edirdi. Lakin bunun da effekti olmurdu. Qarşılaşma tez tez hakim fiti ilə dayanır, hər iki komandanın futbolçuları top itkiləri və qayda pozmaqla yadda qalırdılar. Sönük və darıxdırıcı keçən ilk hissə beləcə bitdi.

II HİSSƏ

İkinci hissə başlamamış artıq məlum idi ki, məşqçilər oyuna müdaxilə edəcəklər. Bu sadə taktiki dəyişiklik və ya əvəzetmə vasitəsi ilə ola bilərdi. “Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çetin əvəzetməyə əl atıb ilk hissədə çox pis təsir bağışlayan Rasim Ramaldanovun yerinə Tural Cəlilovu döyüşə atdı. Mübarizəyə qoşulan Cəlilov topa ilk toxunuşundaca işləri korladı. Daha doğrusu topa toxuna bilmədiyi üçün qapımızda qol gördük 1:0. Əgər fasiləyə qədər komanda Ramaldanovun “zibilinə” düşmüşdüsə ikici hissənin əvvəlindəcə meydana çıxan Cəlilov onu bütün mənalarda əvəzləyə bildi və buraxılan qolun əsas iki günahkarından biri oldu. O biri günahkar isə əlbəttə ki, qapıçı Cahangir Həsənzadə idi.

Qoldan sonra komandamız irəli atılır və buraxılan topun əvəzini çıxmağa çalışırdı. Bəlkə də buna heç çalışmaq da demək olmaz. Belə ki, hücuma keçib meydan sahibinin cərimə meydançasına daxil olandan sonra da qapıya zərbə vurmaq əvəzinə topu biri-birilərinə ötürən futbolçularımız sanki kurioz qoldan sonra hələ də özlərinə gələ bilməmişdilər. Böyük qüvvə ilə irəli gedilərkən arxada yaranan boşluqlar “Qəbələ” futbolçularının ara sıra nəzərini çəkirdi. Lakin arxa xəttdə Tyeqo və Skarlatake səhvsiz çıxış edirdilər ki, bu da meydan sahiblərinin təhlükəli hücum cəhdlərinin ümumilikdə qarşısını almağa hələ yetirdi. Bir az da elə bil bəxtimiz də gətirirdi. Belə ki, hava ötürmələrində Cahangir Həsənzadə iki dəfə uşaq səhvləri buraxdısa da Qəbələlilər bundan səmərəli istifadə edə bilmədilər. Oyunun 60-cı dəqiqələrində “Xəzər Lənkəran” meydanın mərkəzini belə keçməkdə çətinlik çəkirdi. Üstünlük tam olaraq “Qəbələ”də idi. Artıq oyuna növbəti müdaxilənin vaxtı yetişmişdi ki, Oğuz Çetin də bunu etdi. O İvan Qalinovun əvəzinə Fernando Qabrieli meydana buraxdı. Görüşün 70-ci dəqiqəsindən başlayaraq qismən də olsa futbolçularımız oyunun gedişində balans yaratmağa nail oldular. Meydanın mərkəzində hər iki komanda üzvlərinin ötürmələrdəki səhvləri ilə davam edən oyun yavaş-yavaş ev sahiblərinin cərimə meydançası həndavərinə yaxınlaşırdı. Bu da başa düşülən idi. Axı final fiti yaxılaşdıqca qalib komandanın müdafiəyə çəkilməsində qeyri adi heç nə ola da bilməzdi. Amma bundan da ağılla yararlanmaq olardı. Bəlkə də elə buna görə türk çalışdırıcı sonuncu dəyişikliyə əl atmaq fikrinə düşdü. Və bu da öz bəhrəsini verdi. Mərkəz yarımmüdafiəçi Rəşad Sadiqovun əvəzinə meydançaya çıxan Deyan Blajevski hesabı bərabərləşdirdi 1:1. Çox maraqlı fakt odur ki, qapımızda gördüyümüz qolda müdafiəmizin səhvinin daha da betərini meydan sahibinin arxa xətti təkrarlamışdı.

 Cəmi bir dəqiqə sonra isə təxminən eyni oxşar vəziyyətdə Ağabala Ramazanov komandamızı hesabda irəli də çıxara bilərdi, lakin təcrübəsizlik öz sözünü dedi. Ardıyca “Qəbələ” hücumlarını sıralamağa başladı. Amma bunun xeyri olmurdu. Artıq futbolçularımız meydanda özlərini daha sərbəst və daha rahat hiss edirdilər. Müdafiədə möhkəm görünən komandamız artıq hücumu da fikirləşirdi. Hətta Rauf Əliyev son saniyyələrdə əlverişli vəziyyətdən ikinci qolu da vura bilərdi. Lakin alınmadı. Epizoddan həmən sonra baş hakim oyunun final fitini  səsləndirdi.

Beləliklə “Xəzər Lənkəran” şimal səfərindən cənuba bir xalla qayıdır.

15 Şərh

  1. Butun xezerin azarkewlerin salamyariam ve butun werhlerde cox gozeldi, amma bu meqalenin adi deyiwdirilsin! “Simaldan cenuba bir xal” yox “Simaldan Serqe bir xal” yazilsin cunki artiq bizim bele komandamiz yoxdu. Bir komandaki adini dawidigi torpaqda qalmaq istemirse biz cenublularda onlarin bizim adimiza getirdikleri xallari istemirik. Meqalenin muellifinden bu xahiwimi nezere almasini isterdim. evvelceden minnetdarligimi bildirirem.
    ***
    Reportajı qələmə alan müəllif bunları dedi: “komanda qələt edir, başını divara vurur cənubu bəyənmədiyi yerdə. Necə deyərlər bəyənmirsə bəyəndirərik, xoşla ya zorla fərqi yoxdur, əsas nəticədir. Nəticədə isə onların qıçlarını sındırıb otuzdurarıq cənubda”

  2. Salam,əzizlərim.Belə bir əhatəli təhli ldən sonra nəsə yazmaq bəlkə də yersizdir.Sadəcə bir söz demək istərdim.Mən Raufun yerində olsam oynamazdım.

  3. Azərbaycanlı says:

    Qələbəsinə ümid bağladığımız komanda 1 Qəbələ xalını qazanınca haldan hala düşən doğma publikamızın bəzi nümayəndələri vaxt tapıb saytda sətirlər də atır, inzibatçılar da yazılanların tez çatdırılmasını təmin edirdilər. Bizim televizorun göstərdiyinə istinadən bildirmək istədiyim fikirlər budur ki, bu gün oyunçular zərbə vurmağa daha cəsarətli idilər. Hücumçular kölgədə qalmaqda davamb davam edirdilər. Əgər kimsə demək istəyirsə forvardlarımız eyni zamanda kölgələri kimi bir-iki rəqibi də yanında gəzdirirdilər, belə olsaydı nə qəm. Qəmin kəm olsun, XL Azarkeşi. Sadionun zəhməti Deyanın vurmağa köklənməsi sayəsində bəhrəsini verdi, bir sözlə – əhsən “bıjənovski”!. Qabriel də görünür ki, oyuna qoşulduqca orta xətdə güvəndiyimiz fiqura çevrilə bilər.D ünən məşqdən verilən fotolarda və bu gün siyahıda Elnur Cəfərovu görəndə çox arzuladım ki, hansısa məqamda Ağabalanı dəyişər. Amma mən saydığımı saymaqda ikən Ramaldanovun “məcburi” əvəzlənməsi ilə qarışdı hesab. Bu gündən xeyli ara verilir 8-ci tura qədər, deyirlər turne də gözlənilir yaxın xaricə. Ümid edək ki, səmərəli keçəcək bu oyundan kənar günləri oyunçularımızın.
    P.S. Bu gün şimalda keçirilən daha bir oyunda Orxan Əliyevimiz də babat bir top atdı tora.

    • Heç fikirləşmisiz ki, nə üçün komandaya qoşulduğu yarım mövsüm ərzində Orxan Əliyev ehtiyat oyunçular skamyasında tumanını yırtaraq bir dəfə də olsun oyuna çıxmadı, yoxsa klub rəhbərliyi, bizim ağlımızın bəhrəsi olmayan fikirlərdən fərqli daha geniş miqyasda düşünmə qabiliyyətinə malikdirlər…

      • Azərbaycanlı says:

        Orxan Əliyev istetadlı gəncdir, amma bizim mühitdə irəliləməsi üçün yaşıdlarından bir qədər çox maneələr dəf etməlidir, ona uğurlar arzulayıram.

  4. Men demisdimde Rauf oyununu tapa bilmir.elebil bostana qoyulmus muqevvadi,ayagina top deymemis yixilirdi.Tounkaranin gozlenilmez oturmesi ela oldu.onun aldigi mevacib onun halalidi.xezerde ozune inam yoxdu.vallah xezere bucur oyun yarasmir.Okuz Cetinde qoy getsin oz olkesine pomidordan xiyardan Eksin.onun futbol duyumu yoxdu.kimse hansisa taktika gordu oyunda?cox pis.bele gozlemirdim.

  5. axshaminiz xeyir muellim.fikrimce bu gunki oyunda Qebele 1 xal qazandi,XL ise 2 xal itirdi,en boyuk promlemimiz hucumu tamamlaya bilmemek olaraq qalir.Rauf qetiyyen formada deyil,Tounkaraya halal olsun,umumiyyetle komandamiz hec de pis oynamadi,Yunus Huseynovun gelishinin de keseri goz qabagindadir.

  6. Salam.admin necesiz ? Bu oyunda bele.qetdi Yunis bey qeleni nese komanda duzelib yaxshi olar.INSHALLAH
    ***
    Salam ay Dadaş. Şərhinizə münasibət bildirmək istəmirəm.

  7. salam bugun bextimiz getirdi her iki komandanin mudafide uwag sehvleri qola bawa geldi yaxwi ki uduzmadig tounkaraya halaldi VALLAH

  8. Kecmiw azarkew says:

    Mene Ele gelir ki, yuxaridan tapwiriq var ki, yerli uwaqlar xezerde oynamamalidir. Yoxsa lap ele Elnur ceferovun Raufdan neyi eskikdir? Bunlar hamisi PFL-in kozirlaridir. Istedikleti vaxt onlardan istifade edirler.

  9. Salam. Men basa dusmurem, Semonayevi ne ucun aliblar? Tural Celilovdansa onu oynatmaq olardi. Yaxsi ki, Tounkaramiz var. Hec gozlenilmeyen anda qol veziyyeti yaratdi. Kas ki, onun seviyyesinde bir oyuncumuz da olaydi, solda oynayardi ve onda gorum hansi komanda Xezer Lenkeranla ayaqlasa bilerdi. Qolda Cahangirin sehvi olmadi, 3-4 metrden vurulan topu qaytardi, Tural Celilov ise topu uzaqlasdirmaq evezine hucumcunun topu qapiya vurmasina mane olmadi.

  10. Salam Alleykum!
    Bu “general”-lar ile hec-hece pis netice deyil, amma kohne problemler qalmaqdadir. Bu gun Ivanovla Rauf yaxshi oynamadilar. Rasimle Tural bir nece qush buraxdi.

  11. Rovshan Asadov says:

    RAUF, oynadiginn oyun bawina deysin!!! Sensen ele butun futbolculari hevesden salan!!! Komandanin butun motivasiyasini mehv etmisen sen. Ya aldigin pulun haqqini vererek cixib adam kimi oyununu oyna, ya da ozune yeni klub axtar, yoxsa olan qalan hormetini de itireceksen!!!

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


9 − = altı