7 ay əvvəl
Bu sondur yoxsa?
7 ay əvvəl
Heyf…
8 ay əvvəl
Qadağalar qaydası…
8 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

sefer-1Mövsümlərarası yay fasiləsində istirahətini yekunlaşdırıb Bakıda toplanan “Xəzər Lənkəran” Türkiyəyə yollanıb.

Öncədən müəyyənləşdirilmiş qrafik üzrə təlim-məşq toplantısını qardaş ölkədə keçəcək komandamız bu dəfə Nevşehir vilayətini seçib. Qeyd edək ki, “Xəzər Lənkəran” təlim-məş toplantısı çərçivəsində transfer çalışmlarını davam etdirəcək və bir neçə yoxlama oyununda qüvvəsini sınayacaq.

9 Şərh

  1. Günlər nə maraqsız keçir. Futbol mövsümü bitdiyindən baş qatmağa heç bir iş yoxdu. Əvvəl heç olmasa Messiyə, Neymara, Elnur Cəfərova, Rauf Əliyevə baxırdıq, yaşıl meydanlarda onların göstərdiyi möcüzə adamı valeh edirdi. İndi nəyə baxasan? “Xəzər Lənkəran” “AZAL”-la oynamır ki, oturub həyəcanla hakimin final fitini gözləyək, “Simurq” “Bakı”nı qəbul etmir ki, diqqətimizi ekrandan çəkməyək.

    Darıxmamaq üçün hərdən dostlar bir yerə yığışıb gap edir, vaxt öldürürük. Nə etməli, yeni futbol mövsümünə kimi başımızı qatmalıyıq ya yox… Dünən dostlarla söhbətimiz necə maraqlı alındısa bir də gördük gecədən xeyli keçib. Evə dağılışanda qardaşlardan biri elə bir söhbət elədi ki, qorxudan az qaldı bağrımız çatlaya. O biri dostları bilmirəm, amma mənim yuxum əməlli-başlı ərşə çəkildi.
    Dostumdan eşitdiyim söhbət sizlərin də yuxusunu qaçıra bilər, ona görə də bu yazını günün günortaçağı oxusanız yaxşıdı. Deməli əhvalat belə olub…
    Sökülüb təzədən yığılandan sonra yenə ələ gəlməyən “Xəzər Lənkəran” klubu yeni mövsümlə bağlı planlarını hərəkətə keçirir. Yunis Hüseynov yenidən bir zamanlar boşaltdığı baş məşqçi postuna təyin olunur, sonra da Afrika tərəflərdə yerləşən Mali respublikasına göndərilir. Rəhbərlik Yunis bəyə tapşırır ki, üz ağardan oyunçu tapıb gətirsin. Klubun tərcüməçisi Elvar bəyi də uzaq yolda darıxmasın deyə ona qoşurlar.

    Baş məşqçi və onun tərcüməçisi 10-15 qutu qovurulmuş günəbaxan tumu götürüb səfərə çıxırlar. Malidə nə qədər stadion varsa hamısına baş çəkib oyunçulara göz qoyurlar. Seçib seçmələyəndən sonra 3 futbolçunun adını mobil telefonlarının yaddaşına yazırlar. Gənc malili futbolçular Asfghj Xcvnm, Qüert Yuio və Bnmçş Ertui uzaq ellərdən onları bəyənməyə gələn iki əcnəbinin diqqətini çəkdiklərindən özlərini artıq Lənkəranda deyil, göyün altıncı qatında hiss etməyə başlayırlar.
    Lənkərandan Maliyə futbolçu axtarmağa gedən klub nümayəndələri də boş oturmurlar, sovetlər demişkən, asudə vaxtlarını səmərəli keçirirlər. Axşamüstü hava sərin olan kimi düşüb bu qərib ölkənin gözoxşayan mənzərələri ilə tanış olurlar. Belə gəzintilərin birində qorxunc olay yaşanır. Yunis Hüseynov və Elvar Rty-mo qəbiləsinə əsir düşür. Hər iki qəniməti tayfanın başçısının yanına gətirirlər. Uşaq vaxtından futbol adamı görəndə mədəsində qıcqırma başlayan qoca qəbilə başçısı Yunis bəyə tərəfə baxıb əsəbi nəsə deyir. Yunis bəy təmiz Gəncə ləhcəsi ilə ingiliscə bir-iki kəlmədə qəbilə başçısını harasa göndərir. Amma təbii ki, qoca rty-moulu onun dediklərini anlamır. Elvar bəyin həmin vaxt orda olmağı baş məşqçinin də, qoca qəbilə rəhbərinin də dadına çatır. Əcnəbi dillərdə danışmağı su içmək kimi asan sayan Elvar qardaşımız araya girib gərginliyi bir qədər azaldır.

    Nə isə uzun söhbətdən sonra belə məlum olur ki, Rty-mo qəbiləsi Yunis bəyin qarşısında şərt qoyub. Elvar qardaşımızın əlüstü etdiyi tərcüməyə görə, qoca qəbilə başçısının şərti çox ağır olub. Futbol mövzusunda söhbət gedəndə mədəsi ağrıyan qəbilə rəhbəri Yunis bəyə deyib ki, “Xəzər Lənkəran”ı yeni mövsümdə çempion edə bilməsən səni harda tutsaq yeyəcəyik.
    Uzaq Malidə baş verən bu qorxunc hadisəni eşidən və ya oxuyan “Ağ-yaşıl” rənglərə könül verən dəyərli fanatlar. Sizə hansı variant sərfəlidi- “Xəzər Lənkəran” çempion olsun, yoxsa qoca qəbilə başçısı Yunus Hüseynovun ətinə ketçup vursun?
    Seçim sizlərindir.

    Avrofutbol.com

  2. SALAM .Admin zəhmət olmasa deyərdiz də hansi heyyəti ilə Xəzər gedib ora.nəsə Hec bir yerdə yoxdu bu haqqda məlumat.
    ***
    Salam. Oldu, indi Türkiyə ilə, komanda ilə əlaqə saxlamağa çalışarıq. Nə məlumat əldə etsək saytda təqdim edərik.

  3. salam xezer uqurlar yaxsi transfer etsinler gelen movsum bizleri sevindirsinler

  4. Salam admin necasiz veziyetiniz inwaAllah xezerimiza ugurlar arzulayiram ve sizde bizi gozal xeberlerinza sevindirdin inwaAllah bu il xezerden gozal bir oyun gozlayiram tesekur
    ***
    Salam. Mən elə bağlıyam ki, komandaya, o yaxşı olsa mən də inanaram ki, yaxşıyam. Bu ilə görək də nə edirlər. Ümid edirəm bizi sevindirərlər.

    • Əgər sizin əhvalınız və çoxqiymətli can sağlığınız bu komandanın uğurlarından asılıdırsa, sizi sevən azarkeşlərin ümüdlərini doğrultmaq üçün, yaxşı olardı siz azarkeşlik üçün başqa komandanı seçəsiniz… :)
      ***
      Allah sizi güldürsün.

  5. “Xəzər”imizə mükəmməl təlim-məşq toplanışı və uğurlu transferlər arzulayıram.

  6. Azərbaycanlı says:

    Təlim-məşq toplantısı qabağı Yunis Hüseynov komlektləşmə istiqamətindəgörülən işlər çərçivəsində milli idmançılardan dördünü komandaya cəlb edərək daxili “bazarlığı”nı demak olar ki, bitirdi. Qalır bu oyunçuları rəsmi elan etmə üçün formal şəraitin yarandığı anı gözləmək, bu da 31.08.2015 saat 23:59:59-dan sonraya qalır. Vaqif, Rəşad, Vüqar və Ruslan heç də gərgin transfer çalışmaları nəticəsində komandaya cəlb olunmamışlar. Burada son vaxtlar gördüyümdən göz qorxur. Yunis müəllimin qeyd dəftərçəsi əlimə düşsəydi tələsik bu xatırlatmanı ora cızardım: “son mövsümlərdə bu sayaq yoğurub yapmadan tapılmışlar, üzünü bizə tutan taleyin üz döndərdiyi profilər “Xəzər Lənkəran”lı günlərinə növbəti münasib məqamadək taym-aut kimi baxırlar.” Bununla məşqçiyə nəsə deyə bildimsə, məmnun olardım.
    ***
    Inanıram ki, Yunis bəy şərhinizi oxuyub ona demək istədiyinizi nəzərdə saxlayacaq.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


doqquz + 6 =