8 ay əvvəl
Bu sondur yoxsa?
9 ay əvvəl
Heyf…
9 ay əvvəl
Qadağalar qaydası…
9 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

xl11Premyer Liqada yaranan qış fasiləsi zamanı yanvarın 4-dən bəri Antalyada təlim-məşq toplantısında olan “Xəzər Lənkəran” yanvarın 28-də səhər saatlarında son məşqini keçirib. Bununla da komandamız Antalya toplantısını yekunlaşdırıb. 12cioyuncu.info azarkeş saytının əldə etdiyi məlumata görə “Xəzər Lənkəran” sabah, yanvarın 29-da vətənə dönəcək. Qeyd edək ki, daha bir futbolçunu transfer etməyə hazırlaşan Mustafa Dənizlinin istəyinə görə səviyyəli bir futbolçu menecerləri ilə birgə yanvarın 30-da ölkəmizə gələcək. Transferin gerçəkləşməsi üçün danışıqlar rəsmi müqavilə imzalanacağına qədər qısa zaman kəsiyində Bakıda aparılacaq. 

10 Şərh

  1. pit haqqinda danismaqa deymez,pit yene qudurub,hec mesq de elemeyib.yene naz edir.mustafa hoca ondan cox narazidir.usaq kimi ozunu aparir.Hormetli admin demek olar ki,her gun Turkiye ile elaqem olub,ya Huseynle,yada Eminle elaqam olub.Son melumat bir seviyyeli transfer olacaq-30 yanvarda birbasa Bakiya gelegek,meneceri ile.Admin sizden bir xahis edirem,komanda haqqinda pis,bedbin,fikirler yazan serhleri vermiyin,ona gore ki,o,yazanlar bizi,yeni talislari istemiyenlerdi-yeni neftci terefdarlaridir.onlara ar olsun.umimiyetle xezeri istemiyenlere qargis edirem.

  2. Xəzər Lənkəran”ın rumıniyalı futbolçusu Adrian Pitin idmanxeber.com saytına müsahibəsi.
    – İlk öncə toplanışla bağlı düşüncələrini öyrənmək istəyərdim.
    Antalya təlim-məşq toplanışı mənim üçün pis keçdi. Çünki toplanışın çox hissəsini zədəli oldum. Ancaq komanda üçün yaxşı keçdi, planlı əsasda çalışdıq. Bu toplanış komandaya çox kömək edəcək.
    – Fasilə bitir. Çempionatın qalan qisminə hazırsınızmı?
    Bəli, bizim üçün kifayət qədər vaxt var idi. Deyə bilərəm ki, komanda çempionatın ikinci hissəsinə tam hazırdır.
    – Bir müddət öncə zədələnmişdin. İndi vəziyyətin necədi?
    Zədəm haqqında onu deyə bilərəm ki, Bakıya qayıtdıqdan sonra radiqorafiya hazırlayacam. Ondan sonra ayaq barmağımın necə olduğu bilinəcək.
    – Mövsümə pis start götürdünüz və bunu çempionatın gedişatında demək olar ki, dəyişə bilmədiniz. Azarkeşlər bu dəfə sizdən nə gözləsin?
    “Xəzər Lənkəran” indi turnir cədvəlində 8-ci pillədədir, əlbəttə ki, bu nəticə yaxşı deyil. Komandanın bu durmda olmağının səbəbi çox lazımsız xallar itirməyi oldu. Fasilədən sonra da çalışacağıq ki, yaxşı nəticələr əldə edək.
    – Fasilədə 5 yeni futbolçu komandaya qoşuldu. Bunlar haqda sənin düşüncələrin…
    Mən bütün günü hovuz və gimnastik zalda olduğum üçün yeni oyunçuları görə bilməmişəm. Amma əminəm ki, onlar yaxşı formadadırlar və komandaya kömək edəcəklər.
    – Komandanızı fasildən sonra çətin oyunlar gözləyir. Rəqib lider “Qarabağ”dı.
    “Qarabağ” çempionatın güclü komandalarından biridir, həmçinin “Xəzər Lənkəran” da. Bu oyundada kim az səhv etsə, o da qalib gələcək.
    – Əgər bu oyunda da uduzsanız “qatar”ın getdiyini düşünmək olarmı?
    Komandanın çempionluq şansları haqqında isə “Qarabağ”la oyundan sonra danışarıq.

  3. insallah yaxsi olar admin bey dunenki soze gore uzr isteyirem xais edirem menim sorguma cavab yazasiz
    ***
    Allah bağışlasın. Bir də bilmək istərdim ki, hansı sorğunun cavabını istəyirsiniz?

  4. ugurlu olsun

  5. xezer lenkeran yaxsi bir hucumcu almalidir

  6. insallah yaxsi olar.

  7. SALAM OLSUN XEZER-LENKERAN AZERKESLERINE INSALAH YAXSI OLAR

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


5 + bir =