8 ay əvvəl
Bu sondur yoxsa?
8 ay əvvəl
Heyf…
8 ay əvvəl
Qadağalar qaydası…
8 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

statistikaPremyer Liqanın XXX turu çərçivəsndə aprel  ayının 17-də “Xəzər Lənkəran” səfərdə “Zirə” klubu ilə qarşılaşacaq. 

Bu görüş “Xəzər Lənkəran”ın 2004-cü ildən bəri ölkə çempionatlarının XXX turları çərçivəsində keçirəcəyi 7-ci oyun olacaq. Qeyd edək ki, 2004/05 mövsümündə komandaların sayı çox olduğundan çempionluq yarışması 34-tur davam edirdisə növbəti 4-mövsümdə komandaların sayı azaldıqca 26-cı turla çempionata yekun vurulurdu. Lakin 2009/10 mövsümündə tətbiq olunan dörddövrəli altılıq sistemi ilə və sonrakı yalnız sadə dörddövrəli sistem sayəsində yenidən 30-cu turlarda komandaların görüşləri bərpa olundu. Ötən mövsümdə isə “Araz” Naxçıavanın ilk dövrədən sonra çempionatı tərk etməsi ilə bəzi turlar boş qalmışdı. Yarışmanın təqviminə əsasən 30-cu turda  Muxtar Respublika təmsilçisi ilə görüşməli olan “Xəzər Lənkəran” turu buraxmalı olmuşdu.

Beləliklə, indiyə qədər komandamız ölkə çempionatarının XXX turlarında 6-oyunda meydana çıxıb ki, bu qarşılaşmaların 2-də qələbə qazanıb və 4 oyunda isə qalib müyyənləşməyib. Rəqib komandaların qapılarından 10-top keçirərək öz qapısından cəmi 4-top buraxan komandamız, XXX turlarda ümumilikdə 10-xal toplaya bilib. 

———————————–

2004/05 “Xəzər Lənkəran” – Ədliyyə 6:1

***********

***********

***********

***********

2009/10 “Neftçi” – “Xəzər Lənkəran” 0:0

2010/11 “Xəzər Lənkəran” – “Qarabağ” 1:1

2011/12 “İnter” – “Xəzər Lənkəran” 0:0

2012/13 “Xəzər Lənkəran” – “Turan” 1:0

2013/14 “Bakı” – “Xəzər Lənkəran” 2:2

2014/15 *********

2015/16 “Zirə” – “Xəzər Lənkəran” ? : ?

 

Statistik məlumatlardan istifadə edildikdə 12cioyuncu.info saytına istinad zəruridir.

2 Şərh

  1. Öncə Vətən sonra “Xəzər Lənkəran”!

    Əlbəttə ki, gündəik özünü təftiş edən, gündəlik özündən haqq-hesab tələb edən klubun məsəli bir qədər fərqli olmaliydi. Amma necə olsa, bu klubun da həqiqi durumu yalnız o zaman bilinəcək ki, imtahan şəraitindən( transfer sanksiyalari ,maddi çətinlik, gənc oyunçu strategiyasi, azarkeşlərin stadiondan uzaqlaşmasi və s) o, nə formada çıxacaqdır. Qızıl əridikdə ondan bütün qondarma şeylər ayrılıb, saf vəziyyətə gəldiyi kimi, klubda çətinliklərdən mərdanə çıxmali , gündəlik vurnuxmalar müqabilində ona yapışan müxtəlif lazımsız nəsnələr də ondan ayrılmalidir.Əks təqdirdə dözülməz şəraitin davam etməsi labüd görünür.

    Həqiqətən, vaxt gələcək və klubdakilar xəlbirdən nə vaxtsa keçiriləcək , aşağıda olan üzə çıxar və yuxarıda olan alta gedər, geridə qalanlar qabağa keçməklə öz töhfəsini verər və qabağa keçənlər isə bu rəzilliyi yaratdiğina görə geridə qalacaqlar.Axi “XL” klub olaraq istənilən bir sponsora və ya şəxsə aid ola bilər amma kamanda olaraq böyük bir camiyyə aiddir.Ona görədə hər addiminda klub rəsmiləri camiyyəyə arxalanmali və işlərini camiyyənin mənəvi maraqlari əsasinda qurmalidirlar.

    Hərdən düşünürsən , kasıb bir insan bütün gününü şükür-nemətlə keçirirsə, dilindən zikr düşmürsə və bir gün bu insan birdən -birə varlanarsa , milyonlarla sərvət ona qalarsa və s.-onda durumu necə dəyişəcək?
    Yaxud, birisi imkanlı adamdır, xeyriyyəçiliklə məşğul olur. Bəs birdən müflis olanda özünü necə aparacaq? Panikaya düşüb, özünü itirəcəkmi, yoxsa mərdlik və dəyanətlə çətinlikləri qarşılayıb və ondan çixiş yollarini axtaracaq?
    Ya da ömrü boyu fəhlə işləyən adam, birdən şahlıq quşu onun başına qonandan sonra varlanarsa , bəs onda özünü necə aparacaq? «Zərurət bunu tələb edir!» deyərək, fəhlənin dərisini ikiqat soyacaq, yoxsa səbrlə hərəkət edib ədalət mücəssiməsi olacaqdır?
    Bax, əsas mövzunun mahiyyəti bir az dolayi da olsa elə buradadır. Azərbaycan futbolunun simasi mahiyyətcə belə vəziyyətdə bütün müsbət-mənfilikləri ilə güzgüdə görünən təki üzə çıxır.Axi bütun problemlər üst qatda yaradilir və ətrafa siçrayir.

    Əziz oxucu!

    İnkişaf o yerdə olur ki, klub problemdən qaçmır, problemin kökünü axtarmaqla inadla üstünə gedir, problemə qalib gəlir. Hər belə mübariz addimlar klubu mənəvi yüksəlişdə bir pillə də yuxarı aparır və dayaniqli edir. Klub problemi müəyyən və qeyri müəyyən səbəblərdən görməməzliyə vurusa, yavaş-yavaş cırlaşir, gözdən düşür, nüfüzünü itirərək tənəzzülə üz qoyur və nəticədə məhv olamaq təhlükəsi ilə qarşi-qarşiya qalir.

    Günümüzdə də belə nümunələr yetərincədir. İllərdir ki , Qarabağ torpaqlari düşmən tapdaği altindadir .Müharibənin 90-ci illərində ölkəmiz çox zəif idi.Zəif dövlətlərdə də 10 il, 20 il sonra elə təlatümlər baş verə bilər ki, hami təəccub etməli olur.Çünki problemləri vaxtinda həll etmək lazimdir..Necə ki, igid əsgərlərimiz bunu 4-5 gün ərzində ləyaqətlə bacardilar.(Allah bütün əsgərlərimizə dayaq və kömək olsun)

    Ona görə də bizim üçün:Öncə Vətən sonra “Xəzər Lənkəran”- başlayir..

    • Düzəliş:1.Həqiqətən, vaxt gələcək və klubdaki fəaliyyət xəlbirdən nə vaxtsa keçiriləcək , aşağıda olan üzə çıxar və yuxarıda olan alta gedər, …..

      2.Necə ki, igid əsgərlərimiz bunu on illərin hesabina 4-5 gün ərzində ləyaqətlə bacardilar….

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


2 + = onbir