1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
2 il əvvəl
A B R A K A D A B R A

xl“Xəzər Lənkəran” Premyer Liqanın XIV turu çərçivəsində səfərdə “Zirə” ilə üz-üzə gəlib.

Zirə İdman Kompleksinin stadionunda noyabrın 28-də saat 16:30-da start götürən qarşılaşmanı Orxan Məmmədovun rəhbərliyində hakimlər briqadası idarə edirdi. Baş hakimin köməkçiləri: Elman Musayev, Vüqar Bayramov, Coşqun Həsənov.

 “Xəzər Lənkəran”ın start heyəti:
1. Orxan Sadıqlı

7. Sadio Tounkara
8. Elşən Rzazadə
11. Kazım Kazımlı
12. İlyas Səfərzadə
14. Rahid Əmirquliyev (k)
18. Tural Cəlilov
32. Zaman Mirzəzadə
42. Kamran Abdullazadə
72. Elvin Mirzəyev
97. Elnur Cəfərov

Ehtiyat oyunçular:
25. Tərlan Qasımzadə

5. Fərid Əsədov
16. İbrahim Qədirzadə
41. Hüseyn Xəlilzadə
44. Yusif Həsənov
79. Namiq Qocayev
99. Mahsum Qəmbərli

Baş məşqçi: Yunis Hüseynov

______________________

“Xəzər Lənkəran” səfərdə “Zirə”yə 0:1 hesabı ilə məğlub oldu. Beləliklə komandamız daha bir məğlubiyyətini rəsmiləşdirərək turnir cədvəlinin 8-ci pilləsində qaldı. Qeyd edək ki, Lənkəranda keçirilən ilk görüşdə də “Zirə” minimal hesabla qalib gəlmişdi. Belə ki, yerli gənc futbolçulardan olan Elvin Mirzəyevin səhvi ucbatından son saniyyələrdə qapımıza penalti təyin olunmuş və qonaqlar bundan maksimum yararlana bilmişdilər. Bu dəfə isə digər yerli gənc futbolçumuz Zaman Mirzəyev bilmədən avtoqola imza atdı ki, bu qol da oyunun taleyini həll etdi. Daha bir yerli gənc futbolçumuz Elşən Rzazade isə qırmızı vərəqə ilə meydandan qovuldu. Həmişəki kimi Kazım Kazımlı meydanda görünmür, görünən Elnur Cəfərov isə yalnız yarımçıq SOLO ifası ilə diqqət çəkirdi. Qarşılaşmaının əvvəlində əvəzlənən İlyas Səfərzadə kimi Kamran Abdullazadə olsa olsa ancaq 12 və 42 nömrələri ilə yadda qala bildilər…

 Xatırladaq ki, qarşıdakı günlərdə və dövrələr arası fasilədə aparıcı futbolçular yola salınınca “Xəzər Lənkəran” komandası tamamilə bu gənc futbolçuların ümidinə qalacaq.

 

14 Şərh

  1. and ola Allaha xəzərdən ötrü xəcalət çəkirəm çoxdandi yazmirdim indi yaziram ama nə yazim onu bilmirəm bir onu biləm mən dayim xəzərliyəm heyiflər olsun çox heyiflər məni taniyanlar taniyir son 10 ilimi xəzrə həsir edmişəm son 10 ildə öz hesabima 317 mançinda sdadiyonda olmuşam hansi oyunan de rəhmətli atamnan hənişə oyunlari analiz edirdim indi nə atam var nədə analiz etməyə xəzər özüzdən muğat olus qardaşdarim mən axrinci dəfə makaviynən oyunda girmişdim maskivada olan bidə qismət olsa yazaruğ

  2. Salam Alleykum!
    Komanda da ruh dushgunluyu hiss olunur. Belkede Yunis oyunculari oyuna kokleye bilmir. Ceferova izah etmek lazimdir ki, bashini qaldirib etrafina baxsin, acilan oyunculara top vermek lazimdir.
    Pardoks ondadir ki, Zaman Mirzezade oz qapimiza qol vursa da Elshen Rzazade qirmizi alsada oyunun en yaxshilarindan idiler.

  3. Bir azərkeş kimi əgər cuzi haqqım varsa rəhbərliyə halal etmirəm Vaxtında az pul yesəydilər indi belə olmazdı.!

  4. bu rahidin burnuna diyesen gebelenin pulunun iyi deyib,getsinler lap yaxsi belkede bizim xeyrimizedi,ancaq getseler bele hec olmasa meydanda kisi kimi vurusub getsinler,yoxsa yalannan ora-bura qacmasinlar.qoy getsinler hele bililler basqa komandalarda sehere yag-bal verirler.yaxsi yol.onsuzda bele iyrenc,cirkin cempionatda oynamaqdansa.insaAlah mubariz mensimovunda isleri duzeler,mais mensimovunda isleri duzeler.mensimovlarda pullarin bu iyrenc futbola yox bir gelirli biznes sahesine yatirar.

  5. Admin vallah səndə səbr var yorulmadın buların məglubiyyətlərindən yazmağa
    Bunların udan günü nəvaxt olar?
    Gunah usaglarda deyile yaziğlar pul alirlarki.

  6. Admin bele gorunur ki, gelen il 2-ci diviziyona dusmemesi ucun mocuze bas vermelidi, mence klub satilsin veya ya cixib kisi kimi desinler ki bizim bu iki veya uc ilde planimiz pulsuzluq ucbatindan budu…….Bele sey olar bu yonetimin yalanlarindan daha bezmisik…..Bu gun sahede Rahid her menada butun zirede qarisiq hamidan 2 bas ustun idi, ne pul alirsa o pulu haqq eliyir….Sehf siyasetlerinin ucbatindan butun klubu batirdilar…..

  7. Cox uzucu veziyyetdi neyi yazasan ne qalsin.

  8. CELAL QURBANOV says:

    ADMIN BEY DIYESEN RAHID GETDI INDICE
    ***
    Xəbərim yoxdur.

    • Niyə də getməsin ki, 3 ildi nə taktikası, nə strategiyası olmayan bir klubda Rahid niyə qalmalıdır ki, hətta azarkeşlərin ən sevimli futbolçusu olsa belə. Rahid peşəkar futbolçudur, xeyriyyəçiliklə məşqul olan milyoner deyil. O, 18 yaşlı gənc deyil ki, özünü reklam etmək üçün pulsuz-parasız oynasın, halbuki, əminəm ki, klubun başinda duranlar çətin ki, özlərini qazancdan məhrum edirlər.

  9. Salam.” Bu oyunda bir sevindirici olay baş verdi. Həmişəki kimi XL oyunçuları rəqibə qol vurmaq imkan verməkdən bezərək, rəqibin qol vur maqda çətinliklə üzləşdiyini görüncə topu öz qapılarına vurub rəqibə qələbə qazanmağa böyük köməklik göstərdilər. Ayaq üstə alqışlamağa ləyər”

  10. 555-FORD says:

    NƏ QDƏR Kİ , XAQANİ MƏMMƏDOV VƏ RAMİN MUSAYEV AZƏRBAYCAN FUTBOLUNDA RƏHBƏR VƏZİFƏ TUTURLAR XƏZƏR LƏNKƏRANA MİLYONLAR XƏRCLƏMƏYƏ DƏYMƏZ . ELƏ ONUN NƏTİCƏSİDİR Kİ , CEMPİONATIN SƏVİYYƏSİ AŞAĞI GEDİR .QOY YERLİ CAVAN UŞAQLARIMIZ OYNASIN , NEFTÇİNİ 3 İL ÇEMPİON ETDİLƏR , İNDİ NÖVBƏ QARABAGINDIR , BU MƏNASIZ CEMPİONATDAN AXIRDA BEZƏCƏKLƏR . DANIŞILMIŞ VƏ TAPŞIRILMIŞ HAKİMLƏRİN İŞTİRAKIYLA APARILAN FUTBOL ÇEMPİONATA HANSI AGILSIZ BİZNES ADAMI PUL XƏRCLƏYƏR .

  11. Axşamınız xeyir,bu minvalla kardioloq və nevropatoloqların işi Lənkəranda birə min artacaq!!!Deyirik gənclərdir,təcrübəsizdirlər yaxşı bunu başa düşdük,axı onlar meydana nə üçün çıxdıqlarını heç özıəri də bilmirlər,məşqçi əməyi meydanda SIFIR həddindədir,kim nə istəyir onu da edir,əşşi lap öz qapısına qol vurmaqdan belə çəkinmirlər,pulsuzluğun əlamətidir yoxsa nə????yeni torba???

  12. Cox gozel artiq meglubiyyet xezere yarawir

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


8 + = doqquz