9 ay əvvəl
Bu sondur yoxsa?
9 ay əvvəl
Heyf…
10 ay əvvəl
Qadağalar qaydası…
10 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

 sefer oyunuPremyer Liqanın XXVIIII turu çərçivəsində mart ayının 29-da “Xəzər Lənkəran” səfərdə “əzəli rəqib”i “Neftçi” ilə qarılaşdı. “Bakcell Arena” stadionunda saat 17:00-da start götürən “Böyük oyun” “İdman Azərbaycan” kanalı ilə canlı yayımlanırdı.

“Xəzər Lənkəran”ın start heyəti:

1. Orxan Sadıqlı

3. Vanderson Skarduelli

5. Tieqo de Xesus

10. Elnur Abdullayev

11. Zohair Banouahi

12. Junior Nildo

14. Rahid Əmirquliyev (k)

18. Tural Cəlilov

20. Etame Mbilla

23. Nikola Qliqorov

27. Manuel Skarlatake

 

Ehtiyat oyunçular:

19. Vyekoslav Tomiç

2. Slavik Alxasov

4. Alvaro Silva

7. Sadio Tounkara

16. Adrian Pit

30. Elias Ribeiro

55. Ağabala Ramazanov

“Böyük oyun” bir o qədər də maraqlı başlamadı. Qapılara ilk zərbə yalnız matçın 11-ci dəqiqədə meydan sahiblərindən gəldi. “Xəzər Lənkəran” isə bunu 15-dəqiqə sonra edə bildi.  İlk hissənin ortalarına qədər azca üstünlüyə malik olan “Neftçi” qonaqların müqaviməti ilə üzləşsə də daha çox topu özündə saxlayır və irəli atılırdı. 30-cu dəqiqənin tamamında “Neftçi” real qol imkanı əldə etsə də gənc qapıçımız hesabın açılmasına mane oldu və bundan 4-dəqiqə sonra bir daha məharətini nümayiş etdirdi. Ardıyca Skarlatake meydan sahiblərinin qapısı ağzında təhlükəli vəziyyətin yaranmasına səbəbkar oldu. Sonrakı dəqiqələrdə “ağ-qara”ların ardıcıl qurmaq istədikləri lakin yarımçıq qalan hücumların fonunda futbolçularımız ara sıra əks hücumlara cəhd edirdilər. Bir dəfə hətta Junior Nildo fərqlənə bilərdi amma…

 İlk hissədə meydan sahibləri qapımıza yönələn xeyli sayda əyri gedən uzaq və yaxın zərbələrlərlə fərqlənmək istəyirdilər ki, bu da bir nəticə vermirdi. Ümumilikdə isə qeyd etmək lazımdır ki, yuxarıda sadalanan epziodlar oyuna heç də maraq gətirmirdi. Beləcə sönük şəkildə keçən ilk hissədən sonra tabloda 0:0 görünürdü.

Fasilədən sonrakı ilk təhlükəli qol vəziyyətində komandamızı qapı tiri xilas etdi. Üstündən bir neçə saniyyə sonra yenə də bəxtimiz gətirdi. Bu dəfə yaxın məsafədən vurulan zərbə qapıdan azca aralı keçdi.  Yenə də “Xəzər Lənkəran” daha çox vaxtını müdafiədə keçirirdi. Bu isə meydan sahiblərinə müxtəlif manevrlər etməyə imkan verirdi.  Bununla belə Mustafa Dənizlinin “özün oynaya bilmirsənsə rəqibə də imkan vermə” prinsipi ilə qurulmuş taktikası ilə mübarizə aparan “Xəzər Lənkəran” qismən də olsa istəyinə çatır və “Neftçi”ni belə demək mümkünsə gicəldirdi. Amma bunun çox çəkəcəyi heç də inandırıcı deyildi.

Dənizli 65-ci dəqiqədə Nildonu Sadio Tounkara ilə əvəzlədi. Lakin bu komandanın ümumi çıxışına heç də təsir etmədi. Əslində bu da anlaşılan idi. Çünki Tounkaranın “at qabağa qaç” oyununun qarşısını almaq heç də çətin deyildi. Malili futbolçunun meydana çıxmasından 12-dəqiqə sonra (77-ci dəqiqədə) Mustafa daha bir dəyişikliyə əl atdı. Bu dəfə o  Zohair Banouahini müdafiəçis Alvaro Silva ilə əvəzlədi. Görünür Türk mütəxəssisin məhz bu əvəzetməsi komandanın, xüsusən də müdafiədə nizamı pozdu. Belə ki, məhz Alvaronun oyuna qoşulması ilə müdafiədə yaranan boşluqdan istifadə edən “Neftçi” hesabı açdı 1:0.  Qoldan sonra bir müddət özünə gələ bilməyən “Xəzər Lənkəran” sonrakı dəqiqələrdə heç nə ilə yadda qala bilmədi. Beləcə final fitinə qədər hesab dəyişmədi və “Neftçi” minimal qələbəsini bayram etdi.

“Neftçi” – “Xəzər Lənkəran” 1:0 

31 Şərh

  1. Elvin Taliw says:

    Eziz qardawlar,gelin ozumuzu aldadmayaq Xezer bele oyunla ne kuboku qazanacaq nedeki gelen ile planlari var.Kamanda sadece bezi meqsedler ucun yaradilib.Bu kulubda saglam iwden bele sohbet gede bilmez!!!!!

  2. Salam olsun heqiqi xezer azerkeslerine.Men ele dusunurem ki bu mustafaliq bir sey yoxdur oyuncu xezerde bes alti neferdir, qalani top dasiyandir. Mutafa bey hansi futbulcuya elini uzatdi almaqa qoymadilar, indide deyirler ki, xezer oynaya bimir. Mustafa teze gelende hami canini ortaya qoyub savasirdiki komandada qalsin, artiq esek caydan kecib meseldir bizim futbolcularda caydan kecdi muqavileye qeder ya oynamali, yada pulun alib getmelidir. bu heyetle bize avro liqaya getmek ayibdir komanda orda dahada biyabirci gune duser, nece 0-8 uduzdu helede komanda ozune gelmeyib. deyeceyim bi ki ay talislar ( DI KELE QEDIR NEBE) . xezer gelen il ucun hazirlawsin genc futboculari secsin ozunu dahadarusvay etmesin cunku XEZERIN adi var.

  3. Fərhad says:

    Bugünkü məğlubiyyət təkcə “XL”-nın “Neftçi”yə məğlubiyyəti deyil, ən başlıcası, Mustafanın Böyükağaya məğlubiyyətidir. Mövsüm ərzində, özü haqqında yüksək fikirdə olan, Türkiyənin 3 məhşur məşqçilərindən biri sayılan Dənizlinin bütün komponentlərdə B.Hacıyevə uduzması, ilk növbədə onun imicinə xələl gətirir. Məncə bu gün Dənizliyə göstərilən etimad limiti tamamilə bitdi, əgər o, bu fikirlə razı deyilsə, uğursuzluğu barədə əsaslı arqumentləri varsa, onda heç olmasa özünə hörmət, sayqı göstərən bir erkek kimi azarkeşlər qarşısında fikrini bildirsin. Sonra gec ola bilər…

  4. Fərhad says:

    Hörmətli İslam müəllim, əvvəla təbrikə görə sizə təşəkkür edirəm, bu çətin durumda, əsəblərin tarım çəkildiyi bir vaxtda təbrik üçün söz tapmaq özü də bir cəsarət tələb edir. Düzünü desəm, son bir həftə ərzində, əvvəlcə Novruz bayramı, sonra isə mənim yubileyimlə əlaqədar ikili hisslər keçirmək məcburiyyətində qalmışam, bilmirəm sevinim, yoxsa qüssələnim. Əvvəlcə, Lənkərandakı “Simurq”la, bu gün isə əzəli rəqibimizlə acınacaqlı məğlubiyyətlər məni hövsələdən çıxarıb. İş elə gətirdi ki, hər iki oyun zamanı mən dost-tanışla bərabər masa arxasında oyunları izləyirdim, və təsəvvür edin ki, necə bu ədalətsizliyə (yox, biabırçılığa) dözürdüm. Sizin mükəmməl bir yaddaşa malik olmanızı nəzərə alaraq deyim ki, keçən il bu dövrdə siz Hüseyn Cəbrayıloğlu ilə məni təbrik edəndə bu il üçün mənim yubileyimə bir hədiyyə kimi “Xəzər Lənkəran”-ın çempionluğunu arzulamışdınız. Nəticədə, nəinki çempionluq bağışlanmadı, hətda keçən ilə nisbətən heç irəliləyiş də olmadı, əgər 8-ci yerdən 7-yə qalxmağı nəzərə almasaq. Beləliklə, bu qəm-qüssəni ürəyinə yaxın qəbul edənlər arasında təəssüf ki, bəlkə də xoşbəxtlikdən mən də varam.
    ***
    Allah kömək olsun.

  5. M.Dənzli “Bakı”ya uduzandan sonra bildiki çempionatda istədiyi yeri tuta bılməyəcək və ondan sonra başladı heyətdə eksperimentlər etməyə ki, növbəti çempionatda kiımə güvənəcək və komandada kimi saxlayacaq. Kubok oyunlarından başqa digər oyunlarda müxtəlif heyət və müxtəlif taktikalar sınaqdan çıxarılacaq. Kubok oyunlarında isə Qarabağ və ya Qəbələ ilə oyundakı heyət olacaq.

  6. Axsaminiz xejir. Xazar ela bil maglubijatlara vardis elajib. manim kimi bir cox azarkeslarda haqli olaraq Danizlini maglubijatin asas gunahkari sajir. asas hejatda Nildonun jeri jox idi demak olar butun ona galan toplari itirirdi. umumijatla komanda cox havassiz gorunurdu. amma bazi ojuncular calisirdilar.

  7. Tək Dənizlinin getməsindən Fatiyə tuman olmaz. Gərək Mais, Tuyqun, Höccət və onların quyruqbuluyanları da getsin ki, klubda sağlam əhval ruhiyə düzəlsin. Artıq klubu reanimasion tədbirlər xilas etmədi. İndi molla çağırıb dəfn etmək lazımdır.
    Yəqin yenə də klubun sahibi klub mənimdir deyəcək. Yox hörmətli biznesmen pullar sənindir. Komanda Lənkəranlılarındır. Lənkəranlılar da öz şərəf və ləyaqətini qormağı bacarırlar.

  8. Bele caresiz xezerlenkaran gormemiwdik onuda bize mustafa gorsetdi utanin.

  9. Axirda azerkesler bezecekler KULUBU yumurta yagisina tutacaqlar besdirin bizim eseblerimizle oynadiniz. Ya redd olun yadaki kisi kimi is gorun.

  10. Bu gune kimi mesqcilere torba tikibler. Amma mesqciler neden qorxurlar? Cix deki mesele beledir. Hec olmasa gedenden sonrada danismirlar heqiqeti.

  11. Onsuz da komanda bərbad oyun oynayırdı. Bu gün isə artəq bərbad oyunun kuliminasiya nöqtəsi oldu. Komandanın taktikası yox idi. topu hara gəldi atırdılar ki, təki cərimə meydançasına dexil ilmasın. Yerli oyunçular sanki meydançada yox idilər.Hanı Rahid, Elnur, Turalvə nəhayət sonradan daxil olan Slavik. Start heyyətə baxarkən məğlubiyyət görünürdü. Bu qədər qorxaq futbol oynamaq Dənizlinin dahi məşqçi olmasna xüsusilə azərbaycanda ona şərəf gətirmədi. Üstəlik Tosak kimi heç nə olmayıbmış kimi çox rahat danışırdı.Bu günkü məğlubiyyətin səbəbkarı Dənizlidir. Bu birmənalı şəkildə belədir. Yeganə çarə bu biabrçılıqlardan qurtarmaqdan ötəri Komanda Rəbərliklə birlikdə tamam buraxılmalı və yenidən formalaşmalıdır. Yeri gəlmişkən Dənizli yrli futbolşu axtarışlndadır. dəfələrlə demişik ki, əlinin altında perspektivli Lənkıranlı oyunçular var onları oynadıb təcrğbə qazanmaqlarına kömək ol. Heç olmasa belə də Lənkərana xeyirin dəyər. Onsuz da ğzağün etiraf edirsən ki, çempionatda heç bir şansımız yoxdür. Bu oyunla kubok oyunlarını da biabrçılıqla başa vuracaq.

  12. oyunan qabaq deyilirdiki xezer boyuk oyuna sherefi ucun cixacaq,hani bes sheref.bele cixirki xezer komandasi sherefsizdi.butun klublar xezeri qazdiyiblar,kim gelir xezeri meledir gedir.bu ne oyundu.men hecne basha dushe bilmedim.

  13. qorxaq oyun sehf deyisiklik qeyri deqiq oturmeler qelebe isteyi olmayn bir kamanda gordug meskci isi gorsenmir bir basa butun gunahkar mustafadir. heyif Rednikden heyif Allah rehberliyin uzun qara dilin qisa elesin gorecey gunlerimiz arxadaymis Allah bunda beterinden qorusun

  14. MUSTAFA DENIZLI CIXIB FUTBOL OYNAMAYACAG KI, UGUR ISTEYEN KULUB REHBERI NORMAL OYUNCU ALMALIDIR, NECE OLUR QARABAG REYNALDONU , QEBELE SUBOTICI TAPA BILIR, BIZIMKILER REDIKDEN SONRA BIRDENEDE NORMAL OYUNCU ALMAYIBLAR. NILDOYNAN BENNAUYNAN UGUR OLMAZ.

    • Zəfər Lerikli says:

      Ay qardaş!-Bəsdi də bu kimi sözlər.Bu oyunda Zohairi nədə gunahlandirirsiniz?-İstəyirsiniz tamam oyunu sizə göndərim.bu oyunda taktiki səhflər boğazdan yuxari idi.Mən məşqçi işinə qarişmasamda elə Turkiyə çempianatinida Liq.tv-dən izləyirəm.Bu gunku məğlubiyyətimiz tam M,Dənizlinin adina yazilmalidir.

  15. Zəfər Lerikli says:

    Nə qədər vaxta ki ,kamandaya pul uçun muqavilə bağlayan məşqçi gəlsə, elə həmişə gunumuz bax beləcə ah-vayla keçəcək.
    ***
    Zəfər bəy bu olmadı da. İndi əsəbiyik deyə nə edək, pul qazanmaq istəyən yox marka toplamaq həvəskarı olan məşqini gətirək komandaya?

    • Zəfər Lerikli says:

      Muəllim! Mən sizi tam başa duşurəm.Bəli!-Kimiyə marka yiğan kimi taninan məşqçi, bizim kimi azarkeşlərin baş tacidir.
      ***
      Özünüzü yormayın. Budur baxın mən ömrümü qoydum bu yolda, bəs sonrası nə oldu? “Xəzər Lənkəran”ın bir iki fan klubu oldu mənimlə düşmən, həmin fan klublar ünvanıma o qədər təhqirlər dedilər, yazdılar ki, heç “Neftçi” fanatları məni o qədər söyməmişdilər. Deməli əksəriyyətinin necə deyərlər nə qabağında durmalıdır nə də dalında. Bəs klub rəhbərliyi? Elə klub rəhbərliyi ilə düşmən oldum, Rednikin gedişindən sonra düzünü dedim bəyənmədilər, min oyundan çıxıldı mənə qarşı, uzun sözün qısası üzümə hər 3-qapıdan birisi bağlandı bu son 10-ildə, dost tanışdan da, qohumdan da oldum “Xəzər Lənkəran”a görə, özüm də xəstələnib əldən düşdüm. Bəs sonra? Mənim yolumu getmək istəyirsiniz?

      • Zəfər Lerikli says:

        Muəllim!-Duşunərsiniz ki, nəsə mən Zəfər olaraq sizin yolunuzu gedə bilərəm!?-Yox muəllim!-Sizin yolunuzu bilən adam sizin heç ayaq izinizə əlini qoya bilməz.Mən sizi tərif etmək fikrində deyiləm amma sizi və saytinizi tanimamişdan əvvəl sizi mənə dedilər.Doğrusu məndə elə sizin qohumlariniz kimi bu həqiqətləri təccublə qarşiladim.Və bunun real olmadiğina şubhə ilə yanaşdim.Lakin mən bu xəbərin izinə getdim və şahmatda adi gedişlə mat olan kimi “Mat!” qaldim.Ondan sonra mənim sevgim və dərin hörmətim ….yarandi.İndidə kimsə bu yazimi harasa yoza bilər.Fakt odur ki sizi şəxsən tanimiram.Həyat qismət eləsə bir gun sizi hardasa görəcəyəm.Bunu özum edəcəyəm.Onda edəcəyəm ki “XL” kimi təsəvvur etdiyiniz bir kamandanin oynunda siz gələsiniz və həmin an məndə sizin yaninizda olum.Sizin yolunuzu getməyə mənim gucum çatmayacaq.Bunu səmimi deyirəm.
        ***
        Diqqətli olduğunuz üçün təşəkkür edirəm, Allah sizi həmişə hörmətli və uca etsin.

  16. axi dimiedim topaza oynuyullar xezer bugun uduzmaliydi
    ***
    Bu olmadı Məşədi. necə deyərlər “Cin ayrı şeytan ayrı”, axı “Xəzər Lənkəran”ın “Neftçi”yə məğlub olacağını öncədən bilmək üçün topaza zada müraciət etmək. Bu onsuz da gözlənilirdi. Digər bir məsələ ondadır ki, siz komandanın uduzacağını yazmışdınız, amma tam ayrı hesabla. Gəlin dəqiqləşdirək, baxın bu da sizin həmin şərjhiniz:
    “MEWEDI VUSAL
    12CIOYUNCU.INFO
    D…..@MAIL.RU
    91.\\\.\\\.\\
    Submitted on 28.03.2014 at 22:48
    evvala axwaminiz xeyr eziz qardawlarim .real olacaq birweyi nezerinize catdirmaq istirem oyun topaza qoyulub kafcente baxdiqca anlayarsiz xezer meglub olmalidir.oyunda en azi 3 top olmalidir.sozumu diyirem ustundede dururam oyun qumardadi xezer sabah meglub olacaq….heckim mennen incimesin ama bu faktdir.ALLAH BAWDAKILARA LENET ELESIN BIZI GOR NE GUNLERE SALDILAR AXIR BU AZERKEWLERIN AHI TUTAR
    Отклонить | Cavab yaz | Свойства | Изменить | Спам | Удалить”

    _______________
    Bu isə o deməkdir ki, ya “Xəzər Lənkərn”ın gücü budur, ya da Mustafa Dənizlinin torbası tikildi. Topaz qappaz filən boş söhbətlərdir.

    • Zəfər Lerikli says:

      Muəllim!-Məşədinin fikri bir yana.Axi M.Dənizli taktiki səhf etdi.Axi burda torba olsa yəqin özu-özunə tikib.Start heyəti məni razi sala bilməzdi.Qapiçimiz Orxan Sadiqli bu oyunda olmaliydi bunu etmişdi.Lakin yenə səhflər taktikada idi.Bu M.Dənizlinin səhfi idi.İndi əsəbimdən nə yazdiğimi bilmirəm amma buna bir aydinliq gətirəcəyəm.

  17. Mence komandanin yaxwi potensiali var. Yeni embilla, tounkara, rahid, adrian piat, agabala, skurdelli, skarlatake, tieqo, benoahi(bu gunku oynuna gore), tural, dejan,elias ve digerleri. Bunlar azerbaycan ucun kifayer qeder normal oyunculardi. deqiq problem nededi? O mene catmir. Nizam intizam desem Mustafa hoca bu sahede cox gucludu. Fikirlerinizi deyin zehmet olmasa

  18. Bu gedisle cox uduzacag kubokda hec bunlug deyil hediyye verseler kuboku he onda Xezerin olacaq kubok.

  19. Salam aleykum. Mence bu gunku meglubiyyetin boyuk sebebi Mustafa Denizlidi. Komandanin meydana cixan ilkin heyeti ve sonraki taktiki gediwatlar cox pis idi, tebiiki mene gore. Amma yene komanda daxili veziyyetden xeberim yoxdu. Daha yaxwisini Mustafa hoca biler.

  20. sadece mustafa hoca getmelidi onun yerine REDNIK gelmelidi oyunculardanda elnurdu,turaldi,he rahidinde vaxti catib getmelidi onlarin yerine genc ve werefli oyuncularimiz oynamalidi

  21. Zəfər Lerikli says:

    “XL” kamandasini baş məşqçi Mustafa Dənizli bilərəkdən məğlub etdiəVə indən sonra mənim mövqeyim onunla barişmayacaq.Bu qədər.çOx həyacanli və narahatam.Uzrlu bilin əziz “XL” azarkeşləri.Başimiz sağ olsun.

    • Əzizim Zəfər bu gun, Xəzərin bu cur oyunu AFFA ya lazımdır.Rəhbərlik bunu istəməsədə,məcburdur.Kubok söhbətidə yalandır.Əgər Xəzər çempionatın “duzu” olmasaydı çoxdan komandanı ləğv etmişdilər.Xəzər artığ ölkə idmanında baş ağrıya çevrilib.Heç kimə problem lazım deyil.İndi bizə gözləmək qalır…..

      • Fərhad says:

        Sizin ümumiyyətlə futboldan başınız çıxır, necə yəni “XL” yalnız AFFA üçün oynayır, bəs biz burda nə üçün azarkeşlik edirik, yoxsa bizə boranı kimi baxırlar. Komandanın bu günki vəziyyətində o, kimə başağrı ola bilər, yoxsa siz turnir cədvəlinə 3 il bundan əvvəl nəzər salmısız, son 2 ildə komandanın 6-cı yerdən yuxarı qalxmamasından xəbəriniz yoxdur… Yoxsa siz doğrudan da komandanın real qüvvəyə malik olduğuna inanaırsız. Özünüzə hörmət edin, bu qədər də sadəlövh olmayın. Nə isə, səbrim tükəndi, bağışlayın…
        ***
        Fərhad bəy gec də olsa ad gününüzü təbrik edirəm. Sizə qəribçilikdə can sağlığı arzulayıram. Bağılayın ki, gec xəbər tutmuşam. İndi isə şərhinizə cavab verməliyəm. Beləliklə: Ay Fərhad bəy, əşşi yazın bunu da. Sizin şərhi oxudum güldüm, oxudum güldüm, gül ha güldiye burada. Səsim qonşulara da gedib çatdı. “Kaş olmasın kəndi”nin bizə yaxın ərazisində yaşayanları da eşitdilər səsimi. Yazın da bu neçə vaxtı, yazın da qoy ürəyimiz açılsın da. Əşi “Neftçi”yə məğlubiyyət də bir neçə dəqiqəlik olsa yaddan çıxdıya. Allah sizdən razı olsun.

        • Fərhad says:

          Düzü boranı haqqında bir qədər kobudluq etdim, halbuki futbolçulardan fərqli olaraq çox qiymətli tərəvəzdir…
          ***
          Ay Fərhad bəy, mən bu gecə vaxtı gülməkdən dayana bilmirəm.

        • Sabahınız xeyir.Bəy bilirəm əsəbləriniz tarıma çəkilib, şərhi diqqətlə oxumaq lazımdır.Demək istəyirəm ki, Mubariz Bəyin Xəzər Lənkəranı yaratmaqda ancaq, iqtisadi maraqları durur,Bunu azərkeşlərə munasibətdə görmək çətin deyil.Xəzər kimə “ƏYLƏNCƏ” kimə “İŞKƏNCƏ”dir.İndi bax bizi “BALQABAQ”sayır,ya “BORANI”

    • Fərhad says:

      Zəfər, sizinlə həmrəyəm!

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


− altı = 3