10 ay əvvəl
Bu sondur yoxsa?
10 ay əvvəl
Heyf…
11 ay əvvəl
Qadağalar qaydası…
11 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

mesqPremyer Liqanın XV turu çərçivəsində  “Xəzər Lənkəran” noyabrın 30-da doğma meydanda AZALı qəbul etdi. Saat 17:00-da start götürən qarşılaşma klubun rəsmi saytı vasitəsi ilə canlı yayımlanırdı. İlk dəqiqələrdən irəli atılan futbolçularımız qonaqların qapısı ağzında ard arda çoxlu təhlükəli vəziyyətlər yaratmağa başladılar. Lakin bunacan olan bir çox oyunlardakı kimi bu dəfə qol vurmaq müşkülə çevrilmişdi. Hətta penaltini də reallaşdırmaq mümkün olmadı. Bu dəfə də Junior Nildo seçildi. Belə ki, adəti üzrə boş qapıya topu göndərməkdə çətinlik çəkən braziliyalı futbolçu 11-metrlik cərimə zərbəsini elə yerinə yetirdi ki, hətta top qapıdan da aralı keçdi. Lakin komandamızın hücumları bununla bitmirdi və hücumlarımız davam edirdi, AZALın futbolçuları isə yalnız əks hücumlara bel bağlayırdılar. Belə cəhdlərin birində qonaqlar hesabı açdılar 0:1. Buraxılan qoldan sonra “Xəzər Lənkəran” hücumlarını daha da intensivləşdirdi və Elnur Abdullayevin fərdi ustalığı sayəsində hesab bərabərləşdi 1:1. Fasilədən sonra da komandamız topu özündə saxlamağa çalışır və bununla da üstün tərəf olduğunu göstərməyə çalışırdı. Qonaq komandanın futbolçuları isə belə vəziyyətsə sinirlərinə hakim ola bilmirdilər. Meydanın mərkəzində baş verən insident də bu sıradan idi ki, sonda hakim AZAL-ın futbolçusuna qırmızı vərəqə verib meydandan qovdu. Qonaqlar meydanda azlıqda qalmalarına baxmayaraq kifayət qədər əzmkarlıqla və kolllektiv şəkildə müdafiə olunurdular. Həmin dəqiqələrdə komandamızın ardıcıl qurulan hücumları davam edirdi. Hücumların birində demək olar ki, möcüzə yaşandı. Daha doğrusu AZAL-ın qapıçısı öz möhtəşəm qurtarışı ilə həmin möcüzəni nümayiş etdirdi. Belə ki, qoruduğu qapıya iki dəfə ardıcıl yaxın məsafədən vurulan qüvvətli zərbəni qaytararaq komandasını yüz fazilik qoldan xilas etdi. Bu mənzərədən ruhlanan qonaq futbolçular azlıqda olmalarına rəğmən daha fədakarlıqla oynamağa başladılar. Oyunun 70-ci dəqiqəsində Adrian Pit digər yarımmüdafiəçi Eduardo Oril  əvəzləndi. Qeyd etmək yerinə düşərdi ki, dörd aylıq fasilədən sonra rumıniyalı futbolçunun əsas heyətdə dönüşü pis alınmamışdı. Oyunun ən pisləri isə həmişəki kimi Zohair Benouahi  və Junior Nildo idilər. 75-ci dəqiqədə Benouahi də əvəzləndi. Onu Ağabala Ramazanov dəyişdi. Bu dəqiqələrdə “Xəzər Lənkəran” hücum edir, AZAL isə müdafiəyə çəkilərək final fitini gözləyirdi. Qonaqların ağılla müdafiə olunması bəzi futbolçularımızı özündən çıxarırdı. Epizdoların birində Junior Nildo rəqib cərimə meydançasında əllə oynayıb qol vurmaq istədi. Lakin bu hakimin gözündən yayınmadı. Final fitinə az qalmış qonaqların 15-nömrəli futbolçusunun yerdə uzanıb qalmasının ardından hər iki komandanın futbolçuları arasında qarışıqlıq da yarandı. Baş hakim isə buna görə futbolçuları cəzalandırmadı. Epizoddan sonra oyun davam edərkən müdafiəyə çəkilən qonaq komanda daha sıx oynamağa başladı ki, bu da başa düşülən idi. Axı final fitinin səslənməsinə az qalmışdı. Belədə əsasən vaxt qazanmaq və 1:1-lik heç-heçəni qorumaq lazım idi. Hər halda bu hesab AZAL-a sərf edirdi. Beləliklə oyunun böyük bir hissəsini hücumda olan və ümumilikdə isə matç boyu yaxşı oyun nümayiş etdirən “Xəzər Lənkəran” bu dəfə də qələbə qazana bilmədi 1:1.

22 Şərh

  1. Muellim!.XL Tv-yə abunə oldum.Orda yayimlanan videolari sayta yerləşdirmek ve nəzarət altinda saxlamaqi duşunurəm.Başqa saytlar bizdən operativ tərpənir və ilk xəbərləri onlardan oxuyuruq.Olmaz ki, klubumuzun xəbərlərini birinci öz saytimizda görək?
    ***
    Əslində xəbərlərin idman protallarında ilk olaraq yayımlanması normal haldır. Axı həmin saytlar xəbər saytlarıdır. 12cioyuncu.info isə azarkeş saytıdır. Burada daha çox müzakirələr gedir. Bundan əlavə isə bizdə əsasən eksklüziv məlumatlar yayımlanır. Diqqət yetirsəniz görərsiniz ki, o biri saytların bir çoxları xəbərləri biri birilərindən oğurlayırlar.

  2. bu nildodu , aqabaladir bular hamisi getmelidirler. Orxanda getmelidir qapinin dalinda qalmalidir

  3. ZƏFƏR qardaşım, Salam! Mən bir həftə əvvəl hansısa saytdan oxumuşdum. Yazıda “Azal” rəhbərliyinə istinadən deyilirdi ki, əgər “Xəzər Lənkəran” Nildo və Benuahidən imtina etsə, biz onları yenidən “Azal”a qəbul etməyə hazırıq. Dekabrda klub onları “Azal”a aldığından aşağı qiymətə satsa belə qazanar.Çünki, ziyanın yarısından qayıtmaq da yaxşıdır.

  4. Azarkeşlər əsəbləşirlər ki, nə üçün Nildo və Benuahi oynayırlar. Düzdür, onların hər ikisi bir p…x deyillər, ancaq məsələ ondadır ki, baş məşqçinin və rəhbərliyin “uzaqgörənliyi” sayəsində vaxtilə onlardan yaxşısını transfer etməmişdilər. Odur ki, məşqçinin problemi başqa seçimin olmamasıdır. Beləliklə, rəhbərliyin idarəçilikdə sərişdəsizliyinin bəhrəsini hələ çox vaxt görəcəyik.

  5. Bes niyle futbolcular penaltini Nildoya vurmaga imkan verdiler.bunu basha dushmek isteyirm

  6. towaki qova bildik indide nildo ve benahi bizi xesde eliyer denizlide olari oynatsa bilki o da towakin tayidi

  7. Zafar muallim cimi zinay Nildo bibay davasi kumada sima ekay baca va bida baha.Acay nomiyan Nildo ne Neqo binay

  8. HÜCCƏT MÜƏLLİMƏ SUAL– İKİ MANAT BİLETƏ VERİB NİYƏ PALÇIQ İÇİNDƏ OLAN KRESLODA OTURMALIYAM.BU HANSI MƏNTİQƏ SIĞIR.ADMİN SİZ BUNLARDAN YAZIN,ONSUZ DA NİLDO MİLDO FUTBOLÇU DEYİL.XAHİŞ EDİRƏM BU MƏSƏLƏNİ GÜNDƏMƏ GƏTİRƏSİNİZ
    ***
    Tələbinizi saytımızın yazarlarına göndərdik ki, qeyd etdiyiniz mövzuda yazı qələmə alsınlar.

  9. Niya qayidib bas sababini kulub numayandalarina bildirmayib gedib yoxsa bu hamisalik gedisdir

  10. xezerin muveqqeti bas mesqcisi covvani melkiore fikirlerini aciqlayib o bele deyib ; yaxsi oyun oldu. oturmelerde topa sahip olmada yaxsi idik. amma cox zaman hucumlari mentiqli sonluqla bitire bilmirdik. azal mudafiyeye meyilli, qapali futbol oynayirdi. oyunumuzu daha cox cinahlaradan qurmali idik. bundan istifade ede bilmedik. reqib bir xal ucun gelmisdi mudafiyede bosluq vermedi

  11. rehberlikden xaishmiz odki biletin qiymetin salsiz miletde imkan yoxdu axi basha dushnde bu gedishle gedse xezerin oynlarin meydancadan deyir tlvzordan izliyecek milet

  12. ay milet gelin tosaki yola saldgmiz kimi nildonuda yola salag ……pite halaldi yaxshi oyun gosterdi amma nildo oynu mehf edi gelen oyun buraxmiynda bu nildonu

  13. mustafa denizli mubariz mensibovun sexsi teyaresi ile turkiyeye qayitdi

  14. Nildo səni bizə ucag edənin……………………….

  15. Xezer Lenkeran kamandamizin “azal”-la oynun ikinci yarisina baxa bildim.Her halda birinci hissede oyun şerh olunsada ikinci hissede bunu gormedik.Birinci hisse kesile-kesile verildiyinden hec penalti epizodunu gormedim.Kamanda onda yaxşi oynayir ki netice ve ortada futbol ola…Penaltini vura bilmeyen kamandadan hansi futbolu terifleyek,bilmirem

  16. Mana ela galir Nildo ila Zahir Benamini xazara gatiran kisi ozu getdiyi kimi bunlari da gondarmak lazimdir onun daliyca

  17. ona gore ki nildo kimi hucumcusu var

  18. budu xezer mustafa denizli gelse belke nese etmek olare

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


9 − səkkiz =