9 ay əvvəl
Bu sondur yoxsa?
9 ay əvvəl
Heyf…
10 ay əvvəl
Qadağalar qaydası…
10 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

xezer-illerleAzarkeşlərimiz idman portallarında yayılan gah yarımçıq gah da xüsusi süzgəcdən keçən məlumatlarla qane ola bilmirlər.

 Buna görə də cavabsız sualların sayı anbaan artır. Qeyd edək ki, 12cioyuncu.info azarkeş saytı mütəmadi olaraq azarkeşləri əsas komanda barədə dolğun xəbərlərlə təmin etməyə çalışır. Amma son olaylar “Xəzər Lənkəran”dakı mühiti elə bulandırıb ki, əksər xəbərlərin dəqiqliyini müəyyənləşdirmək tamamilə çətinləşib. Beləcə komandada və ümumiyyətlə klubdakı real vəziyyəti analiz etmək üçün lazımi informasiya qıtlığı yarandığından ordan burdan eşitdiklərimizi tək-tək yayılan rəsmi xəbərlərlə yanaşı düzüb, müqayisə edərək hasil olan nəticəni sıralamaqdan savayı yol görmürük. 

Əsas komandanın baş məşqçi postunda gülünc “dəyiş-düyüş” oyunu oynanıldıqdan sonra qış təlim-məşq toplantısı davam etdirilir. Əvvəlcə idman direktoru Yunis Hüseynovla yanaşı U 17 komandasının çalışdırıcısı Ağadadaş Həmidov da hazırlıq prossesini əks etdirən fotolarda görünmüşdü. Bunacan isə Hüseynovun yerinə əvəzedici heyətdən əsas komandaya baş məşqçi gətirilmiş Elbrus Məmmədov ertəsi gün keçirilən məşqə rəhbərlik edib və yenə də Ağadadaş Həmidov gözə dəyib. Bu nə deməkdir? Əvvəlcə qeyd etmək lazımdır ki, Elbrus Məmmədov əvəzedicidəki postunu tərk edincə onun yeri məhz Ağadadaş Həmidova tapşırılıb. Amma əgər hətta elədirsə də bəs niyə hələ də əsas komandanın məşqlərində iştirak edir? Buradan belə bir nəticə çıxır ki, əvəzedicidə məşq keçmək üçün futbolçu qalmayıb, hamısı elə əsas komandaya gətirilib. Mövzuya yaxın olan digər bir xəbər də maraq doğurur. Belə ki, AFFA İntizam Komitəsi “Xəzər Lənkəran”n U 16 komandasına texniki məğlubiyyət verib. Səbəb kimi də təmsilçimizin U 16 liqasında yanvarın 18-də “Rəvan”la səfərdə keçirməli olduğu oyuna getməməsi göstərilib. Eyni zamanda yayılan xəbərlərə görə “Xəzər Lənkəran”ın U 16 və U 17 komandaları birləşdirilib. Bunu çoxlu sayda mənbələr təsdiq edir. Belədə isə avtomatik olaraq U 16 komandası ləğv olunmuş sayılır. Və deməli Akademiyada da komandalar hərəyə bir pillə yuxarı qalxıb, əvəzedici də öz növbəsində əsas heyətə dartınıb. Bunun nəyi pisdir yaxud nəyi yaxşı, yəqin ki, zaman göstərər. Hələlik isə “üç altı bucaqlı” incə siyasətçilik məharəti sayəsində gündəmi özünə işlədə bilən Elbrus Məmmədov komandanı mövsümün davamına hazırlayır. Yeri gəlmişkən maaşlarını ala bilmədikləri üçün üsyana qalxan aparıcı futbolçularla yollar ayrıldıqdan sonra heyətə baxışdan keçmək üçün bir neçə yeni futbolçu dəvət olunub. Beləliklə vaxtı ilə Oktay Dələloğlu, Əhməd Dursun, İvan Çvetkov, Unston Parks və s. tanınmış futbolçuları sıralarına qatan “Xəzər Lənkəran”ın heyətində indi də yeni isimlər var; Nodar Məmmədov, Tuqay Alhüseynli, lap elə olsun Mirzağa Hüseynpur…

 

5 Şərh

  1. Salam! Serisdesiz idareciliyin sonluqu bele olmali idi.

  2. Bu gun meshqe getmishdik.Resmi shexslerden biri aciq seyledi ki, pul olmadigi ucun klub muflis olundugunu elan edacek.Bununla da sanksiyalardan xilas olunacaq.Genclerden ibaret tam yeni klub yaradilacaq.Umidverici hec he yoxdur.Lenkeran ehli bu cur veziyyete layiq deyil…Teessuf…Stadionun qapisi terefde bir pishik qivrilib bedbin-bedbin bize baxirdi. Devalvasiya deyasan o pishiye de tesir etmishdi…Bir sözla axırınci ümidim de bu gün puç oldu.

  3. //////// elbrus müsahibələrində deyirsən ki, qiyamçı gənclərin içərisində böyükləri olmayıb. Özüvün dediyinə inansaq 4 il onlarla birlikdə işləmisən. Əgər bu 4 ildə onların yanınnda heç bir hörmətin olmayıbsa hansı bğyüklükdən danışırsan. Sənin özün /////////// adamsan, o gənclər səndən nə öyrənsinlər. 1 il ədzində köhnə futbol topu kimi ora bura səni atırlar. Hələ üstəlik yunusun özünə rəva bilmədiyini sənə rəva bilib son 1 həftədə yenidən ora bura atılan adamsan. Pul hər şeyi həll etmir, insan gərək öz //////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////
    ***
    Xahiş olunur saytın qaydalarına riayət edəsiniz. İnsanların şərəf və ləyaqətinə toxunmaq, digərlərini təhqir etmək olmaz.

  4. AY MƏNİM ƏZİZLƏRİM XƏZƏR LƏNKƏRAN FUTBOL KLUBUNUN İNDİKİ OYNADIĞI FUTBOLUN HAVASI LAP REDNİKİN VAXTINDA CALINMAGA BAŞLANILIB HƏLƏ DƏ OYNAYIRLAR.SÖHBƏT RƏHBƏRLİKDƏN VƏ BƏZİ MƏƏSULİYYƏTSİZ FUTBOLÇULARDAN ĞEDİR.

  5. gonderilen oyuncularain qayitma ehtimali var??
    ***
    Bilinmir.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


yeddi + 5 =