1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
2 il əvvəl
A B R A K A D A B R A

dejanMövsümün ikinci yarısına hazırlaşan “Xəzər Lənkəran” növbəti transferini rəsmiləşdirib. Məlumata görə, cənub təmsilçisi makedoniyalı Deyan Blajevski ilə münasibətlərini rəsmiləşdirib.

29 yaşlı cinah yarımmüdafiəçisi ilə ilyarımlıq müqavilə imzalanıb. Ölkəsinin əsas yığmasında 2 matça 1 qol vuran Deyan komandasının 5-ci transferi olub. Ona qədər “Xəzər Lənkəran” Slavik Alxasov, Orxan Əliyev, Vyekoslav Tomiç və Tyeqonun keçidini rəsmiləşdirmişdi.

Qeyd edək ki, Blajevskinin son klubu vətənində “Turnovo” olub.

MƏNBƏ: Apasport.az

11 Şərh

  1. ela oyuncudu bu qan eliyecek azerbaycanda gorersiz

  2. bilmiremde bu qoca futbolcu almaqda meqsed nedi ?!!

  3. Videogörüntülər də deməyə əsas verir ki, Deyan Blajevski hormal futbolçudur. Ayağı düşərli olsun, “Xəzər Lənkəran”ımıza xeyri dəysin.

  4. Super admin internetda oxudum ki Elias yenidan xazara galir Cuma gunu lankaeanda olacaq va ilyarimliq muqavila imzalayacaq va 1 milyon dollar qazanacaq bu dogru xabardi

  5. “1 milyon dollarlıq futbolçu ən gec cümə günü Lənkəranda olacaq” – MÜSAHİBƏ

    Futbol11.az “Xəzər Lənkəran”a gələcəyi yenidən müzakirəyə çıxarılan braziliyalı yarımmüdafiəçi Eliasın menecerini tapıb. Türkiyəli menecer Furkan Şenol əməkdaşımızla söhbətində məsələ ilə bağlı bir sıra maraqlı məqamlara toxunub.

    – Eliasın “Xəzər Lənkəran”a gəlməyəcəyi deyildi. Bu məsələdə son durum nədir?
    – Eliasın braziliyalı meneceri və mən birlikdə bu işləri görürük. Elias cümə axşamı ya da cümə günü Lənkərana gələcək və müqavilə imzalanacaq. Yəni bu menecerlik məsələsində mən tək hərəkət etmirəm. Mənimlə bərabər daha 2 nəfər var

    – Bu məsələ hələ də bağlanmayıb ki? Çünki, “Xəzər Lənkəran” tərəfi bildirdi ki, Elias məsələsi qapandı.
    – Ordakı menecerlə biraz anlaşmazlıq yaranmışdı və biz o məsələni də həll etdik. Dediyim ki, Lənkərana gəlir.

    – Futbolçunun “fantastik” deyilən tələbi nədir? Və transfer məbləği nə qədər olacaq?
    – Rəqəmləri deməyim düzgün olmaz. İl yarımlıq müqavilə üçün təqribən 1 milyon dollar olacaq.

    – Bu transferdə son anda bir problem yaşanmaz ki?
    – Problem yoxdur. Meneceri hər hansı bir əngəl yaratmazsa, o zaman gələcək. Maddi məsələdə razılığa gəlinib. Hal-hazırda “Xəzər Lənkəran” üçün gəlir. Sabah Ankaraya viza məsələsi üçün gedəcək və ən gec cümə günü Lənkəranda olacaq.

    – Lənkəran komandasına bu barədə nə vaxt məlumat vermisiniz? Çünki, komanda bu xəbəri təkzib edib artıq.
    – Hal-hazırda gizli saxlanılır. Sürpriz etmək istəyirlər yəqin ki.

    Mənbə: Futbol11.az

    hormetli admin,sizce dogru xeberdi?
    ***
    Məndə bu barədə heç bir məlumat yoxdur. Yalandır doğru olsun.

  6. duz deyirsen allah xeyir versin

  7. ALLAH XEYIR VERSIN

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


dörd + = 6