1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

XLOktyabrın 29-da “Xəzər Lənkəran” səfərdə “Sumqayıt” klubu ilə üz-üzə gəldi.

Bu görüş komandamız üçün Premyer Liqanın II dövrəsinin ilk matçı idi. Beləliklə, Sumqayıt şəhərinin “Kapital Bank Arena” stadionunda saat 16:00-da start götürən qarşılaşmanın baş hakimi Rəhim Həsənov, yan xətt hakimləri Azər Əsgərov və Coşqun Həsənov, dördüncü hakimi isə Nail Nağıyev oldu. Oyun “İdman Azərbaycan” kanalı ilə canlı yayımlanırdı.

“Xəzər Lənkəran”ın start heyəti belə idi:

1. Orxan Sadıqlı

5. Tyeqo de Xesus

6. Rəşad Sadiqov

7. Sadio Tounkara

8. Qalin İvanov

11. Rauf Əliyev

13. Aleksandr Şemonayev 

14. Rahid Əmirquliyev (k)

27. Adrian Skarlatake

28. Fernando Qabriel

63. Alfred Sanko

 

Ehtiyat oyunçular:

25. Tərlan Qasımzadə

3. Vanderson Skarduelli

10. Elnur Abdullayev

18. Tural Cəlilov

33. Rasim Ramaldanov

97. Elnur Cəfərov

99. Deyan Blajevski 

I HİSSƏ

Hələ ilk dövrədə “Sumqayıt”dan “Fırtınalar meydanı”nda alınan biabırçı məğlubiyyətin acısı unudulmamışdı. Beləcə həmin acını Premyer Liqanın II dövrəsinin ilk matçında “Xəzər Lənkəran”  öz azarkeşlərinə unutmarlı idi. Bunun üçünsə komandamız daha yaxşı çıxış etməli və lazımi qələbəni qazanmalı idi. Elə ilk dəqiqələrdən futbolçularımız da belə etməyə çalışdılar.Hər halda buna cəhd edirdilər. İrəli atılan komanda oyunun ilk 15-dəqiqəsini meydançanın “Sumqayıt”a aid olan hissəsində keçirdi. Düzü azarkeşlərimiz artıq belə vəziyyətlərə alışıblar ki, futbolçularımız istənilən rəqiblə oyunda daim hücumda olurlar, lakin sonda qeydə alınan nəticə heç də həmişə ürək açan olmur. Elə ötən turun “Qarabağ”la matçında da belə olmuşdu. Keçək “Gənclik şəhəri”ni təmsil edən klubla oyuna. Görüşün 15-ci 25-ci dəqiqələri aralığında demək olar ki, meydanda xaosa bənzər oyun gedirdi. Belə ki, komandamızın nizamsız hücumlarını meydan sahiblərinin “ala-tələkə” şəkildə qurulmuş müdafiəsi dayandırırdı. Bunun fonunda meydan sahibləri hələ qapımıza tərəf gəlməkdən də çəkinmirdilər. Lakin əksər halda meydanın mərkəzindən geri dönməli olurdular. Epizodların birində komandamız növbəti dəfə rəqibin hücumunu meydanın mərkəzində dəf edib irəli getdi, bu 26-cı dəqiqədə baş verdi, kapitandan ötürmə alan Fernando Qabriel gözəl zərbə ilə hesabı açır 0:1. Qoldan sonra futbolçularımız daha bir neçə uğursuz hücum cəhdində vaxt itirməkə idilər. Bu hal isə “Sumqayıt” komandasını da irəli getməyə həvəsləndirirdi. Hər iki komanda yavaş-yavaş ardıcıl hücumları ilə oyuna maraq gətirməyə başlamışdılar. Həmin dəqiqələrdə“Xəzər Lənkəran” daha bir neçə təhlükəli epizodu boşa verdi. Bir az əvvəl müdafiəçimiz Tyaqo sürətli əks hücum zamanı uzaq məsafədən topu hara gəldi göndərmişdisə indi yarımmüdafiəçimiz Tounkara da “əyri ayağı”nı işə salmışdı. Daim hərəkətdə olan Rauf Əliyevin çabaları kifayət qədər çox idi, hətta bu çabalar əksər vəziyyətlərdə yersiz,lazımsız və fərsiz olsa da ən azından görüntü xatirinə pis deyildi. Ümumilikdə dişsiz olan və “küt protezləri”nin də xeyrini görmədiyimiz hücum xəttindən fərqli meydanın mərkəzində komandamızın üstünlüyü daha çox idi, amma bu üstünlüyü hücumların qurulmasında tətbiq etmək və lazım olan son nöqtəni qoymağa çevirmək olmurdu. Əvəzində isə meydan sahibləri ələ düşən yeganə imkanı boşa vermək fikrində olmadıqlarını göstərdilər. Adi bir vəziyyətdə uzaq məsafədən gələn ötürməni cərimə meydançamızın qarşısında qəbul edən rəqib futbolçu qapımıza doğru irəliləyincə onun qarşısını alan tapılmadı. Belədə “Sumqayıt”ın futbolçusu heç bir maneə ilə rastlaşmayınca topu qapının yaxın küncünə tərəf göndərdi. Gənc qapıçımız Orxan Sadıqlı isə yaxın küncə yönələn topun qarşısını ala bilmədi və hesab bərabərləşdi 1:1. Qeyd edilməlidir ki, ötən turda qapımıza vurulan qollardan birində olduğu kimi bu qolun vurulmasında da əsas şərt sağ cinah müdafiəçisi kimi çıxış edən kapitan Rahid Əmirqulyevlə mərkəz müdafiəçilərimizin qarşılıqlı anlaşılmazlığı idi. Sonrakı dəqiqələrdə yadda qalan bir şey baş vermiyincə baş hakim ilk hissənin bitdiyini bildirən fitini səsləndirdi.

II HİSSƏ

Fasilədən sonra “Sumqayıt” futbolçuları daha fəal göründülər. İlk dəqiqələrdən qapımıza doğru böyük qüvvələrlə gələn meydan sahibləri qapımız qarşısında bir iki təhlükəli vəziyyət də yaratdılar. Müdafiə xəttimizi asanlıqla keçib cərimə meydançamıza elə rahatlıqla daxil olurdular ki, rəqibin kimliyi də bəzən ani olaraq az qala unudulacaqdı… Əlbəttə bu bir siqnal idi ki, baş məşqçi Oğuz Çetin də sonrakı hərəkəti ilə bunu anladığını göstərdi. Elə ona görə də ikinci hissənin 10-cu dəqiqəsinin tamamında o əvəzetməyə əl atdı. Türk çalışdırıcı hesabı açan Fernando Qabriyelin yerinə Elnur Abdullayevi meydana buraxdı. 10-nömrəli futbolçumuz meydana çıxar çıxmaz kodub oynayıb sarı vərəqə ilə “mükafat”landı. Abdullayevin meydançaya daxil olması komandamızın oyununda konkret üstünlüyə malik olmasına gətirib çıxarmasa da sonrakı dəqiqələrdə gedən mübarizədə hər halda müəyyən mənada iz qoya bildi. Bəlkə də elə bunun sayəsində də  hücumçumuz Rauf Əliyev özünü daha rahat hiss etməyə başladı və növbəti hücumların birində gözəl ötürmə ilə yadda qaldı. Əiyevin ötürməsindən sonra rəqib qapıçı ilə təkbətək qalan dayaq yarımmüdafiəçimiz Alfred Sanko hesab arasındakı fərqi artırdı 1:2. Bu qoldan cəmi üç dəqiqə sonra yenə Rauf Əliyev ideal ötürmə ilə diqqət çəkdi, amma epizodu uğurla sona çatdırmalı olan Elnur Abdullayevin qapıya göndərmək istədiyi top dirəyin yanından keçdi. Getdikcə oyun daha qızışırdı. Bu meydan sahiblərinə də şanslar yaradırdı. Müdafiəmizin əsas siması olan Skarlatakenin sadə vəziyyətdə etdiyi bağışlanmaz səhv qapımızda qolla nəticələnə bilərdi ki, demək olar həmin epizodda bəxtimiz gətirdi. Orxanla təkbətək qalan rəqib futbolçu topu qapının üstündən çölə vurdu. Hesabda geri olan “Sumqayıt”ın tez tez irəli gedib məğlubiyyətdən yaxa qurtarmaq istəyi anlaşılan idi. Belə vəziyyətdə isə Oğuz Çetin oyuna müdaxilə etməyə məcbur oldu. O Elnur Cəfərovu döyüş atdı. Gənc futbolçumuz Qalin İvanovu əvəzlədi. Meydan sahibləri isə dayanmadan qapımıza tərəf gəlirdilər. Tək-tək reallaşan hücumlarımızdan biri Sadio Tounkaranın fərdi oyunu hesabına quruldu. Hücumun sonluğu isə qolla nəticələnmədi və bunda “Sumqayıt”ın qapıçısı komandasını xilas etməklə əsas rol oynadı. Qarşılıqlı hücumlar artıq qarşılaşmanın sonuna maraq qatırdı. Elnur Cəfərovun irəlidə fəallığı da çox sevindirici hal idi. Artıq son dəqiqələrdə o rəqibin cərimə meydançasına daxil olub fərqlənə də bilərdi lakin təcrübəsizlik öz sözünü dedi. Bir dəqiqə sonra isə yenə də Sadio Tounkara özü qurduğu hücumun sonunda qapıya zərbə vurmadı, o xəsislik etməyərək topu Rauf Əliyevə ötürdü. Amma Əliyev ofsyatda olduğundan onun vurduğu qol hesaba alınmadı. Daha bir dəfə Tounkara fəallıq etdiyi epziodu boşa verincə baş məşqçi onu dəyişdi. Malili futbolçunu Deyan Blajevski  əvəzlədi. Elə həmin anda yerinə yetirilən künc zərbəsindən gələn topu qapıçımız Orxan Sadıqlı yumruqları ilə qaytarsa da təkrar zərbədən sonra qoldan komandamızı qapı dirəyi qorudu. Beləliklə son saniyyələrdə bəxt üzümüzə gülüb bizi daha bir heç-heçə üzüntüsündən saxladı. Ardıyca baş hakim oyunun final fitini səsləndirərək “Xəzər Lənkəran”ın səfər qələbəsinin rəsmiləşməsinə işarə verdi. Nəfəs kəsən qarşılaşmada komandamız çətin, lakin layiqli qələbə qazandı. 

“Sumqayıt”- “Xəzər Lənkəran” 1:2

4 Şərh

  1. Tabii har ojun jaxsi ojnamaq olmur. Asas qalaba idi catinda olsa komandamiz buna nail oldu. 1 ci qoldan sonra tempi artirmaq lazim idi ki qollarin davami galsin. Ardi galsin Insallah.

  2. tebrikler

  3. salam müəllim ,səhhətinizdən muğayat olun onsuz da Azərbaycan futbolunun dərdi öz dərdimizdən böyükdür .Son illərin son dəqiqə şokunu bu dəfə yaşamadıq .müdafiəmizə nə olub niyə ən təcrübəsiz futbolçular da bizə *fint* göstərib bu sipəri darmadağın edirlər? Şemonayev bir az kobud da olsa Rasimdən yaxşıdır.Dəyişiliklərdən xoşum gəlmədi Abdullayevin meydana ,(orta xətt onsuz da yaxşıdır) şıxmasına qarşı deyiləm ,ancaq ən yaxşının yerinə məgər 4-1 udurduq? Blajevski məsələsi mənə qaranlıqdır
    ***
    Salam, diqqətinizə görə təşəkkür edirəm.

  4. Azərbaycanlı says:

    Qələbə gəldi, layiqli qələbə idi. Səviyyə fərqi öz yerində, amma rəqibdən müqavimət tam bir matça bəs edəcək qədər idi ki, hesab edirəm bu komandamız üçün gözlənilməz deyildi. Ümumən müdafiə futbolu təbliğ etməyən XL-in müdafiəsinin (qapı xətti daxil olmaqla) zəifliyi artıq rəqiblərin istifadə etdikləri əsas amilə çevrilməkdədir. Rahid nə vaxta yeni ampluasını fəth edəcək, ümumiyyətlə edəcəkmi-bilmirəm və əmin deyiləm. Bu nöqtədə O.Çətin özü özümüzə problem yaradıb, problemi dəf etmək üçün qərarından imtina etmək məharəti göstərməsi gərəkdir. Möhkəm olun, uşaqlar, getdik e növbəti oyuna, 3 xal ardınca!

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


− 4 = bir