8 ay əvvəl
Bu sondur yoxsa?
9 ay əvvəl
Heyf…
9 ay əvvəl
Qadağalar qaydası…
9 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

xl1Xəzər Lənkəran” fevralın 27-də “Qəbələ”nin qonağı olub. Qəbələ şəhər stadionunda saat 17:00-da start götürmüş oyunu aşağıdakı heyətdə hakimlər briqadası idarə edib: Rəvan Həmzəzadə, Yaşar Abbasov, İsgəndər Əliyev və Elvin Əsgərov. CBC Sport kanalının yayımlamadığı oyun “Qəbələ TV” kanalı ilə (bir operatorla olsa belə) yüksək keyfiyyətli görüntüdə nümayiş olundu.

“Xəzər Lənkəran”ın start heyəti belə idi:

  1. Orxan Sadıqlı
  2. Asif Mirili
  3. Orxan Səfiyaroğlu
  4. Vüqar Bəybalayev
  5. Tural Qürbətov
  6. İlyas Səfərzadə
  7. Nodar Məmmədov
  8. İbrahim Qədirzadə
  9. Vaquf Güləliyev
  10. Tural Cəlilov (k)
  11. Zaman Mirzəzadə

Ehtiyat oyunçular:

  1. Tərlan Qasımzadə
  2. Ruslan Cəfərov
  3. Elfad Baləhmədov
  4. Hüseyn Xəlilzadə
  5. Kənan Həsənov
  6. Mahsum Qənbərli

Baş məşqçi: Elbrus Məmmədov

Qüvvələr nisbətinin tam fərqli olduğu qarşılaşmada meydan sahiblərinin qələbə çalacağı kimsə də şübhə yaratmırdı. “Xəzər Lənkəran” zəif heyəti ilə müdafiəyə qapanaraq rəqibi istədiyi kimi çıxış etməyə imkan verməyincə ilk hissə boyu real qol epizodları demək olar ki, yaşanmadı. Fasilədən sonra da “Qəbələ” adlarının səslənişi qulaqlara bərk gələn legionerləri və az çox tanınmış yerli futbolçuları ilə qapımıza yükləndi. Futbolçularımızın son dərəcədə gərgin şəkildə pressinq tətbiq etməsi öz bəhrəsini verirdi. Meydan sahibi normal oyun qura bilməyirdi. Bütün komandanın əzmkarlıqla müdafiə olunması üstəgəl Orxan Sadıqlının möhtəşəm qurtarışları və bir az da bəxt oyunu qolsuz bərabərə daşımağa şərait yaratdı. 

Qeyd edək ki, gözlənilən kimi oyun kifayət qədər çox maraqlı alındı. Belə bir matçı yayımlamamasını uğursuz addım kimi CBC Sport kanalının ayağına yazmaq olar.

“Qəbələ” – “Xəzər Lənəran” 0:0

19 Şərh

  1. Salam müəllim.nə var nə yox səhhətiniz necədir ? bu gün səhər saatlarında Fase yə bir ststus yazdım onu sizə göndərirəm məsləhət olsa verərsiniz Sağ olun.- Hər il mart ayı gələndə millət yeni ilin gəlişi ilə rüzi-bərəkətin,,pul-paranın artımı barədə fikirləşəndə ,mən nədənsə papaq haqda fikirləşirəm .Niyə də yox,papaq bizim mental simvollarımızdan biridir,şərəf və ləyaqət rəmzimizdir, şişpapaq,buxara papaq,şələpapaq… hələ rəqs,film mahnı da var ,bəs necə?Novruzda qapılara papaqatdını demirəm hələ ,mətləbdən çox uzaqlaşdım nə isə… Mart dörd ildi mənim üçün dilxorçuluqdan başqa bir şey deyil.elə ki,papaq haqda fikirləşirəm yadıma Mirça düşür ,Luçesku yox ey,Rednik ,məhz Rednik !İllah da papağımı başıma sıxıram ,kipriklərim ixtiyarsız örtülür ,qərq oluram röyalar aləminə ,gedib çıxıram Qaraçılar (məhəlləsinə yox) məmləkətinə ,veyil-veyil gəzirəm başkəndi-Buxaresti…gözlərim bu “EU” ların içində Redniki axtarır … budur Rednik gəlir şərfsiz və papaqsız ,məni görcək-Ay qədirbilməzlər mən ki,papağımı yerə çırpdım ,günümü göy əskiyə bükməyiniz cəhənnəmə ,komandanı niyə Yerə soxdunuz ,bilsəydim mart ayında o qələti eləməzdim -dedi…P.S. 80- ci illərin əvvəllərində bir aspirant tanışım var idi,Kiyev Politexnik İnstitutunu bitirmişdi,futbol xəstəsi idi ,futbola çox vaxt birlikdə gedərdik .Bir dəfə dedi ki, Vasif Dinamo(Kiyev)-Porto (çempionlar kuboku)oyunu mənə 16 manata başa gəlib,10 manata o vaxt dəbdə olan dəri kepka,6 manata da bilet almışdım .Dinamo qol vuran kimi stadion ayağa qalxdı ,kimsə arxadan papağımı götürüb qabağa fırlatdı,həmin oyunu 1-2 uduzduq!…. Bax belə ,görünür bu papaq məsələsi futbolda bizə düşmür ….P.P.S.İndi də mart gəlir ancaq fərq təkcə onun günündədir….

  2. hakim niyə 13dəq artırdı?

  3. Gənc oyuncularin inadkar mübarizəsini və Elbrus müəllimin zəhmətini görməməzlikdən gəlməyi heç bir “Xl”-ya arzulamıram.Elbrus muəllim əsl “Xəzərli”-dir.

  4. butun xezer severleri tebrik edirem.

  5. Salam. Oynayırlar da, maaşsız, mükafatsız meydanda vuruşurlar. Yoxsa payızdakı kimi?. Meydanda vaxtlarını öldürürdülər, sonra da deyirdilər:–Pulumu verin! Düzdür, maaşı istəmək ayıb deyil. Ancaq sivil yollarla.Əvvəl axır zəhmətlərinin bəhrəsini görəcəklər. Elnura da İspaniyada müvəffəqiyyətlər arzulayıram. İNŞƏALLAH Neftçini keçsək bütün küskünlüklər yaddan çıxar.

  6. Bir xala görədə uşaqlara Təşəkkür düşür.

  7. Gör nə günə qalmışıq ki, “Qəbələ” kimi bir komanda ilə heç-heçəyə də sevinirik. Görəcək günlərimiz varimiş…
    Allah rəhmət eləsin Sabirə:

    Əruzi qəmlər əlindən ürəyim şişmiş idi
    Zənn edirdim edəcəkdir ona çarə ciyərim!
    Bəxdi mən xusimə bax
    Mən bu təmənnadə ikən
    Az qala partladı bu qarə ciyərim.

  8. Halal olsun .heç inanmaq olmur .

  9. Azərbaycanlı says:

    2 mart kubok oyunu qabağı müsbət nəticədən yaxşı motivasiya ola bilməzdi. Elbrus Məmmədovun hərəkətdə olan vaqona hoppanmış uşaqları ilə bu nəticəsini müsbət qəbul edirəm…Qəbələlilər də sağ olsunlar canlı reportaja görə…diktor da nə şişi yandırırdı nə də şişi… gördüyümüz kimi iş isə kababa çatmadı, elə şiş də.

  10. XL-i çixmağa qoymazlar! Hele aşağida sulenecek.Kimi ele salirlar? Menim mehellem XL-dan yaxşi oynayir, heç olmazsa Qebele ile salmayaydilar bu heç-heçeni.

    • Salam,əzizlərim. Mən bilmirəm sən kimsən,ancaq onu bilirəm ki, fytboldan bir anlayişın yoxdur. Sənin bu komandaya olan nifrətin yazdığınız şərhdə tam çılpağlığı ilə özünü biruzə verib. Gənclərimiz meysansa ,sözün əsil mənasında, vuruşdular.

  11. sebr elayin dostlar yaxsi olar,qaldi qebeleye o kamandaya nifret edirem,saq olsun bizim qenclere cempionluqa oynayan bir kamandaya zerbe vurduler

  12. Rüstəm Xəzər says:

    Maraqlıdı bu haqda hec bir sayıt məlumat yazmır. Xəzərin hec hecə etməsi bunları şok edib???

  13. Rüstəm Xəzər says:

    Yunis məllimin qurduğu komanda qəbələyə 6-0 uduzmuşdu. Amma Elbrus məllimin quduğu komanda hec hecə etdi. AFFƏRİN. HALAL OLSUN

  14. Rüstəm Xəzər says:

    Təbriklər

  15. Vaqif Rəşidov says:

    ASLANLAR TƏBRİK EDİRİK!

  16. Shukurler olsun… bir xal qazandiq…

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


1 − bir =