8 ay əvvəl
Bu sondur yoxsa?
9 ay əvvəl
Heyf…
9 ay əvvəl
Qadağalar qaydası…
9 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

SdqvGeridə qalan həftə “Xəzər Lənkəran”ın aşağı yaş qrupları üçün növbəti uğurlu həftə kimi yaddaşda qaldı.

Ölkə çempionatında çıxış edən 4 qrupun hər biri qələbə qazana bilib.

Bazar ertəsi Ağadadaş Həmidovun rəhbərlik etdiyi U-17 komandası “Bakı”nı qəbul etdi. Matçın başlanğıcında komandalar az qala hər fürsəti qola çevirmək qərarına gəlmişdilər – ik 10 dəqiqədə artıq 2:2 hesabı qeydə alınmışdı. Yekun nəticədə komandamız hesabda önə keçib üstünlüyü sona qədər qoruya bildi – 4:3. Komandamızın heyətində Xəqani Sadıqovdubl etdi, Nurlan Fərəcli və İlqar Gürşadlı hərəyə bir qol vurdu. Qeyd edək ki, Xəqani və Nurlan U-16 qrupunun futbolçularıdır.

Növbəti gün isə qələbə seriyasının davam etmək məqsədilə U-15 komandamız “Neftçi” İK İB komandası ilə oyuna çıxdı. Qarşılaşma komandamızın 4:0 hesablı qələbəsi ilə yekunlaşdı.Tural Bayramovun iki dəfə fərqləndiyi oyunda həmçinin Qədir Həsənov və Əliağa Məmmədov rəqib qapısına yol tapdılar. Beləliklə, 8 oyuna 8 qələbə və 0 buraxılan topla “Xəzər Lənkəran” U-15 liqasında zirvədə gedən üç komandadan biridir.

 U-16 komandası bu həftə səfərə çıxan yeganə qrupumuz oldu. Rəqib turnir cədvəlinin qonşu pilləsində qərarlaşan “Fortuna-Səbail” komandası idi. Maraqlı keçən matç komandamızın 3:1 hesablı qələbəsi ilə yekunlaşdı. Qolların müəllifləri: Elməddin ƏsədullayevMurad Məmmədov və iki gün öncə U-15 komandasının heyətində dubl edənTural Bayramov.

Hafiz Əliyevin baş məşqçisi olduğu U-19 isə evdə “İnter”lə qarşılaşdı. Oyun komandamızın3:0 hesablı qələbəsi ilə başa çatdı. Bu oyunda Kənan Sadıqov dubl etdi, digər qolu isə Fərid Ağazadə vurub.

 

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


altı + = 10