1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

fft17_mf536748       Yaxın günlərdə “Xəzər Lənkəran”la müqavilə bağlayacağı gözlənilən türkiyəli məşqçi Oğuz Çətinin  müsahibəsi.

– “Xəzər Lənkəran” klubunun ölkə çempionatının XIV turu çərçivəsində “Bakı”ya səfərdə 0:3 hesabı ilə uduzduğu matçı izlədiniz. Bu qarşılaşmaya necə dəvət olundunuz?
– Mən həmin görüşü “Xəzər Lənkəran”ın qonağı kimi izləmişəm. Daha sonra isə Mustafa Dənizli ilə Lənkərana, komandanın bazası ilə tanış olmaq üçün getdik. Şəhər, stadion, məşq meydançaları ilə tanış olduq. Ora bir komanda şəklində getmişdik.

– Con Toşak istefa verməmişdən öncə sizinlə danışıqlar olmuşdu?
– Xeyr, xeyr… Sadəcə, “Bakı” ilə oyuna baxmağa gəlmişdim.

– Lənkəranda olarkən nəyi bəyəndiniz, nə xoşunuza gəlmədi?
– Bizim hələ “Xəzər Lənkəran”la rəsmi anlaşmamız yoxdur. Bununla belə, deyə bilərəm ki, klubun stadionu, bazası çox gözəldir. Şəhər kiçik olsa da, istiqanlı bir yerdir. Xəzər dənizinin sahilində yerləşməsi şəhərə gözəllik verir. Bu baxımdan problem yoxdur. Futbol baxımından da problem olmamalıdır. Üstəlik, “Xəzər Lənkəran” azarkeşinin Azərbaycanda komandasına ən çox dəstək verən tərəfdar olduğunu da bilirik. Bu da çox önəmlidir.

– Əvvəllər “Xəzər Lənkəran”ın hansısa oyununu izləmişdiniz?
– Yox, izləməmişdim.

– “Xəzər Lənkəran”ın vaxtilə çalışdığınız “Fənərbaxça” ilə yoxlama oyununu Türkiyə telekanalı göstərirdi. Bu qarşılaşmanı da seyr etməmisiniz?
– Həmin oyuna baxmışdım. Mən “Xəzər Lənkəran”ın çempionat matçlarını izləmədiyimi nəzərdə tuturdum.

– Müqavilənizin rəsmiləşməsi üçün nələr lazımdır?
– Bəzi detallar var ki, onlara dair müzakirələr gedir. Mənfi bir şey görünmür. Ancaq futbolun içindəsiniz. Bunu bilirsiniz ki, müqaviləyə imza atmamış bu haqda danışmaq düzgün deyil.

– Türkiyə mətbuatında müqavilənizin müddətinin 2 və ya 1,5 illik olacağı yazılır. Bu rəqəmlərdən hansı doğrudur?
– (gülür) Danışıqlarımız müsbət nəticələnərsə, bu haqda sizə daha dəqiq məlumat verərik.

– “Bakı” ilə oyunu izlədiniz. Dənizliyə bu qarşılaşma ilə bağlı hansı cızdığınız planları açıqladınız?
– Qeyd etdiyim kimi, bu haqda dərinliklərə getmək düzgün olmazdı. Ancaq ümumi şəkildə bunu söyləyə bilərəm ki, “Xəzər Lənkəran”ın futbolçuları çox potensiallı oyunçulardır. Yəni komanda daha yaxşı motivasiya olunduqdan, daha yaxşı şəkildə qurulduqdan sonra yuxarı pillələrə qalxa biləcək səviyyədədir.

– Komanda olaraq Lənkərana dəvət edildiyinizi dediniz. Bu heyətdə sizinlə Dənizlidən başqa, İbrahim Üzülməz və Zafər Öğer də var?
– Hazırda hər hansı bir şey dəqiqləşməyib. Bu gün və ya sabah bir şey dəqiqləşərsə, onda daha rahat bu haqda danışa bilərik.

– Müqavilənin təxminən nə vaxt rəsmiləşəcəyi gözlənilir?
– Fikrimcə, 1-2 günə.

– Yəqin ki, rəsmiləşəcəyi halda komandanı AZAL-la oyuna siz çıxarmayacaqsınız. Çünki komanda sizin rəhbərliyiniz altında məşq etməyib…
– Bu haqda bir şey deyə bilmərəm. Bizim belə bir təcrübəmiz mövcuddur. 1 gün qalmış komandanın başına keçsək də, ertəsi gün oyuna çıxmışıq.

Səbuhi TOFİQOĞLU

 Mənbə:Apasport.az

 

 

7 Şərh

  1. bele gedisnen bunlarda oyunculari komandada saxlayacaqlar.

  2. Salam hamıdan xahişim var bir neçə idman saytları bizi kluba qarşı qaldırmaqda maraqlıdı,bütün günü yazılarında XL və Tuyqun yazırlar.buların marağları nədi.təbiki bizi parçalamaq.niyə ölkə kubokunun finalında baş verən dırnaqarası qəhrəman Güloğlandan yazmadılar bu qədər?əziz XL sevərlər uymayın buların bu təxribatlarına.Admin çox xahiş edirəm bu şərhimi dərc edəsiniz.bizi tılkalayırlar stadionlarda Tuyqun istefa qışqıraq.Yaxşı qışqırdıq.olara nədi xeyri?məntiqlə düşünsək görərik ki oların burda marağı var,kimlərsə oları istiqamətləndirir.bizi parçalamaq istirlər.Gəlin növbəti dəfə öz böyüklüyümüzü göstərək.Birləşəy klubun ətrafında.buların hiylələrinə uymayaq !!!

    • Vusal qarads aferin.Men ilk defedir esidiram Tuyqun cixsa komanda parcalanar.Niya demirsan Rednik getdi ,indi Tuyqun onun arxasiycan sulenir.Niya Babek gedanda heyfslanmadin?Sen ozun bilirsan ki bizim mesqcilardan naraziliqimiz yoxdur,Basda Tuyqun kimilar imkan versa yaziq mesqci netica verar.Yoxsa sen komandaya de ki,siz Bakiya uduzun biz Tosaki qovmaq istiyirik.Meger bu sivil yoldur?Sen aspaza iylanmis et ver ,sonrada ondan yaxsi Bozbas ista,bu ne dereceda mentiqa uyqundur?Tosak hardan bilirdi Benahu,Nildo,Ramaldanov kimdir?Demali bu yolda yaxsi islayanlar var.Eksina Tuyqun getsa azerkeslarin axini coxalar.Bu neca vitse-prizdentdir ki ,hemisa azerkeslardan gizlanir,beli azerkeslarin qarsisina cixmaqa uz lazimdir,odaki Tuyqunda qalmayib.Rednikin ucuz qiymata getirdiyi futbolculari hamisini baha qiymata satdi Bakiya,Neftciya.Meger bunlarda yalandir?Svetkovu,Oqtay deleloqlunu,Kalinkovu,Ahmed Dursunu,Parksi,Vobayi,Domani kim mehf eladi?Buyur qardas indi ozun fikirlas netica cixart.Urayim aqramasaydi bunlari yazmazdim.

  3. Xezerde olan oyuncular hec bir klublarimizinda yoxdu sadece özlerini qoyublar axrinci yola oynamirlar

  4. bu eger oyunculara potensialli diyirse batdiq

  5. admin xezer azal oyunu ne vaxt olacaq?

    *************************************************
    30 noyabr.

  6. mustafa bey gelse ela olar

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


− 2 = altı