9 ay əvvəl
Bu sondur yoxsa?
9 ay əvvəl
Heyf…
10 ay əvvəl
Qadağalar qaydası…
10 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

elbrus“Xəzər Lənkəran” klubunun baş məşqçisi Elbrus Məmmədovun müsahibəsi.

– Premyer Liqanın XXIII turunda səfərdə “Qəbələ” ilə heç-heçə etməyiniz təəccüblə qarşılandı. Çətin səfərdən 1 xalla qayıtmaq sizin üçün də sürpriz olmadı?

– Biz rəqiblər arasında fərq qoymuruq, bütün görüşlərə eyni qaydada hazırlaşırıq. Qəbələyə sırf xal üçün getmişdik. Sevindirici haldı ki, istəyimizi həyata keçirə bildik. Əsas odu sona qədər dözdük. Uşaqların fiziki durumu məni tam qane etdi. Axıra kimi “vuruşdular”, heç biri büdrəmədi. Sadəcə, yenə də irəli xətdə çıxış edən futbolçularımızın soyuqqanlılığı çatmadı. Hər oyunda qol vəziyyətlərimiz olur. Hələ ki, dəyərləndirə bilməmişik.

– Söhbət düşmüşkən, “Xəzər Lənkəran” son 12 oyunda qol üzünə həsrət qalıb. Hücumdakı “dişsizliy”i necə aradan qaldırmaq fikrindəsiz?

– Bu yöndə işləyirik. Məşqlərdə futbolçularımızın qol epizodlarını dəyərləndirməsinə daha çox diqqət ayırırıq. Ya soyuqqanlı ola bilmirlər, ya da bəxtləri gətirmir. Futbolçuların texniki imkanlarına gəlincə, desəm ki, lap zəifdilər, xeyr. Texniki bacarıqları da var. Qışda heyətimizə qatdığımız Tural Qürbətov “Rəvan”da ən məhsuldar oyunçu olub. Orxan Səfiyaroğlu və İbrahim Qədirzadəyə də bu sarıdan inamım böyükdü. İbrahim əvəzedici heyətdə 6 qol vurmuşdu. İndiki məqamda tilsimi qırmaq üçün bizə 1 qol lazımdı.

– Komandanız qış fasiləsindən sonra keçirdiyi 5 görüşdə 2 xal qazanıb. Bu nəticəni qənaətbəxş hesab edirsizmi?

– Birinci turdan sonra da demişdim ki, istədiyimiz kimi hazırlıq keçməmişik. Məşqlərə çox gec başlamışdıq. Başqa amillər də var idi. Demək olardı ki, 1 həftə, ümumiyyətlə, məşq keçmədik. III dövrəyə 12 gün qalmış hazırlığa başladıq. Onu da demişdim ki, biz martın əvvəlində optimal fiziki duruma gəlib çatacağıq. 5 oyunda 2 xal götürməyimiz bugünkü gündə məni qane edir.

– Necə düşünürsüz, qış fasiləsindən sonra “Qarabağ”, “Neftçi” və “Zirə”yə uduzduğunuz görüşlərdən hansından xalla ayrıla bilərdiz?

– Məncə, “Neftçi” ilə oyundan xal götürə bilərdik. Son dəqiqələrdə buraxdığımız qol buna mane oldu. Həmin qolda mövqe səhvinə yol vermişdik.

– Yeri gəlmişkən, ölkə kubokunun 1/4 final mərhələsi çərçivəsində 2 gün sonra “Neftçi”ni qəbul edəcəksiz. Həm çempionatdakı məğlubiyyətin əvəzini çıxmaq, həm də cavab görüşündən əvvəl üstünlük əldə etmək imkanınız var…

– Bu imkandan maksimum yararlanmalıyıq. Məqsədimiz yarımfinala adlamaqdı. Bunun üçün isə öz meydanımızda qələbə qazanmalıyıq. Başqa nəticə bizi qane etməyəcək.

– “Neftçi”nin hazırda o qədər də yaxşı durumda olmamasından faydalana biləcəksizmi?

– “Neftçi” formadadı, ya deyil, bunun bizə dəxili yoxdu. Komandanın öz məşqçi korpusu var. Biz qələbə barədə düşünürük. Yenə deyirəm, məqsədimiz “Neftçi” səddini keçib, yarımfinala çıxmaqdı. Uşaqlara inanıram. Bunun öhdəsindən gələ bilərlər. Həm də, “doğma divarlar” amili bizə kömək edəcək.

– Lənkəranlı azarkeşlər əvvəllər məşqlərdə də doğma komandalarını yalnız buraxmırdılar. İndi də həmin hal müşahidə olunurmu, yoxsa maraq azalıb?

– 1-2 qələbə lazımdı ki, yenidən həminki qaydada azarkeşlik etsinlər. İnciyənlər var, onlar həmişə qələbəyə öyrəşiblər. “Xəzər Lənkəran”ın respublikadan kənarda da fan-klubları var. Sadəcə, 1-2 qələbə lazımdı. Bunu bacarsaq, azarkeşlərimiz bizə inanıb, yenidən stadiona qayıdacaqlar. İnandırım sizi, məğlubiyyətimizə ağlayırlar, qələbəmizə sevinirlər.

– Çempionatda heç bir iddiası qalmayan “Xəzər Lənkəran” hazırda bütün ümidini ölkə kubokuna yönəldib. Hazırkı heyətlə bu yarışda nə qədər irəliləmək olar?

– Bizim üçün əsas kubokdu. Bütün gücümüzü qoyacağıq ki, ilk növbədə, “Neftçi” səddini keçək. Çempionatda isə xallarımızı qazanmaq, imkan dərəcəsində irəli adlamaq uğrunda oynayacağıq.

– Əvəzedici heyətdə meydana çıxan yeni transferiniz Bayram Budaqov “Qəbələ”yə qol vurub. Onu əsas heyətə nə vaxt cəlb etməyi düşünürsüz?

– Həmin oyunda 1:6 hesabı ilə uduzdular, amma Bayram qol vurmağı bacardı. İnşallah, “Neftçi” ilə matçda heyətimizdə olacaq. Hücumçudu və bizə bu cür çətin məqamda qol vuran futbolçu lazımdı. Bayramı komandaya götürməkdə də məqsədimiz bu idi. Sadəcə, oyun praktikası baxımdan əziyyət çəkirdi. Zədəsinə görə 7 ay oynamamışdı. Buna görə, istədim ki, bir müddət əvəzedici komandada çıxış etsin.

MƏNBƏ: Apasport.az

4 Şərh

  1. Bu ////// deyirki biz reqiblere ferq qoymuruq. Bilirsiz neyi nezerde tutur? Yeni ki, kim geldi uduzuruq. Ay futbol anlayishi olmayan Yunusun PO//////// kimi udmusuzki kimede ferq qoyarsiz. ucdan tutma hamina uduzursanda. Qebele az qala trenerini istefaya gonderirdi siznen hec hece etdiyine gore. Gor Xezeri ne gunlere qoyduz senle YUNUS ki, Xezerimize hansi goznen baxirlareeee

  2. kamran abdullazade hacan esas heyetde olacaq
    ***
    Kamra Abdullazdənin əsas heyətə düşməsi üçün klub rəhbərliyi xoşməramlı yuxu görməlidir.

  3. Oyunu ele vaxta saliblarki heckim oyuna getmesin.Mence azerkeş amilin zeifletmek yuxari dairelerde oturan neftçililerin qelebesidi.

  4. Murad Xezerli says:

    Salam Admin necəsiz?Bayram indi neftçi ilə görüşdə meydana çıxacaq?
    ***
    Salam. Baş məşqçi müsahibəsində bildirir ki, heyətdə olacaq. Qalanı isə oyun günü məlum olar.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


5 + = altı