1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
2 il əvvəl
A B R A K A D A B R A

xezerMövsümlərarası yay fasiləsində “Xəzər Lənkəran” ölkə xaricində təlim-məşq toplantısı keçəcək.

Hazırda itsirahətdə olan heyət iyunun 23-də Bakıda bir araya gələcək. Komanda toplandıqdan sonra bir neçə gün ərzində sənədlərin hazırlanması yekunlaşacaq və eyni zamanda futbolçular həkim müayinəsindən keçəcəklər. İyun ayının 28-də isə komanda tam heyətlə Türkiyəyə yola düşəcək. Xatırladaq ki, “Xəzər Lənkəran” təlim-məşq toplantısını qardaş ölkənin Nevşehir şəhərinin Kapadokya bölgəsində keçirəcək.

6 Şərh

  1. niye goresen xezer Nurlan Novruzovla maraqlanmadi???/

  2. Salam müəllim ,çoxdandır *görüşmürük*,nə var nə yox,səhhətiniz necədir? Başı qovğalı komandanın azərkeşi elə bizim kimi olar.Transfer bombaları lap yazda guruldayıb ,ildırımları şaqqıldayan amma yağmayan havaya bənzəyir.3-4 ildir ki bax beləcə dezinformasiya bolluğuna düşürük.Çinü-Maçindən tutmuş And dağlarına kimi birnəfəsə gedib gəlirik,Mali,Braziliya oradan da Magellanın gəmisi ilə Portuqaliyaya Komandalar hazırlıqda bizimkilər hələ qərar gözləyir-bəlkə də qaytardılar! Peşəkar sözü lap gözümüzdən düşdü peraşki ondan urvatlıdı.Nə yazım Vallah-billah ayıbdı ,azərkeşin- istər sadə adamı olsun istərsə də ziyalısı -günahı nədir ? Lap heysiyyatımıza toxunur ,belə biabırçılıq olar?Utanmaq gərək utanmaq ….
    ***
    Salam. Açığı səhhətim elə gündədir ki, ancaq öz hayımdayam. Qısaca sizin şərhinizdə toxunduğunuz məsələ ilə bağlı qeyd edim ki, “Palmali” daha əvvəlki kimi “Xəzər Lənkəran”ı lazımi qədər maddiyyatla təmin etmir. Klubun son zamanlarda, bir daha qeyd edirəm, son zamanlarda bəzən gülməli, bəzən anlaşılmaz qərarları, ümumiyyətlə əcaib fəaliyyəti də bundan yaranır.

  3. Gələn mövsüm üçün iddialarını artıran “Xəzər Lənkəran” trasnfer çalışmalarını davam etdirir. Avrofutbol.com-a daxil olan etibarlı məlumata görə Lənkəran təmsilçisinin transfer eləmək istədiyi növbəti oyunçunun adı da artıq məlumdu. bu, Kvame Amponsah Karikaridir.
     
    Hal-hazırda İsveçin “Halmstads” klubunda çıxış edir. 2009-2011-ci illərdə Qananın “İnternational Allies” klubunda 36 oyun keçirib və 13 qol vurub. Bu komandakı yaxşı çıxışından sonra 2011-ci ildə İsveçin AİK-ə transfer olunub. AİK-in heyyətində 43 oyuna 8 dəfə rəqib qapısına yol tapa bilib. AİK 2012-ci ildə Karikarini İsveçin “Degerfors İF” klubuna icarəyə verib.Karikari, burada 15 oyuna 6 dəfə rəqib torları sirkələyib.
     
    2013-2014-cü illərdə Türkiyə PTT 1-ci liqasında “Balıkesirspor”da icarə əsasında top qovub və Balıkesirdə 23 oyuna 11 dəfə rəqib komandaları meydana mərkəzdən başlamağa məcbur edib. İcarə müddəti bitdiyi üçün yenidən AİK-ə qayıdıb. AİK ilə müqaviləsi bitdikdən sonra İsveçin “Halmstads” klubunda çıxış edir. 6 oyuna 2 qol vurub. Ümumilikdə karyerasını ərzində 123 oyunda 40 dəfə fərqlənib.

  4. Beləliklə, “ağ-yaşıllar” malili 3 futbolçunu heyətinə qatmağa çalışır. Yunis Hüseynovun Malidə bəyəndiyi 3 futbolçu aşağıdakılardı. Ousmane Kolibali: Son klubu Yunanıstan “Platanias”ı olub. O, 1.83 sm. boya malik müdafiəçi son klubunda 18 matçda meydana çıxıb, 2 qol vurub. 25 yaşlı müdafiəçi 12 dəfə Mali millisinin formasını da geyinib. O, 2008-2009-cu illərdə Fransanın “Genqam”, 2009-2014-cü illərdə “Brest” komandalarında çıxış edib. Fanta-Mady Diarra: Son klubu Fransanın “Oser” komandası olub. 23 yaşlı futbolçu müəyyən dövrlərdə Fransanın “Renn”, “İstr” klublarının da şərəfini qoruyub. Mali millisində 11 oyuna çıxan yarımmüdafiəçi 2 qola imza atıb. Birama Ture: 23 yaşlı müdafiəyə meyilli yarımmüdafiəçinin son iş yeri Fransanın “Brest” klubu olub. Müqavilə ilə yüksək liqa komandası “Nant”a məxsus olan Ture icarə əsasında “Brest”də çıxış edib. O, “Nant”da əvəzedici heyətdə top qovub. “Brest” formasında 22 matça çıxan futbolçu 1 qola imza atıb. Mali millisində isə 4 dəfə forma geyinib. – See more at: http://sportinfo.az/news-51224#sthash.mMSQVHip.dpuf

  5. “Xəzər Lənkəran”ın istədiyi oyunçu (VİDEO) https://www.youtube.com/watch?v=D-kQn7HBvxY

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


− 2 = yeddi