7 ay əvvəl
Bu sondur yoxsa?
7 ay əvvəl
Heyf…
8 ay əvvəl
Qadağalar qaydası…
8 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

axsam mesqi-2 — копияYeni futbolçuların transferindən vaz keçən “Xəzər Lənkəran” yanvarın 12-də növbəti axşam məşqini keçirib.

12cioyuncu.info saytının əldə etdiyi məlumata görə baş məşqçi Yunis Hüseynov klub rəhbərliyi ilə görüşmək üçün paytaxta yollandığından hazırlıq prossesi əvəzedici heyəti çalışdıran Elbrus Məmmədovun rəhbərliyində baş tutub. Stadionun əsas meydançasında saat 16:00-da başlayan və toplu çalışmalardan ibarət olan məşqdən 12cioyuncu.info azarkeş saytının hazırladığı fotoreportaj təqdim olunur.

Məlumat və fotolardan istifadə edildikdə 12cioyuncu.info saytına istinad zəruridir.

axsam mesqi-1 — копия axsam mesqi-1axsam mesqi-2 axsam mesqi-3 — копия axsam mesqi-4 — копияaxsam mesqi-4

18 Şərh

  1. ne tehersen ala,eycanluğduuuuuu
    ***
    Sakitcilikdi.

  2. Azərbaycanlı says:

    Qürub məşqə də kölgəsini salıb(((

  3. Axşamınız xeyir müəllim,istər qismən dünyanın düz vaxtı(bir neçə il bundan qabaq)istərsədə indi aləmin qarışıb məzhəbin itdiyi bir vaxtda bəzi ağzıgöyçək (daha doğrusu əli göyçək)saytlar başlayıblar XL haqqında istədiklərini yazmağa gah klub dağılır,gah nə bilim başqa planetlərdən futbolçu gətirilir,gah nə bilim nə!?Şəxsən mənim bunların heç birinə inanmağım gəlmir.Təbii ki,yenə bu mənim şəxsi fikrimdir,bəlkə də yanılıram,faktlar uçurum istiqamətində sürətin artdığını göstərsədə,elə bil ki ümüd hələ var!Allah var,rəhmi də var! Allah sizə də şəfa versin!

  4. artıq deməkolar ki XLnın 2ciliqaya düşməsi rəsmiləşdi.Onsuz transfer məsələsinə inanmırdım cün ki son zamanlar hec vaxt bunların dediyləri ilə əməlləri düz gəlmirdi özdərində yerə vurmurlar biz və ya hər kəsin nə düşündüyü onların vecinədədeil onlar sadəcə məglubiyyəti həzm edə bilmirlər ancaqogul ona deyərəm uddugu kimi uduzmagıda bacarsın həddənartıq şişirtdüy buları Vallah istəsəydilər yaşadardılar ancaq etmədilər artıq XL varlıgının onlara xeyri yoxdu cunki artiq burda pul qazanmaq olmur manatduşub bunlarcoxozlərin reklam etdilər bizburdan hecnə gudmuruy minnət qoymaqdanbaşqa hecnə bilmirlər hər şeyi edən öz secdikləri və ya öz qohumm əqrəbalarıdı bizdiy olan bilet alıb azerkeşlik etməkdi ondanda artıqın etdüy ancaq dərd cəkəndəbiz olduq həyacanlananda tutulanda hec vaxt yanımızda olmadilar yaritmaz idarəciliy bu vəziyyətə qoydu Xəzəri

  5. Bu elbrus deyib hergun 1 kastorka yemek versinler baw mewqci iwleyerem.onsuzda cixsam harda iwleyecem.bu adam ozune hormet elemir ne deyesen.

  6. Və nəhayət ciddi islahatlara start verimək məqami çatdi…

  7. axsaminiz xeyr ////////////////////////
    ///////////////////////////////////////
    ///////////////////////////////////////
    ***
    Təşəkkür edirəm.

  8. Salam Admin mellim Orxan Sadıqlı komandadan gedib?
    ***
    Salam. Belə deyilir.

  9. CELAL QURBANOV says:

    cox isterdim ki fifa bu affa ve pfl qadaga qoyaydi

  10. Admin, salam.Deyirler Xezerden xal silinecek,duzdu?
    ***
    Salam. Nə bilmək olar, hər şey ola bilər. Min bir cəhdlə “Xəzər Lənkəran”ı sındırmağa çalışırlar. AFFA və PFL özünə əl qatıb, üzünü cırır dağıdır, saçını yolur ki, təki Mübariz Mənsimov tamamilə bezsin və klubun inventarlarını salxayıb getsin. O da getmir ki, getmir. AFFA da gah FİFA-nı gah da UEFA-nı “Xəzər Lənkəran”a qarşı kökləyir. Mənsimov da yaman yapışıb öz mallarından.

    • Admin Soccarla Palmali bir suru ortag projeleri var, baxsan gorsen boyuk tedbirlerde Affanin ve Palmalinin prezdenti bir birine qardas kimi davranirlar….Men sexsen Affanin bize qarsi uefa ni ve ya Fifanin koklemesine inanmiram, onsuzda hec ehtiyac yoxdu….Bu basi boslar klubu ele gune qoyublarki, Uefa ve Fifani nezerini ustumuze cekibler, ve problemin altindanda cixa bilmir klub….bele cox davam etmez, sonu mence dagilacaq…yada sumqayit kimi ondan da pis iller boyu suruneceyik….
      ***
      Gəlin əvvəlcə “projeleri var” yox, ” projeleri vardı”, “qardas kimi davranirlar” yox, “qardas kimi davranirlardılar” kimi yazaq. Çünki xoş münasibətləri keçmiş zamana aiddir. İndi isə vəziyyət tam ayrıdır. Üstəgəl neftin qiymətinin düşməsi bütün proje-mrojelərin üstündən qalın xətt çəkib. Qaldı “Bu basi boslar” söhbətinə. Bu klubun özündən əvvəl sponsorunun strukturunda problem var. Hər şey pis nə varsa ordan gəlir.

  11. bu 10 futbolcu ile premyer liqada oynamaq olar?

  12. Murad Xezerli says:

    http://sportinfo.az/news-70360
    Admin Salam necəsiz?Xəbə düzdü?Birdə klub yayda dağılır?
    ***
    Salam. Yaxşıyam çox sağ olun. Yəqin zarafat edirsiz. Çünki belə sualları məncə ancaq zarafata vermək olar. Əvvəla bu xəbərdə ki, siz keçid qoymusuz burada nəsə maraqlı və aktual bir şey yoxdur ki, ona reaksiya verək. İkincisi hələ bir yaya çıxaq. Bəlkə yaya qədər elə dünya dağıldı.

  13. Salam Admin.Bu Komanda da bir adam yoxduki çıxsın bizə vur dəqiq məlumat versin. Nə baş verir .niyyətləri nə.qoy camaatda bilsin də. Ölmək ölməkdir daha can vermək nə.
    ***
    Salam. Klubda bu işi görməli olan klubun mətbuat xidməti və xidmətin rəhbəridir. Amma o da dəqiq heç nə deyə bilmir. Çünki klubun idarəçiliyi İstanbul ofisi ilə Bakı ofisinin arasında qalıb. Belə olduqda da bəzən klubun özündə bir çox məsələlərdə dəqiq heç nə bilinmir. Biz hələ o vaxtlar deyirdik ki, “Xəzər Lənkəran” xoş gün görmək istəyirsə ofis mütləq Lənkərana köçməlidir. Bütün səlahiyyətli idarəçilik də məhz burada olmalıdır. Amma belə olmadı. Yenə də həmin idarəçilik qaldı. Bir də görürdün ki, Mübariz Mənsimov gah bir qərar verdi, sonra da oradakı Türklər onu öz təbliğatları ilə başqa qərar verməyə sövq etdilər, gah da yerli rəhbərlik tam ayrı qərar verdi. Və bu da klubun yöndəmsizlik çabalarında qalmasına xidmət etdi.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


+ 2 = beş