7 ay əvvəl
Bu sondur yoxsa?
7 ay əvvəl
Heyf…
8 ay əvvəl
Qadağalar qaydası…
8 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

xezerTürkiyədə keçdiyi təlim-məşq toplantısının ardından sərbəst buraxılan “Xəzər Lənkəran”ın planları dəyişib.

12cioyuncu.info saytının əldə etdiyi məlumata görə komandamız iyulun 30-da toplanacaq. Bir araya gəldikdən sonra komanda çempionat oyununun hazırlıqlarına başlayacaq. Qeyd edək ki, “Xəzər Lənkəran” Premyer Liqanın ilk turu çərçivəsində avqust ayının 9-da “İnter” klubunu qəbul edəcək. Matçın baş tutacağı “Fırtınalar meydanı”nın ot örtüyü isə hazırda normaldır. Əlavə olaraq bildirək ki, stadionun qazonunun real vəziyyətini əks etdirən fotoreportaj yaxın günlərdə 12cioyuncu.info saytında təqdim olunacaq.

13 Şərh

  1. Rovshan Asadov says:

    Allah sebir versin, tezlikle saglamligina qovuwdursun inwaAllah

  2. Bu vəziyyətə görə hər birimiz günahakarıq əgər biz (yəni pensiya üçün rüşvət verənıər) hamımız bunu İslam Cabbarlı kimi etsəydik heç bir vəzifə başında oturanlar buna cəsarət etməzdilər. Bu cəmiyyətdə sizin kim 3-4 insan olar ya olmaz .
    Bircə mən də onu deyirəm ki, ALLAH BƏLAMIZI VERSİN!!

  3. Salam.Bu gunlərdə Gurcustanin sabiq prezidentinə unvanlanmiş bir musahibəni oxudum.Sual edilmişdi ki,siz necə oldu ruşvətxorluqla mubarizədə belə uğur əldə edə bildiniz.Cavabinda demişdi ki ,axı özum ruşvət almirdim.İslam muəllim!.-Belə-belə işlər….

  4. Salam Alleykum!
    Hormetli Islam kishi, Siz bu cemiyyetde necise batanlara deyil, hemen necisi zad edene ve onun davamcilarina qargish edin.
    Allah verdiyini kesmesin, bendenin kesdiyini O yetirer. InsAllah adashimin bu il astma tutmalari olmaz.

  5. Salam eziz qardasim ve xezerli camiye, qardas hec bilmirem ne deyim, ne yazim Allah sebr versin. Elinin uzunden opersen. Allah ozu bizlere komek olsun. Amin İnsaAllah.
    ***
    Salam olsun ya Seyid. Şərhinizə görə təşəkkür edirəm. Yeri gəlmişkən imkan olarsa mənimlə əlaqə saxlamağınızı xahiş edirəm.

  6. Axşamınız xeyir. Allah Əli balaya kömək olsun! Belə alçaq həkimlərə nə deyəsən ki, ürəyin soyusun?! İçdikləri Hippokrat andı belələrinin gözündən gəlsin! Əli balanın ahı tutsun onları, İnşaAllah!

  7. MÖVZUDAN KƏNAR:

    Allah bəlanızı versin və ya həkim alçaqlığı …
    Sonra da deyirlər ki, niyə həkimlər və sabez işçiləri haqqında xoş sözlər danışmırsan. Axı nə edim ki, mən sadəcə həqiqəti deyirəm. Həqiqət isə imkan vermir ki, yalan danışım.
    Dövlət bizim balaca Əlinin astma xəstəliyinə görə aylıq 67-manat dəyərində pensiya ayırır ki, bu da onun aylıq dərmanlarının heç olmasa 45-50% məbləğini ödəməyə, “pristup” tutmayan dövrlərdə isə hətta 100%-nə də çatır. Hər ilin fevral ayından başlayaraq isə komissiya təyin olunur və hər dəfə də bizdən rüşvət istənilir. Biz isə pensiyanın təyin edildiyi ilk gündən (illər öncədən) bəri eyni mövqedə dayanmışıq; “Qanun qaydalara uyğun olaraq pensiya düşürsə yazın, düşmürsə lazım deyil”. Maraqlı orasıdır ki,qanun qaydalar həkimləri və sabez işçilərini məcbur edir ki, pensiyanı yazsınlar. Ancaq elə həmin qayda qanunlarda olan boşluqlar, haqq yeyənləri özlərinə əlavə haram qazanc ayırmaları üçün yer qoyur. Nə isə, bu ilki komissiya qərar qəbul etmişdi ki, Əli balaya pensiya verilsin. Bu zaman isə sovet dönəmindəkindən qat-qat artıq və daha iyrənc formaya düşən bürokratik üsul idarəsinin ucbatından əlimizdə sənədlər xeyli yerə gedib müxtəlif həkim məmurlara qol çəkdirməli olurduq. Əksəri də bizdən rüşvət istəyirdi. Təbii ki, həmişəki cavabımızı verdikdə onlar gözləmədikləri vəziyyətlə üzləşirdilər ki, əvəzində bizə qarşı min bir oyuna əl atmağa çalışırdılar (axı bizdən savayı oraya gələn çoxlu insan, hansı ki, kütlə düşüncəsi ilə yaşayırlar və küyə düşənlərdirlər, onlar sakitcə rüşvət verirdilər). Hər şeydən əlləri üzüldükdə isə həkimlər bizi sadəcə get-gələ salırdılar.
    Ölkədə soasil işlərin bürokratik üsulla tənzimlənməsi üzündən komissiya sənədlərinin nazirliyə getməsi və yenidən pensiya təyin olunması adətən 4-ay çəkir. Və hər dəfə də olduğu kimi bu dəfə də 4-ay əvəzinə iki ayyarım verildi. Özü də bu dəfə biz müşahidələr aparıb kimin tərəfindən bunun edildiyini müəyyənləşdirdik. Bu dəfə həkim idi alçaqlıq edən. Hələ sənədləri hazırlayarkən rüşvət istəyən bir həkimin pərt olandan sonra “görün başınıza nə oyun açıram” deməsi bizi ayıltmışdı. Sonradan isə lazımi sənədlərin bizim tərəfdən güya gec təqdim olunması iddiası ilə bizim əleyhimizə pensiya sənədlərində xüsusi qeydlər etmişdi ki, bu da nəticədə pensiyanın ayyarımlıq kəsilməsinə səbəb oldu. Halbuki biz sənədləri hamıdan əvvəl təqdim etmişdik. Yeri gəlmişkən həmişəki “bir ay pensiya bizim olsun” deyən sabez işçiləri bizim sərt üzümüzü görərək çəkinmişdilər. Görünür “sərt üz” həkimi öz çirkin niyyətindən yayındırmağa yetməmişdi. Nə isə haram xoşları olsun deyib mövzünü yekunlaşdırıram. Həm də bütün formalarda, gizli və ya aşkar şəkildə rüşvətə köklənən bütün aylıqlar, “haqq”lar, cib xərclikləri və s. alanlara haram olsun demək məncə yerinə düşərdi. Hərçənd millətin əksərinin mənə həmrəy olmayacağını da bilirəm. Çünki əksəriyyət arasında kim rüşət almırsa ya rüşət verir, ya da vasitəçilik edir. Mənim kimilər isə azdır. Eləysə ay əksəriyyət, Allah bəlanızı versin.

    • İslam bəy, inanın əsəbləşmədən oxuya bilmədim, necə reaksiya verməyimi də bilmirəm. Ya onlar haqqında düşündüklərimi açıq-saçıq deməliyəm (təəssüf ki, tərbiyəm buna imkan vermir), ya da ki, bütün bu ağrıları içimdə keçirməliyəm. Hər halda xöşbəxtliyini başqalarının bədbəxtliyi üzərində quranlar gec-tez öz bəlalarına çatacaqlar. Mövcud durumda təsəllidən başqa sizə necə yardımçı olmağı düşünə bilmirəm. Buna baxmayaraq, bütün bu haqsızlara qarşı mübarizə yolunda sizə səbr və qüvvə arzu edirəm. Necə deyərlər, pis günün ömrü az olar. Ruslar demişkən, и на нашей улице будет праздник.

  8. Yunus mellim neucun plemeker almir 1 plemeker 1 hucumcu Xezerimizi evvelki gucunde olacaq

    • Yunis muellim ozude sizinle eyni fikirdedi,ve artig bunlari rehberliye’de deyib,yaxin 4-5 gün erzinde her iki transfer baş tutacaqi gözlenilir,sadece herkes cas’in qerarini gözleyir.

  9. Azərbaycanlı says:

    Azarkeş dəstəyi və hədəfləri dəyişməz olsun XL-ımızın.

  10. Nə qədər çox məşq eləsələr , bir o qədərdə yaxşıdır) Allah güc qüvvət versin

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


beş + 6 =